Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə250/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   246   247   248   249   250   251   252   253   ...   314

 

512 


Dördüncü dövr 

isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi döv-

lətinin mərkəzi Təbrizdən İsfəhana köçürülür.

809


 

Bu bölgü əsasında belə nəticə-

yə  gəlirik  ki,  Səfəvilərin  Ərdəbil  hakimiyyəti  dövrü  1501-ci  ilə  qədər,  bütün 

Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər davam etmişdir. 

XVII əsrdə Yaxın Şərqdə böyük bir imperiyaya çevrilən Səfəvilər dövləti 

Azərbaycandan başlayaraq müasir İran, şərqi Türkiyə, Əfqanıstan, Ermənistan, 

Cənubi Türkmənistan, İraq və qərbi Pakistan ərazilərini əhatə etmişdir. Səfəvi-

lər müasir Azərbaycan milli kimliyinin və dövlətçiliyinin formalaşmasına mü-

hüm  təsir  göstərmişlər.  Belə  ki,  onlar  tarixdə  ilk  dəfə  12-imam  şiə  təriqətini 

rəsmi dövlət dini, Azərbaycan türkçəsini isə rəsmi dövlət dili səviyyəsinə çı-

xar

mışlar.  Səfəvi  adı  Şah  I  İsmayılın  babası  Şeyx  Səfiəddindən  (1252-1334) 



gəlir. Bir sıra Səfəvi mənbələrində, o cümlədən də “Aləm-ara”da Səfəvi əcdad-

la

rının  tarixçəsi  Şeyx  Səfiəddinin  yeddinci  əcdadı  olan  və  XI  əsrdə  yaşadığı 



man edilən Firuzşah Zərrinkülahın həyatının təsviri ilə başlayır, onun yed-

din

ci şiə imamı Musa əl-Kazimin (ə) nəslindən  gəldiyi bildirilir.



810

 

Şeyx Sə-



fiəddin Gilandakı Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiy-

yə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün 

təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürül-

dü.  Daha  sonra  Şeyx  Cüneyd  dövründə  Azərbaycanda  hakimiyyəti  ələ  keçir-

mək  üçün  mübarizəyə  başladılar.  Şeyx  Cüneyd  1459-cu  ildə  Şirvana  hücum 

etdi  və  Samur  çayı  sahilində  məğlubiyyətə  uğradı,  özü  isə  şəhid  oldu.  Daha 

son

ra  hakimiyyətə  keçən  Şeyx  Heydər  bu  mübarizəni  davam  etdirdi.  Şeyx 



Hey

dər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb on-

ların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoyma-

ları səbəb oldu. Daha sonra Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana 

cumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdə-



bilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmail tərə-

fin


dən davam etdirildi. 

1499-


cu  ildə  Şeyx  I  Şah  İsmail  öz  tərəfdarlarını  toplamaq  üçün  hərəkətə 

başladı. 1499-cu ildə Ərçivanda, daha sonra isə Çuxursəəddə məskən salaraq 

öz tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, 

İraq  və  Suriyada  olan  tərəfdarları  da  ona  qoşulduqdan  sonra  1500-cü  ildə  7 

minlik orduyla Şirvana  daxil oldu. Bəzi Səfəvi mənbələrinə  görə, Şah  İsmail 

Bay


ram bəy Qaramanlunu bir qədər döyüşçü ilə ordunun əsas hissəsindən ayı-

raraq, Qoyun-

ölümü mövqeyindən Kür çayını keçməyə göndərmiş, lakin onlar 

ça

yı keçməkdə çətinlik çəkmişdir. Arxadan ordu ilə gələn Şah İsmail özünü at-



la birgə suya vuraraq çayı keçmiş, onun ardınca bütün ordu hərəkət edərək, ça-

yı keçməyə müyəssər olmuşdu. Bəzi mənbələrə görə isə, Şah İsmail Qara Piri 

bəy Qacarı iki min nəfərlik dəstə ilə Kür çayı üzərindən körpü salmağa gön-

809


Azərbaycan Tarixi, Çıraq nəşriyyatı, Bakı-2009, I cild, səh-410. 

810


 Namiq Musalı, I Şah İsmayilin hakimiyyəti, səh-87. 

                                                           




  

513 


dərsə də, Şirvanşah Fərrux Yasar buna mane olmaq üçün həmin mövqedə üç 

min nəfərlik qoşun yerləşdirdiyindən qızılbaşların körpü salmaq cəhdi baş tut-

madı. Həmin məntəqəyə gələn Şah İsmail “Həzrəti-Pərvərdigarın pak zatına tə-

vəkkül edərək, özünü ordu ilə birlikdə sonsuz dəryaya vuraraq çayı keçdi.”

811

 

Həmin  il  Şah  İsmail  Cabanı  adlı  məntəqədə  baş  verən  döyüşdə  Şirvanlıları 



məğlub etdi və Şirvanşah Fərrux Yasar qaçarkən öldürüldü. Şirvanşahın oğlu 

Şeyxşah  xəzinəsini  Gülüstan  qalasında  gizlədib,  oranın  müdafiəsini  qulamı 

Xos

rova tapşıraraq Şahdağ dağlarına çəkildi.  



1500-

cü ildə Bakını özünə tabe edən Şah İsmail Gülüstan qalasını mühasi-

rəyə alsa da, Azərbaycan sultanı Əlvənd Mirzənin yaxınlaşmasını eşidib müha-

si

rəni dayandırdı və Sultan Əlvəndə qarşı hərəkətə başladı. Şah  İsmailin  Şir-



vanı ələ keçirdiyini öyrənən Əlvənd Şirvana yürüş etmək üçün otuz minlik or-

du topladı. Səfəvi ordusunun Kürü keçib irəlilədiyini öyrənən Əlvənd Mirzə, 

on

ların qarşısını kəsmək üçün Osman sultan Türkman adlı sərkərdənin başçılı-



ğı ilə on minlik ordu göndərdi. Bundan xəbər tutan Şah İsmail Ağqoyunlu or-

du

sunun üzərinə Qara Piri bəy Qacarın və İlyas bəy Halvaçıoğlunun başçılığı 



ilə beş minlik ordunu göndərdi. İki tərəf arasında baş verən döyüşdə Osman və 

onun oğlu Məhəmməd də daxil olmaqla beş min Ağqoyunlu əsgəri öldürüldü 

və səfəvilər xeyli qənimət ələ keçirdilər.

812


 

Göndərdiyi ordunun səfəvilər tərə-

fin

dən  məğlub  edildiyini  öyrənən  Əlvənd  Mirzə  Naxçıvanı  tərk  edib,  Şərura 



doğru  çəkildi.  1501-ci  ildə  Şərur  yaxınlığında  baş  verən  döyüşdə  Sultan  Əl-

vənd Mirzənin otuz minlik ordusu Şah İsmail tərəfindən məğlub edildi və Sul-

tan Əlvənd Mirzə Diyarbəkirə qaçıb, Mərəş və Əlbistan torpaqlarının hakimi 

Əlauddövlə Zülqədərə sığındı. Şərur qələbəsindən sonra Şah İsmail və tərəfdar-

ları Təbizə daxil oldular. 1501-ci ildə I Şah İsmail Azərbaycan şahı elan edildi 

və  beləliklə  Azərbaycanda  hakimiyyət  Səfəvi  sülaləsinə  keçdi.  Bununla  da 

paytaxt Təbriz olmaqla Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.  

Təbrizə daxil olmanın ilk günlərindən,  yəni 1501-ci ilin payızında islamın 

şiə təriqəti, dəqiq deyilərsə, imamilər  (on iki imamın - ər  "isna  əşəri") təriqəti 

döv


lət dini elan edildi. Cümə günü Şah İsmail özü şəxsən Təbrizdəki cümə məs-

cidinə  gedərək,  şiə  böyüklərindən  olan  Mövlana  Əhməd  Ərdəbiliyə  minbərə 

çıxıb, 12 imam adına xütbə oxumağı əmr etdi, özü isə minbərin aşağısında da-

yanıb qılıncını sıyırdı. Xütbə oxunan zaman əhali arasında çaxnaşma düşdü.”.

813

 

Şirvanşah Fərrux Yəsar və Sultan Əlvənd Mirzə üzərindəki qələbədən son-



ra Şah İsmail, Səfəvi şeyxlərinin hələ XV əsrin ikinci yarısından etibarən uğ-

runda mübarizə apardıqları ilkin məqsədə – Azərbaycanın şiəlik bayrağı altında 

feodal  birləşdirilməsi  xarakteri  daşıyan  hədəfə  nail  olaraq,  Təbrizdə  Azər-

baycan şahı kimi taxta çıxdı. 

811

 Namiq Musalı, I Şah İsmailin hakimiyyəti, səh-130. 



812

 Aləmara, Sahib, səh-55-57. 

813

 Əhsanut-təvarix (Seddon), səh-61. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə