Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə249/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   245   246   247   248   249   250   251   252   ...   314

  

509 


5. 

Əbu-Şuca Muiz Təhəmtən Nasiri Əmiril-Muminin I Səd (1198-1226) 

6. 

Muiz Əbi-Bəkr Qutluğ-Xan (1226-1260) 



7. 

Muiz II Səd (1260) 

8. 

Muiz Adududdövlə I Məhəmməd (1260-1262) 



9. 

Muiz II Məhəmməd-Şah (1262-1263) 

10. 

Muiz Səlcuq-Şah (1263-1264) 



11. 

Muzəffəruddövlə Abış Xatun (1264-1286).

804

 

 



Azərbaycan atabəyləri (və ya Eldənizlər) 1146-1225 

Qıpçaq qrupuna mənsub olan bu xanədanın paytaxtı Gəncə şəhəri olmuş-

dur.  Ərazi  baxımından  Şimali  və  Cənubi  Azərbaycanı  əhati  edirdilər.  1146-

1194-


cü illər arasında İraq Səlcuqlarına, 1194-1217-ci illər isə arasında müstə-

q

il olaraq hakimlik etmişlər. 1217-ci ildə Xarəzm-Şahlara tabe olan xanədan-



lığa, elə 1225-ci ildə Xarəzm-Şahlar tərəfindən son qoyulmuşdur. 

Azərbaycan məlikləri: 

1. 

Şəmsəddin Məhəmməd Eldəniz (1146-1175) 



2. 

Şəmsul-İslam  vəl-Muslimin  Nusrətid-Dünya  Atabəyi  Azam  Əbi  Cəfər 

Məhəmməd Pəhləvani Cahan (1175-1186) 

3. 


Muzəffərud-Dünya Məlik Qızıl-Arslan Osman (1186-1191) 

4. 


Nusrətud-Dünya Əbi-Bəkr (1191-1210) 

5. 


Məlik Muzəffərud-Dünya Özbək Pəhləvan (1210-1225).

805


 

 

Qarabağ bəyləri 1155-1189 

İraq  Səlcuqlarının  atabəyi  olan  Eldənizlərə  tabe  olan  Qarabağ  bəyliyini 

aşağıdakı əmirlər idarə etmişdir: 

1. Seyfud-

Dünya Muiz ibn Məhəmməd (1155-1160) 

2. 

Bəybars ibn Seyfud-Dünya (1160-1189) 



3. 

Əbdülməlik ibn Bəybars (1189).

806

 

 



Əhər bəyləri 1191-1226  

Eldənizlərə tabe olan Əhər bəyliyi iki əmir tərəfindən idarə olunmuşdur: 

1. 

Piş-Təkin ibn Məhəmməd (1191-1210) 



2. 

Nusrətud-Dünya Mahmud ibn Piş-Təkin (1210-1226).

807

 

 



Xorasan atabəyləri (Kumaclar) 1157-1187 

Hənəfi qoluna mənsub olan bu xanədanlığı aşağıdakı əmirlər idarə etmiş-

dir: 

804


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-504. 

805


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh 506. 

806


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-507. 

807


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-507. 

  

                                                           




 

510 


1. Ayaba (1157-1174) 

2. 


Əbu-Bəkr Toğan-Şah ibn Ayaba (1174-1185) 

3. 


Səncər-Şah ibn Toğan-Şah (1185-1187).

808


  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

808


Yılmaz Öztuna, İslam Devletleri, Ankara kültür bakanlığı-1989, I cild, səh-508. 

                                                           




  

511 


 

XI FƏSİL 

 

Səfəvilər dövləti 1501-1736 

 

 



 

Səfəvilər  dövləti  Azərbaycan  xalqının  dövlətçilik  tarixində  mühüm  yer 

tut

ur. 200 ildən çox bir tarixi dövr ərzində təkcə Azərbaycanı və qonşu ölkələri 



de

yil, Yaxın və Orta Şərqin çox geniş ərazilərini idarə edən Azərbaycan Səfə-

vilər sülaləsi türk dövlətçiliyinin tarixinə parlaq səhifələr həkk etmişdir. Digər 

böyük türk imp

eriyaları kimi Səfəvilər dövləti də uzun müddət onun hakimiy-

yəti  altında  yaşamış  xalqlara  əmin-amanlıq  gətirmiş,  təkcə  Azərbaycan  türk-

lərinin deyil, bu dövlətin tərkibinə daxil olan başqa xalqların, o cümlədən İran 

xalqlarının maddi və mənəvi mədəniyyətinin qorunub saxlanmasında, daha da 

tərəqqi etməsində olduqca mühüm rol oynamışdır.  

Dövlətçilik tariximizə dair aparılmış tədqiqatlar aydın sübut edir ki, xarici 

ölkələrin  (o  cümlədən,  vaxtı  ilə  Azərbaycan  imperiyalarının  tərkibinə  daxil 

olan ölkələrin!) bir çox «araşdırıcıları» özlərinə «tarix yaratmaq» məqsədilə ya 

xalqımızın  dövlətçilik  tarixinə  sahib  çıxmağa  çalışmış,  ya  da  bu  şanlı  tarixi 

saxtalaşdırmaq üçün dəridən-qabıqdan çıxmışlar. 

Ən böyük müsəlman xanədanlarından biri də Səfəvilər dövlətidir. Əməvi-

lər,  Abbasilər,  Səlcuqlular,  Osmanlılar  xaric,  digər  İslam  xanədanlarının  ən 

əhəmiyyətliləri  arasına  Səfəvilər,  Əyyubilər  və  Fatimilər  daxildir.  Səfəvilər 

döv


ləti XVI əsr boyunca Osmanlıdan sonra dünyanın ikinci, XVII əsrdə isə Os-

manlı və Hindistan Teymurilərindən sonra dünyanın üçüncü qüdrətli dövləti ol-

muşdur. Səfəvilərin banisi Şeyx Səfiəddin İshaq əl-Musəvi əl-Ərdəbili (1252-

1334) hesab edilir. Rəvayətə görə Şeyx Səfiəddin yeddinci İmam Misa ibn Cə-

fər  Kazimin  (ə)  nəslindəndir,  bu  da  öz  növbəsində  Hz.Əlinin  (ə)  və  Hz.Mu-

həmmədin (s) qızı Hz.Fatimənin (sə) iyirmi altıncı nəslidir. 

İ. P. Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür: 

Birinci dövr  – 

XIII  əsrin  sonlarından  1447-ci  ilə  qədər  davam  edir.  Bu 

dövrdə  Səfəvi  şeyxləri  şiəliyi  yayır,  xalq  kütlələrinin  antifeodal  hərəkatına 

başçılıq  etməyə  çalışırlar.  Lakin  bu  dövrdə  Səfəvilərin  hakimiyyəti  Ərdəbil 

mahalından kənara çıxmır. 

İkinci dövr – 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müstəqil ruhani 

feo


dalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayırlar. 

Üçüncü dövr  –  1501-1587-

ci illər. Həmin illərdə Səfəvilərin hakimiyyəti 

ya

ranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatın-



da mühüm rol oynayırlar. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə