Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə243/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   239   240   241   242   243   244   245   246   ...   314

 

496 


rək sultanın hüzurana çıxarıldı. Yusif Xarəzmi danışıq zamanı gizlətdiyi bıçaq-

la  Alp  Arslanı  ağır  yaraladı.

759

 

Aldığı  yaradan  öləcəyini  anlayan  Alp  Arslan 



özün

dən  sonra  oğlu  Məlik-Şahı  vəliəhd  elan  edərək  1072-ci  ildə  (hicri 465) 

qırx üç yaşında vəfat etmiş və Mərvdə dəfn edilmişdir.

760


 

  

Məlik-Şah  ibn  Alp  Arslanın  hakimiyyəti  hicri  465-485 (miladi 1072-



1092) 

1072-


ci ildə sultan Alp Arslanın ölümündən sonra onun vəsiyyətinə əsasən 

oğlu Məlik-Şah səlcuq hökdarı elan edildi. Onun hakimiyyəti dövründə Səlcuq-

lu dövləti ən geniş ərazilərə sahib olduğu kimi İslam dünyasıda ən məsud dövr-

lərindən birini yaşamışdır. Lakin onun hakimiyyəti ilə barışmayan əmisi Kir-

man məliki Kavurt Bəy üsyan etdi. Bununla əlaqədar olaraq Reyə gələn Məlik-

Şah bu bölgədəki türkmənləri öz tərəfinə çəkdi. 1073-cü ildə (hicri 465) Həmə-

dan 

yaxınlığında baş verən döyüşdə məğlub olan Kavurt Bəy oğlanları ilə bir-



lik

də həbs edildi.

761

  Bir müd



dət sonra Məlik-Şahın əmri ilə Kavurt Bəy öldü-

rüldü, oğlanları isə gözlərinə mil çəkilərək kor edildi.

762

 

Bu  qarışıqlıqlardan  istifadə  edən  Qaraxanlı  hökmdarı  Şəmsül-Mülk  Nəsr 



Xan, Tirmiz və Bəlx bölgəsini istila etdi. Bu əraziləri xilas etməyə gələn Mə-

lik-


Şahın qardaşı Ayaz Ceyhun çayını keçərkən əsgərləri ilə birlikdə çayda bo-

ğuldu. Baş verən hadisələrdən xəbər tutan Məlik-Şah bu bölgəyə gələrək 1074-

cü ildə (hicri 467) Tirmiz və Bəlxi Qaraxanlılardan azad etdi.

763


 

Bu arada Toxaristanı ələ keçirən Qəznəvilər də Məlik-Şahın əmisi Osmanı 

əsir  götürmüşdülər.  Lakin  Məlik-Şahın  gəldiyindən  xəbər  tutduqda  Osmanı 

sərbəst buraxıb sultana sülh təklif etdilər.

764

 

 



Suriya və Anadolu fəthləri 

Şərqdə asayişi bərpa edən Məlik-Şah qərbə gələrək xalası Cövhər Xatunun 

üs

yanını yatırdı. Sonra Azərbaycan bölgəsindən Anadoluya və Suriyaya gələn 



Məlik-Şah  burada  Kutalmışın  oğullarının  başçılığı  ilə  davam  edən  Yəbqulu 

Türk


mənlərinin fəthlərini dayandırmaq qərarına gəldi. 

Alp Arslanın dövründə Suriyaya qaçan Yəbqulu Türkmənləri Qınıq boyun-

dan olan Atsız Bəyin başçılığı ilə fəaliyyətə başladılar. Suriyadakı qarışıqlıq-

dan istifadə edən Atsız 1076-cı ildə (468) Şamı mühasirəyə alaraq özünə tabe 

et

di. Ardından Yafa və Xımsı da ələ keçirən Atsız xütbəni Abbasilərin adına 



oxut

duraraq, şiə azanına son qoydu.

765

 

759



 Bundari, İraq və Xorasan Səlcuqları, tər. K. Burslan, səh-44. 

760


İbn Əsir, əl-Kamil, X cild, səh-73-74; Ravəndi, Rahatus-Sudur, I cild, səh-118-119. 

761


 İbn Əsir, əl-Kamil, X cild, səh-78. 

762


 Mərçil, Kirman Səlcuqları, İstanbul-1980, I cild, səh-60-61. 

763


İbn Əsir, əl-Kamil, X cild, səh-92; İbn Cevzi, Miratuz-Zamandan seçmələr, səh-172. 

764


 Turan, Səlcuqlular Tarixi, səh-153-154. 

765


 İbn Əsir, əl-Kamil, X cild, səh-99-100. 

                                                           




  

497 


Atsızın Suriyadakı hökmranlığına son qoymaq istəyən Məlik-Şah qardaşı 

Tutuşu 1078-ci ildə (hicri 471) Suriyaya göndərdi. Misir və Qüds səfərlərindən 

məğlub qayıdan Atsız xeyli zəifləmişdi. Bundan istifadə edən Misirlilər Şamı 

hasirəyə aldıqda Atsız Tutuşdan yardım istədi. Bu təklifi qəbul edən Tutuş 



Mi

sirliləri Şamdan çıxardıqdan sonra Atsızı öldürərək bu bölgələri öz idarəsinə 

keçirdi.  

1075-


ci ildə (hicri 468) Azərbaycan bölgəsinə daxil olan Məlik-Şah, Qara-

bağda Bizans elçisini qəbul etdikdən sonra Arran və Şirvan əyalətlərini böyük 

sərkərdələrdən olan Sav-Təkinin ixtiyarına buraxaraq öz adına xütbə oxutdu. 

Anadoluya  göndərilən  Əmir  Porsuq  Anadolu  Səlcuqlu  sultanı  Süleyman 

Şahın (1075-1086) qardaşı Mənsuru öldürdüyü üçün geri çağırıldı. 

Diyarbəkir  əmiri  Nizamuddinin  ölümündən  sonra  onun  yerini  tutan  oğlu 

Əmir Mənsurun əhalini incitməsi ilə əlaqədar olaraq, bu məntəqələri ələ keçi-

rən Məlik-Şah Mərvani əmirliyinə son qoydu. 

 

Antakya və Xorasan səfəri 

Məlik-Şahın Şərəfuddövlə Müslimin üsyanını  yatırmaq üçün Mosul səfə-

rin

də olmasından istifadə edən Xorasan məliki olan qardaşı Tukuş üsyan edə-



rək Mərv və Sərəxs şəhərlərini ələ keçirdi. Qışı İsfəhanda keçirən Məlik-Şah 

1085-ci ild

ə (hicri 477) Tukuş üzərinə getdi. Məşhur sərkərdələr Bozan, Porsuq 

və Kumacla Tukuşu Venec qalasında məğlub edən Məlik-Şah onun gözlərinə 

mil çəkdirərək kor etdi. 

Məlik-Şahın  şərqdə  səfərdə  olmasından  istifadə  edən  Anadolu  Səlcuqlu 

sul

tanı  Süleyman  Şah  1085-ci  ildə  Hələbə  gələrək  Şərəfuddövlə  Muslimi  öl-



dür

sə də, daha sonra Tutuş tərəfindən məğlub edilərək öldürülmüşdür. 

Suriyadakı işləri yoluna qoymaq üçün Əmir Porsuq, Bozan və Aksunqurla 

1086-


cı  ildə  (hicri  479)  Mosula  gələn  Məlik-Şah  Hərranıda  ələ  keçirdi.  Sonra 

sul


tanın əmri ilə Urfa üzərinə gedən Bozan 1087-ci ildə (hicri 480) buranı fəth 

et

di. Suriyadakı işləri qaydasına qoyan Məlik-Şah Urfanı Bozana, Hələbi Aksun-



qura, Mosul və ətraf əraziləri Çökərmişə, Antakyanı da Yağı-Siyana buraxdı. 

Sonra 1087-

ci ildə Bağdada gələn sultan Məlik-Şah qızı Məhmələk Xatun-

la  abbasi  xəlifəsi  Müktədi  Billahın  (1031-1075)  toy  məclisində  iştirak  etdi. 

İraqda olduğu müddətdə Məlik-Şah Hz.Əli (ə) ilə Hz.Hüseynin (ə) müqəddəs 

məzarlarını ziyarət etdi. 

 

Türkistan səfəri 

Şərq səfərini tamamlayan Məlik-Şah Səlcuqlu dövlətinin mərkəzi olan İs-

fa

na qayıtdı. Türkistan bölgəsində hökmranlıq edən Qərbi Qaraxanlı hökmdarı 



Əhməd Xan (1081-1089; 1094-1095) əhalinin sərvətini müsadirə edincə, varlı 

təbəqə Səlcuq hökmdarı Məlik-Şaha şikayət edərək onu Türkistan səfərinə təş-

viq etdilər. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə