Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə239/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   235   236   237   238   239   240   241   242   ...   314

 

488 


Sul

tan Məsud Farava məntəqəsini də onlara verdi. Lakin sayları gündən-günə ar-

tan Səlcuq türkləri Bəlx və Sərəxs məntəqələrini də ələ keçirdilər. Bundan nara-

hat olan Sultan Məsud Hacibin başçılığı altında olan böyük bir ordunu Səlcuq-

ların üzərinə göndərdi. 1038-ci ildə (hicri 429) Sərəxs yaxınlığında baş verən dö-

yüşdə də Çağrı Bəyin başçılığı altında səlcuqlular Qəznəliləri məğlub etdilər.

728

 

Bu qələbədən sonra Toğrul Bəy dövlətin rəsmi rəisi olaraq Nişapurda “Sultanul-



Muazzam” ünvanı ilə öz adına xütbə oxutdurarkən, Mərvdə Çağrı Bəy “Məlkul-

Muluk”, əmiləri Musa İnanc isə Yəbqu da Yəbqu ünvanı ilə Sərəxsdə öz adlarına 

xüt

bə oxutdurdular. Daha sonra üç min atlı ilə Nişapura daxil olan Toğrul Bəy 



Sul

tan Məsudun taxtına oturmuşdur.

729

 

Lazımi tədbirləri həyata keçirən Toğrul 



Bəy əhalinin şikayətlərini dinləmək üçün “Divani-Məzalim” təşkilatını qurdu. 

 

Dəndənəkan döyüşü 1040-cı il (hicri 431) 

Məğlubiyyətlə barışmyan Qəznə hökmdarı Sultan Məsud Səlcuqluları Xo-

ra

sandan  çıxarmaq  üçün  böyük  bir  ordu  ilə  Bəlxdən  Sərəxsə  doğru  hərəkətə 



keçdi. 1039-

cu ildə baş verən döyüşdə məğlub olan Səlcuqlular geri çəkilərək, 

Qəznəvi ordusu ilə partizan müharibəsi apararaq onları zəiflətdilər. Ani hücum-

la

r qarşısında tab gətirməyən Sultan Məsud Herata çəkildi. 



Bir müddət burada qalan Sultan Məsud yenidən Nişapura daxil oldu. Lakin 

1040-


cı ildə Dəndənakan yaxınlığında baş verən döyüşdə Səlcuqlular tərəfin-

dən məğlub edilən Sultan Məsud döyüş meydanından qaçdı. Bu qələbədən son-

ra Xorasan bütünlüklə Səlcuqlulara tabe edildi. 

Dəndənəkan döyüşündən sonra bütün Səcuqlu bəylərinin qatıldığı bir qurul-

tayda Toğrul Bəy sultan edildi. Toğrul Bəyin göstərişi ilə Çağrı Bəy mərkəz Mərv 

olmaqla, Sərəxs və Bəlx şəhərlərinin daxil olduğu Ceyhun və Qəznə arasındakı 

bölgənin, Musa İnanc Yəbqu isə mərkəz Herat olmaqla Bust və Sistan ərazisinin 

həvalisi  oldu.  Bundan  əlavə  Toğrul  Bəyə  tabe  olmaq  şərti  ilə  İbrahim  Yınala 

Qohistan, Kutalmışa Gurgən və Damgan, Qavurda da Kirman həvalisi verildi. 

1034-


cü  ildə  Xarəzmdə  Məlik-Şah  tərəfindən  həyata  keçirilən  qətliamı 

unu


tmayan Toğrul Bəy qardaşı Çağrı Bəylə birlikdə 1043-cü ildə Xarəzm üzə-

ri

nə gedərək, Məlik-Şahı məğlub edib əsir götürməklə bərabər bu bölgəni özlə-



rinə tabe etdilər.

730


 

1042-


ci  ildə  Qohistana  təyin  edilən  İbrahim  Yınal  tərəfindən  Rey  şəhəri 

fəth edildi. Burada yaşayan Arslan Yəbqu Oğuzları Şərqi Anadoluya qaçdılar. 

Pay

taxtı Nişapurdan Reyə köçürən Toğrul Bəy burada yeni saray inşa etdirdi. 



Toğrul Bəyə itaət etməyən Yəbqulu türkmənlər Şərqi Anadoluya daxil ol-

du

lar. Digər Oğuzlular isə Diyarbəkr istiqamətində Mərvanilər ərazisinə, Mey-



728

 İbn Əsir, əl-Kamil, IX cild, səh-480. 

729

 İbn Əsir, əl-Kamil, IX cild, səh-457-459, 480-481; Köymən, Büyük Selçuklu, Kuruluş 



Devri, səh-263-265. 

730


 Turan, Selçuklular Tarihi, səh-70; İbn Əsir, əl-Kamil, IX cild, səh-504-506. 

                                                           




  

489 


ya

fariqin, Mardin və Cizrəyə qədər irəlilədilər. Lakin Mərvanilər və Mosul ha-

kim

ləri tərəfindən məğlub edilən Oğuz türkləri geri dönərək Azərbaycana daxil 



oldular.

731


 

Digər qrupların Şərqi Anadoluda irəliləməsindən narahat olan impe-

rator Kontantinos (1042-

1052) Erməniləri və Gürcüləri basqı altında saxlamaq 

üçün Türklərə qarşı hərəkətə keçdi. Bundan xəbər tutan Toğrul Bəy, Kutalmış 

və əmisi Musa İnanc Yəbqunun oğlu Həsəni Azərbaycana göndərdi. Səlcuq or-

dusu  Gəncə  yaxınlığında  Bizansı  ordusunu  məğlub  etdi.  Kutalmış  Araz  çayı 

bo

yunca fəthlərini davam etdirərkən, Həsənin başçılığı altında olan Səlcuq or-



dusu Vaspuraqan ərazisində məğlub edildi və sərkərdə Həsən öldürüldü.

732


 

 

Həsənqala döyüşü 1048-ci il (hicri 440) 

Səlcuqlu bəylərindən olan Həsən ilə birlikdə bir çox türkmənin Vaspura-

qan məntəqəsində öldürülməsindən xəbər tutan Toğrul Bəy ögey qardaşı olan 

İbrahim Yınal ilə Kutalmışı Bizansa qarşı səfərə göndərdi. Ərzuruma qədər irə-

li

ləyən Səlcuq ordusu qarşısında tab  gətirməyən Bizans sərkərdəsi Katakalon 



Gür

cülərdən kömək istədi. Bunu nəzərə alan Gürcü şahzadəsi Liparid on sək-

kiz  min  nəfərlik  ordu  ilə  onun  köməyinə  getdi. 1048-ci  ildə  Həsənqala 

ətrafında baş verən döyüşdə Bizans ordusunu məğlub edərək Səlcuqlular Gürcü 

şahzadəsi Liparidi əsir götürdülər. 

Ərzurumu işğal  edən  İbrahim Yınal başda  Liparid olmaqla, digər  əsirləri 

və qənimətləri Reyə Toğrul Bəyin hüzuruna göndərdi. Həsənqala döyüşü Səl-

cuq


lularla Bizans arasında baş verən ilk ciddi döyüş hesab edilir. 

Səlcuqlulara qarşı mübarizədə uduzan Bizans imperatoru Konstantinos, di-

gər tərəfdən də Peçənəklərin hücumuna məruz qaldığı üçün Toğrul Bəyə sülh 

təklif etdi. Səlcuqlu nümayəndəsi Şərif Nasiruddin ibn İsmailin başçılığı ilə İs-

tan

bulda aparılan müzakirələr nəticəsində iki tərəf arasında sülh bağlandı. Sül-



hün şərtlərinə əsasən Məsləmə ibn Əbdülməlikin İstanbulda tikdirdiyi məscid 

təmir  olunmalı,  qəndillər  taxılmalı,  məscidin  mehrabında  Səlcuqluların  sim-

bolu olan ox və yay işrəsi vurulmalı, İmam və müəzzin təyin edildikdən sonra 

xütbə Səlcuq hökmdarı Toğrul Bəyin adına oxunmalı idi.

733

 

Həsənqala  döyüşündə  qalib  gələn  İbrahim  Yınal  Toğrul  Bəydən  Cibal 



bölgəsinin hakimliyini istəsə də rədd cavabı aldı. Bununla razılamayan İbrahim 

Yınal 1049-1050-ci illərdə üsyan etsədə məğlub edildi. 

Daxili asayişi bərpa edən Toğrul Bəy Anadoluda Oğuzlara yer qazanmaq 

üçün hərəkətə keçdi. Bu arada Səlcuqlara xərac vermək istəməyən İmperator, 

Gür

cü  kralı  Baqratla  ittifaqa  girərək  böyük  bir  ordunu  Gəncəyə  göndərdi  və 



bu

ranı mühasirədə saxlayan Kutalmış Təbrizə çəkildi. Bununla əlaqədar olaraq 

731

 Turan, Selçuklular Tarihi ve Türk, səh-80. 



732

 Kafesoğlu, Selçuklular, İA, səh-365. 

733

Ebul-Ferac Gregory, Ebul-



Ferac  Tarihi,  ter.  Ö.  R.  Doğrul,  Ankara-1945-1950,  I  cild,  səh-

304; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XII cild, səh-59. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə