Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə246/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   242   243   244   245   246   247   248   249   ...   314

 

502 


olan düşmənlik səbəbi ilə köməyə gələn Qaraxitay hökmdarı Gur-Xan Balasaquna 

daxil olara

q, Kaşğarı və Hötəni ələ keçirdikdən sonra Tarım hövzəsində yerləşdi. 

Buddist  və  şaman  dininə  mənsub  olan  Qaraxitaylar  əvvəlcə  Şərqi  Qara-

xanlı, sonra da Qarluqların köməyi ilə Qərbi Qaraxanlı torpaqlarını ələ keçirdi-

lər. Səmərqənd hökmdarı Mahmudun Qarluqlardan şikayət etməsi ilə əlaqədar 

ola

raq, bu məntəqəyə gələn Sultan Səncər onları itaət altına alaraq təzyiq gös-



tərməyə başladı. Bundan narahat olan Qarluq, Çığıl və Yağma qövmləri Qara-

xitay hökmdarı Gur-Xanı Sultan Səncərə qarşı döyüşə təşviq etdilər. 

İki ordu 1141-ci ildə (hicri 536) Səmərqənd yaxınlığında Qətvan adlı mən-

təqədə qarşılaşdı. Baş verən döyüşdə otuz mindən artıq əsgərini itirən Sultan 

Səncər məğlub olaraq Sistan məliki Tacuddinin vasitəsi ilə Bəlxə qaçdı.

785


 

Bu  məğlubiyyət  nəticəsində  Səlcuqlu  dövləti  xeyli  zəiflədi.  Qaraxitay 

hökm

darı Gur-Xana tabe olan Xarəzm valisi Atsız Qətvan döyüşündən bir ay 



sonra  Xorasan  şəhərlərini  ələ  keçirməyə  başlamışdır.  Bunun  ardınca  Gur 

hökm


darı Əlaəddin də Səlcuqlu torpaqlarına hücum etmişdi. 

Bu dö


yüşdən sonra Səlcuqlu dövləti Ceyhun çayından Çin sərhəddinə qə-

dər olan ərazilərini itirdi. Türkistan bölgəsi müsəlmanlığı qəbul etdikdən sonra 

ilk dəfə Buddist bir qövmün hakimiyyəti altına düşdü. Qısa müddət sonra, əv-

vəlcə Naymanlar, ardından da Çingiz və Monqollar İslam dünyasını tamamilə 

ist

ila edib tarixin ən böyük təxribatlarını həyata keçirdilər. 



 

Xarəzimşah valisi Atsız ilə Gurlu hökmdar Əlaəddinin fəaliyyəti 

Sultan  Səncərin  Qətvan  döyüşündə  məğlub  olmasını  fürsət  bilən  Atsız 

1141-

ci ildə (hicri 536) Xorasana gələrək, heç bir müqavimətə rast gəlmədən 



Sərəxsi ələ keçirdi. Ardından Səlcuqlu dövlətinin mərkəzi olan Mərvə gəlib öz 

adına xütbə oxutduran Atsız xeyli əsirlə Xarəzmə qayıtdı.

786

 

Xorasan istilasından bir il sonra hakimiyyəti  yenidən ələ keçirmək istəyən 



Sultan Səncər hicrətin 538-ci ilində (miladi 1143-1144) ikinci Xarəzm səfərinə 

çıxdı (ilk səfər 1138-ci ildə edilmişdir). Bundan narahat olan Atsız Sultan Sən-

cərdən üzr istəyərək Mərvdən gətirdiyi səlcuq xəzinələrini olduğu kimi geri qay-

t

armışdır.  Lakin  bir  müddət  sonra  Sultan  Səncəri  öldürmək  istəyən  Atsız 



məqsədini həyata keçirə bilmədi. Bununla əlaqədar olaraq Sultan Səncər 1147-ci 

ildə (hicri 542) üçüncü Xarəzm səfərinə çıxaraq Xəzərəsb qalasını ələ keçirdi. 

Atsızı məğlub etdikdən sonra Sultan Səncər Gur hökmdarı Əlaəddinə qarşı 

fəaliyyətə  başladı.  Çünki  Qətvan  məğlubiyyətindən  sonra  Heratı  ələ  keçirən 

Əlaəddin Bəlxə doğru irəliləyirdi. Bu hücumların qarşısını almaq istəyən Sul-

tan Səncər 1152-ci ildə (hicri 547) Əlaəddin Cahan-suzun üzərinə gedərək onu 

məğlub edib itaət altına aldı.

787


  

785


Turan, Səlcuqlular Tarixi, səh-191; İbn Əsir, əl-Kamil, XI cild, səh-81. 

786


Kafəsoğlu, Xarəzmşahlar Dövlətinin Tarixi, səh-54-55. 

787


İbn Əsir, əl-Kamil, XI cild, səh-164-166; Ravəndi, Rahatus-Sudur, I cild, səh-173. 

                                                           




  

503 


Oğuzların hücumu və Səlcuqlu dövlətinin süqutu 

Oğuzlar tərəfindən əsası qoyulan Böyük Səlcuqlu dövlətinə elə oğuzlar tə-

rəfindən  də  son  qoyulmuşdur.  Qarluq  və  digər  qövmlərin  təzyiqi  nəticəsində 

Maveraun-

nəhrdən köç edən oğuzlar Bəlxdə məskunlaşdılar. Əvvəlcə Sultana 

bağlılıqlarını  bildirən  oğuzlar  dövlətə  müəyyən  qədər  vergidə  ödəyirdilər. 

1141-

ci ildə baş verən Qətvan döyüşündə səlcuq ordusunun məğlubiyyətindən 



son

ra oğuzlar sərbəst  yaşamağa başladılar.  Bundan narahat olan  Bəlx hakimi 

Əmir Kumac oğuzları özünə tabe etmək üçün hərəkətə keçdi. Lakin baş verən 

yüşdə məğlub olan Əmir Kumac oğlu ilə birlikdə öldürüldü.



788

 

Baş verən hadisələrdən narahat olan Sultan Səncər əmir və komandirlərin 



təşviqi ilə oğuzlara qarşı müharibə elan etdi. 1153-cü ildə baş verən döyüşdə 

səlcuqları məğlub edən oğuzlar Sultan Səncəri də əsir götürdülər.

789

 

Bu məğlu-



biy

yət eyni zamanda Səlcuqlu imperiyasının sonu oldu. Bütün Xorasanı başda 

Səlcuqların mərkəzi olan Mərv şəhərini talan edən oğuzlar əhaliyə zülm etdilər. 

Üç il ağır işgəncələr altında oğuzların əsiri olan Sultan Səncər 1156-cı ildə 

qaçsa da, qısa müddət sonra 1157-ci ildə (hicri 552) Mərv şəhərində vəfat et-

miş və özünün inşa etdirdiyi türbədə dəfn edilmişdir.

790

 

 



Böyük Səlcuqlu Xaqanları: 

1. 


Məhəmməd Toğrul-Bəy (1038-1063) 

2. 


Məhəmməd Alp-Arslan (1063-1072) 

3. 


Cəlalud-Dövlə I Məlik-Şah (1072-1092) 

4. Mahmud (1092-1093) 

5. Rüknüd-

Dövlə Bərkyaruk (1093-1104) 

6. 

II Məlik-Şah (1104-1105) 



7. 

Məhəmməd Tapar (1105-1118) 

8. 

Sultan Səncər (1118-1157).



791

 

  



İraq Səlcuqları (1118-1194) 

Məhəmməd Taparın ölümündən sonra sultan olan Səncər Azərbaycanı, sər-

hədlərini genişləndirib Əcəm və Ərəb İraqını da qataraq, bu ərazilərin ixtiyarını 

qar


daşı oğlanlarına verdi. Beləcə Məhəmməd Taparın oğlanları və nəvələri əv-

vəlcə  atalarının  baş  şəhəri  olan  İsfahanda,  sonralar  isə  Həmədanda,  Qafqaz 

dağları və Xəzər dənizi ilə Bəsrə körfəzi arasındakı sahədə “sultan” adı ilə səl-

tənətlərini davam etdirdilər. Sultan Səncərin ölümünə qədər ona bağlı olan İraq 

Səlcuqları onun ölümündən sonra 1194-cü ilə qədər müstəqil olaraq səltənətlə-

rini davam etdirdilər. Bu xanədanında varlığına Xarəzm-Şah Təkəş tərəfindən 

son qoyulmuşdur. 

788


 Ravəndi, Rahatus-Sudur, I cild, səh-174. 

789


 Bundari, İraq və Xorasan Səlcuqları, səh-253-254; Ravəndi, Rahatus-Sudur, I cild, səh-176-177. 

790


 İbn Əsir, əl-Kamil, XI cild, səh-222. 

791


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-484. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə