Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə241/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   237   238   239   240   241   242   243   244   ...   314

 

492 


Ədalətli və dindar hökmdar olan Toğrul Bəyin “Özümə bir saray tikdirdi-

yim halda onun yanında Allahın evini (məscid) tikdirməsəm utanaram” sözləri 

onun dindarlığının bariz nümunəsidir.

740


 

  

Sultan  Alp  Arslan  Əbu  Şuca  Məhəmməd  ibn  Davudun  hakimiyyəti 



1064-1072 (hicri 456-465) 

1063-


cü ildə vəfat edən Toğrul Bəy övladı olmadığı üçün özündən sonra 

qar


daşı oğlu Süleyman ibn Çağrı Bəyi vəliəhd elan etmişdi. Həmin vaxt Cibal 

böl


gəsində Kutalmışa qarşı mabarizə aparan vəzir Amidul-Mülk Toğrulun ölü-

mündən xəbər tutan kimi Reyə qayıdıb Süleyman ibn Çağrı Bəyi sultan elan 

etdi. Lakin bununla razılaşmayan əksər Səlcuqlu liderlərinin Alp Arslanın sul-

tan  olmasını  istəməsi  üzərinə  Yağı-Siyan  ilə  Ərdəmdə  Qəzvində  onun  adına 

xüt

bə  oxutdular.  Bundan  əlavə  Cibal  bölgəsində  üsyan  edən  Kutalmış  böyük 



bir  ordu  ilə  hərəkət  edərək  Reyi  mühasirəyə  aldı.  Baş  verən  hadisələr qarşı-

sında aciz qalan vəzir Amidul-Mülk Alp Arslanın Reyə gəlməsini istədi. 

Bu arada Huttalan əmirinin və əmisi Musa İnanc Yəbqunun üsyanını yatı-

ran Alp Arslan sürətlə Reyə doğru hərəkət etdi. Onun böyük bir ordu ilə Nişa-

pura doğru hərəkət etdiyindən xəbər tutan Kutalmış Reyin mühasirəsini yarım-

çıq  saxlayaraq  Alp  Arslana  doğru  hərəkət  etdi.  İki  səlcuq  şahzadəsi  Damgan 

adlı məntəqədə qarşılaşdı. 1064-cü ildə (hicri 456) baş verən döyüşdə Kutalmış 

öldü


rüldü  və  ordusu  məğlub  edildi.  Qardaşı  Rəsul-Təkinlə  oğlu  əsir  götürül-

dü.


741

 1064-


cü ildə Səlcuqlu taxtına oturan Alp Arslan əmisi Toğrul Bəyin və-

ziri Amidul-

Mülkün yerinə öz vəziri Nizamul-Mülkü gətirdi. 

1064-


cüildə Reydən Azərbaycana gələn Alp Arslan Naxçıvanda ordusunu 

iki yerə ayırdı. Sultanın başçılığı altında olan ordu Gürcüstana səfər edərkən, 

oğlu Məlik-Şah və vəziri Nizamul-Mülkün başçılığı altında olan ordu da Bi-

zans sərhədlərinə doğru hərəkət edərək Sürmari və Məryəm-Nişin qalalarını ələ 

ke

çirdilər.



742

 

Gürcüstana daxil olan sultan Alp Ar



slan isə Kangarn, Kartlı, Tiflis-Çorux 

ətrafı ilə bərabər Qars və Ani bölgəsini də ələ keçirdi.

743

  

Sultan  Alp  Arslanla  eyni  vaxtda  səlcuqlu  komandanlarından  olan  Salar, 



Ha

cib Gümüş-Təkin, Afşin və Əhməd Şah kimi şəxslər də Anadolu fəthini da-

vam etdirirdi

lər. Salar Xorasan, Urfa, Sivərək istiqamətində irəliləyərkən, Ha-

cib Gümüş-Təkin, Əhməd və Afşin də Fəratı keçib Adıyaman ilə Malatyanı ələ 

ke

çirdikdən sonra Qilikya bölgələrinə enmişlər. Kayseriyə daxil olan digər səl-



cuqlu orduları şəhəri talan etdi.

744


 

740


Bundari, İraq və Xorasan Səlcuqları, tər. K. Burslan, səh-25. 

741


 əl-Hüseyni, Əhbarud-Dövlə, səh-21-22; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XII cild, səh-

90.


 

742


 İbn Əsir, əl-Kamil, X cild, səh-38; əl-Hüseyni, Əhbarud-Dövlə, səh-24. 

743


əl-Hüseyni, Əhbarud-Dövlə, səh-26-27. 

744


 Köymən, Selçuklu Devri Türk Tarihi, səh-259-260. 

                                                           




  

493 


Alp Arslanın Türkistan səfəri 

Mərvə qayıdan Alp Arslan oğlu Məlik-Şahı Qaraxanlı hökmdarı  İbrahim 

Tam

qaç  Xanın  (1052-1068)  qızı  Terkən  Xatunla  evləndirdi.  Bu  işləri  yoluna 



qo

yan  Alp  Arslan  Şərq  səfərinə  çıxaraq  1065-ci  ildə  Türkistana  daxil  oldu. 

Aral və Xəzər dənizi sahillərini dolaşan Alp Arslan Xəzər dənizi sahilində yer-

ləşən Manqışlaqda Qıpçaq rəisini məğlub edərək onu itaət altına aldı. Oradan 

Cəndə gələn sultan atası Səlcuqun məzarını ziyarət etməklə bərabər Cənd haki-

mi

nin də itaətini qəbul etdi. Bu işləri tamamlayan Alp Arslan əvvəlcə Xarəz-



mə,  oradan  da  Gurgəncə  gəlib,  burada  məscid  inşa  etdirdikdən  sonra  Mərvə 

döndü. 1066-

cı ildə Nişapura gələn Alp Arslan Kirman məliki Qavurdun üsya-

nın yatırdı.

745

 

1068-



ci ildə (hicri 460) ikinci Qafqaz səfərinə çıxan Alp Arslan Gürcü kra-

lı Bağradı məğlub edərək bir çox şəhər və qalaları ələ keçirdi. Lakin Qaraxanlı 

hökmdarı  İbrahimTamqaç Xanın ölümü ilə əlaqədar  geri qayıdan Alp Arslan 

Qaf


qazdakı işlərini sərkərdələrinə buraxdı. 

 

Anadolu səfərlərinə Bizansın münasibəti 

Sultan  Toğrul  Bəydən  sonra  Alp  Arslanın  iki  dəfə  Anadoluya  səfər 

etməsi və bunun ardınca sərkərdələrin Kayseriyə qədər əraziləri talan etməsi 

nəticəsində  imperator  Duqasın  ölümündən  sonra  hakimiyyətə  gələn  Roman 

Diogen  oğuz,  bolqar  və  franklardan  ibarət  böyük  bir  ordu  ilə  1068-ci  ildə 

(hic

ri 460) ən çox hücuma məruz qalan Antakya bölgəsinə səfər etdi. Bundan 



xəbər tutan türkmənlər geri çəkildilər. Niksar və Sivası türklərdən təmizləyən 

imperator Ro

man  Diogen  Hələbə  doğru  hərəkət  etdi.  Bunu  öyrənən  Hələb 

əmiri Mahmud geri çəkildi. Lakin bu arada Afşinin Anadoluya daxil olaraq 

Amorionu ələ keçirdiyini öyrənən imperator Roman Diogen bu səfərdən əli-

boş geri qayıtdı.

746

 

1069-



cu  ildə  edilən  ikinci  səfərdə  də  heç  bir  nəticə  əldə  edə  bilməyən 

imperator Roman Diogen, 1070-

ci ildə Manuel Komnenosun başçılığı altında 

olan böyük bir ordunu Sivas istiqamətinə göndərdi. Lakin bu ordunu məğlub 

edən  Yağı-Siyan,  ardınca  Afşinin  gəldiyini  öyrənincə  Bizans  sərkərdəsi  Ma-

nuelə təslim olaraq onunla birlikdə İstanbula gəldi. Bunun ardınca Qərbi Ana-

do

luya gələn Afşin Dənizli yaxınlığındakı Honaz şəhərini ələ keçirdi.



747

 

 



Anadolu və Suriya səfəri 

Alp Arslanın ilk hədəfi Misirdə hakimlik edən Fatmilərin (909-1171) varlı-

ğına son qoymaqla İslam dünyasındakı ikitirəliyi aradan qaldırmaq və vaxtilə 

İslam torpağı olan, lakin sonralar Bizanslılar tərəfindən ələ keçirilən bölgələri 

745

 İbn Əsir, əl-Kamil, X cild, səh-49. 



746

 Sibt Cevzi, Miratuz-Zamandan Seçmələr, səh-139. 

747

 Nuri Ünlü, İslam Tarihi, I cild, səh-413. 



  

                                                           






Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə