Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə240/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   236   237   238   239   240   241   242   243   ...   314

 

490 


1054-

cü ildə Azərbaycana gələn Toğrul Bəy Bargiri və Ərcişi aldıqdan sonra 

Malazgirdi 

mühasirəyə aldı. Digər tərəfdən də Səlcuqlular Ərzuruma qədər irə-

li

lədilər. Lakin qışın  yaxınlaşması ilə əlaqədar olaraq Toğrul Bəy mühasirəni 



da

yandırıb geri qayıtdı.

734

 

  



Səlcuqlular tərəfindən Bağdadın ələ keçirilməsi 

Abbasi  xəlifəsi  Qaim  Biəmrullahın  (1031-1075)  dəvəti  ilə  Toğrul  Bəy 

Bağdada doğru hərəkət etdi. Onun Nəhrəvana gəlişindən xəbər tutan Büveyhi 

lideri  Arslan  Basasiri  Rəhbəyə  qaçdı.  1055-ci  ildə  (hicri  447)  Bağdada  daxil 

olan Toğrul Bəy ehtiramla qarşılandı və xütbə onun adına oxundu. Altmış min 

nəfərlik ordu ilə Büveyhilərə qarşı qətliama başlayan Toğrul Bəy xeyli sayda 

şiəni  qılıncdan  keçirdikdən  sonra  Büveyhi  hökmdarı  Məlikur-Rahim Firuzu 

(1048-


1056) və onun adamlarını həbs etdirdi və Büveyhilərin Bağdaddakı 110 

illik (945-1055) hökmran

lığına  son  qoyuldu.

735


 

Asayişi  bərpa  edən  Toğrul 

dövlət işlərini ələ aldıqdan sonra Aytəkini Bağdad hakimi təyin etdi. 

Bu arada Bağdaddan Rəhbəyə qaçan Büveyhi lideri Arslan Basasiri Fatimi 

xəlifəsi Müstənsirin (1036-1094) və Ərəb əmirlərinin dəstəyi ilə Toğrul Bəyə 

qarşı  böyük  bir  ordu  hazırladı.  Onlara  qarşı  Toğrul  Mosul  Ərəb  əmiri  ilə 

Kutalmışı göndərdi. 1057-ci ildə (hicri 448) Sincar yaxınlığında baş verən dö-

yüşdə məğlub olan Kutalmış xeyli itki verdi. 

Bundan xəbər tutan Toğrul 1057-ci ildə böyük bir ordu ilə Bağdaddan hə-

rəkət etdi. Qısa müddət ərzində Şimali İraq şiələrdən təmizləndi və Arslan Ba-

sa

siri yenidən Misirə qaçdı. İbrahim Yınalı Mosul valisi təyin edən Toğrul Bəy 



Bağdada qayıtdı. 

Şiələr üzərində qazanılan bu qələbədən sonra 1058-ci ildə (hicri 449) Ab-

basi xəlifə Qaim Biəmrullah Səlcuqlu hökmdarı Toğrul  Bəyin başına tac qo-

yaraq ona 

“Şərq və Qərb sultanı” ünvanını verdi. Bununla da İslam dünyasında 

hökmranlıq türklərin əlinə keçmişdir. 

 

Toğrul Bəyə qarşı baş verən üsyanlar 

Toğrul Bəyin Büveyhi lideri Arslan Basasirini məğlub etmək üçün Mosul 

səfərinə çıxmasından istifadə edən məşhur sərkərdə Kutalmışın qardaşı Rəsul-

Təkin Bəsrə v Əhvaz məntəqələrini ələ keçirərək üsyan etdi. Lakin qısa müddət 

sonra ələ keçirilən Rəsul-Təkin Toğrul tərəfindən bağışlanmışdır. 

Bunun ardınca Mosul valiliyini buraxıb Cibala gedən İbrahim Yınal üsyan 

et

mək istəsə də xəlifə Qaim Biəmrullahın və Toğrul Bəyin elçiləri onu bu fik-



rin

dən  daşındırdılar.  İbrahim  Yınalın  Mosulu  tərk  etməsindən  istifadə  edən 

Arslan Basa

siri  və  Mosulun  keçmiş  əmiri  Qureyş  şəhəri  mühasirəyə  aldılar. 

734

İbn Kəsir, əl-Bidayətu  vən-Nihayə, XII cild, səh-65; İbn Əsir, əl-Kamil, IX cild, səh-598-



599.

 

735



 Köymən, Səlçuklu Devri, səh-177. 

                                                           




  

491 


Bu

nunla əlaqədar olaraq Toğrul Bəy ikinci Mosul səfərinə çıxdı. Toğrulun gəl-

diyindən xəbər tutan Arslan Basasiri şəhəri talan edərək qaçdı.

736


 

1058-


ci ildə (hicri 450) yenidən üsyan edən İbrahim Yınal Həmədana get-

di. Fatimi xəlifəsi Müstənsir və Büveyhi lideri Arslan Basasiri ona yardım edə-

cəklərinə və sultan kimi tanıyacaqlarına söz verdilər. 

Bu üsyanı  yatırmaq istəyən Toğrul Bəy qardaşı Çağrı Bəydən  yardım is-

tədi. Qardaşı oğlanları Alp Arslanın, Qavurdun və Yaqutinin köməyi ilə 1059-

cu ildə (hicri 451) baş verən döyüşdə İbrahim Yınalı məğlub edən Toğrul Bəy 

onu öldürdü. 

Toğrul Bəyin Bağdadda olmamasından istifadə edən Büveyhi lideri Arslan 

Basasiri 1058-

ci  ildə  (hicri  450)  Bağdada  daxil  olaraq  xəlifə  sarayı  daxil  ol-

maqla bir çox yerləri talan etmiş, Fatimi xəlifəsi Müstənsirin adına xütbə oxut-

muş və azanı şiə azana çevirmişdir. Sonra isə Bəsrə və  ətrafını ələ keçirmək 

üçün  hərəkətə  keçmişdir.  Lakin  İbrahim  Yınalı  məğlub  edən  Toğrul  Bəyin 

Bağdada doğru hərəkət etdiyini öyrəndikdə 1059-cu ildə (hicri 451) şəhərdən 

qaçmışdır.

737


 

Arslan Basasirini təqib edən Toğrul Bəy Hillədə onunla qarşılaşdı. Burada 

baş verən döyüşdə məğlub edilən Arslan Basasiri 1060-cı ildə öldürüldü. 

Bu  hadisədən  qısa  müddət  sonra  Toğrul  Bəyin  xanımı  Altuncan  Xatun 

Cür

canda, qardaşı Çağrı Bəy isə Sərəxsdə yetmiş yaşında vəfat etdi. 



 

Şahzadə Kutalmışın üsyanı 1061-ci il 

Atası Arslan Yəbqunun ölümündən sonra Səlcuqlu hizmətinə girən Kutal-

mış İbrahim Yınaldan sonra qardaşı Rəsul-Təkinlə birlikdə 1061-ci ildə (hicri 

453)  Toğrula  qarşı  üsyan  edərək  Girdqulh  qalasına  sığındı.  Toğrulun  əmrinə 

əsasən Xamur Təkin onun üzərinə göndərilsə də Kutalmış tərəfindən məğlub 

edil


di.  Onun  məğlubiyyətindən  sonra  Amidul-Mülk Künduri Kutalmışı  Gird-

qulh qalasında mühasirəyə aldı. Lakin bu arada Toğrul Bəyin vəfatı ilə əlaqə-

dar olaraq Amidul-

Mülk mühasirəni dayandırıb geri qayıtmışdır.

738

 

1062-



cü ildə Bağdadda Abbasi xəlifəsi Qaim Biəmrullahın qızı seyidətun-

Nisa  ilə  evlənən  Toğrul  Bəy  Reyə  qayıtdı.

739

 

Reyə  döndükdün  qısa  müddət 



sonra xəstələnən Toğrul Bəy 1063-cü ildə (hicri 455) yetmiş yaşında vəfat etdi 

və inşa etdirdiyi türbədə vəfat etdi. 

736

İbn Əsir, əl-Kamil, IX cild, səh-639-640; Sibt ibn Cevzi, Miratuz-Zamandan seçmələr, səh-



29.

 

737



İbn  Əsir,  əl-Kamil,  IX  cild,  646;  İbn  Ədim,  Buğyədən  Seçmələr,  səh-2-3;  İbn  Kəsir,  əl-

Bidayətu vən-Nihayə, XII cild, səh-77-78. 

738

Yınanç, Türkiye Tarihi Selçuklular Devri, səh-53. 



739

 Sibt ibn Cevzi, Miratuz-Zamandan Seçmələr, səh-92. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə