Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə255/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   251   252   253   254   255   256   257   258   ...   314

 

522 


Bit

lisə  qədər  təqib  etdilər.  Ərciş  qalasının  müdafiəsində  Sinan  paşa  və  xeyli 

türk əsgəri öldürüldü. Bundan xəbər tutan I Sultan Süleyman İbrahim paşanın 

başçılığı altında olan böyük bir ordunu Ərcişdə müdafiə olunanların köməyinə 

gön

dərdi. Lakin bu dəstə də səfəvilər tərəfindən məğlub edildi. Beləliklə, Van 



və Ərciş ərazisi Şah Təhmasib tərəfindən ələ keçirildi. Daha sonra Sultan Sü-

ley


man əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycanı 

tərk etmək məcburiyyətində qaldı. Bundan istifadə edən Şah Təhmasib ölkənin 

bir

ləşdirilməsini  davam  etdirmək  üçün  1538-ci  ildə  qardaşı  Əlqas  Mirzənin 



rəhbərliyi  ilə  otuz  minlik  ordunu  Şirvanı  tabe  etmək  üçün  göndərdi.  Surxab, 

Qor


ci və Qəbələ qalaları səfəvilər tərəfindən tutuldu. Sonra qızılbaşlar Gülüs-

tan və Buğurd qalasına doğru hərəkət etdilər. Şirvan əyanları Buğurd qalasına 

sığınmışdılar.  Dörd  aylıq  mühasirədən  sonra  Buğurd  qalası  ələ  keçirildi,  Şir-

van


şahların  və  yerli  əyanların,  o  cümlədən  Hüseyn  bəyin  xəzinəsi  müsadirə 

edil


di. Şirvanşah II Xəlilullahın (1524-1535) ölümündən sonra onun yerini tu-

tan yaxın qohumu Şahrux (1535-1538) əsir alınaraq Təbrizdə gizli edam olun-

du. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şir-

van bəylərbəyliyi hakimiyyətdən salındı və Şah Təhmasibin göstərişinə əsasən 

Əlqas Mirzə Şirvanın ilk bəylərbəyisi oldu. 

Şirvanın  Azərbaycan  Səfəvi  dövlətinin  tərkibinə  daxil  edilməsi  Azərbay-

can xalqının tarixində müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin 

Səfəvilərə birləşdirilməsi gələcəkdə Azərbaycanın iqtisadi və mədəni inkişafı-

na təkan verdi. 

Lakin Əlqas Mirzə 1547-ci ildə qardaşına xəyanət edərək müstəqillik üçün 

mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bü-

tün qalaları özünə tabe etdi. Əlqas Mirzə isə Krıma, oradan da İstanbula qaçdı və 

Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. Əlqas Mirzədən 

sonra Şah Təhmasibin oğlu İsmail Mirzə (II Şah İsmail) Şirvan bəylərbəyi təyin 

edildi. Bunun ardınca eyni ildə Şirvanda baş verən Burhan Mirzənin və Abdullah 

xanın da qiyamı amansızlıqla yatırıldı. Beləliklə, Səfəvi hökmdarı I Şah Təhma-

sib 1547-

ci ilin payızında Şirvanın idarə aparatını qiyamçılardan və Əlqas Mir-

zənin yaxın tərəfdarlarından təmizləyib Təbrizə qayıtdı.

824


 

1546-


cı ildə Budaq xan Qacar Şah Təhmasibdən əmr alaraq tabeliyindəki 

əsgərlərlə Baburilərin hakimiyyətində olan Qəndəharı Azərbaycan sərhədlərinə 

qatdı. 

1548-


ci ildə Sultan I Süleyman, Osmanlı imperiyasının tabeliyində olan bü-

tün  ölkələrdən-Macarıstan,  Valaxiya,  Bosniya,  Serbiya,  Moreya,  Moldaviya, 

Ana

dolu, Məntəşə eli, Qaraman, Mərəş, Hələb, Suriya, Misir, Hicaz, Yəmən, Di-



yar

bəkir, Ərəb İraqı və Kufədən toplanmış böyük bir ordu ilə üçüncü dəfə Azər-

baycana hücum etdi və Təbrizi aldı. Bu zaman Azərbaycanın cənubunda qızılbaş 

tayfaları əmirlərinin arasında çəkişmələr qüvvətlənmiş, Şirvanda isə Səfəvilərin 

824

Əhsən ət-təvarix, səh-322-323, 325; Tarix-i cahan-ara, səh-297. 



                                                           


  

523 


əleyhinə qiyam qalxmışdı. Bütün bunları nəzərə alan  I Şah Təhmasib dövlətin 

pay


taxtını şərqə, Türkiyə sərhədlərindən uzaqlara, Qəzvinə köçürdü. Lakin yenə 

də Azərbaycanda möhkəmlənə bilməyən Sultan Süleyman böyük təlafat verərək, 

dörd gündən sonra Təbrizi, sonra isə Azərbaycanın digər şəhərlərini tərk edərək 

ordusu ilə birlikdə Kürdüstandan Vana çəkildi. Van qalasını ələ keçirən Sultan 

leyman  buranın  ixtiyarını  İsgəndər  paşaya  verərək  Diyarbəkirə  döndü.  İb-



rahim xan və Məhəmməd bəy Türkmən Sultanın geri çəkilən ordusunun ardınca 

hərəkət edərək, onları Şəbüstər yaxınlığında məğlub etdilər.

825

 

I Sultan Süleymanın geri çəkilməsindən sonra I Şah Təhmasib Xoya daxil 



ol

duqda İbrahim xan, Çaldıran adlı məntəqədə isə Kirman hakimi Şahqulu Sul-

tan və Mahmud xan Əfşar da öz dəstələri ilə birlikdə ona qoşuldular. Osman 

Çələbinin başçılığı altında olan beş minlik türk ordusunu məğlub edən səfəvilər 

Qars qalasını dağıtdılar. 

Səfəvilərin  əsas  qüvvələrini  məqsəddən  yayındırmaq  istəyən  Sultan  Sü-

leyman  Əlqas Mirzəni və Üləma bəyi müxtəlif istiqamətlərə  göndərdi. Əlqas 

Mir


zə beş minlik nəfərlik qoşunla Şəhrizurdan İraqa tərəf, Üləma bəy isə Ərzu-

rum və Sivas paşaları ilə otuz minlik qoşunla, Sultanın əmrinə əsasən Ərzuru-

mu müdafiə etmək üçün göndərildi. Bitlisi sürətlə keçən Sultan Süleyman isə 

Di

yarbəkirə gəldi. 



Üləma bəyin Tərcanda  olmasını öyrənən Şan Təhmasib Sufiyadan keçib, 

onun arxasınca hərəkət etdi. Lakin Üləma bəyin qorxudan qaçması ilə əlaqədar 

olaraq Şah Təhmasib Tərcandan Ərzincana doğru irəlilədi. Bayburt yaxınlığın-

da 


İsmail Mirzənin başçılığı altında olan Səfəvi ordusu Məhəmməd Paşa Tək 

oğlunun başçılığı altında olan Osmanlı ordusunu məğlub edərək Ərzincanı ələ 

keçirdi. Bu arada İrəvana gələn Şah Təhmasib Üçkilsədə düşərgə saldı. 

Şah Təhmasibin Ərzincanda olmasından istifadə edən Əlqas Mirzə beş min 

nəfərlik dəstə ilə Kürdüstandan Həmədana, sonra Qum üzərinə hərəkət edərək 

ora


dan da Kaşana daxil oldu. Səfəvi ordusunun yaxınlaşmasından xəbər tutan 

Əlqas Mirzə tələsik İsfəhana doğru hərəkət etdi. Bəhram Mirzənin və İbrahim 

xa

nın başçılığı altında olan Səfəvi ordusunun Kaşana çatdığını öyrənən Əlqas 



Mir

zə təqibçilərdən canını qurtarmaq üçün Farsa tərəf hərəkət etdi. Şiraz-İsfə-

han yolunda yerləşən Yezdxas qalasını ələ keçirən Əlqas Mirzə müdafiəçiləri 

qılıncdan keçirdikdən sonra Bəhbəhana, Dizfula daxil oldu. Oradan da Bayat 

qalasını keçərək Bağdadın hüdudlarına çatdı.

826


 

1549-


cu ildə Əlqas Mirzə ilə I Sultan Süleymanın arası pozuldu. O, əvvəllər 

Həmədanda tutduğu Bəhram Mirzənin ailəsini Şah Təhmasibə qaytardı və Sultan 

leymanın tələbi ilə İstanbula qayıtmaqdan imtina etdi. Buna görə də Məhəm-



məd paşanın otuz minlik ordusu Əlqas Mirzənin üzərinə göndərildi. Osmanlı sul-

ta

nından xilas olmaq istəyən Əlqas Mirzə Surxab bəyin hakim olduğu Mərivan 



825

 Əhsən ət-təvarix, səh-330. 

826

Təzkireyi şah Təhmasib, səh-622-628; Tarixi aləm arayi Abbasi, I cild, səh-71-75. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə