Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə263/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   259   260   261   262   263   264   265   266   ...   314

 

538 


yüşdə Trabzon (Trapezund) paşası və bir sıra digər osmanlı sərkərdələri də 

həlak olmuşlar. 

Baş verən bu hadisələr sonda türkləri geri qayıtmağa məcbur etdi. Osman 

pa

şanın xəstələnməsi və ölümü ilə əlaqədar olaraq Cığal oğlu Sinan paşa Os-



man

lı ordusunun baş komandanı təyin edildi. Türklər geri çəkilərkən Təbrizdə 

tik

dikləri qalada Cəfər paşanın başçılığı altında birillik ərzaq ehtiyatı və döyüş 



sur

satı  olan  yeddi  min  nəfərlik  türk  qoşunu  yerləşdirdilər.  Oktyabrın  29-da 

türk

lər öz baş qərargahları olan Çərandabdan çıxaraq geriyə doğru hərəkət etdi-



lər.  Türkləri  təqib  edən  Həmzə  Mirzə  Şəmbi  –  Qazanda  onlara  çataraq  ağır 

zərbə endirdi. 

Təbrizə qayıdan Həmzə Mirzə şəhəri dağılmış vəziyyətdə gördü. Səfəvilə-

rin şəhərə daxil olmasından xəbər tutan əhali şəhərə qayıdaraq qoşunla birlikdə 

Təbrizi meyitlərdən təmizləməyə, dağılmış evləri təmir etməyə başladı. Şah və 

onun əyan-əşrafı 1585-1586-cı ilin qışını Təbrizdə keçirdi. Lakin bununla ya-

na

şı Səfəvilər Təbrizdəki türk qarnizonunun onlar üçün böyük təhlükə olduğu-



nu çox yaxşı başa düşürdülər. Elə buna görə də Həmzə Mirzə türk qarnizonu-

nun yerləşdiyi qalanı ələ keçirmək üçün özünə sadiq olan əmirlərlə birlikdə bir 

ne

çə dəfə cəhd etdi. Lakin güclü artileriya və toplarla silahlanmış türklər qızıl-



başları hər dəfə geri çəkilməyə məcbur edirdilər. Qala uğrunda gedən mübari-

zədə  qızılbaşlar  özlərinin  ən  yaxşı  sərkərdələrindən  olan  Zülqədər  tayfasının 

başçısı Şahrux xan Möhrdarı itirdilər. 

Digər  tərəfdən  də  Səfəvi  Qulubəy  Əfşarın  xəyanət  edərək  türklərə  tərəf 

keç

məsi  qalanın  ələ  keçirilməsinə  mane  olurdu.  (Qulubəy  Əfşar  Məhəmməd 



xan Türkmən və başqaları ilə birlikdə şahzadə Həmzə Mirzənin anasının ölü-

mün


də iştirak etmişdi. Buna görə də şahzadə tez-tez anasının qatillərini hədələ-

yərək onlardan intiqam alacağını bildirir və Qulubəy də şahzadənin bu niyyə-

tin

dən xəbərdar idi. Qulubəyi məhv etmək fikrində olan Həmzə Mirzə onun ye-



ri

nə Təhmasibqulu Sultanı qorçubaşı təyin edərək göstəriş verdi ki, Qulubəyi 

ara

dan götürsün. Qardaşı oğlu Cabbarqulu vasitəsilə şahzadənin planından xə-



bər tutan Qulubəy özünü qorumaq üçün düşmən tərəfinə keçmək məcburiyyə-

tin


də qaldı.

847


 

Belə olan halda ümidi hər  yerdən üzülən Həmzə Mirzə günün 

norta çağı istehkamı ələ keçirmək üçün qızılbaş əmirlərinə qalaya hücum et-



mək əmrini verdi. Minlərlə insanın həyatı bahasına başa gələn qızılbaş hücumu 

bir neçə gün davam etdi.

848

 

Elə bu vaxt türkmən və təkəli tayfalarının Təbrizə yaxınlaşdığını öyrənən 



Həmzə Mirzə qalada yerləşdirilən Osmanlı qarnizonu ilə mübarizəni dayandır-

ma

ğa məcbur oldu. 



Dövlət əleyhinə çıxış edən Məhəmməd xan Türkmənə və Vəli xan Təkəliyə 

fars hakimi Hümmət xan Zülqədər də qoşuldu. Beləliklə, Şah Məhəmməd Xu-

847

Tarix-


i aləm aray-i Abbası, səh-319-320. 

848


Tarix-

i aləm aray-i Abbasi, səh-330-331. 

                                                           



  

539 


dabəndə və oğlu Həmzə Mirzə türkmən, təkəli və zülqədər tayfaları ilə mübarizə 

aparmaq  məcburiyyətində  qaldı.  Qiyamçıların  sayının  həddən  artıq  çox  ol-

masından ehtiyat edən şah və Həmzə Mirzə onlarla döyüşməkdən çəkinərək, ba-

rışıq  əldə  etməyə  çalışırdılar.  Danışıqlar  aparmaq  üçün  göndərilən  Həbib  bəy 

Zül

qədəri  öldürüb,  bir  neçə  vasitəçini  isə  girov  saxladılar.  Təbriz  yaxınlığında 



yer

ləşən  Səndabad  (və  ya  Seyidabad)  adlı  məntəqəyə  çatdıqda  şah  ordusunda 

xid

mət edən türkmən və təkəli tayfalarından olan döyüşçülər də qiyamçıların dü-



şərgəsinə  gedərək,  öz  tayfalarına  qoşulmağa  başladılar.  Eyni  zamanda  Həmzə 

Mirzədən narazı olan qüvvələr də onu tərk etdilər. Vəziyyətin son dərəcə təhlü-

kəli olduğunu görən Şah Məhəmməd xan Xudabəndə və Həmzə Mirzə vaxtilə 

Əmir xan Türkmənin tikdirdiyi Təbriz qalasnda gizləndilər. Qiyamçılar şahzadə 

Həmzə Mirzəyə məktub yazaraq, Əmir xanın qatillərinin və ilk növbədə Əliqulu 

xan Fəthoğlunun onlara təhvil verilməsini tələb etdilər. Onların bu hərəkətindən 

narahat olan Həmzə Mirzə qiyamçılara qarşı döyüşmək əmrini verdi. Lakin dö-

yüş baş vermədi. Çünki şah ordusuna qoşulan qiyamçılar onlarla birlikdə Təbriz-

dəki osmanlı qalasına hücum etməyə razı olduqlarını bildirməklə bərabər, öz tə-

ləblərini də Əmir xanın qatillərini saraydan çıxarmaq və onların ucqar vilayətlərə 

göndərilməsi ilə məhdudlaşdırdılar. Şahzadə Həmzə Mirzə qiyamçıların təklifini 

rədd etdi və bu da Təbrizdə şah düşərgəsində zülqədər, əfşar və qacar tayfaların-

dan olan bir dəstə əyanın narazılığına səbəb oldu. Onlar bildirirdilər ki, Əliqulu 

xan Fəthoğlu və Məhəmməd Sarızolağa görə qızılbaş tayfaları arasında baş ve-

rən  düşmənçiliyə  dözmək  olmaz.  Qorçular  döyüşçülərin  müşayiəti  ilə  Əliqulu 

xa

nın evinə daxil olaraq oranı talan etdilər. Sonra isə Həmzə Mirzənin iqamətga-



hına gələrək onu hədələməyə başladılar. Qorçuların özbaşınalığından hiddətlən-

miş Həmzə Mirzə saraydan çıxaraq qalmaqal salanların əsas başçısına ölümcül 

zərbələr endirdi. Bunu görən digərləri dağılışdılar. 

Eyni  vaxtda  şah  Məhəmməd  Xudabəndəni  sıxışdıran  türkmən  və  təkəli 

əmirləri onu taxtdan salmaq üçün silahlı mübarizə aparmağa başladılar. Qiyam-

çılar Həmzə Mirzənin kiçik qardaşı on yaşlı Təhmasibi oğurlayıb öz düşərgələ-

ri

nə  gətirdilər.  Əmirlər  də  az  yaşlı  Təhmasibi  şah  elan  etmək  üçün  tələsik 



onunla birlikdə dövlətin paytaxtı Qəzvinə doğru hərəkət etdilər. 

Növbəti gün şahzadə Təhmasibin yoxa çıxmasını öyrənən şamlı və ustaclı 

əmirləri şah Məhəmməd Xudabəndəni onu qaçırmaqda ittiham etdilər. Həmzə 

Mir


zə  öz  atasından  incidi.  Bu  şübhənin  yaranmasına  səbəb,  şah  Məhəmməd 

Xu

dabəndənin anasının türkmən tayfasından olması idi. 



Qiyamçıların planının həyata keçməsinə mane olmaq istəyən Həmzə Mirzə 

dərhal fəaliyyətə başladı. O, Məhəmməd xan Toxmaq Ustaclını və İmamqulu 

xan  Qacarı  Təbrizdə  saxlayaraq  atası  Şah  Məhəmməd  Xudabəndəni  və  digər 

qar


daşı Əbutalib Mirzəni qorumaqla yanaşı Təbrizdəki osmanlı qalasının mü-

ha

sirəsini davam etdirməyi də onlara tapşırdı. İsmail qulu xan isə Xalxal və Ta-



rom yolu ilə qiyamçıları qabaqlayıb Həmzə Mirzənin qoşunu gələnə qədər pay-

tax


tı qorumaq üçün Qəzvinə göndərildi. Həmzə Mirzə isə üç min nəfərlik dəstə 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə