Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə256/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   252   253   254   255   256   257   258   259   ...   314

 

524 


qalasına qaçdı. Bundan xəbər tutan Şah Təhmasib Bəhram Mirzəni iyirmi minlik 

qo

şunla  Surxabın  yanına  göndərdi.  Bəhram  Mirzə  Əlqası  Mərivan  qalasından 



gətirərək  Şah  Təhmasibə  təhvil  verdi.  Şah  Təhmasib  üsyankar  qardaşını  Qəh-

qəhə qalasına saldırdı və 1549-cu ildə Əlqas Mirzə zindanda öldürüldü.  

1550-

ci ildə Səfəvi şahı Şah I Təhmasib Sultan I Süleymana elçi göndərə-



rək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda 

Şah  Təhmasib  1552-ci  ildə  osmanlı  ərazilərinə  daxil  olaraq  müdafiədən  fəal 

cum əməliyyatlarına başladı. Digər tərəfdən də Ərzurum hakimi İsgəndər pa-



şanın başçılığı altında olan osmanlı ordusunun Səfəvilərin əlində olan Çuxur-

səəd  vilayətinə  basqını,  Səfəvi  ordusunun  Osmanlı  torpaqlarına  soxulmasına 

bəhanə oldu. Eyni ildə Səfəvi ordusu Van, Qars, Vostan, Bitlis, Pasin, Muş və 

Ədilçəvazı ələ keçirdi. Bu məntəqələrdə baş verən döyüşlərdə çoxlu sayda türk 

və  kürdü  qılıncdan  keçirən  səfəvilər  xeyli  qənimətlə  geri  qayıtdılar.

827


  Sonra 

Şah  I  Təhmasib  Ərzurum  hakimi  İsgəndər  paşanı  cəzalandırmaq  üçün  oğlu 

Şahzadə İsmayili Ərzuruma göndərdi. Ərzurum yaxınlığında baş verən döyüş-

də İsgəndər paşanı məğlub edən Şahzadə İsmail Ərzurumu ələ keçirdi. Məşhur 

osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sulta-

nın qullarağası Məhəmməd bəy, İsgəndər paşanın qardaşı Ramazan bəy, Malat-

ya  hakimi  Xeyrəddin  bəy  və  bir  çox  başqaları  əsir  alındılar.

828


  1553-

cü  ildə 

Nax

çıvana qayıdan Şah I Təhmasib danışıqlar aparmaq üçün əmir Şəmsəddin 



Dil

canini sultan I Süleymanın yanına göndərdi. Lakin sultan I Süleyman Səfəvi 

hökmd

arının bu təklifinə rədd cavabı verdi. Sultan I Süleyman 1554-cü ildə so-



nuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. 

Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ 

ke

çirməyə  imkan  vermədi.  Nəhayət  Sultan  I  Süleyman  öz  elçisi  Məhəmməd 



pa

şanı Şah I Təhmasibin yanına göndərərək sülh danışıqlarına başlamağa razı 

ol

duğunu bildirdi və 1555-ci il mayın 29-da Amasyada Osmanlılarla Səfəvilər 



(Azərbaycan) arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Ana-

dolu,  İmeretiya,  Quriya,  Ərəb  İraqı  Osmanlıya,  Kartli,  Kaxetya  və  Mesxiya 

Azərbaycana verildi.

829


 

Qərbi Ermənistan Osmanlıların, Şərqi Ermənistan (in-

diki Ermənistan) isə Səfəvilərin hakimiyyəti altında qaldı. 

Bundan sonra şah şərqə döndü. Belə ki, əfqan əmiri Şirxan Baburi hökmdarı 

Humayun  şahı  məğlub  edərək  Hindistanı  ələ  keçirmiş  və  Humayun  şah  Azər-

baycana sığınmışdı. Humayun şahın kömək üçün müraciətinə cavab olaraq şah 

12  minlik  ordunu  Budaq  xan  rəhbərliyində  ona  verdi.  Qızılbaşlar  əfqanları 

ölkədən qovub çıxardılar və Humayun şah yenidən hakimiyyəti ələ keçirdi. 



 

Şirvanda Səfəvilər əleyhinə üsyanlar 

827


 Əhsən ət-təvarix, səh-358-361. 

828


 Tarixi aləm aray-i Abbasi, səh-75-77; Əhsən ət-təvarix, səh-361-367. 

829


 Tarixi aləm aray-i Abbasi, səh-87. 

                                                           




  

525 


1547-

ci ildə yenidən Səfəvilərə qarşı üsyan edən Burhanəli Sultan və Bur-

han Mirzə Qaytaqdan hücum edib Gülxan adlı məntəqədə düşərgə saldı. Şah I 

Təhmasibin göndərdiyi Şahzadə İsmail və Göyçə Sultan Qacarın başçılığı ilə 

gön

dərdiyi səfəvi ordusu qiyamçıları məğlub etdi. Məğlub olan Burhan Qayta-



ğa qaçdı. Şirvan hakiminin Cənubi Azərbayycanda Osmanlı türkləri ilə döyüşə 

get


məsindən istifadə edən Burhan yenidən Şirvana soxularaq, Şamaxını və di-

gər əraziləri müqavimətə rast gəlmədən ələ keçirdi. 

Türk mənbələrinə görə, Burhan Ədilcəvazda Azərbaycana hərəkət edən Sul-

tan I Süleymanın yanına gəlmiş, onun tərəfindən Şirvan hakimi kimi tanınmış və 

osmanlı qoşunlarının dəstəyi ilə Şirvanı Səfəvilərdən geri almağa getmişdi.

830


 

Osmanlıların Cənubi Azərbaycandan geri çəkilməsindən sonra Şah I Təh-

ma

sib Şirvan bölgəsini qiyamçılardan təmizləmək üçün Abdulla xan Ustaclını 



Şirvana hakim təyin etdi. 1549-cu ildə Kür çayını keçən Abdulla xan Əli Şaban 

adlı yerdə düşərgə saldı. Qiyamçılar isə Buğurd dərəsində düşərgə salmışdılar. 

Bu vaxt üsyançıların başçısı Burhan öldü və onun yerini qohumu Mehrab tut-

du. Bu qarışıqlıqdan istifadə edən Abdulla xan hücum edərək qiyamçıları məğ-

lub etdi və Mehrab yaxın adamları ilə birlikdə döyüş meydanından qaçdı. 

Lakin yenə də Şah hakimiyyətini qəbul etmək istəməyən şirvanlılar Mehra-

bın yerinə yaxın qohumlarından olan Qurbanəlini gətirdilər. Qurbanəlinin baş-

çılığı altında olan qiyamçılar bu dəfə Xəzər dənizinin Derav adlı adalarının bi-

rin

də möhkəmləndilər. 1550-ci ilin əvvələrində adaya daxil olan Səfəvilər Qur-



ban

əlini və adamlarının bir çoxunu məhv etdilər.

831

 

Bu qiyamın əsas məqsədi Şirvanşahlar dövlətini yenidən bərpa etmək idi. 



Öz  məqsədlərinə  çatmaq  istəyən  qiyamçılar  Osmanlıların  gücündən  istifadə 

edir


dilər. Osmanlılar da öz növbəsində şirvanlıların əli ilə Səfəviləri Şivandan 

sıxışdırıb çıxararaq Xəzər sahilinə çıxmağa can atırdılar. 

 

Şəkinin Səfəvilərə birləşdirilməsi 

Ən  yaxın müttəfiqi olan Şirvanı itirən Şəki hökmdarı Dərviş Məhəmməd 

xan öz müstəqilliyini qoruyub saxlamaq üçün Səfəvi hökmdarı I Şah Təhma-

sib


lə yaxınlıq etməyə başladı. O, Səfəvi hökmdarı I Şah Təhmasibin bacısı, şir-

van


şah II Xəlilullahın dul qalmış qadını Pərixan xanımla evləndi. Lakin onun 

ölü


mündən sonra iki tərəf arasında olan əlaqələr yenidən pisləşdi. 

Buna görədə Osmanlı Sultanı Süleyman Azərbaycandan geri çəkilən kimi Sə-

fəvi hökmdarı I Şah Təhmasib 1548-ci ildə Kiş qalasına sığınmış Dərviş Məhəm-

məd xanı  cəzalandırmaq üçün  Qarabağdan  Sevindik  bəy  Əfşarı  2500 qorçu  ilə 

Şəkiyə göndərdi. Şəkini talan edən Səfəvi ordusu xeyli qənimətlə geri qayıtdı.

832


 

830


Cəmi əd-duval, ərəb mətni, səh-33-34; rusca tərcüməsi, səh-174. 

831


Tatixi cahan-

ara, səh-299-300; Əhsən ət-təvarix, səh-326-327, 340-341. 

832

 Əhsən ət-təvarix, səh-334, Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, səh-78, Bakı-1993. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə