Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə259/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   255   256   257   258   259   260   261   262   ...   314

 

530 


qo

şunu, Krım tatarları, ləzgilər, qarabörklər və Əbu Bəkr Mirzənin Şirvan üs-

yan

çıları tərəfindən qızılbaşlar məğlub edildi və Araz xan Rumlu əsirlərlə bir-



lik

də edam edildi. 

Araz xan Rumlunun edamından sonra Osman paşa Şamaxıya, Adil Gəray 

isə Əbu Bəkrlə birlikdə Araz xanın düşərgəsini qarət etmək üçün cənuba, Mu-

ğan düzünə tərəf hərəkət etdilər. Bu vaxt Həmzə Mirzə, Mirzə Salman və əmir-

lər Qarabağdan təcili hərəkətə başladılar və Qoyun Ulumu keçidindən Kürü ke-

çərək Şirvana daxil olub, Osman paşanı Şamaxı qalasında mühasirəyə aldılar. 

hasirə zamanı Adil Gərayın başçılığı altında olan Krım tatarlarının Osman 



pa

şaya yardıma gəlməsindən xəbər tutan Mirzə Salman Vəli Xəlifə Şamlını 42 

min nəfərlik dəstə ilə Şamaxı yaxınlığında qoyaraq digər əmirlərlə cənuba, ta-

tar


lara qarşı hərəkət etdi.

840


 

Tərəflər 1578-ci ildə Ağsu çayı sahilində, Mollahə-

sən adlı yerdə qarşı-qarşıya gəldilər. Baş verən döyüşdə Krım tatarlarının baş-

çısı Adil Gəray və Qaytas paşanın ölümündən sonra onun yerinə Ərəş hakimi 

təyin edilən osmanlı sərkərdəsi Piyalə bəy qızılbaşlara əsir düşdü. Adil Gərayın 

əsir düşməsindən sonra tatarların bəzisi döyüş meydanından qaçsa da, əksəriy-

yəti qılıncdan keçirildi. Aras xan Rumlunun məğlubiyyətindən sonra tatarların 

ələ keçirdiyi qənimətləri Səfəvilər geri qaytardılar. 

Mollahəsən adlı yerdə Krım tatarlarını məğlub edən Mirzə Salman Şamaxı 

üzərinə hərəkət etdi. Bu arada tatarların məğlubiyyət və Adil Gərayın əsir düş-

məsi xəbərini alan Osman paşa kənardan edilə biləcək köməkdən məhrum ol-

du

ğunu görüb Şamaxını tərk edərək Dərbəndə qaçdı. Səfəvilər onu Şabrana qə-



dər təqib etdilər. Şirvan türklərdən azad edilsə də, onların dayaq nöqtəsi olan 

Dərbənd alınmadı. 

Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvilər Şirvanda möhkəmlənə bilmə-

dilər. Dərbənddən başqa heç bir dayanacaq yerləri olmayan türklər ləzgi və Da-

ğıstan hakimlərinin köməyi ilə Şirvandakı qızılbaş əmirlərini narahat edirdilər. 

 

Krım tatarlarının Şirvana və Qarabağa basqını 

Krım xanı Məhəmməd Gəray Türkiyə sultanının təkidi ilə 1579-cu ildə hərbi 

qənimət əldə etmək üçün yüz minlik qoşunla Baxçasaray və Şimali Qafqazdan 

Şirvana doğru irəlilədi. Osman paşa onu Dərbənddə qarşıladı. Oktyabrən 23-də 

Şamaxıya çatan tatar qoşunu buradan Şirvanın müxtəlif rayonlarına dəstələr gön-

dərib Şimali Azərbaycanı qarət etdi. Lakin qızılbaşların əks qüvvəsinin gəlişini 

eşidən Krım tatarları Azərbaycanı tərk etdilər. Tatarların Krıma geri qayıtması və 

qızılbaşların Şirvana daxil olması Dərbənddə yerləşdirilən türk qarnizonunu qor-

xu

ya saldı. 



Qızılbaş  əmirləri  Mirzə  Salmanla  birlikdə  Qarabağdan  Şirvana  gəlib,  bir 

ne

çə günlük mühasirədən sonra Şamaxını ələ keçirə bildilər. 



840

Tarixi a


ləm aray-i Abbasi, səh-237. 

                                                           




  

531 


Əmir xan Türkmən də öz qoşunu ilə Xaçmazda toplanan şirvanlılara və da-

ğıstanlılara doğru irəlilədi. Lakin bu yürüş də aralarında birlik olmayan qızıl-

başlar üçün uğursuz oldu. Bu eyni zamanda qızılbaş tayfaları arasında parça-

lan


maya da səbəb oldu. Şahrux xan tərəfindən müdafiə olunan şamlı və ustaclı 

əmirləri Əmir xana qarşı açıq etirazlarını bildirdilər. Əmir xan isə ona qarşı yö-

nəldilmiş cinayətin baş sərkərdə Mirzə Salman tərəfindən təşkil edildiyini elan 

et

di.  Yaranmış  vəziyyətdən  istifadə  edərək  şirvanlıları  birlikdə  darmadağın 



edib Osman paşanı Dərbənddən sıxışdırmaq əvəzinə, qızılbaş əmirləri iki düş-

mən cəbhəyə parçalandılar. Lakin bu dəfə də qorçubaşı Qulu bəy Əfşar müd-

rik

lik göstərərək iki tərəf arasında qan tökülməsinin qarşısını aldı. Lakin buna 



bax

mayaraq iki cəbhə arasında olan düşmənçilik gündən-günə şiddətlənirdi.  

Bu  dövrdə  Azərbaycanda  vəziyyət  son  dərəcə  ağır  idi.  Aramsız mühari-

bələr, əkin sahələrinin tapdaq altında qalaraq məhv edilməsi, 1578-1579-cu il-

lərdə türk-tatar və qızılbaş qoşunu tərəfindən törədilmiş talanlar, soyğunçuluq, 

qu

raqlıq – bütün bunlar Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda aclıq və 



xəstəlik  törətdi.  Bəzi  yaşayış  yerləri,  hətta  vəhşi  heyvanların  məskəninə  çev-

rilmişdi. 

Bu dövrdə Azərbaycanın əməkçi əhalisinin həyatı yerli sakinlərdən birinin, 

həmin hadisələrinin şahidi və müasiri, ermənidilli salnaməçi olan Ovanes Tsa-

ret

sinin məlumatlarında öz parlaq təsvirini tapmışdır. O belə yazırdı: 1579-cu 



ildə Atrpatakanda və bütün Ağvanqda dəhşətli və böyük xəstəlik başlandı. Bu 

xəstəlik nəticəsində bütün tayfalardan  çoxlu sayda insan tələf oldu.  İş o  yerə 

çatdı ki, xeyli ev sahibsiz, ata və ana isə uşaqsız qaldı. Belə müsibətli vəziyyətə 

düşən Ağvanq ölkəsinin əhalisi ölənlər üçün göz yaşı axıdır, sağ qalanlara, xəs-

tələrə, habelə özünə can yandırır və ağır düşüncəyə dalırdı: “Ah, görəsən təsa-

düfi ölümdən canımız qurtaracaqmı”. 

Ovanes Tsaretsinin 

söylədikləri ölkənin həm şimal vilayətlərinə (Qarabağa, 

Şirvana), həm də Azərbaycanın cənub hissəsunə aid idi. 

 

Qızılbaş əyanları arasında çəkişmələr 

Xaçmaza  yürüş  nəticəsində  Əmir  xanla  Şahrux  xan  arasında  ədavət  ya-

randı. Ustaclı və şamlı tayfalarının başçısı Piri Məhəmməd xan Ustaclının və 

Hüseyn

qulu soltan eşikağasıbaşı Şamlının başçı olduqları ustaclı və şamlı tay-



faları Şahrux xanın tərəfini saxlayaraq türkmənlərə qarşı çıxdılar. Lakin Qulu 

bəy  çətinliklə  də  olsa  bu  tayfaların  silahlı  toqquşmasının  qarşısını  ala  bildi. 

Əmirlərin  Şirvan  yürüşündən  Təbrizə  qayıtmasından  sonra  qızılbaş  tayfaları 

ara


sında ziddiyyətlər daha da kəskinləşdi. Bu hadisəni yaxşı dərk etmək üçün 

Xo

rasandakı vəziyyətə qısaca nəzər salaq. 



II Şah İsmail şamlı əmiri Əliqulu xanı Herata hakim təyin etdi. Onu bu və-

zi

fəyə təsdiqləyən Şah Məhəmməd Xudabəndə isə Əliqulu xanı öz oğlu Abbas 



Mir

zənin (gələcək I Şah Abbasın) lələsi təyin etdi. Xorasanın nominal canişini 

Abbas Mirzə hesab olunsa da, bütün işləri Əliqulu xan Şamlı idarə edirdi. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə