Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə26/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   22   23   24   25   26   27   28   29   ...   314

  

53 


çat

dırdı. Bununla da iki tərəf arasında bağlanan Hüdeybiyyə müqaviləsi qüvvə-

dən düşdü . 

Bu hadisədən sonra Hz.Peyğəmbər (s) ətraf məntəqələrə məktub yazaraq on-

la

rın  Məkkənin  fəthinə  hazırlaşmalarına  göstəriş  verdi.  Eyni  zamanda  Hz.Pey-



ğəmbər  (s)  yollarda  və  keçidlərdə  gözətçilər  qoymuşdu  ki,  heç  kəs  bu  xəbəri 

Məkkəyə çatdırmasın. 

Lakin buna baxmayaraq Hz.

Peyğəmbərin (s) səhabələrindən olan Xətib ibn 

Bəltəə Məkkədəki qohumlarını qorumaq üçün Məkkə əhlini Peyğəmbərin səfə-

rin


dən xəbərdar etmək niyyətilə bir məktub yazıb onu Ümmü Sara adlı qadınla 

Məkkəyə göndərdi. 

Bu zaman Cəbrail (ə) Hz.Peyğəmbəri (s) bu işdən xəbərdar etdi. Hz.Pey-

ğəmbər (s) dərhal Hz.Əlini (ə), Zubeyr ibn Əvvamı və Miqdad ibn Əsvədi Üm-

mü Sara adlı qadını ələ keçirmək üçün göndərdi. İslam mücahidləri Rövzeyi-

çax (və ya Xuleyqə) adlı məntəqədə Ümmü Saraya çataraq onu məktubla bir-

likdə Hz.Peyğəmbərin (s) yanına gətirdilər.  

Hz.


Peyğəmbər (s) məktubu Xətib ibn Bəltəənin yazdığını bildikdə onu ça-

ğırtdıraraq məktub yazmasının səbəbini soruşdu. O Allaha and içərək belə de-

yir: “Bu məktubu yazmaqda mənim yeganə məqsədim Məkkədə ki, qohumla-

rımı müşriklərin şərindən qorumaq olmuşdur. Hz.Peyğəmbər (s) Xətib ibn Bəl-

təənin məqsədini bildikdən sonra onu bağışladı. 

Belə bir hadisə bir də baş verməsin deyə Mumtəhinə surəsinin ilk doqquz 

ayəsi nazil oldu: 

Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də öz düş-

məninizi dost tutmayın. Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Məhəm-

məd  əleyhissəlamı)  inkar  etdikləri  halda,  siz  onlarla  dostluq  edirsiniz 

(meh

ribanlıq  göstərirsiniz).  Siz  Rəbbiniz  olan  Allaha  iman  gətirdiyiniz 

üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim 

yo

lumda  və  Mənim  rizamı  qazanmaq  üçün  cihada  çıxmısınızsa  (Mənim 

düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dost-

luq üzündən onlara sirr verirsiniz).  Mən sizin gizli saxladığınız və aşkar 

et

diyiniz  hər  şeyi  bilirəm.  Sizdən  kim  (bir  daha)  bunu  etsə  (düşmənlərlə 

dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır.” 

Bütün hazırlıqlarını görən Hz.Peyğəmbər (s) hicrətin səkkizinci ili Rama-

zan ayında 10000 nəfərlik ordu ilə Məkkəni fəth edərək vahid ərəb dövlətinin 

əsasını qoydu. Məkkənin fəthindən sonra Hz.Peyğəmbər (s) Mumtəhinə surəsi-

nin 12-

ci ayəsi əsasında Məkkə qadınlarının beyətini qəbul etdi. Ayədə deyilir: 



“Ya  Peyğəmbər!  Mömin  qadınlar  Allaha  şərik  qoşmayacaqları,  oğurluq 

və  zina  etməyəcəkləri,  övladlarını  öldürməyəcəkləri  (qız  uşaqlarını  diri-

diri  torpağa  gömməyəcəkləri),  özgə  kişilərdən  olan  uşaqlarını  yalandan 

ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmaya-

caq

ları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların be-

yətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah 

ba

ğışlayandır, rəhm edəndir!” Beyətin şərtləri bundan ibarət idi: Allaha şərik 

  



 

54 


qoşmasınlar, oğurluq etməsinlər, pozğunluq etməsinlər, uşaqlarını öldürməsin-

lər, başqa kişilərdən olan uşaqları öz ərlərinə nisbət verməsinlər və yaxşı işlər-

də Peyğəmbərə (s) qarşı çıxmasınlar. Həmçinin Hz.Peyğəmbər (s) Yusif surəsı-

nin 92-


ci ayəsi əsasında Məkkə əhlini azad buraxdı. Ayədə deyilir: “Bu gün si-

zə heç bir günah yoxdur. Allah sizi bağışlayar, O, çox rəhimlidir.” Vaxtilə 

bu sözü Hz.Yusif 



(ə) qardaşlarına demişdir. 

Sonra onların günahlarını bağışladı və buyurdu: “Öz peyğəmbəriniz üçün 

necə də pis qövm idiniz. Onu təkzib edib yanınızdan qovdunuz və Məkkədən 

çıxın dediniz. Hər cür zərər və əziyyəti əsirgəmədiniz və bununla da qane ol-

mayıb Mədinəyə hücum edib mənimlə müharibə etdiniz. Bütün bunlarla belə, 

sizi bağışladım. Gedin, siz azad olunmuşlarsınız.”

60

 

Hz.



Peyğəmbər (s) Məkkəni fəth edib Mədinəyə qayıdarkən İtab ibn Useydi 

Məkkəyə vali və pişnamaz təyin etdi. Hz.Peyğəmbər (s) tanınmış ağsaqqallar 

qala-

qala  iyirmi  yaşlı  bir  gənci  vali  təyin  etməklə  bütün  fikirləri,  ehtimalları 



alt-

üst edir. O bununla sübut edir ki, yüksək mövqelərə sahib olmaq üçün yaş 

çoxluğu şərt deyil. Bu işə layiq olan şəxs seçilməlidir. Muaz ibn Cəbəl isə dini 

işlər üzrə nümayəndə təyin olundu.

61

 

2. 



Hüneyn döyüşü: 

Məkkənin fəthindən sonra islamiyyət demək olar ki, bütün Ərəbistanda ya-

yılmağa başladı. Məkkədə yaşayan iki məhşur qəbilə Həvazin və Səqif qəbilə-

ləri qorxuya düşdülər ki, Hz.Peyğəmbər (s) bunlarında qəbiləsinə gəlib bütlə-

rini sındırar. Bu iki qəbiləyə Malik ibn Ovf başçılıq edirdi. İki qəbilə arasındakı 

da

nışıqlardan  sonra  belə  qərara  gəlirlər  ki,  Hz.Peyğəmbər  (s) onların  üzərinə 



gəlməzdən  qabaq  onlar  Məkkəyə  hücum  edib  müsəlmanları  məğlub  etsinlər. 

Ma

likin başçılığı ilə dörd min nəfərlik ordu toplanır. Orduda olan əsgərlər dö-



şü tərk etməsin deyə, Malikin göstərişi ilə onların arvad-uşaqları ordunun ar-

xa

sında yerləşdirilir. Bütün hazırlıqları başa çatdıran Malik ordunu Hüneyn də-



rəsində yerləşdirir. 

Bundan xəbər tutan Hz.Peyğəmbər (s) on iki min nəfərlik dəstə ilə Məkkədən 

çıxaraq Hüneyn dərəsinə doğru hərəkət etdi. Bu zaman səhabələrdən biri ordunun 

çox


luğu ilə öyünərək belə dedi: “Sayımız düşməndən qat-qat çoxdur. Bu ordu ilə 

biz  heç  vaxt  məğlub  olmarıq.”

62

 

Bu  məsələ  ilə  bağlı  Qurani-Kərimin  Tövbə 



surəsinin 25-ci ayəsində belə buyurulur: 

“Allah sizə bir çox yerlərdə, həmçinin 

Hüneyn gü

nündə  kömək  etdi. O gün çox olmağınız  xoşunuza  gəlsədə,  bir 

faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə 

dar gəldi), sonra dönüb qaçdınız.” Hüneyn dərəsinə çatdıqda ilk olaraq dərəyə 

Xalid  ibn  Vəlidin  başçılığı  altında  olan  Bəni  Səlim  qəbiləsi  daxil  oldu. Lakin 

Həvazin  ordusunun hücumuna  məruz  qalan  Xalid  və  ordusu  geriyə  çəkildə. 

60

Biharul-



ənvar , 21-ci cild ,səh-106-107 

61

Təbəqati ibn Səd, 2-ci cild , səh-137. 



62

Təbəqati-İbn Səd, 2-ci cild, səh-150. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə