Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə253/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   249   250   251   252   253   254   255   256   ...   314

 

518 


Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı 

Davidi ölkədən qovdu. Bu səbəbdən Əli xan yenidən Gürcüstana daxil oldu və 

gürcü və osmanlı əsgərlərini Dəbil (Divin) yaxınlığında məğlub etdi. 

1521-


ci ildə Kaxetiya çarı Levan xanın (1520-1574) Şəkiyə basqın etməsi 

ilə əlaqədar olaraq Şəki hakimi Həsən bəy kömək üçün Şah İsmailə müraciət 

etdi.  Səfəvi  hökmdarının  əmrinə  əsasən  Əli  xan  Rumlu  Qanıx  (Alazan)  və 

Kibri (İori) çaylarını keçərək Zəyəm və Hərəm qalalarına hücum etdi. Səhvini 

başa  düşən  Kaxetiya  çarı  Levan  və  Gürcüstanın  digər  hakimləri  Kvarkvare, 

David bəy və Mənuçöhr səfəvi sərkərdəsi Əli xan Rumlunun, oradan da Naxçı-

vanda olan Şah İsmailin yanına gəldilər. Gürcü hakimləri Şah İsmaillə danışa-

raq ona tabe olduqlarını, xəzinəsinə hər il vergi verəcəklərini bildirdilər. Bun-

dan əlavə Kartli çarı David Səfəvilərə ildə 300 yük ipək bac və xərac verməyi 

öh

dəsinə götürdü. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gə-



lərək tabeçilik göstərdilər. 

 

Luristan və Xuzistan əmirliklərinin tabe edilməsi 

Səfəvi hökmdarı Şah İsmailin başçılığı altında olan böyük bir ordu 1508-ci 

ildə İraqdan İranın cənub-qərb bölgələrinə daxil oldu. Çünki bu məntəqədə Sə-

fəvi hakimiyyətini tanımayan iki müstəqil əmirlik mövcud idi: Məlikşah Rüstə-

min başçılığı ilə mərkəzi Xürrəmabad olan  Luristan əmirliyi və paytaxtı Hü-

vey

zədə yerləşən, Sultan Fəyyaz tərəfindən idarə olunan Xuzistandakı Müşəşə 



əmirliyi. Şah İsmail Hüveyzə üzərinə gedərkən Məlikşah Rüstəmə qarşı Əmir 

Nəcməddin Məsud, Bayram bəy Qaramanlı və Hüseyn bəy Lələ başda olmaqla 

on min nəfərlik ordu  göndərmiş, özü isə əsas qüvvələrlə birgə Müşəşə ordu-

sunu  məğlub  edib,  Hüveyzəni  tutmuşdu.  Daha  sonra  Məlikşah  Rüstəm  onun 

Şüştər yaxınlığındakı düşərgəsinə gəlib itaətini bildirmişdi.

817


 

Lurların bələdçiliyi ilə Xuzistana daxil olan səfəvilər ilk döyüşdə ərəb or-

du

sunu məğlub etdilər. Bu döyüşdə başda ərəb sərkərdələri Nuəm ibn Numan 



və Sultan Məni olmaqla beş ərəb əsgəri qətlə yetirildi. Vahiməyə düşən Sultan 

Fəyyaz  ordusunun  qalıqlarını  götürüb,  Hüveyzə  şəhərinə  çəkildi.  Hüveyzə 

yaxınlığında baş verən döyüşdə ərəb ordusu yenidən məğlub edildi və Sultan 

Fəyyaz öldürüldü.  Bu qələbə nəticəsində Xuzistanı özlərinə tabe  edən Səfəvi 

or

dusu xeyli qənimət ələ keçirərək Təbrizə qayıdarkən, səfəvi hökmdarı Şah İs-



mail tərəfindən Sultan Fəyyazın qohumlarından olan Sultan Vəhhab Xuzistana 

vali təyin edildi. Bununla da Müşəşə hökmdarlarının Xuzistandakı müstəqil ha-

kimiyyətinə  son  qoyuldu  və  Səfəvilərin  vassalı  olmuş  Müşəşə  hakimlərinin 

dövrü başladı. 

Səfəvilərin 1517-ci ildə edilən üçüncü səfərindən sonra Şirvanşah II İbra-

him Şeyxşah (1502-1524) özünü tamamilə Səfəvilərdən asılı hesab edərək, Sə-

fəvi hökmdarı Şah İsmailə çoxlu sayda qiymətli hədiyyələr göndərdi. Səfəvilə-

817


Həbibus-siyər, səh-496-499; Namiq Musalı, I Şah İsmailin hakimiyyəti, Bakı-2011, səh-173. 

                                                           




  

519 


rin paytaxtı Təbrizdə böyük hörmətlə qarşılanan II İbrahimin oğlu Sultan Xəlil 

Şah İsmailin qızı Pərixan xanımla nişanlandı. 1521-ci ildə isə II İbrahim özü 

Marağa  düşərgəsinə  gələrək  Şah  İsmaillə  görüşdü.  Bu  hadisədən  iki  il  sonra 

1523-


cü ildə Şah İsmail II İbrahim Şeyxşahın qızı ilə evləndi. 

1524-


cü ildə II İbrahim Şeyxşahın ölümündən sonra Şirvan taxtına II İbra-

hi

min oğlu və Şah İsmailin qızı Pərixanın əri II Xəlilullah (1524-1535) keçdi. 



Həmin vaxt Şirvana doğru irəliləyən Şah İsmail bu hadisəni öyrəndikdə yolu 

dəyişərək Şəkiyə gəldi və burada Şəki hakimi Həsən bəy tərəfindən böyük hör-

mətlə qarşılandı. 

Şəkidən geri qayıdarkən yolda Kaxetiya çarı Levanın (Ləvənd) böyük qo-

şunla Şəkiyə hücum etməsi və Şəki hakimi Həsən bəyin öldürülməsi xəbərini 

aldı. Baş verən hadisədən narahat olan Şah İsmail Kaxetiya çarını cəzalandır-

ma

ğı qərara aldı. Lakin Şah İsmailin qəflətən vəfat etməsi bu işin həyata keç-



məsinə  mane  oldu.  Səfəvi  hökmdarı  I  Şah  İsmail  Ərdəbildən  Təbrizə  gedən 

yol


da, Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Sayıngədiyi adlı mən-

təqədə 1524-cü il mayın 23-də 38 yaşında vəfat etdi.

818

 

  



I  Şah  Təhmasibin  hakimiyyətə  gəlməsi  və  ölkədə  baş  verən  hərc-

mərclik 

1524-


cü  ildə  Şah  I  İsmail  vəfat  etdi  və  oğlu  Təhmasib  (1524-1576)  şah 

oldu. Yeni hökmdarın az yaşlı olması və mərkəzi hakimiyyətin zəifləməsindən 

isti

fadə  edən  səfəvi  əmirləri  itaətdən  boyun  qaçırdılar.  Hakimiyyət  əslində  I 



Təhmasibin qəyyumu olan və rumlu tayfasının başçısı Əli xan Rumlu (Div Sul-

tan)  tərəfindən  idarə  olunurdu.  Lakin  bununla  barışmayan  ustaclı  tayfasının 

əmirləri Köpək Sultan və Abdulla xan hər vasitə ilə Əli xan Rumluya mane ol-

ma

ğa çalışırdılar. Ustaclı əmirlərinin Təbrizdəki gücündən ehtiyat edən Əli xan 



Ruml

u Xorasını özbəklərin basqınından qorumaq bəhanəsi ilə Təbəristana gə-

lərək ordu toplamağa başladı. Rumlu liderinin dəvəti ilə İsfəhan hakimi Çuxa 

Sultan Təkəli, Həmədan hakimi Qaraca Sultan Təkəli, Məşhəd hakimi Burun 

Sultan Təkəli, Şiraz hakimi Əli Sultan Zülqədər və başqaları öz qoşunları ilə 

birlikdə  həmin  məntəqəyə  gəldilər.  Onlarla  əlbir  olan  Əli  xan  Rumlu  ustaclı 

əmiri Köpək Sultana qarşı ittifaq bağladı. Əli xan Rumluya qoşulmayan Şamlı 

tayfasını iki məşhur əmiri-Herat hakimi Durmuş xan və Astrabad hakimi Zey-

nal xan onun planını müdafiə etdilər. Ustaclı tayfasından olan bəzi əmirlər də 

Əli xan Rumlunun tərəfini saxladı. Nəhayət ətrafına kifayət qədər tərəfdar top-

la

yan Əli xan Rumlu ustaclı əmiri Köpək Sultana məktub yazaraq mərhum şa-



hın  idarəsinə  tabe  olmağa  və  onun  vəkalət  hüquqlarını  tanımağa  çağırmaqla 

bərabər Təbrizə doğru hərəkət etdi. 1526-cı ildə Səksəncik adlı məntəqədə iki 

tərəf arasında döyüş baş verdi və bu döyüşdə Əli xan Rumlu qalib gəldi. 

818


 N. Fəlsəfi, Çənd məqale-yi tarixi və ədəbi, səh-86. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə