Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə242/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   238   239   240   241   242   243   244   245   ...   314

 

494 


ge

ri qaytarmaq idi. Misir vəziri Nasirud-Dövlə Həmdan da səlcuq sultanı Alp 

Ars

lanı Misirə dəvət edirdi.



748

 

Bu məqsədlə 1070-ci ilin avqustunda (hicri 462) Alp Arslan böyük bir or-



du ilə Azərbaycana gəldi. Buradakı qitələri və Anadolu sərhəddində ki, müca-

hid


ləri də yanına alaraq, Van gölünün şimalından keçərək Malazgirdə gələrək 

buranı fəth etdi.

749

 

Daha sonra Erciş və Diyarbəkr də səlcuqların əlinə keçdi. 



Yoluna davam edən Alp Arslan əl-Cəzirə bölgəsinin bəzi ərazilərini ələ ke-

çirdikdən sonra Urfanı bir aydan çox mühasirədə saxlasa da ələ keçirə bilmədi 

və sonda illik xərac olaraq əlli min dinar aldıqdan sonra mühasirəyə son ver-

di.


750

 1071-c


i ildə Hələbə gələn Alp Arslan buranı da ələ keçirdi. 

Bu  arada  Bizans  imperatoru  Roman  Diogenin  böyük  bir  ordu  ilə  şərqə 

doğru hərəkət etdiyini öyrənən Alp Arslan sürətlə Əhlata qayıtdı. Buraya gələn 

sultana  sərkərdə  Afşindən  belə  bir  xəbər  gəldi:  “Rum  ölkələrini  istila  edərək 

böyük bir qənimətlə geri qayıtdım, onlar bizimlə döyüşməyə qadir deyillər.”

751


 

  

Malazgird döyüşü hicri 463-cü il (miladi 1071) 

Anadolunu Türklərdən geri alaraq, İslam ölkələrini ələ keçirmək məqsədilə 

Bizans imperatoru Roman Diogen Bal

kanlardan, Kapadokya, Qilikya və Trab-

zon bölgələrindən, Erməni, Slavyan, Bolqar, Alman, Frank, Gürcü, Xəzər, Peçe-

nək, Oğuz və Qıpçaqlardan ibarət böyük bir ordu topladı. İbn Əsirə görə bu or-

du

nun  sayı  yüz  min  olmuşdur.



752

 

Niyyətini  gizli  saxlamaq  istəyən imperator 



Dio

gen Hələbdə olan Alp Arslanın yanına elçi göndərib, ələ keçirdiyi bölgələrin 

geri qaytarılması şərti ilə ona sülh təklif etsə də onun təklifi qəbul olunmadı. 

Ayasofyada oxunan ayindən sonra 1071-ci ildə Sivasa gələn imperator Ro-

man Dio

gen ermənilərdən olunan şikayətlə əlaqədar olaraq şəhəri talan etdirə-



rək, xeyli ermənini edam etdirdi.

753


 

İrana  daxil  olmaq  və  Türkləri  əzmək  niyyətində  olan  imperator  Diogen 

Nor

mandiyanın əsilzadələrindən olan Ursəli böyük bir qüvvə ilə Əhlata gön-



dərdi. Malazgirdi  ələ keçirən  Ursəl xeyli əsgəri  qılıncdan keçirdi.  Lakin qısa 

müd


dət  sonra  bu  ordunu  məğlub  edən  Əmr  Sundukun  başçılığı  altında  olan 

səlcuq ordusu sərkərdə Basilosu əsir götürməklə bərabər Bizansın zəfər nişanı 

olan “Böyük qızıl xaçı” da ələ keçirdi. 

Bundan xəbər tutan sultan Alp Arslan əlli min nəfərlik ordu ilə Malazgirdə 

gəldi. Cümə günü əsgərlərini toplayan Alp Arslan səcdəyə düşüb Allaha dua 

et

dikdən sonra belə dedi: “Ya Rəbb! Səni özümə vəkil tutur və əzəmətin qarşı-



748

 İbn Ədim, Buğyətut-Tələb, tər. A. Sevim, səh-13. 

749

 Yınaç, Türkiye Tarihi, səh-69; Urfalı Mateos, Vekayi-name, tər. Səh-138. 



750

 İbn Əsir, əl-Kamil, X cild, səh-64; Əbul-Fərəc, Tarix, I cild, səh-320. 

751

Əhməd  ibn  Mahmud,  Səlcuq-namə,  E.  Merçil,  İstanbul-1997,  I  cild,  səh-91-92; Turan, 



Selçuklular Tarihi və Türk, səh-134. 

752


 İbn Əsir, əl-Kamil, X cild, səh-65. 

753


 Urfalı Mateos, Vekayi-name, tər. Səh-141. 

                                                           




  

495 


sında üzümü yerə sürtərək sənin uğrunda döyüşürəm. Ey Tanrım! Niyətim tə-

miz


dir,  mənə  yardım  et;  sözlərimdə  yalan  varsa  bəni  xar  et”  sözləri  ilə  ima-

nının güclü olduğunu bildirərək başını qaldırdı.

754

 

Sonra əsgərlərinə xitab edə-



rək əlavə etdi: “Burada Allahdan başqa sultan yoxdur; əmir və qədər onun əlin-

dədir. Bu səbəblə mənimlə birlikdə olub və ya olmamaqda azadsınız.”

755

 

Miladi 1071-ci il 26 avqustda Malazgird 



yaxınlığında baş verən döyüşdə 

Bi

zans  ordusunu  məğlub  edən  Səlcuq  Alp  Arslan  imperator  Roman  Diogeni 



əsir götürdü. Lakin imperator Diogenlə mülayim rəftar edən Alp Arslan onunla 

əlli il müddətinə sülh bağlayaraq azad etdi. Sülhə görə Bizans Səlcuqlara illik 

ver

gi olaraq 360000 dinar verəcək, Antakya, Urfa, Əhlat, Malazgird Səlcuqlara 



ve

riləcək, İslam əsirləri azad ediləcək və bunlardan əlavə Bizans yeri gəldikdə 

Səlcuqlulara hərbi yardımda edəcəkdi.

756


 

Azad edilən imperator Roman Diogen Tokata çatdıqda Mixail Duqasın VII 

Mixail adı ilə imperator seçildiyini öyrəndi. Tokatda topladığı iki yüz min di-

narı Alp Arslana göndərərək əlində başqa bir qüdrətin qalmadığını məktub va-

si

təsilə ona bildirdi. Oradan Qilikyaya gələn Diogenin gözlərinə mil çəkilərək 



kor edildi.

757


 

Bu hadisədən xəbər tutan Alp Arslan Anadolunun fəthinin tamamlanması 

haq

qında qərar verdi. Buna görə sərkərdələrinə “Bu gündən etibarən Bizansla 



olan sülh müqaviləsi başa çatmışdır. Artıq xristianlar öldürüləcək və məmləkət-

ləri istila ediləcəkdir. Onlara əsla mərhəmət göstərməyin” deyərək Anadolunun 

fəthinin tamamlanmasını əmr etmişdir.

758


 

İslam  tarixinin  ən  mühüm  hadisələrindən  olan  Malazgird  zəfəri  türklərin 

Ana

dolunu tamamilə fəth edərək oraya yerləşməsinə səbəb olmuşdur. Bu döyüş 



nəticəsində  Anadolunun  qapıları  türklərin  üzünə  açılmış  və  Anadolu  tamamilə 

fəth edilərək türkləşdirilmişdir. Eyni zamanda islamla xristianlığın hesablaşması 

adlanan bu döyüş Alp Arslana İslam dünyasında şöhrət qazandırmışdır. 

 

Alp Arslanın Şərq səfəri 

Alp  Arslan  yeznəsi  olan  Qaraxanlı  hökmdarı  Şəmsul-Mülk  Nəsr  Xan 

(1068-


1080) ilə sultanın oğlanları İlyas və Ayaz arasındakı münasibətlərin gər-

gin


ləşməsi və nəticədə Qaraxanlı hökmdarının Alp Arslanın qızı olan yoldaşını 

qar


daşlarına casusluq etməsi bəhanəsiylə öldürməsi səbəbilə iki yüz min nəfər-

lik  ordu  ilə  Maveraun-nəhr  səfərinə  çıxdı.  Ceyhun  çayını  keçib  1072-ci  ildə 

(hic

ri 465) Türkistana daxil olan Alp Arslan Bərzəm qalasını mühasirəyə aldı. 



Bir müddət müqavimət göstərən qala komandiri Yusif Xarəzmi məğlub edilə-

754


 Əli Sevim, Anadolunun fəthi, səh-64-65. 

755


 İbn Əsir, əl-Kamil, X cild, səh-66. 

756


İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XII cild, səh-101; Kafesoğlu, Malazgird, İA. səh-247. 

757


İbn Əsir, əl-Kamil, X cild, səh-181; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, XII cild, səh-101. 

758


Nuri Ünlü, İslam Tarihi, I cild, səh-421; Urfalı Mateos, Vekayi-name, tər. səh-144; Əhməd 

ibn Mahmud, Səlcuq-namə, I cild, səh-81-108. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə