Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə269/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   265   266   267   268   269   270   271   272   ...   314

 

550 


sında tab gətirə bilməyəcəyini anlayan Hüseyn bəy Lələ Heratı tərk edib, Səfə-

vilərin vassalı olan Sistan hakimi Məlik Mahmudun ölkəsinə gedib, oradan da 

Kirman və Yəzddən keçməklə İsfahana gəldi. Onunla birlikdə Heratın müda-

fiəsində iştirak edən Zeynal xan Şamlı isə Astrabada qaçdı. Özbək xanı Ubey-

d

ulla isə heç bir müqavimətə rast gəlmədən Məşhədi də ələ keçirdi. Beləliklə, 



1513-

cü ilin əvvəlində Xorasanın əksər ərazisi yenidən özbəklərin əlinə keçdi. 

İsfahanda  olarkən  baş  verən  hadisələrdən  xəbər  tutan  Şah  İsmail  qırx 

minlik ordu ilə Xorasana doğru hərəkət etdi. Şah İsmayılın yaxınlaşmasından 

xəbər tutan özbəklər bir sıra şəhərləri tərk edib qaçdılar və qızılbaşlar Məşhədə 

qədər heç bir müqavimətə rast gəlmədilər. Məşhəddən Herata qaçan Ubeydulla 

xan,  oradan  Məhəmməd  Teymur  sultanı  da  götürüb  Maveraunnəhrə  çəkildi. 

Xəlil xanın Herata daxil olmasından sonra Div sultanın qoşunları Səfəvilərə ta-

be olmaq istəməyən Qərcistan və Badğis vilayətlərini də fəth etdilər. 

Lakin şərq sərhədlərində sabitliyin  yaranmasını istəyən Şah  İsmail özbək 

xan

larının Xoca Əbdürrəhimin başçılığı ilə göndərdikləri üç  yüz nəfərlik elçi 



he

yətinin sülh təklifini qəbul etdi. Uzun müzakirələrdən sonra Ceyhun çayı Sə-

fəvi və Şeybani dövlətləri arasında sərhəd elan olundu və Xorasan Səfəvilərin 

ixti


yarında qaldı. 

1514-cü 


ildə baş verən Çaldıran döyüşündə Səfəvilərin Osmanlılara məğ-

lub olmasından sonra özbəklərin Səfəvi torpaqlarına həmlələri davam etsə də 

heç bir nəticəsi olmamışdır. Şah İsmayılın şərq sərhədlərində yürütdüyü siyasət 

nəticəsində  Xorasanda  Səfəvi  hakimiyyəti  bərqərar  olmuş  və  Ceyhun  çayına 

qədər uzanan ərazilər qızılbaşların nəzarəti altına keçmişdir. 

Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqə-

dar olaraq ölkədəki qarışıqlıqdan istifadə edən Ubeydulla xan Xorasan üzərinə 

dəfələrlə  basqınlar  etdi.  Özbək  xanlarının  Xorasana  yürüşləri  sonrakı  illərdə 

(1521, 1524, 1526, 1527, 1528, 1529, 1531, 1534, 1535, 1536, 1537, 1543, 

1545, 1548, 1550, 1555, 1558, 1559-60, 1563-64, 1566-67, 1569-1570-

ci illər-

də) də davam etmişdir. 



 

Səfəvilər dövlətinin Osmanlılar və Məmlüklərlə münasibətləri 

Səfəvi-Osmanlı  münasibətləri  barədə  əvvəldə  məlumat  verdiyimiz  üçün 

biz burada yalnız Səfəvilərin qərb qonşusu olan Məmlüklərlə olan münasibətlə-

rin


dən danışacağıq. 1258-ci ildə Bağdadın monqol qoşunları tərəfindən işğalın-

dan sonra Abbasi xəlifələri nəslinə Qahirədə sığınacaq vermiş Məmlüklər bun-

dan isti

fadə edərək, özlərini bütün müsəlman aləminin lideri hesab etməyə baş-

la

dılar. Məmlüklər Qahirəni bütün islam dünyasının baş şəhəri sayır, peyğəm-



bərin vəsiyyət və tövsiyələrinə yalnız orada düzgün əməl olduğunu iddia edir-

di

lər.



855

 

Bu baxımdan şiəliyə əsaslanan Səfəvilər dövlətinin meydana gəlib sü-



rətlə böyüməsi Məmlük dövlətini narahat edirdi. 

855


 Ş. F. Fərzəlibəyli, Azərbaycan və Osmanlı imperiyası, səh-88. 

                                                           




  

551 


1507-1508-

ci  illərdə  Səfəvilərin  Şərqi  Anadoludakı  keçmiş  Ağqoyunlu 

ərazilərində  möhkəmlənməsi  və  Diyarbəkrin  qızılbaş  valisi  Məhəmməd  xan 

Ustaclının uğurlu fəaliyyəti Anadoluda xüsusi maraqları olan Məmlük əyanları 

arasında narahatlıqlar doğurmuş və Qahirə sarayında Məmlük hökmdarı Qansu 

Qavr


inin  iştirakı  ilə  müzakirələrin  açılmasına  səbəb  olmuşdur.  Həmin  vaxt 

Anadoludakı Osmanl-Səfəvi sərhəddi Sivas bölgəsində Suşəhri məntəqəsindən 

keçir,  ondan  sonra  isə  Fərat  boyunca  Məmlük-Səfəvi  sərhəddi  başlayırdı: 

Divriği, Darəndə, Malatya, Ayıntab Məmlüklərin, Kəmax qalası ilə Xarput və 

Urfa şəhərləri də Səfəvilərin sərhəd məntəqələrini təşkil edirdi.

856


 

1511-


ci ildə Sədan Həbəşinin başçılığı altında olan üç yüz nəfərlik Məm-

lük ordusu Diyarbəkr ərazisinə daxil olsa da, burada Dəli Duraq ləqəbli qızıl-

baş sərkərdəsi Murad bəy Ustaclı tərəfindən məğlub edilmişdir. Döyüşün əv-

vəlində Murad bəy Ustaclı Sədanı öldürmüş, həbəşlərdən 180 nəfər qətlə yeti-

ril

miş,  iyirmi  nəfər  əsir  düşmüş,  qalanları  isə  öz  ölkələrinə  qaçmışlar. 



Əsirlərlə mülayim rəftar edən Şah  İsmayıl, Misirə  geri qayıtmaq istəyən üç 

əsirə hədiyyələr verərək, onları öz ölkələrinə yola salmışdır. Səfəvi hökmdarı 

Şah İsmayılın bu alicənablığını görən Məmlük hökmdarı Qansu Qavri 1512-

ci ildə şah Qumda olarkən onun yanına elçi göndərdi. Qumda Şah İsmayılın 

zuruna gələn Məmlük elçisi öz sultanı adından şahı Xorasanın fəthi müna-



sibətilə  təbrik  etməklə  yanaşı,  sərhəd  pozuntularına  görə  də  üzrxahlıq 

etmişdi.


857

 

Qərbdə Osmanlılar, şərqdə özbəklərlə münaqişə vəziyyətində olan Səfəvi-



lər dövləti üçün Məmlüklərlə müharibə aparmaq sərf etmirdi və Şah İsmayılın 

Məmlük  əsirlərini  hörmətlə  azad  etməsi,  hökmdar  Qansu  Qavriyə  mülayim 

tərzdə  məktub  yazması,  məhz  bu  dövlət  ilə  gərginləşə  biləcək  münasibətləri 

yum


şaltmaq  məqsədi  güdürdü.  1514-cü  ildə  baş  verən  Çaldıran  döyüşündən 

son


ra Səfəvilərlə Məmlüklər arasında artmaqda olan Qsmanlı təklükəsinə qarşı 

hərbi  əməkdaşlıq  yaradılsa  da,  tezliklə  Qansu  Qavrinin  müttəfiqlik  şərtlərinə 

eti

nasızlığından bu koalisiya pozulda. Nəticədə, 1517-ci ildə Osmanlılar Sultan 



Səlim Yavuzun başçılığı ilə Məmlük dövlətinə son qoyub, onun ərazisini bü-

tün


lüklə öz torpaqlarına qatdılar. 

Suriyada Sultan Səlimlə Qansu Qavri arasında döyüş gedərkən Şah İsmail 

altmış minlik ordu ilə Məmlüklərə kömək etmək üçün Diyarbəkrə doğru hərə-

kət etmiş, lakin Osmanlı hökmdarının Diyarbəkrlə Suriya arasında yerləşən əl-

Bi

rə adlı yerdə ordu yerləşdirməsi üzündən geri qayıtmışdır. Məmlük dövləti-



nin  süqutundan  sonra  Osmanlıların  xidmətinə  keçmiş  Məmlük  sərkərdələri 

olan Qəzzalilər nəslinin bəzi nümayəndələri Osmanlılara asi olaraq, Səfəvilərə 

sığınmışlar.  

 

 



856

F. Sümer, Safevi Devletinin kuruluşu, səh-38. 

857

 Bicə, Cahangüşa-yi xaqan, səh-485. 



  

                                                           






Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə