Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə257/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   253   254   255   256   257   258   259   260   ...   314

 

526 


Şah  Təhmasib  nəhayət,  1551-ci  ildə  Şəkinin  müstəqilliyinə  son  qoymaq 

qərarına gəldi. Ərəşdə düşərgə salan Səfəvi hökmdarı öz qasidini Şəki hökmda-

rı Dərviş Məhəmməd xanın yanına göndərərək onun yanına gəlməsini tələb et-

sə də, Şəki hakimi şahın tələbini rədd etdi. Bunu bəhanə edən səfəvilər Şəkiyə 

cum etməyə başladılar. Hücumdan qorunmaq istəyən Şəki hökmdarı əyanları 



ilə birlikdə Kiş və “Gələsən-görəsən” qalalarına sığındılar. Qorçubaşı Sevindik 

bəy,  Bədr xan və Şahqulu Soltan Ustaclı Kiş qalasının üzərinə  göndərildilər. 

Ab

dulla  xan  Ustaclıya  və  Kaxetiya  çarı  Levana  “Gələsən-görəsən”  qalasının 



fəthi tapşırıldı. 

Baş verən döyüşdə müqavimət göstərməyin faydasız olduğunu görən Kiş 

qa

lasının rəisi Mahmud bəy qapı açarlarını şaha təhvil verərək təslim oldu. Ki-



şin süqutundan xəbər tutan Sıqnax müdafiəçiləri də mübarizəni dayandırıb şaha 

təslim  oldular.  Çıxılmaz  vəziyyətdə  qalan  Şəki  hökmdarı  Dərviş  Məhəmməd 

xan gecə dörd yüz nəfərlik dəstəsi ilə “Gələsən-görəsən” qalasından çıxıb qaç-

ma

ğa cəhd göstərdi. Lakin Abdulla xan Ustaclı və Kaxetiya çarı Levanın dəs-



tələri tərəfindən ələ keçirilərək edam olundu. Onun kəsik başı Səfəvi hökmdarı 

I Şah Təhmasibə göndərildi. 

Beləliklə, Şəkinin müstəqilliyinə son qoyuldu və I Şah Təhmasib tərəfin-

dən Toygün bəy Qacar Şəki hakimi təyin olundu.

833

 

  



I Şah Təhmasibin ölümü və hakimiyyət uğurunda mübarizə 

Şah  I Təhmasib 1576-cı ildə öldü və oğlu  II  İsmail digər qardaşları Mə-

həmməd və Heydərə qalib gələrək Səfəvi şahı oldu. Şah II İsmail (1576-1577) 

döv


rü sakitlik içində keçdi. Ancaq onun hakimiyyəti uzun sürmədi və 1577-ci 

il

də sui-qəsd nəticəsində öldürüldü. II İsmailin ölümündən sonra ölkədə ikiha-



ki

miyyətlilik yarandı. Qəzvində şirvanşah II Xəlilulahın dul arvadı Pərixan xa-

nım dayısı Şamxal Sultanın köməyi ilə hakimiyyəti ələ keçirdi. Bütün Səfəvi 

əmirləri  ona  tabe  oldular.  Pərixan  xanım  gələcək  şahın  Şirazdan  gəlişini  eşi-

dəndə  müqavimətsiz  tabe  olmaq  istəmədi.  Dayısı  Şamxal  müqavimət  göstər-

mək üçün öz adamlarını saraya topladı. Lakin Səfəvi əmirləri Pərixan xanımı 

tərk  edərək  Məhəmməd  Xudabəndənin  (Mirzə)  tərəfinə  keçdilər.  Beləliklə, 

1578-


ci ildə Qəzvinə gələn Məhəmməd Xudabəndə (1578-1587) Səfəvi hökm-

darı təyin edildi. 

Hakimiyyəti ələ keçirən Məhəmməd Xudabəndə Pərixan xanımı bacısı və 

da

yısı Şamxal Sultan ilə birlikdə edam etdirdi. Pərixan xanımın əşyalarını Lələ 



Xəlil xan Əfşara hədiyyə etdi. Məhəmməd Xudabəndə gələcək taxt-tac varisi II 

İsmailin bir yaşlı Şahşoca oğlunu da öldürdü. 

Məhəmməd Xudabəndənin dövründə dövlət qızılbaş tayfa başçıları arasın-

da bölünmüşdü. Hər bir tayfa başçısı ölkəni istədiyi kimi idarə etdiyindən Mə-

833

Əhsən ət-təvarix, səh-348-351; Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı-1993, 



səh-79; Azərbaycan tarixi, I cild, Bakı-2009, səh-435. 

                                                           




  

527 


h

əmməd Xudabəndənin yalnız şahlıq adı qalmışdı. Əmir xan Türkmən Təbriz, 

Piri Məhəmməd xan Ustaclı isə Ərdəbil əyalətlərinin hakimliyi vəzifəsini ələ 

ke

çirdi.  Çuxursəəd  bəylərbəliyi  isə  Məhəmməd  Toxmaq  Ustaclıya  verildi. 



İmamqulu xan Qacar yenidən Qarabağ hakimi, Araz xan Rumlu Şirvan bəylər-

bəyi təsdiq edildi. Kirman hakimliyi Vəli xan Əfşara, Kaşanın idarəsi Məhəm-

məd xan Türkmənə, Qəzvin vilayəti Sultan Hüseyn xan Şamlıya, Fars vilayəti 

isə zülqədər tayfasının əmirlərinə verildi.

834

 

Səfəvi tayfalarının hərəkətləri, əyanlar arasındakı çəkişmələr, mərkəzi ha-



ki

miyyətə tabe olmamaq cəhdləri Səfəvilər dövlətinə, onun müdafiə qüdrətinə 

sar

sıdıcı zərbə endirdi. 



Bu qarışıqlıqdan istifadə edən Van vilayətinin Osmanlı hakimi Xosrov pa-

şa 1577-ci ildə kürd tayfalarını Səfəvilərə qarşı üsyana qaldırdı. İlk öncə Sal-

mas və Tasuq hakimi Qazi bəy ayağa qalxdı. Xosrov paşa 1555-ci ildə I Şah 

Təhmasiblə Sultan I Süleyman arasında imzalanmış Amasya sülhünün şərtləri-

ni  pozaraq,  kürdlərlə  birlikdə  Xoy  üzərinə  hücum  etdi.  İki  tərəf  arasında  baş 

ve

rən döyüşdə xoy hakimi Mahmud Sultan Rumlu həlak oldu. Xoyun ardınca 



kürd  qiyamçıları  Göyərçinlik  qalasını  və  Urmiyanı  ələ  keçirərək  Hüseyncan 

Xu

nuslunu öldürdülər. 



Kürdlərin qiyamını yatırmaq üçün Azərbaycan hakimi təyin edilmiş Əmir 

xan Türkmən Təbrizdə on beş minlik ordu toplayaraq sərhəddə doğru hərəkət 

et

di. Səfəvi ordusu qarşısında tab gətirməyən kürd qiyamçıları qalalara sığındı-



lar. Lakin dağıntılar səbəbindən Əmir xan və əmirlər kürdlər yenidən qayıdana 

qədər burada möhkəmlənə bilmədilər. Xoy, Salmas və Urmiya  əhalisi buranı 

tərk etdilər. Bu məntəqələr kürdlərin hakimiyyətinə tabe oldu. Osmanlıların hü-

cum edəcəyindən ruhlanan Sulduz və Miyanədə (Marağa yaxınlığında) yaşayan 

mükri  kürd  tayfası  da  Əmir  bəyin  başçılığı  ilə  Marağaya  yaxınlaşaraq  I  Şah 

Təhmasibin xüsusi ilxısı olan on min seçmə ərəb atını apardılar. Azərbaycan 

ha

kimi Əmir xan Türkmən onların qarşısında aciz qaldı.  



Kürd qiyamı ilə eyni vaxtda Osmanlıların təhriki ilə Burhan oğlu Əbu Bək-

rin başçılığı ilə Şirvanda Səfəvilərin əleyhinə üsyan qalxdı. Ətrafına ləzgi və 

qa

rabörk tayfalarından üç min nəfərlik qoşun toplayan Əbu Bəkr türk sultanı 



III Murada (1574-

1595)  müraciət  etdi  və  Səfəvilərin  qovulmasından  sonra 

onun vassalı olacağına söz verdi. Vahid etiqadı (sünniliyin) qorumaq adı ilə bir 

qrup  şirvanlı  və  Əbu  Bəkr  İstanbula  gəldi.  Osmanlı  türkləri  Şirvana  hücum 

edənə qədər Əbu Bəkr Türkiyədə qaldı. 

  

Çıldır döyüşü və onun nəticələri 

Səfəvilər əleyhinə baş verən kürd qiyamı və Şirvandakı üsyanlardan isti-

fadə edən Osmanlı sultanı III Murad (1574-1595) ciddi müharibəyə hazırlaşdı. 

834

Əhsən ət-təvarix, səh-361-367; Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı-1993, 



səh-129. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə