Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə265/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   261   262   263   264   265   266   267   268   ...   314

 

542 


Səfəvi dövlətinin həddən artıq zəifləməsindən istifadə edən Təbrizdəki türk 

qalasının  başçısı  Cəfər  paşa  Təbrizdən  çıxaraq  şəhər  ətrafı  ilə  yanaşı  Cənubi 

Azərbaycanın bir çox rayonlarını ələ keçirdi. 

Kürd əmirlərinin köməyindən istifadə edən Cəfər paşa Ərdəbildən Təbrizə 

doğru hərəkət edən qızılbaş dəstəsini məğlub edərək geri çəkilməyə məcbur et-

di.  Səfəvilərin  məğlubiyyətindən  xəbər  tutan  Qaradağ  hakimi  Xəlifə  Ənsarın 

oğlu Şahverdi türklərə tabe olduğunu bildirdi. Bu xəyanət nəticəsində Ordubad, 

Mərənd, Dizmar və digər vilayətlərdə Cəfər paşanın əlinə keçdi. Bunun ardınca 

1588-

ci ildə otuz minlik qoşunla Bağdaddan Həmədana doğru hərəkət edən Si-



nan paşa Nəhavəndi demək olar ki, müqavimətsiz ələ keçirdi. Nəhavənd uğrun-

da  gedən  döyüşlərdə  qızılbaşların  başçısı  Həmədan  bəylərbəyi  Qorxmaz  xan 

Şamlı əsir düşdü. 

Eyni  zamanda  türk  qoşunları  Məhəmməd  xan  Ziyad  oğlu  Qacarın  əlində 

olan Qarabağı ələ keçirdi. Gürcüstandan hərəkət edən Fərhad paşa isə Gəncə və 

Bərdəyə  daxil  olaraq  burada  qarnizon  yerləşdirdi.  Türklər  tərəfindən  məğlub 

edi

lən Qacar və iyirmi dörd tayfaları Arazın cənub sahilinə çəkildilər. Bunun 



ar

dınca Naxçıvanda türklər tərəfindən tutuldu.

851

 

Baş verən bu hadisələrin sonunda, 1586-1589-cu illərdə demək olar ki, bü-



tün Azərbaycan sultan  III Muradın orduları tərəfindən ələ keçirildi. Bu arada 

özbəklərin Xorasana hücum etməsi türklərin Azərbaycanda irəliləyişini daha da 

asan

laşdırdı. Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Şah Abbas (1587-1629) 



ərazinin qalan hissəsini itirməmək üçün sultanın təklif etdiyi ağır sülh şərtləri 

ilə razılaşmalı oldu. 1590-cı ildə iki tərəf arasında bağlanan  İstanbul sülhünə 

görə  Azərbaycandan  əlavə,  nəinki  Ermənistan,  Gürcüstan,  habelə  İranın  qərb 

vila


yətləri-Nəhavənd, Luristan, Şəhrizur Türkiyəyə verildi. Bundan əlavə Xo-

ra

sanın özbəklərdə qalmasına razılıq verən I Şah Abbas səfərə çıxmadı. 



XVII əsrin əvvəllərinə qədər davam edən Osmanlılar tərəfindən Azərbay-

ca

nın istilası zamanı Azəbaycan nəhayətsiz müharibələrdə tamamilə talan edil-



di və ölkənin iqtisadiyyatı zəiflədi. Türklərin iyirmi ilə yaxın ölkədə ağalıq et-

məsi onun sərvətlərinin talan edilməsinə, iqtisadiyyatın ölməsinə gətirib çıxar-

dı. Buna görə də Azərbaycan I Şah Abbas tərəfindən geri alınsa da Səfəvilər 

döv


ləti özünün əvvəlki sosial-iqtisadi rolunu saxlaya bilmədi. 

Daxili  və  xarici  müharibələr  nəticəsində  Azərbaycan  feodal  əyanları  və 

qızılbaş  tayfaları  xeyli  zəiflədi.  Feodallar  əvvəlki  kimi  Səfəvi  dövlətinin  hər 

ye

rində öz mövqelərini qoruyub saxlaya bilmədilər və sonda Azərbaycan Səfə-



vilər dövləti süqut etdi. 

 

I Şah Abbasın islahatları 

1587-

ci ildə Məhəmməd Xudabəndənin özbəklərə qarşı müharibə aparma-



sından istifadə edən Şah I Abbas qızılbaş və fars əyanlarının köməyi ilə Qəz-

851


Şərəfnamə, II cild, səh-291-292. 

                                                           




  

543 


vini tutaraq hakimiyyəti ələ keçirdi. Şah I Abbas hər şeydən əvvəl orduya xü-

susi əhəmiyyət verirdi. Çünki itaətsiz feodallara qarşı mübarizə aparmaq, xalq 

hərakatını boğmaq və yürüşlər üçün qüdrətli və nizami orduya ehtiyac var idi. 

Bütün bun

ları nəzərə alan Şah I Abbas hakimiyyətə gələndən sonra Səfəvilərin 

iti


rilmiş ərazilərini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün sülh 

is

lahatlara başladı. 



İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına 

si

lah gəzdirmək hüququnu ləğv etdi: qoşuna daxil olmaq hüququ iranlılara ve-



ril

di.  Qızılbaş  tayfa  başçılarının  irsi  vəzifə  tutmaları  ləğv  edildi.  Bu  vəzifəni 

yal

nız  şahın  rəğbətini  qazanmış  istənilən  şəxs  tuta  bilərdi.  Qeyri  türk  əsasən 



fars

lar  üzərində  hakimiyyəti  möhkəmləndirmək  üçün  paytaxtı  onların  sıx  ya-

şadığı İsfahana köçürdü. Ordunu yenidən təşkil etdi. 

Səfəvi  şahının  apardığı  hərbi  islahat  nəticəsində  müxtəlif  dərəcəli  qoşun 

vü yarandı. Onların qarşılıqlı fəaliyyəti və əlaqəsi Səfəvi dövlətinə daxili sa-



kit

lik və xarici işğal sahəsində uğurlar qazandırdı. Orduda qızılbaşlarla yanaşı 

qu

lamlar, tüfəngçilər və topçular dəstəsi də yer aldı. Qulamlar əsasən erməni, 



gür

cü, çərkəz mənşəli gənclərdən toplanır, zorla islamlaşdırılır və sarayda xü-

susi şəraitdə tərbiyə olunurdular. Tüfəngçilər xüsusi siyahı ilə ölkənin müxtəlif 

vi

layətlərindən  toplanırdı.  Onların  içərisində  əsasən  azərbaycanlılar  üstünlük 



təşkil edirdilər. Onlara tüfəngçi ağası başçılıq edirdi. Topçulardan əsasən düş-

mənin  möhkəmləndirilmiş  mövqeyini  ələ  keçirmək  və  qala  mühasirəsi  vaxtı 

isti

fadə olunurdu. 



Şah  I  Abbas  həyata  keçirdiyi  islahatlarla  Azərbaycan  köçəri  əyanlarının 

fuzunu  məhdudlaşdırmağa  başladı.  Bununla  bərabər  iranlılardan  ibarət  şiə 



ru

hani və məmurlarının dövlət işlərində iştirakını gücləndirdi. İri torpaq sahib-

lərinin  sıxışdırılması,  edam  olunmuş  feodalların  torpaqlarının  ələ  keçirilməsi 

he

sabına şah öz şəxsi torpaqlarını xeyli genişləndirdi. Bu mübarizədə xeyli feo-



dal  hakim  və  əmirlər  məhv  edildi.  Hakimiyyətə  qarşı  çıxan  təkəli  tayfasına 

aman


sız divan tutuldu. Yeni şah dövlətin maliyyə vəziyyətini  yaxşılaşdırmaq 

məqsədilə  yüksək dövlət vəzifələrinə  yiyələnmiş bütün şəxslərdən peşkəş adı 

ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. 

Həyata keçirilən bu islahatlar nəticəsində qızılbaş əyanlarının qüdrəti sarsılsa 

da, mərkəzi hakimiyyət xeyli gücləndi. Şah Abbas Səfəvilər dövlətinin keçmiş 

qüvvəsini bərpa edə bildi. Azərbaycan bu dövlətin aparıcı qüvvələrindən birinə 

çevrildi. Dövlətin mərkəzi aparatını və mülki bürokratiyanı möhkəmləndirən Şah 

I  Abbas  İngiltərə,  Fransa,  İspaniya,  Roma  papası  və  Moskva  knyazlığı  ilə 

diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlar aparmağa başladı. 

 

Səfəvilərin qonşu dövlətlərlə münasibətləri 

Ərəb xilafətinin tənəzzülü və səlcuq yürüşləri dövründən başlayaraq müsəl-

man  şərqinin  böyük  bir  hissəsində  siyasi  hakimiyyət  türklərin  əlinə  keçmişdi. 

Mi

sirdən tutmuş Hindistan və Xətaya qədər geniş bir ərazidə hökmranlıq edən 



  


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə