Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə260/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   256   257   258   259   260   261   262   263   ...   314

 

532 


1578-

ci ildə Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə birlikdə Abbası guya 

təhlükə gözlədiyinə görə, anası Mehdi Ülyaya verməkdən imtina edib onu tax-

tın varisi kimi saxladılar və dövləti onun adından idarə etməyə başladılar. Əli-

qulu xanın güclənməsi eyni zamanda Məşhəd hakimi Murtuzqulu xan üçün də 

təhlükə  yaradırdı.  (İsgəndər  Münşiyə  görə,  Məşhəd  hakimi  Murtuzqulu  xan 

Por

nak Türkmən “Xorasanın yarısının bəylərbəyi” idi və Xorasanın o biri yarı-



sını idarə edən Herat hakimi Əliqulu xan Şamlıya tabe olmurdu.) Türkmən və 

təkəli  tayfa  əmirləri  Əliqulu  xanı  müdafiə  edir,  onu  özlərinə  hakim  seçərək 

“xan

lar  xanı”  hesab  edirdilər.  Beləliklə,  Xorasanda  bir-biri  ilə  düşmənçilik 



edən Herat və Məşhəd dəstəsi yarandı.

841


 

Bu qruplar arasında gedən mübarizədə Əliqulu xan Şamlının qohumlarının 

məğlubiyyəti  Xorasanda  qızılbaş  qiyamçı  tayfalarını  sakitləşdirmədi,  əksinə 

Əliqulu xanla və şamlı əmirləri ilə danışıq aparmaq imkanını əldən çıxardı və 

Xo

rasanın  yarısının  Səfəvi  dövlətinin  tərkibindən  çıxmasına  və  bir il sonra-



1581-

ci ildə şahzadə Abbasın Xorasan əmirləri tərəfindən şah elan edilməsinə 

gətirib çıxardı. 

 

Səfəvi-Osmanlı münasibətləri və Azərbaycan uğrunda mübarizə 

Vəziyyətin son dərəcə ağır olmasına baxmayaraq Səfəvilər Şirvanı türklərə 

zəştə  getmək  istəmirdilər.  Bununla  əlaqədar  olaraq  1580-cı  ildə  Təbrizdə 



Şirvana yeni yürüş etmək qərara alındı. Bu yürüşü həyata keçirmək Salman xa-

na və ustaclı əmirlərinə tapşırıldı. Arabsar yolu ilə keçən qızılbaş qoşunu Həm-

şəhr  (Bakıxanovun  qeyd  etdiyinə  görə,  bu,  Firdovsinin  “Şahnamə”  əsərində 

Ərəbşəhr kimi adı çəkilən qədim şəhərlərin xarabalıqları idi. “Gülüstani-İrəm”, 

Ba

kı, 1951, səh-110-111) yaylağında dayandı. 



1580-

cı ildə Hacı Maqsud bəy Zülqədərin başçılığı altında Ərzuruma gələn 

qızılbaş nümayəndə heyətini avqustun 15-də türkiyə Sultanı  III  Murad  İstan-

bul


da  qəbul  etdi.  Görüş  zamanı  Səfəvi  hökmdarı  Məhəmməd  Xudabəndənin 

məktubu sultana verildi. Məktubda ilk qızılbaş səfiri Vəli bəy Ustaclının türk 

sərhədçiləri tərəfindən tutulub saxlanması və həbs olunmasından narazılıq bil-

di

rilir, Osmanlı qoşunlarının soyğunçuluq və talanla məşğul olması, müsəlman 



qa

dın və uşaqlarının əsir aparılması barədə narazılıq bildirilir, sülhü bərpa et-

mək, sakitliyi və ibadət üçün təhlükəsizliyi təmin etmək arzusu bildirilirdi. 

Lakin itiriləni geri qaytarmaqla yanaşı Şirvanı da öz əllərində saxlamaq is-

təyən Osmanlı türkləri bütün imkanlardan istifadə edirdilər. Dərbənddə saxla-

nılan Osman paşanın ağır vəziyyəti III Muradı narahat etdiyi üşün üçüncü və-

ziri Sinan 

paşanı böyük bir orduya komandan təyin edərək, Şirvana yeni yürüşə 

gön

dərdi.  Ərzurumda  xeyli  qoşun  toplayan  Sinan  paşa  öz  səfirini  hədələyici 



məktubla Səfəvi sarayına göndərdi. 

841


Tarix-

i aləm aray-i Abbasi, səh-243-247. 

                                                           



  

533 


Qızılbaş əmirləri, xüsusilə də Şahrux xan əmirlər arasında birliyin olmama-

s

ına baxmayaraq Sinan paşanın iddialarına rədd cavabı verdi: “Biz yalnız I Şah 



Təhmasibin 1555-ci ildə bağladığı Amasya sülh müqaviləsinin şərtlərinə razı-

yıq və öz torpağımızın bir qarışını da vermərik, nə qədər ki, yüz mindən bir nə-

fər qızılbaş sağdır. Sənin və onlarla sənin kimilərin gəlişindən qorxmuruq. Elə 

zənn etməyin ki, indi də Lələ paşa zamanındakı kimidir. O bizim üstümüzə gə-

ləndə, bizim şahımız İraqda idi. Azərbaycan əmirləri həmin vaxt öz aralarında 

düşmənçilik  edirdilər.  İndi  isə  bütün  qızılbaş  qoşunları  Azərbaycanda,  şahın 

ya

nında  döyüşə  hazır  vəziyyətdədirlər.  Şirvan  ölkəsinin  osmanlıların  tabe-



liyində olması fikrində də yanılırsınız. Şirvan yenə də qızılbaş əmirlərinin əlin-

dədir.  Rumluların  hakimiyyəti  yalnız  Dərbənd  qalasının  dörd  divarı  ilə  məh-

dud

laşır. Həqiqətən də, əgər o vaxt qızılbaşlar arasında birlik olsaydı, onların 



qo

ruduğu ölkəyə düşmənin daxil olmağa cəsarəti çatmazdı.

842

 

Qızılbaşlardan qəti cavab alan Sinan paşa bir qədər yumşalaraq ikinci dəfə 



da

ha mülayim məktub göndərdi. Bununla əlaqədar olaraq Qızılbaşların cavab 

məktubu da dostluq məktubu oldu.  

Sinan  paşanın  təklifinə  əsasən  qışı  keçirmək  üçün  tərəflər  öz  yerlərində 

qal

dılar. Lakin bu və ya digər ərazinin kimə mənsub olmasını aydınlaşdırmaq 



üçün Şirvana nümayəndə göndərilməsi məsləhət bilindi. Bu məqsədlə türklər 

tərəfindən Ömər ağa Şirvana göndərildi. Sinan paşa Ərzuruma, Səfəvi şahı Mə-

həmməd  Xudabəndə  isə  qışlamaq  üçün  Naxçıvan  yaylaqlarından  Qarabağa 

doğru hərəkət etdi. 

Elə bu vaxt Şirvan üçüncü dəfə Qazi Girey və Səfi Gireyin başçılığı altında 

olan Krım tatarlarının hücumuna məruz qaldı. Bu dəfə tatarlar Dərbənddən ke-

çərək  Şirvana  daxil  olmuşdular.  Bu  hücum  zamanı  qızılbaş  qoşunu  Şirvanda 

yox idi. Çünki Salman xan əmirlərlə Kürü keçməmişdi və Qarabağ yaylağında 

idi

lər. Şirvan dönükləri Salman xanın düşərgəsinin yerini belə tatarlara demiş-



dilər. Krım tatarlarının qəfil hücumuna məruz qalan Qızılbaşlar hətta silahlan-

mağa və bir yerə cəmləşməyə də imkan tapmadılar. Ona görə də qızılbaşların 

çoxu qaçmaql

a  canını  qurtardı,  müqavimət  göstərən  az  bir  hissəsi  isə  qəhrə-

man

lıq göstərərək həlak oldu. Qızılbaş düşərgəsini talan edən tatarlar elə həmin 



gün də geri qayıtdılar. Bu məqamdan istifadə edən Osman paşa tatarların kö-

məyi ilə türk dəstəsini Bakıya daxil edib, qalanı möhkəmləndirdi. 

Səfəvi şahı Qarabağa çatanda Salman xanın tatarlar tərəfindən məğlub edil-

di

yini  öyrəndi.  Bununla  əlaqədar  olaraq  Məhəmməd  Xudabəndə  təcili  olaraq 



qışladığı Qızılağacdan Mirzə Salman, Əmir xan, Qulu bəy qorçubaşını, Şahrux 

x

an, Pirməhəmməd xanı və digər əmirləri Mollahəsən adlı məntəqəyə göndə-



rərək türk və tatarları qarşıladı. Baş verən döyüşdə məğlub olan türk və tatarlar 

geri çəkilməyə başladılar. Türklər yenidən Dərbənddə möhkəmləndilər, tatarlar 

isə Dağıstan yolu ilə Krıma qayıtdılar. 

842


Tarix-

i aləm aray-i Abbasi, səh-261-262. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə