Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə245/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   241   242   243   244   245   246   247   248   ...   314

 

500 


1101-

ci ildə (hicri 494) Həmədan yaxınlığında baş verən növbəti döyüşdə 

Məhəmməd Tapar məğlub oldu və əsir edilən vəziri Müəyyədul-Mülk öldürül-

dü.


777

 

Məğlub olan Məhəmməd Tapar Səncərin yanına gedib onunla əlbir ola-



raq Bərkyaruka qarşı ordu topladı. Eyni ildə onların Bağdada gəlməsi ilə əlaqə-

dar olaraq  Bərkyaruk Vasitə doğru çəkildi. Nəhavənd  yaxınlığında baş  verən 

üç günlük döyüşdən sonra Məhəmməd Tapar məlik, Bərkyaruk isə sultan ol-

du.


778

 

Bu hadisədən bir il sonra 1102-ci ildə (hicri 495) Rey yaxınlığında baş 



ve

rən  növbəti  döyüşdə  məğlub  olan  Məhəmməd  Tapar  Qəzvin  istiqamətində 

qa

çaraq  İsfəhana  keçdi.  Məhəmməd  Taparı  ələ  keçirmək  istəyən  Bərkyaruk 



yüz minlik ordu ilə İsfəhanı mühasirəyə aldı. Altı aylıq mühasirədən sonra Mə-

həmməd Tapar 150 nəfərlik süvari ilə şəhərdən qaçdı.

779

 

1103-



cü ildə (hicri 496) Xoy yaxınlığında baş verən döyüşdə yenidən məğ-

lub olan Məhəmməd Tapar Təbrizə qaçdı. Nəhayət 1104-cü ildə Bərkyarukun 

Məhəmməd Tapara sülh təklif etməsi ilə iki tərəf arasında sülh bağlanmışdır. 

Azərbaycan, Diyarbəkr, əl-Cəzirə və Mosulun Məhəmməd Tapara verilməsi ilə 

döv

lət  faktiki  olaraq  iki  yerə  bölünmüşdür.  Anadolu  Səlcuqluları  da  üçüncü 



döv

lət olaraq meydana çıxmışdır.

780

 

Bu an



dlaşmadan  qısa  müddət  sonra  1104-cü  ildə  (hicri  498)  Bərkyaruk 

xəstələnərək Berucirddə vəfat etdi və onun yerinə beş yaşlı oğlu II Məlik-Şah 

sultan elan edildi. 

İki  qardaş  arasında  baş  verən  mücadilə  nəticəsində  dövlət  xeyli  zəiflədi. 

Bun

dan istifadə edən Abbasilər Bağdad və ətraf məntəqələri yenidən ələ keçir-



dilər. Eyni zamanda Suriya və Anadolunu ələ keçirmək istəyən xristianlar mü-

səlmanlara qarşı xaç yürüşlərini tərtib etmişlər. 

 

Sultan Məhəmməd Tapar 1105-1118 (hicri 498-511) 

II Məlik-Şahın az yaşlı olmasından istifadə edən Məhəmməd Tapar bütün 

rəqiblərini məğlub edərək 1105-ci ildə (hicri 498) hakimiyyəti ələ keçirdi. Ha-

kimiyyəti ələ keçirən Məhəmməd Tapar 1090-cı ildə (hicri 483) Alamud qala-

sını ələ keçirən batinilərin lideri Həsən Sabbaha qarşı amansız mübarizəyə baş-

ladı. 1107-ci ildə (hicri 500) batinilərin əlində olan Şahdiz qalasını ələ keçirən 

səlcuqlu ordusu Anuş-Təkin başçılığ ilə batini lideri Həsən Sabbahın sığındığı 

Alamud qalasını mühasirəyə aldı. Məhəmməd Tapar dövründə batinilərə qarşı 

dödr  səfər  edilsə  də  Alamud  qalası  ələ  keçirilməmişdir.  Çünki  bu  səfərlərə 

Məhəmməd Taparın ölümü ilə son qoyulmuşdur. 

Bir müddət Bağdadda qalan Məhəmməd Tapar Suriya bölgəsində fəaliyyətə 

başlayan xaçlılara qarşı ordu göndərdi. Lakin səlcuq ordusunda olan dağınıqlıqdan 

777

 İbn Əsir, əl-Kamil, X cild, səh-304. 



778

 əl-Hüseyni, Əhbar, səh-53. 

779

 İbn Əsir, əl-Kamil, X cild, səh-334-335. 



780

 İbn Əsir, əl-Kamil, X cild, səh-369-371. 

                                                           



  

501 


is

tifadə edən xaçlılar Urfa və Antakyada qraflıqlar qurmaqla yanaşı Suriya sahillə-

ri

ni də ələ keçirdilər. Bu arada ilk xaçlı səfərində Anadolu sahillərini türklərdən tə-



miz

ləyən Bizans hücuma keçdi. Çökərmişin Urfaya etdiyi səfərdən sonra Suriya 

və Ürdün bölgəsindəki əraziləri ələ keçirən xaçlıların əhaliyə zülm etməsi və Tuğ-

Təkinin yardım istəməsi ilə əlaqədar olaraq sultan Məhəmməd Tapar Əmir Cav-

linin başçılığı  altında olan böyük bir ordunu xaçlıların üzərinə  göndərdi.  Bunun 

ardınca  Seyfud-Dövlə  Sədəqə  ilə  Çökərmiş  Cavlıya  köməyə  göndərildi.  Lakin 

Çökərmişin yardım etməməsi ilə bu hücum nəticəsiz qaldı. Üç ildən artıq Trablusu 

müdafiə edən İbn Əmmara da daxili ixtilaflar nəticəsində yardım edilmədi. 

Bu qarışıqlıqdan istifadə edən Gürcü kralı David (1089-1125) qırx min nə-

fərlik ordu ilə Gəncə qapılarına qədər irəlilədi. Bu hücumların qarşısını almaq 

is

təyən Məhəmməd Tapar 1110-cu ildə göndərdiyi ordu ilə bir çox yerləri ələ 



keçirdi.

781


 

Şiələri himayə edən Seyfud-Dövlə Sədəqənin getdikcə artmaqda olan nüfu-

zun

dan ehtiyat edən Məhəmməd Tapar onu da edam etdirdi. 



Çox adil və əxlaqlı bir hökmdar olan sultan Məhəmməd Tapar 1118-ci ildə 

(hic


ri  511)  37  yaşında  vəfat  etmişdir.  Ölümündən  əvvəl  özündən  sonra  oğlu 

Mah


mudu vəliəhd elan etmişdir.

782


 

  

Əbul-Haris Sultan Səncər 1118-1157 (hicri 512-552) 

1118-

ci ildə Məhəmməd Taparın ölümündən sonra onun vəsiyyətinə əsa-



sən on üç yaşlı oğlu Mahmud Səlcuq sultanı elan edildi. Bununla razılaşmayan 

əmisi  Səncər  eyni  vaxtda  Xorasanda  öz  sultanlığını  elan  etdi.  Bundan  sonra 

Mah

mudu  taxtdan  salmaq  üçün  onun  üzərinə  getdi.  1119-cu  ildə  (hicri 513) 



Rey 

yaxınlığında baş verən döyüşdə Mahmudu məğlub edən Sultan Səncər onu 

Re

yin qərbinin sultanı elan etmişdir. Reydə daxil olmaqla şərq bölgəsini özünə 



ta

be edən Səncər isə “Sultanul-azam” ləqəbini götürmüşdür.

783

 

  



Sultan Səncərin Şərq fəaliyyəti 

916-


cı ildə Çinin cənubunda Lieo xanədanının əsasını qoyan Qaraxitaylar 

Balasaqun sərhədlərinə gəlib burada yerləşsələrdə Kaşğar yaxınlığında Kaşğar 

hökm

darı  Arslan  Əhməd  Xan  tərəfindən  1128-ci  ildə  (hicri 522)  məğlub 



edildilər.

784


 

Baş verən hadisələrdən narahat olan sultan Səncər Qaraxitayların hücumunun 

qar

şısını almaq üçün tədbirlər görməyə başladı. Şərqdən etdikləri səfərdə uğur qa-



za

na bilməyən Qaraxitaylar şimaldan Qırğız ölkəsini keçərək Qaraxanlı torpaqla-

rına daxil oldular. Qaraxanlı hökmdarı ilə Qarluq və Qanqlı qövümləri arasında 

781


 əl-Hüseyni, Əhbar, səh-57. 

782


Mateos, Vekayi-

namə, səh-262-264; Özaydın, Məhəmməd Tapar Dövrü, səh-150-153. 

783

Bundari, İraq və Xorasan Səlcuqları, səh-122-123; İbn Əsir, əl-Kamil, X cild, səh-551-553. 



784

 Köymən, Səlcuqlar, İkinci imperatorluq, səh-323-324. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə