Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə267/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   263   264   265   266   267   268   269   270   ...   314

 

546 


zəmmət etdi. Səfəvi sarayında hörmətlə qarşılanan Bədiüzzaman sonralar Şah 

İsmayıla  qarşı  çıxdığı  üçün  Təbrizdəki  Şənbi-Qazan  (Şam-Qazan)  məqbərə-

sində  məhbus  edilmişdi.  1514-cü  ildə  baş  verən  Çaldıran  döyüşündən  sonra 

Os

manlılar Təbrizə daxil olduqda Sultan Səlimin tərəfinə keçən Bədiüzzaman 



ona qoşulub, Türkiyəyə getmişdi. 

Yarandıqları vaxtdan etibarən iki dövlət arasındakı münasibətlər düşmən-

cəsinə idi. Bu münasibətlər ilk növbədə hər iki dövlətdə başlıca siyasi güc olan 

türk hərbi-köçəri əyanlarının işğalçılıq səyləri ilə bağlı idi. İki türk sülaləsi ara-

sındakı toqquşma əsasən Xorasana hakimlik etmək uğrunda gedirdi. 

Alman şərqşünası A.Müller qeyd edir ki, ilk vaxtlar Şah İsmail yalnız Ağ-

qoyunlu səltənətinin ələ keçirilməsi və onların əvvəlki siyasətinin davam etdi-

rilməsi  haqqında  düşünürdü.  Lakin  tezliklə  Xorasanı  fəth  edən  Şeybani  xan 

onu rahat buraxmaq istəməmiş, sülh təşəbbüsü göstərən İsmayılın göndərdiyi 

el

çilərə təhqiramiz cavablar verərək onları geri qaytarmış və məhz özbək xanı-



nın bu hərəkətləri iki dövlət arasındakı münaqişələrin alovlanmasına səbəb ol-

muşdur.


853

 

Teymuri şahzadələrini məğlub etdikdən sonra Maveraunnəhr, Xorasan və 



Bədəxşanın  sahibinə  çevrilən  Şeybani  xan  1509-1510-cu  illərdə  Səfəvi  döv-

lətinin tərkibində olan Kirman vilayətinə basqın etmək üçün ordu göndərdi. Tə-

bəsdən keçərək Kirmana hücum edən özbəklər oranın hakimi Məhəmməd xan 

Əfşar başda olmaqla 500 qızılbaş döyüşçüsünü qətlə yetirərək əyaləti talan et-

dilər. Daha sonra Şeybani xanın bacısı oğlu Canvəfa altı minlik qoşunla Musa 

bəy  Şamlının  qoruduğu  Yəzd  şəhərinə  hücum  etdi.  Lakin  bu  şəhəri  tutmaq 

özbəklərə nəsib olmadı və beş minlik qızılbaş qoşununun hadisə yerinə gəlib 

çatması nəticəsində özbəklər Səfəvi ərazisini tərk edib Xorasana çəkildilər. 

Bu  hadisələrdən  sonra  Şah  İsmail  qızılbaş  ordusu  ilə  Təbrizi  tərk  edib, 

Təbriz-Qəzvin-Tehran-Xəvar  yolu  ilə  hərəkət  edərək  Xorasana  doğru  yürüşə 

başladı. Səfəvilərlə Şeybanilər arasında mühüm sərhəd məntəqəsi sayılan Pül-

kör


püdə  Həsən  bəy  Halvaçıoğlunun  başçılığı  altında  olan  qızılbaşlar  burada 

olan Bayaqu Bahadırın başçılığı altında olan özbəkləri məğlub etdilər. Özbək-

lərdən dörd yüz nəfər öldürülsə də Bayaqu yüz nəfərlə Simnana qaçdı. Şah İs-

ma

yılın göstərişinə əsasən Mirzə Məhəmməd Talışı min nəfərlik dəstə ilə Sim-



na

na doğru hərəkət etdi. Bundan xəbər tutan Bayaqu Herata çəkilməyi məslə-

hət görsə də, Şeybani xanın kürəkəni Seyid Məhəmməd döyüşməyi üstün tut-

du. Simnan 

yaxınlığında baş verən döyüşdə özbəklər yenidən məğlub oldular. 

Bu 


qələbədən ruhlanan Mirzə Məhəmməd Damğan üzərinə yürüşə başladı. La-

kin bundan xəbər tutan  Şah  İsmail ona  yürüşü dayandırmağı əmr etdi. Dam-

ğana gələn şah Mirzə Məhəmmədi özbaşınalıq etdiyi üçün danladı. 

Uzun mühasirədən sonra Rüstəm Bahadırın idarə etdiyi Damğanı ələ keçi-

rən qızılbaşlar, onun ardınca Bistam və Məzinanı da ələ keçirdilər. Bu məntə-

853


A. Müller, İslam Tarixi, III cild, səh-382, Sankt-Peterburq-1896. 

                                                           




  

547 


qələrin ələ keçirilməsindən sonra Şah İsmail Hüseyn bəy Lələni və Mirzə Məh-

əmmədi  iki  minlik  dəstə  əhalisi  əsasən  şiələrdən  ibarət  olan  “darülmöminin” 

(mömi

nlər məkanı) Səbzəvar şəhərinə göndərib, özü isə onların ardınca hərəkət 



etdi. Səbzəvarda Seyid Xocanın başçılığı altında olan üç minlik özbək qoşunu-

nu məğlub edən qızılbaşlar şəhəri ələ keçirdilər. Oradan Nişapura gələn Seyid 

Xo

ca əmisi oğlu Hadi Xocanın qüvvələri ilə birləşib Məşhədə çəkildi. 



Səbzəvarı  tutduqdan  sonra  Nişapur  şəhərini  döyüşsüz  ələ  keçirən  Şah 

İsmail  iki-üç  gün  orada  qaldıqdan  sonra  şiələrin  müqəddəs  şəhəri  Məşhədə 

doğru  hərəkət  etdi.  Səfəvilərin  yaxınınlaşdığını  öyrənən  özbək  sərkərdələri 

Can


vəfa,  Seyid  Xoca  və  Hadi  Xoca  müqavimət  göstərmədən  Məşhədi  tərk 

edib, Şeybani xanla birləşmək məqsədilə Herata getməyi qərara aldılar. Məşhə-

də  daxil  olan  Şah  İsmail  İmam  Rzanın  (ə)  müqəddəs  məzarını  ziyarət  etdi, 

məqbərəyə qızıl və gümüş qəndillər və şamdanlar bağışladı. 

Məşhədin fəthindən sonra Şah İsmail orduya Şeybani xanın yerləşdiyi He-

rat şəhəri üzərinə yürüş etməyi əmr etdi. Bu arada Heratdakı vəziyyət özbəklər 

üçün heç də ürək açan deyildi. Simnandan qaçan Bayaqu qızılbaşların sərhəddi 

keçməsi haqqında məlumat gətirən kimi Şeybani xan dərhal qardaşı oğlu Ubey-

dulla xana, öz oğlu Məhəmməd Teymur xana, Urgənc hakimi Barsil xana və 

Tür


küstanın  digər  əmirlərinə  məktub  yazıb,  onları  köməyə  çağırdı.  Qızılbaş-

ların Məşhədin ardınca Cam şəhərinə də yiyələndiklərini öyrənən Şeybani xan 

Heratda qalmağın mümkün olmadığını anlayıb, Mərv qalasına sığındı. Şeybani 

xanın Mərvə sığındığını öyrənən Şah İsmail Herat üzərinə getməyərək, dərhal 

Mərvə yönəldi. 

1510-


cu ildə Mərvdən üç fərsəx cənubda yerləşən Mahmudabad adlı yerdə 

Səfəvi və Şeybani orduları arasında həlledici döyüş baş verdi. Pusquya salınmış 

özbək ordusu Səfəvilər tərəfindən darmadağın edildi və Şeybani xan öldürüldü. 

Mərv  qələbəsi  Səfəvilər  dövlətinin  nüfuzunu  xeyli  gücləndirdi.  Bu  qələbədən 

sonra Osmanlı və Misir sultanları Şah İsmayılın gücündən qorxuya düşdülər. 

Xorasan  yürüşünün  əvvəlində  Damğana  yiyələndikdən  sonra  Şah  İsmail 

paytaxtı  Sari  şəhəri  olan  Şərqi  Mazandaranın  hökmdarı  Ağa  Rüstəmə  xəbər 

göndərərək  ondan  təslim  olmasını  istədi.  Lakin  Şeybani  xana  güvənən  Ağa 

Rüs

təm şahın istəyini rədd etdi. Mərv döyüşündə qalib gələn Şah İsmail Şey-



bani xanın kəsilmiş əlini onun hüzuruna göndərdi. Bu mənzərədən dəhşətə gə-

lən və Şah İsmayılın ondan intiqam alacağından qorxuya düşən Ağa Rüstəm ah 

çəkib özündən getmiş və qorxudan ölmüşdü. Onun yerinə keçən oğlu Ağa Mə-

həmməd Səfəvilərə itaət etdi. Beləliklə, Xorasanın və Heratın fəthindən sonra 

Şah İsmayılın ərazisi Amudəryadan İran körfəzinə, Əfqanıstandan Fərat çayına 

qədər uzanırdı. 

Şeybani xanın məğlubiyyətindən sonra Mərkəzi Asiyanın bir sıra hakimləri 

Şah İsmayıla itaət etdilər. Şah İsmail Herat ətrafında olarkən Sistan vilayətinin 

ha

kimi Məlik Sultan Mahmud beş yüz nəfərlik bir heyətlə onun hüzuruna gələ-



rək, itaətini bildirdi və Səfəvilərin vassalına çevrildi. Mərv qələbəsindən sonra 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə