Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə24/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   20   21   22   23   24   25   26   27   ...   314

  

49 


yo

la salarkən buyurduğu son cümlə belə olur: “Allah sənin vasitənlə bir nəfərə 

hi

dayət etsə, bu, qırmızıyunlu dəvələrə sahib olmağından daha yaxşıdır.”



52

 

Hz.



Əli  (ə)  İslam  bayrağını  əlinə  alıb  Qamus  qalasına  yaxınlaşır.  İlk  olaraq 

Hz.


Əlinin (ə) qarşısına məhşur pəhləvanlardan olan Haris çıxsa da Hz.Əlinin bir 

zərbəsilə cəhənnəmə vasil olur. Onun ölümündən sonra qardaşı Mərhəb Hz.Əli-

nin 

(ə) qarşısına çıxsa da o da qardaşının aqibətilə rastlaşır. Haris və Mərhəbin 

ölü


mündən sonra yəhudilərin digər tanınmış şəxslərindən olan Rəbi ibn Əbulhu-

qeyq, Əntər, Mürrə və Yasir də Hz.Əli (ə) tərəfindən öldüldü. Onların ölümündən 

sonra on gün ərzində alınmayan Qamus qalası Hz.Əli (ə) tərəfindən fəth edildi . 

Hz.


Peyğəmbər (s) Xeybərin fəthindən sonra onlara qarşı mehriban davra-

na

raq  yəhudilərin  xahişini  qəbul  edir.  Onlar  Həzrətdən  (s)  xahiş  edirlər  ki, 



Xey

bərdə qalıb öz işləri ilə məşğul olsunlar və illik məhsulun yarısını müsəl-

manla

ra ödəsinlər.



53

 

8. 



Fədəkin Hz.Fatiməyə (ə) verilməsi: 

Fədək torpağı Hz.Peyğəmbərin (s) şəxsi mülkü idi. Çünki bu torpağın fət-

hin

də islam ordusu iştirak etməmişdir. İslam fiqhinə görə islam ordusunun işti-



ra

kı  olmadan  əldə  olunan  torpaqlar  Hz.Peyğəmbərə  (s)  məxsusdur.  Hz.Pey-

ğəmbər (s) də onu istədiyi şəxsə verə bilərdi. Fədək torpağı yəhudilər tərəfin-

dən Hz.Peyğəmbərə (s) verildiyi zaman “İsra” surəsinin 26-cı ayəsi nazil oldu. 

Ayədə deyilir: “Qohum-

əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qa-

lan) yolçuya da haq

qını ver, amma (əlindəkini lüzumsuz yerə) dağıdıb sə-

pələmə!”. Hz.İmam Sadiq (ə) buyurur: “Və əti zəl qurba” ayəsi nazil olanda 

Hz.Pey


ğəmbər (s) Cəbraildən soruşdu: Zəl qurba deyildikdə kimlər nəzərdə tu-

tulur? Cəbrail dedi: Sənin qohumların. Bu vaxt Hz.Peyğəmbər (s) Hz.Fatiməni 

və onun övladlarını çağırıb, Fədəki onlara bağışlayaraq buyurdu: “Allah mənə 

əmr etmişdir ki, Fədəki sizə bağışlayım”.

54

 

9.  Hz.



Peyğəmbər (s) Xeybər döyüşündə əsir düşən yəhudilərin rəisi Hari-

sin qızı Səfiyyə və əmisi Abbasın baldızı Meymunə ilə evləndi. 



10. Hz.

Peyğəmbər (s) Hüdeybiyyə sülhündən sonra Misir, İran, Bizans və 

Həbəşistan kimi böyük dövlətlərə islama dəvət məktubu göndərdi. 

11. 

Qadınlara iddə təyin olundu. 



12. 

Vadi əl-Qura qəzvəsi: 

Hicrətin  altıncı  ilində  Xeybərin  fəthindən  sonra  Hz.Peyğəmbər  (s) Vadiəl-

Qura  yəhudilərinin  üzərinə  hərəkət  etdi.  Bir  neçə  günlük  mühasirədən  sonra 

Hz.Pey


ğəmbər (s) Xeybər yəhudiləri ilə bağladığı müqavilənin oxşarını Vadiəl-

Qura yəhudiləri ilə də bağlayaraq bütün Hicazı yəhudi fitnəsindən təmizlədi. 

Hz.

Peyğəmbərin  (s)  ümumbəşər  peyğəmbər  olduğunu  sübut  edən  ayələr: 



“Əraf” 158, “Səba” 28, “Qələm” 52, “Yasin” 70 və “Tövbə” 33. 

52

Səhihi-Buxari ,5-ci cild ,səh-18 



53

Sireyi ib

n Hişam, 1-ci cild, səh-331. 

54

Təfsiri-Əyyaşi, II cild, səh-287. 



  

                                                           




 

50 


Hicrətin yeddinci ili baş verən hadisələr (miladi 629) 

1. 

Umrə ziyarəti: 

Hicrətin altıncı ilində bağlanan Hüdeybiyyə sülhünün şərtlərindən biri də bu 

idi ki, müsəlmanlar bu il Məkkəni ziyarət etmədən geri qayıdacaq. Gələn il zi-

yarət etdikdə isə Məkkədə üç gündən artıq qalmayacaqlar. Bu şərtə əsasən Hz.-

Pey

ğəmbər (s) umrə ziyarətinin qəzasını yerinə yetirmək üçün hicrətin yeddinci 



ilində 1500 nəfərlik səhabə ilə Məkkəyə gedib umrə ziyarətini yerinə yetirdi. 

2. 

Hüdeybiyyə sülhündən sonra məşhur müşrik sərkərdələr Əmr ibn As və 

Xa

lid ibn Vəlid Mədinəyə gələrək islamı qəbul etdi. 



3. 

Mutə döyüşü: 

Hüdeybiyyə sülhündən sonra Hz.Peyğəmbər (s) bir çox dövlət başçılarına 

məktub göndərərək onları İslama dəvət etdi. Həmin məntəqələrdən biri də Bi-

zan


sa aid Busra məntəqəsi idi. Busra məntəqəsinə Hz.Peyğəmbər (s) Haris ibn 

Umeyr vasitəsi ilə məktub göndərmişdi. Haris ibn Umeyr Busra məntəqəsinə 

çat

dıqda Şurahbil (və ya Şərcil) ibn Əmr adlı Bizans sərkərdəsi tərəfindən öl-



rüldü. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) Cörf adlı məntəqədə üç min nə-

fərlik ordu toplayır.

55

 



Hz.

Peyğəmbər (s) ordunun qarşısında dayanaraq belə buyurur: “İndi İslam 

qa

sidi Haris ibn Umeyrin öldürüldüyü  yerə gedirsiniz. Gedin oranın əhalisini 



bir daha İslama dəvət edin. Əgər qəbul etsələr, intiqam fikrindən çəkinin, əks 

təqdirdə Allahdan kömək diləyib onlara qarşı vuruşun.” 

Hz.

Peyğəmbərin (s) göstərişinə əsasən orduya başçı olaraq Cəfər ibn Əbu 



Ta

lib, əgər o şəhid olarsa Zeyd ibn Haris, o da şəhid olarsa Abdullah ibn Rəva-

ha başçı təyin edildi. Əgər baş verən döyüşdə Abdullah ibn Rəvaha da şəhid 

olar


sa, o zaman müsəlmanlar öz aralarından istədiyi şəxsi İslam ordusuna başçı 

seç


sinlər. 

Müsəlman  ordusunun  Bizansa  doğru  hərəkət  etməsindən  xəbər  tutan  Şu-

rah

bil Rum hökmdarından yardımçı qoşun istədi. Buna əsasən yüz min nəfərlik 



or

du Şurahbilin köməyinə göndərildi. İki ordu Mutə adlı məntəqədə qarşılaşdı. 

Baş verən döyüşdə Cəfər ibn Əbu Talib, Zeyd ibn Haris və Abdullah ibn Rəva-

ha şəhid edildi. Bunların şəhadətindən sonra müsəlmanlar özlərinə yenicə isla-

mı qəbul etmiş Xalid ibn Vəlidi başçı təyin etdilər. Məhz Xalidin seçdiyi takti-

ka əsasında islam ordusu tam məğlub olmadan Mədinəyə qayıtdı.

56

 

4. Hz.



Peyğəmbər (s) Əbu Süfyanın qızı Ümmü Həbibə ilə evləndi. Ümmü 

Həbibə Abdullah ibn Cahşla ailə qurub, islamiyyəti qəbul etdikdən sonra əri ilə 

birlikdə Həbəşistana hicrət etmişdir. Sonra Abdullah islamdan çıxıb xristianlığı 

qəbul etsə də, Ümmü Həbibə sona qədər islamda qalıb Hz.Peyğəmbərlə (s) ev-

lənmək şərəfinə nail olmuşdur. 

5. Zatus-

səlasil döyüşü: 

55

Təbəqati ibn Səd, 2-ci cild, səh-218. 



56

Məğazeyi Vaqidi, 2-ci cild, səh-763; Sireyi ibn Hişam, 2-ci cild, səh-381-389. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə