Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə261/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   257   258   259   260   261   262   263   264   ...   314

 

534 


Qızılbaş qoşunlarının Şirvana gəlməsindən xəbər tutan Salman xan tələsik 

Kür  çayını  keçərək  qoşunla  birlikdə  Bakıya  gələrək  şəhəri  mühasirəyə  aldı. 

Düşmən ordusunu Şabrana qədər təqib edən Əmir xan Türkmən də geri qayı-

daraq, Bakını mühasirəyə alan Salman xanla birləşdi. On səkkiz gün türklərin 

qavimətini  qırmağa  çalışan  qızılbaşlar  heç  bir  nəticə  əldə  etmədən  sonda 



hasirədən  əl  çəkdilər.  Səfəvi  qoşunu  Şirvanı  tərk  edib  Qarabağa  qayıtdığı 

üçün  həmin  qış  Şirvanda  bir  nəfər  olsun  belə  qızılbaş  qalmadı.  Bununla  əla-

qədar olaraq Osman paşanın qoşunu Şirvanın bəzi rayonlarını ələ keçirdi. 

Ömər ağanın Şirvana gəlməsi ərəfəsində Səfəvi sarayında onu qabaqlamaq 

üçün Şirvanın tutulmuş ərazisini təcili geri qaytarmaq qərara alındı. Bu əməliy-

y

atın həyata keçirilməsi Qarabağ hakimi İmamqulu xan Qacara həvalə olundu. 



Pey

kər bəy Ziyad oğlu Qacar Şirvana yeni hakim təyin olundu. 

Qızılbaş nümayəndələri ilə Şirvanı gəzən Osmanlı nümayəndəsi Ömər ağa 

Dərbəndlə  Bakıdan  başqa  heç  bir  yerin  türklər  tərəfindən  tutulmamasından 

əmin olduqdan sonra, onu müşayiət edən səfəvi Şahqulu Sultan Tebet oğlu Zül-

qədərlə birlikdə “əsl həqiqət barədə” məlumat vermək və sülh danışıqları apar-

maq üçün Ərzuruma, Sinan paşanın yanına gəldilər. 

Lakin Sinan paşa ilə Osman paşa arasındakı münasibətlərin gərgin olması 

sülh  danışıqlarının  aparılmasına  mane  oldu.  Şahqulu  Sultanı  məktubla  geri 

gön


dərən  Sinan  paşa  Səfəvilərə  təklif  etdi  ki,  danışıq  aparmaq  üçün  Sultan 

sarayına layiqli əmirlərdən birini göndərsinlər. Bununla əlaqədar olaraq Qum 

hakimi  İbrahim  xan  qiymətli  hədiyyələrlə  İstanbula  göndərildi.  Sülh  danışığı 

üçün  İstanbula  gələn  İbrahim  xanın  cəhdləri  heç  bir  nəticə  vermədi.  Çünki 

Osman paşa və onun tərəfdarları sultanı Sinan paşaya, onun təmkinli, sülhsevər 

tədbirləri  əleyhinə  qaldırmışdı.  Yeddi  il  Osmanlı  paytaxtında  qalan  İbrahim 

xan yalnız I Şah Abbasın dövründə vətənə qayıtdı.

843


 

Yalnız Sinan paşa İstanbula, Məhəmməd Xudabəndə isə Qəzvinə qayıtdıq-

d

an sonra iki tərəf arasında razılıq əldə olundu. Qısa müddət sonra Sinan paşa 



baş komandanlıq vəzifəsindən kənarlaşdırıldı və onun yerinə Fərhad paşa baş 

komandan təyin edildi. 

1581-

ci ilin yazında Qazi Girey və Səfi Gireyin başçılığı altında olan Krım 



ta

tarları dördüncü dəfə Şirvana basqın etdilər. Bununla əlaqədar olaraq İmamqulu 

xan Qacar kömək üçün Şirvan bəylərbəyi Peykər xana qızılbaş dəstəsi göndərdi. 

Bundan  xəbər  tutan  Osman  paşa  da  öz  növbəsində  tatarlara  kömək  üçün  Dər-

bənddən xüsusi türk qoşunu gördərdi. İki tərəf arasında döyüş Şamaxı ilə Şabran 

arasında baş verdi. Baş verən döyüşdə türk və tatarların birləşmiş qoşunu məğlub 

oldu və Qazi Girey əsir alındı. Səfi Girey ilə Əbu Bəkr Mirzə isə aradan çıxdı. 

Elə  həmin  ildə  Peykər  xan  vəfat  etdi  və  onun  yerinə  Xəlifə  Ənsar 

Qarabağlı Şirvan hakimi təyin edilsə də Şirvanda heç bir uğur əldə edə bilmədi. 

1582-


ci ildə onun ölümündən sonra Şah Qarabağdan İraqa gedib Xorasana yü-

843


Tarix-

i aləm aray-i Abbasi, səh-264-265. 

                                                           



  

535 


rüş etdikdən sonra “qızılbaş əmirlərindən heç biri Şirvanda qala bilmədi”. Bun-

dan istifadə edən Osman paşa  yenidən Dərbənddən Şamaxıya daxil olub Şir-

van

da türk hakimiyyətini bərpa etdi. 



1583-

cü  ildə  İmamqulu  xan  Kürü  keçərək  Şirvana  daxil  oldu.  Şamaxıda 

olar

kən Yəqub bəyin Niyazabad ərazisində qoşun topladığını öyrənən  İmam-



qulu xan Rüstəm xanı türklərə qarşı göndərdi. İki dəstə arasında baş verən dö-

yüşdə osmanlı ordusu məğlub edildi və Yəqub bəy öldürüldü. Məğlub olan os-

manlı ordusu qızılbaşlar tərəfindən Dərbəndə qədər təqib edildi. Bu arada kö-

məyə gələn Osman paşa Samur çayı sahilində Baştəpə adlı məntəqədə qızılbaş-

larla dö

yüşə girdi. İki tərəf arasında baş verən döyüş gecələr də məşəl işığında 

da

vam etdirildiyi üçün bu döyüşə tarixdə “məşəl döyüşü”də deyilir. Dörd gün 



da

vam edən döyüşdə məğlub olan qızılbaşlar döyüş meydanını tərk etmək məc-

buriy

yətində qaldılar. Bu məğlubiyyətdən sonra Şirvan tamamilə Osmanlıların 



əlinə keçdi.

844


 

80-


ci illərin əvvəllərindən başlayaraq Azərbaycan qızılbaş əyanları ilə İran 

feo


dal  nümayəndələri  arasında  olan  mübarizə  son  dərəcə  kəskinləşdi.  Həmin 

vaxt


larda Mirzə Salman yeganə şəxs idi ki, İran feodal nümayəndəsi kimi və-

zirliyini saxlaya bildi. 

İlk  dəfə  I  Şah  Təhmasibin  hakimiyyətinin  sonlarında  saraya  gələn  Mirzə 

Sal


man saray təsərrüfatına başçı (“naziri-büyutat”) təyin edilmişdi.  II Şah  İs-

mailin (1576-

1577) ölümündən sonra Məhəmməd Xudabəndənin və onun arva-

dının etibarını qazanan  Mirzə Salman fəxri “etimad əd-dövlə”  (“dövlətin eti-

ma

dı”) adı ilə “yüksək divan vəziri” vəzifəsinə layiq görülmüşdü. Daha da irəli 



ge

dən Mirzə Salman öz qızını taxt-tacın varisi Həmzə Mirzəyə verməyə, böyük 

oğlu Mirzə Abdullanı isə şahzadənin vəziri təyin etməyə nail oldu. Həddən ar-

tıq  uğur  qazanan  Mirzə  Salman  qızılbaş  əmirlərini  bir-birinə  qarşı  qaldıraraq 

on

ları zəiflətməyə çalışırdı. Hətta 1582-1583-cü illərdə şah Xorasan qiyamçıla-



rına qarşı yürüş edəndə Mirzə Salman şah qoşunları tərəfindən əsir alınmış bir 

sıra ustaclı və şamlı əmirlərini edam etdirdi. 

Mirzə  Salmanın  fitnələrindən  xəbər  tutan  qızılbaş  əmirləri  onu  1583-cü 

ildə Heratda öldürərək, var-dövlətini müsadirə etdilər.

845

 

 



Fərhad paşanın başçılığı ilə türklərin Azərbaycana yürüşü 

1583-


cü  ildə  Fərhad  paşa  səksən  minlik  ordu  ilə  Ərzurumdan  çıxıb  Qars 

ke

çərək Çuxursəəd vilayətinə daxil oldu. Osmanlı türklərinin üstün olduğunu 



rən Çuxursəəd bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı kömək üçün Qa-

ra

bağ  və  Cənubi  Azərbaycan  hakimləri  İmamqulu  xan  Qacara  və  Əmirxan 



Türk

mənə müraciət etdi. Lakin Qarabağ və Cənubi Azərbaycan hakimləri hələ 

Xo

rasanda olan şahın yardımı olmadan türk qoşununun qarşısına çıxacaqların-



844

Tarixi-


Peçevi, II, səh-79-82. 

845


Şərəfnamə, II cild, səh-268-269. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə