Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə244/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   240   241   242   243   244   245   246   247   ...   314

 

498 


Bununla əlaqədar olaraq böyük bir ordu ilə hərəkətə keçən Məlik-Şah Bu-

xaranı ələ keçirdikdən sonra 1088-ci ildə (hicri 481) Səmərqəndi də ələ keçirib 

Əhməd Xanı əsir alaraq İsfəhana göndərdi. 

Lakin İsfəhana qayıdan Məlik-Şah Qaraxanlılara bağlı olan Çiğıl və Yağ-

ma  qövmlərinin  tez-tez  üsyan  etmələrini  nəzərə  alaraq  Əhməd  Xanı  yenidən 

Qa

raxanlı hökmdarı təyin etdi. 



Sultan  Məlik-Şahla  vəziri  Nizamül-Mülkün  yaxınlığına  həsəd aparan bir 

çox şəxslər onların arasını vurmağa çalışırdı. Onların başında Məlik-Şahın xa-

nımı Qaraxanlı Tərkən Xatun ilə onun vəziri Tacul-Mülk Əbul-Qənəim gəlirdi. 

Tərkən Xatun oğlu Mahmudu Məlik-Şahın böyük oğlu Bərkyarukun yerinə 

vəliəhd edərək Səlcuqlu taxtını, nəvəsi xəlifə Müktədinin oğlu olan Cəfəri isə 

Mük


tədidən sonra vəliəhd edərək Abbasi taxtını ələ keçirmək istəyirdi. Lakin 

bu istəklərini həyata keçirməkdə vəzir Nizamül-Mülk ona mane olurdu.

766

 

İsfəhanda sultanla vəzir arasında baş verən münaqişədən sonra Məlik-Şah 



Bağdada  getdi.  Sultandan  sonra  yola  çıxan  vəzir  Nizamül-Mülk 1092-ci  ildə 

(hicri  485)  Nəhavənd  yaxınlığında  yanına  gələn  bir  nəfər  tərəfindən  bıçaqla-

naraq öldürüldü.

767


 

Onun ölümündən sonra sultan Məlik-Şahın əmrinə əsasən 

Tacul-Mü

lk vəzir təyin edilmişdir. 

Bu arada nəvəsi Cəfərin abbasi xəlifəsi Müktədidən sonra vəliəhd elan olun-

du

ğunu öyrənən Məlik-Şah xəlifədən on gün ərzində Bağdadı tərk etməsini istə-



di. Lakin bu müddət başa çatmamış vəzir Nizamül-Mülkün ölümündən otuz beş 

gün sonra 1092-

ci ildə (hicri 485) Sultan Məlik-Şahda qəflətən vəfat etdi. Onun 

zəhərləndirilərək öldürüldüyü və bu hadisədə xanımı Tərkən Xatunun da əli ol-

du

ğu haqqında məlumatlar vardır.



768

 

Bəzi mənbələrdə onun xəstələnərək öldüyü 



qeyd olunur.

769


 Tab

utu İsfəhana gətirilən Məlik-Şah orada dəfn edilmişdir.

770

 

Onun ölümündən sonra sərhədləri şərqdə Çin səddinə, qərbdə Aralıq dəni-



zinə, şimalda Qafqaza, Xəzər və Qara dənizə qədər uzanan Səlcuq dövləti zəif-

ləməyə başladı. 

 

Səlcuqluların durğunluq dövrü hicri 485-511 (miladi 1092-1118) 

Sultan  Məlik-Şahın  qəfil  ölümü  ilə  Səlcuqlu  dövləti  daxili  çəkişmələrə 

məruz qaldı. Həmin vaxt Səlcuqlu sultanlığına iki namizəd oldu. Bunlardan biri 

su

ltan Məlik-Şahın böyük oğlu Ruknəddin Əbul-Müzəffər Bərkyaruk, digəri isə 



sultanın Tərkən Xatundan doğulan oğlu Mahmud. Bu qarışıqlıqdan istifadə edən 

Tərkən Xatun çoxlu pul paylayaraq İslam dünyasının hər yerində beş yaşlı oğlu 

Mahmudun  adına  xütbə  oxutduraraq  onu  Səlcuqlu  sultan  elan  etdirdi.  Digər 

766


İbn Əsir, əl-Kamil, X cild, səh-205. 

767


 İbn Ədim, Buğyətut-Tələb, səh-85; İbn Əsir, əl-Kamil, X cild, səh-205. 

768


 İbn Əzraq, Tarixi Meyyafariqin, səh-229; İbn əl-Cevzi, əl-Müntəzəm, IX cild, səh-74; 

Kafesoğlu, Melik-Şah Devri, səh-208. 

769

 İbn Xəlliqan, Vefeyat, IV cild, səh-374; Qəzvini, Güzidə, səh-439. 



770

Turan, Səlcuqlular Tarixi və Türk İslam Mədəniyyəti, səh-173. 

                                                           



  

499 


tərəfdən də bir dəstə adam göndərərək Bərkyaruku İsfəhanda həbs etdirdi. Bunu 

görən Nizamül-Mülkün adamları onu həbsdən azad edərək eyni ildə İsfahanda 

sultan elan etdilər. Bununla da hakimiyyət uğrunda mübarizə başlandı. 

Tərkən Xatunun göndərdiyi ordu Berucird adlı məntəqədə Bərkyaruk tərə-

fin

dən  məğlub  edildi  və  vəzir  Tacul-Mülk öldürüldü.



771

 

Bu  məğlubiyyətdən 



sonra  Tərkən  Xatunun  Gəncə  məliki  İsmailin  başçılığı  ilə  göndərdiyi  ordu  da 

Bərkyaruk tərəfindən öldürüldü. İsmail Bərkyarukun tərəfinə keçmək istəsə də 

sərkərdələr tərəfindən öldürüldü. Bu hadisələrdən sonra 1094-cü ildə (hicri 487) 

Tərkən Xatun, bir ay sonra isə oğlu Mahmud çiçək xəstəliyinə tutularaq öldü.

772

 

Bu arada sultanlıq iddiasında olan Suriya məliki Tacuddövlə Tutuş ətrafına 



adam  toplayaraq  Hələbə  doğru  hərəkət  etdi.  Məşhur  sərkərdələrdən  olan  Qa-

sımuddövlə, Aksunqur, Urfa valisi Bozan və Antakya valisi Yağı-Siyan da onun 

tərəfini tutdu. Bundan istifadə edən Tutuş Cəzirə bölgəsində yerləşən Nusaybin, 

Mosul, Rəhbən, Rəqqəni, Diyarbəkr bölgəsi ilə Təbrizi də özünə tabe edərək, bu 

məntəqələrdə xütbəni öz adına oxutdu. Ardınca Bərkyaruk üzərinə hərəkət edən 

Tutuş Rey məntəqəsində onunla qarşılaşdı. Lakin məşhur sərkərdələr Bozan və 

Aksunqurun  Bərkyarukun tərəfinə keçməsi ilə ordusu zəifləyən Tutuş 1093-cü 

i

ldə (hicri 486) Suriyaya qayıtdı.



773

 

Ətrafına ordu toplayan Tutuş 1094-cü ildə 



(hicri 487) əvvəlcə Bozanı, sonra isə Aksunquru məğlub etdi. 

Həmədan yaxınlığında baş verən növbəti döyüşdə Tutuş tərəfindən məğlub 

edi

lən Bərkyaruk İsfəhana qaçdı. İsfəhanda vəzir Nizamul-Mülkün tərəfdarlarını 



ətrafına toplayan Bərkyaruk böyük bir ordu ilə 1095-ci ildə (hicri 488) Rey mən-

təqəsində Tutuşu məğlub etdi və Tutuş intiqamçılar tərəfindən öldürüldü.

774

 

Bərkyarukun  qərbdə  Tutuşla  mübarizə  aparmasından  istifadə  edən  əmisi 



Arslan Arqun şərqdə bütün Xorasanı ələ keçirərək ona qarşı qiyam etdi. Lakin 

ətrafında adamlarla yaxşı rəftar etmədiyi üçün qısa müddət sonra köləsi tərəfin-

dən öldürüldü.

775


 

Onun ölümündən sonra Bərkyaruk qardaşı Səncəri 1097-ci il-

də Xorasan valisi təyin etdi. 

Azərbaycan (Gəncə və ətrafı) valisi olaraq digər qardaşı Məhəmməd Tapa-

rı, atabəy olaraq isə Qutluğ Təkini təyin etdi. Lakin Qutluğ Təkini öldürən Mə-

h

əmmməd  özünə  Nizamul-Mülkün  oğlu  Müəyyədul-Mülkü  vəzir  təyin  etdi. 



Qısa müddət sonra özündə güc toplayan Məhəmməd Tapar yeni vəzirin təhriki 

ilə Arranı ələ keçirərək Bərkyarukun üzərinə hərəkət etdi. Baş verən döyüşdə 

məğlub olan Bərkyaruk Xuzistana doğru çəkildi və Bağdadda xütbə Məhəm-

məd Taparın adına oxundu. 1100-cü ildə (hicri 493) Bağdadı yenidən ələ ke-

çirən Bərkyaruk xütbəni öz adına oxutdu.

776


 

771


 İbn Əsir, əl-Kamil, X cild, səh-334. 

772


Ravəndi, Rahatus-Sudur, I cild, səh-139; Tarixi Əbul-Fərəc, I cild, səh-135. 

773


 A. Sevim, Suriya Səlcuqları, Ankara-1965, səh-104, 111. 

774


 Köymən, Səlcuqlu Dövrü, səh-76-77. 

775


 İbn Əsir, əl-Kamil, X cild, səh-262-264. 

776


Özaydın, Muhammed Tapar Devri, TTK Ankara-1990, səh-11-17. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə