Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə254/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   250   251   252   253   254   255   256   257   ...   314

 

520 


Bir il sonra öz ordusu ilə birlikdə Xalxal vasitəsi ilə Rəştdən Ərdəbilə gə-

lən Köpək Sultan, yerli hakim Bədəncan Rumlunu öldürərək Əli xan Rumlu-

nun  yerləşdiyi  Çuxur-Sədə  gəldi.  1527-ci  ildə  Naxçıvanda  Arpaçay  sahilində 

baş verən döyüşdə Köpək Sultan yenidən məğlub olaraq öldürüldü. Üçüncü rə-

qib

dən yaxa qurtaran Əli xan Rumlu tezliklə Çuxa Sultan Təkəli ilə mübarizə 



apar

malı oldu. Nəhayət 1527-ci ildə məhz Çuxa Sultan Təkəlinin göstərişi ilə 

Əli xan Rumlu öldürüldü və bununla da Rumlu tayfasının hakimiyyətinə son 

qoyuldu. 

Dövlətin  idarəsini  ələ  alan  təkəli  Çuxa  Sultanın  dövründə  I  Təhmasibin 

yal


nız şahlıq titulu qalmışdı. Vilayətləri öz qohumları arasında bölüşdürən Çu-

xa Sultan, onların hər birinə xanlıq titulu və sultanlıq dərəcəsi vermişdi. Lakin 

tezliklə Çuxa Sultanın və təkəli tayfasının nüfuzu son dərəcə azaldı. Bu, 1529-

cu ildə Zirabad yaxınlığında özbəklərlə vuruşmadan sonra baş verdi. Burada tə-

kəli əmirləri döyüş meydanından qaçdıqlarına görə səfəvi qoşunu az qala məğ-

lub olacaqdı.

819

 

Özbəklərə qarşı baş verən döyüşdə qəhrəmanlıq göstərən Hüseyn xan He-



rat hakimliyinə yiyələndi. Lakin səfəvi ordusu Xorasanı tərk edən kimi Ubey-

dul


la xan yenidən Heratı mühasirəyə aldı. Hüseyn xanın özbəklərin əlinə düş-

məsini istəyən təkəli tayfasının əmiri Çuxa Sultan səfəvilərə köməyi gecikdirdi. 

On

un məqsədini anlayan Hüseyn xan dərhal Ubeydulla xanla danışıqlara baş-



ladı.  Danışıqlar  nəticəsində  Hüseyn  xana  müqavimətsiz  şəhəri  tərk  edib  Sis-

tandan keçərək Şiraza getməyə icazə verildi.

820

 

1531-



ci ildə Hüseyn xan qardaşı Sam Mirzə ilə birlikdə şahın İsfəhandakı 

qərargahına gəldilər. Hüsey xandan canını qurtarmaq istəyən Çuxa Sultan onu 

öl

dürmək qərarına gəldi. Lakin həmin gecə Çuxa Sultan zülqədər tayfasından 



olan bir nəfərin atdığı ox nəticəsində qətlə yetirildi. Onun ölümündən sonra tə-

kəli əmirləri hakimiyyətə oğlu Şah Qubadı gətirdilər. Lakin təkəli əmirlərinin 

ha

kimliyi ilə barışmayan ustaclı, rumlu, zülqədər və əfşarlar mübarizəyə başla-



dılar. Həmədan yaxınlığında baş verən döyüşdə məğlub olan təkəlilərin bir ço-

xu Şah Təhmasibin əmri ilə qılıncdan keçirildi. Sağ qalanlar isə Bağdada qaça-

raq Məhəmməd xan Şərafəddinə sığındılar. Lakin öz məqamını itirmək istəmə-

yən  Məhəmməd  xan,  onların  bəzilərini  edam  etdirərək  kəsik  başlarını  saraya 

şahın hüzuruna göndərdi.

821


 

Bu  hadisədən  qısa  müddət  sonra  Cənubi  Azərbaycan  hakimi  olan  Üləma 

bəy Təkəli vəkil vəzifəsini tutmaq üçün mübarizəyə başladı. Lakin müqavimətə 

rast gələn Üləma bəy Təbriz şəhərini talan edərək təkəli tayfasının bir hissəsi 

ilə Türkiyəyə  getdi və sonralar Sultan Süleymanın (1520-1566)  Azərbaycana 

et

dikləri yürüşlərdə iştirak etdi. 



819

 Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı-1993, səh-61. 

820

Əhsən ət-təvarix, səh-221-222. 



821

 Tarix-i cahan-ara, səh-285; Məhəmməd Mehdi Şirazi, səh-269-271. 

                                                           



  

521 


Təkəli  əmirlərinin  hökmranlığı  (1527-1531) 1531-ci  ildən  etibarən  şamlı 

feo


dallarının  hakimiyyəti  ilə  əvəz  edildi.  Çuxa  Sultanın  ölümündən  sonra  ən 

qüd


rətli feodala çevrilən Hüseyn xan Şamlı, vəkil və əmir əl-üməra vəzifələri-

nə yiyələndi. Əvvəlki sələflərindən geri qalmayan Hüseyn xan da yaxşı vilayət-

ləri şamlı əmirləri arasında bölüşdürərək şaha dövlət işlərinə qarışmağa imkan 

ver


mədi. Lakin 1534-cü ildə şaha qarşı sui-qəsddə təqsirləndirilən Hüseyn xan 

Şamlı Şah Təhmasibin əmri ilə edam olunmuşdur. Onun ölümü ilə qızılbaş tay-

fa

larının on illik (1524-1534) ağalığına son qoyuldu. Qazi Cahan Qəzvininin 



vəkil vəzifəsinə təyin edilməsi isə I Şah Təhmasibin mərkəzi hakimiyyəti güc-

ləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi. 

 

Osmanlı-Səfəvi müharibəsinin II dövrü 

Şah  I  Təhmasibin  hakimiyyəti  dövründə  1528-ci  ildə  özbəklər  Xorasana 

cum  etdilər.  Həmin  il  şah  ordusuyla  şərqə  doğru  hərəkət  etdi  və  özbəkləri 



Herat 

yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luris-

tan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə dayısının hakim ol-

du

ğu Bağdadı ələ keçirərək Ərəb İraqını özünə tabe etdi. Sonra Zülfüqar şəhə-



rin açarlarını türk sultanına göndərərək onun tabeliyinə keçdi.

822


 

Bununla əlaqədar Şah I Təhmasib 1529-cu ildə Bağdadı mühasirəyə aldı və 

Zül

füqar xan öldürüldü. Həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəm-



məd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbə-

yi  Üləma  xan  Təkəli  xəyanət  edərək  öz  əsgərləriylə  Osmanlıya  qaçdı.  Daha 

sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. Buna əsa-

sən 1534-cü ildə Osmanlı sultanı I Sultan Süleyman yüz min nəfərlik ordu ilə 

Azərbaycan  sərhədlərini  keçdi.  Üləma  ilə  əlaqəsi  olan  bəzi  qızılbaş  əyanları 

Səfəvilərə xəyanət edərək əks tərəfə qoşuldular. Qısa vaxt ərzində Təbriz daxil 

ol

maqla  Cənubi  Azərbaycanın  bir  çox  yerləri  türklərin  əlinə  keçdi.



823

 

Şah  I 



Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, 

an

caq  sultan  onun  təklifini  qəbul  etmədi.  Lakin  Azərbaycanda  ciddi  müqa-



vimətə rast gələn I Sultan Süleyman, digər tərəfdən də qışın sərt keçdiyini və 

ərzaq  çatışmamazlığını  nəzərə  alaraq  ölkəni  tərk  edərək  ordusu  ilə  birlikdə 

Bağdada çəkildi. Bu arada Şah Təhmasib Sultan Süleymanın Bağdadı almasına 

ca

vab olaraq Van və Qarsı mühasirəyə aldı. Bunun qarşısını almaq istəyən Sul-



tan  Süleyman  Üləma  paşanı  Vana  göndərdi,  lakin  baş  verən  döyüşdə  Üləma 

bəy  məğlub  olaraq  qaçdı  və  beləliklə  Van  və  Qars  ələ  keçirildi. Buna cavab 

olaraq Sultan Süleyman 1535-

ci ildə ikinci dəfə Azərbaycana daxil olaraq Təb-

rizi ələ keçirdi. Şah Təhmasib yenə də danışıq üçün Sultan Süleymana müraciət 

etdi. Lakin bu müraciət Sultan Süleyman tərəfindən rədd edildi. İki tərəf ara-

sında baş verən döyüşlər türklərə uğur gətirmədi. Osmanlı ordusu qızılbaşları 

822


 Şərəfnamə, II cild, səh-174-175. 

823


 Əhsən ət-təvarix, səh-247. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə