Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə238/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   234   235   236   237   238   239   240   241   ...   314

 

486 


 

 

X FƏSİL 

 

Böyük 

Səlcuqlu imperatorluğu (1038-1157) 

 

 



 

Səlcuqlular,  Əməvilər  və  Abbasilərdən  sonra  İslam  tarixində  ikinci  böyük 

impe

ratorluq hesab edilir. Əhli-Sünnənin Hənəfi məzhəbinə malik olan Səlcuqlar, 



bu məzhəbi daha da inkişaf etdirmişlər. Dilləri türk dili olmuşdur. Rəsmi yazış-

ma

larda ərəb dilindən, ədəbi dil olaraq isə daha çox Fars dilindən istifadə edilirdi. 



İmperatorluq  şahzadələrinə  “məlik”  (kral),  ölkə  hökmdarlarına  “sultan” 

(bö


yük kral), Səlcuqlu sultanlarının tabe olduqları xanədanın başçısına isə “sul-

tanul-


azam” (ən böyük imperator) deyilirdi. Sultan və sultanul-azam arasında 

“sultanul-

müəzzəm” (böyük imperator) ləqəbi var idi. 1037-1043-cü illər ara-

sında Nişapur, 1043-1074-cü illər arasında isə Rey şəhəri Səlcuqların paytaxtı 

ol

muşdur.  Alp  Arslanın  ölümündən  sonra  oğlu  Məlik  Şah  və  onun  oğlanları 



Bərqyəruq və Məhəmməd Tapar zamanında 1074-1118-ci illərdə İsfəhan şəhəri 

Səlcuqların paytaxtı olmuşdur. Məlik Şahın kiçik oğlu Sultan Səncər isə 1118-

1157-

ci illərdə Mərvi paytaxt elan etmişdir. Anadolu Səlcuqlularının paytaxtı 



isə 1074-cü ildən 1097-ci ilə qədər İznik şəhəri olmuşdur. 1097-ci ildə İznikin 

Bi

zanslılar tərəfindən işğalından sonra paytaxt Konyaya köçürülmüşdür. 



Kirman Səlcuqlarının (1041-1187) paytaxtı Bərdəsir, Suriya Səlcuqlarının 

(1078-


1122) paytaxtı Şam, İraq Səlcuqlarının (1118-1194) paytaxtı əvvəlcə İs-

fəhan, sonra isə Həmədan olmuşdur. 

Səlcuqlu dövləti Egey dənizi ilə Çin, Qafqaz ilə Hind okeanı, Orta Hindis-

tan ilə Qırmızı dəniz arasında yerləşirdi. 

Yaxın və Orta şərqin ən qüdrətli dövləti olan Səlcuq imperiyasının yaran-

ması səlcuqların adı ilə bağlıdır. Səlcuqlar oğuzların Üç ox qolunun Qınıq bo-

yun

dan  idilər.  Oğuzlar  X  əsrdə  Xəzər  dənizinin  şərqindən  Sır-Dəryanın  orta 



böl

gələrinə qədər uzanan ərazilərdə yaşayırdılar. Oğuz dövlətinin başında Yəb-

qu ünvanını daşıyan hökmdar dayanırdı və  Oğuzlar bu dövlətə tabe idilər.

721


 

Səlcuğun atası Dukaq Oğuz dövlətində ən nüfuzlu sərkərdələrdən biri idi. Du-

ka

qın ölümündən sonra oğlu Səlcuq gənc olmasına baxmayaraq Oğuz dövləti-



nin ordu komandanı təyin edildi. Bu arada müsəlman olmayan Səlcuq 960-cı il-

də Oğuz türkləri ilə birlikdə dövlətin paytaxtı Yeni-kənd şəhərindən müsəlman 

şəhəri olan Cəndə köçdü.

722


  Yen

i dindən təsirlənən və müsəlman olmadıqları 

721

 Köymen, Büyük Selçuklu İmperatorluğunun Kuruluş Devri, səh-2-5. 



722

 Kafesoğlu, Selçuklar, İA, X cild, səh-355. 

                                                           



  

487 


təqdirdə heç bir dəyərlərinin olmayacağını anlayan Səlcuq ailəsi ilə birlikdə İs-

la

mı qəbul etdi.



723

 

İslam dinini qəbul edən Səlcuq Oğuz Yəbqusuna illik verməyərək onun or-



du

sunu məğlub edib “qazi” ləqəbini aldı. Bu döyüşlərin birində oğlu Mikayıl 

öl

müş və onun oğlanları Toğrul və Çağrını babaları Səlcuq böyütmüşdür. 



Səlcuqluların hərbi dəstəyi ilə Qaraxanlıları (848-1212) məğlub edən Sama-

ni

lər  (892-999)  buna  qarşılıq  olaraq  Nur-Buxara  adlı  otlaq  ərazini  992-ci ildə 



(hic

ri 382) Səlcuqlara vermişlər.

724

 

Bir əsrdən çox yaşayan Səlcuq 1009-cu ildə 



Cənddə vəfat etmiş və orada dəfn edilmişdir. İbn Əsirə görə Səlcuq 107 il yaşa-

mışdır.


725

 

Onun ölümündən sonra Səlcuq ailəsinin başçısı Arslan Yəbqu olmuş-



dur. Arsla

n  Yəbqunun  cəsarətindən  ehtiyat  edən  Qəznəli  Mahmud  (998-1030) 

onu hiylə ilə yanına çağıraraq Hindistandakı Qalinçar qalasında həbs etdirdi. Yed-

di il bu qalada həbsdə qalan Arslan Yəbqu 1025-ci ildə (hicri 416) vəfat etdi.

726

 

Qərbi Qaraxanlı hökmdarı Buğra Xan Toğrul Bəylə Çağrı Bəyi aradan gö-



tür

məyə çalışsa da istədiyinə nail ola bilmədi. Hər an təhlükə hiss edən Toğrul 

Bəy səlcuq türkləri ilə Səmərqən tərəflərinə köç etdi. Bu arada 1018-1021 ci il-

lərdə üç min atlı ilə Şərqi Anadolu səfərinə çıxan Çağrı Bəy bu məntəqəyə Xo-

ra

san, Rey və Azərbaycan yolu ilə gəlib, Van hövzəsi və Vaspuraqan adlı Er-



məni krallığına daxil olaraq bəzi qalaları ələ keçirdikdən sonra xeyli sayda in-

sa

nı qılıncdan keçirmişdir. Bu məntəqələrdə üç il qalan Çağrı Bəy əldə etdiyi 



qənimətlərlə Maveraun-nəhr məntəqəsinə gəlmişdir. 

Bu uğurlardan sonra oğuzların bir qismi Çağrı Bəyə sığındı. Siyasi vəziy-

yəti nəzərə alan Toğrul və Çağrı qardaşları Maveraun-nəhrdən Xarəzmə köç et-

m

ək məcburiyyətində qaldılar. Burada da Alp Qara və Məlik-Şahın hücumla-



rına məruz qalan Səlcuq türkləri 1035-ci ildə Xorasana köç etmək məcburiyyə-

tində  qalmışlar.  1034-cü  ildə  (hicri  425)  Səlcuqları  məğlub  edən  Məlik-Şah 

səkkiz min Türkməni qılıncdan keçirmişdir.

727


 

Beləliklə  yetmiş  ildə  dördüncü  dəfə  köç  edən  Səlcuqlar,  Cənddən  Ma-

veraun-

nəhrə,  Maveraaun-nəhrdən  Xarəzmə,  Xarəzmdən  də  Xorasana  köç 



etmişlər. 

Xorasana  gələn  Səlcuqlar  Mərv,  Sərəxs,  Nasa  və  Bavard  məntəqələrində 

məskunlaşdılar. Səlcuq türklərinin Xorasanda məskunlaşmasından narahat olan 

Qəznəli Sultan I Məsud (1030-1040) onları Xorasandan çıxarmaq üçün Bəytoğ-

dun başçılığı altında olan böyük bir ordunu Xorasana göndərdi. Lakin 1035-ci il-

də baş verən döyüşdə Səlcuq türkləri Sultan Məsudun ordusunu məğlub edərək 

bu  ərazilərdə  yerləşdilər.  Bu  məğlubiyyətdən  sonra  Səlcuqlularla  ittifaqa  girən 

723


İbn Əsir, əl-Kamil, IX cild, səh-474; Kafesoğlu, Selçuklar, İA, X cild, səh-355. 

724


 Köymen, Büyük Selçuk İmperatorluğunun Kuruluş Devri, I cild, səh-32, 44-45. 

725


 İbn Kəsir, əl-Bidayətu və-Nihayə, XII cild, səh-48. 

726


İbn Əsir, əl-Kamil, IX cild, səh-475; Ravendi, Rahatus-Sudur, I cild, səh-90. 

727


 İbn Əsir, əl-Kamil, IX cild, səh-477; Turan, Selçuklular, səh-57. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə