Şahlar şahbaz oğlu şƏRİfov


Səfəvi sülaləsinin mənşəyi haqqında



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə270/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   266   267   268   269   270   271   272   273   ...   314

 

552 


Səfəvi sülaləsinin mənşəyi haqqında 

Şeyx  Səfiəddin  Ərdəbilinın  etnik  mənşəyi  məsələsi  indiyədək  tarixçilər 

ara

sında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürək-



kəbliyi  onunla  ələqədardır  ki,  Səfəvilərin  uzaq  əcdadları  barədə  məlumatları 

özün


də  əks  etdirən  yeganə  mənbə  Təvəkkül  ibn  İsmail  ibn  Bəzzazın  "Səfvət 

əs–səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçiləri Şeyx Sə-

fiəddini yeddinci şiə imamı Musa Kazimın 21-ci nəslindən hesab edirdilər. La-

kin Əhməd Kəsrəvi "Səfvət əs–səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul ol-

muş  və  belə  bir  nəticəyə  gəlmişdir  ki,  Səfəvilərin  əcdadları  heç  də  seyidlər 

(Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərə-

sini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə 

da

xil etmişlər. Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sü-



but etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. 

Di

gər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalı-



nı  şəksiz  həqiqət  kimi  qələmə  verir  və  bununla  da  bütün  Səfəvilər  sülaləsini 

iran


lılaşdırmağa səy  göstərirlər.  Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə 

edir


lər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olun-

muş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, 

"kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır. 

Lakin V.V.

Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir 

da

ha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin epo-



ni

mi  və  banisi Şeyx  Səfiəddin  və  onun  nəslindən  bəhs  edərkən  göstərirdi  ki, 

"bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər". İ. P. Petruşevski 

də  eyni  fikri  söyləmişdir:  "İlk  Səfəvi  şeyxləri  Ərdəbildə  yaşamışlar,  onların 

doğma dili Azərbaycan dili olmuşdur”. Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" 

əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəd-

dəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə do-

ğurmur”. M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin mate-

rial toplamışdır. 

Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı 

ehtima

l daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Sə-



fiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər. 

 

Mədəniyyət 

Səfəvilər dövlətinin əsas mülkyyət forması divani (dövlət) və xassə (hökm-

dar) torpaqları idi. Sonralar Səfəvilərin yürütdüyü mərkəzləşdirmə siyasəti ilə 

əlaqədar  divani  torpaqlar  hesabına  şərti  torpaq  mülkiyyət  forması  tiyul  geniş 

ya

yıldı. Mülk və vəqf torpaqları toxunulmaz hesab edilirdi. Kəndli və sənətkar-



la

rın vəziyyəti çox ağır idi. Onlar müxtəlif mükəlləfiyyət daşıyır, çoxlu (30-dan 

çox)  vergi  ödəyirdilər.  I  Şah  İsmayılın  dövründə  nisbətən  azaldılan  vergilər 

son


ralar tədricən yenə də artmağa başladı. Əhalinin ağır vəziyyəti I Təhmasibi 

malcəhət, tamğa kimi bəzi vergiləri ləğv etməyə məcbur etdi. Lakin bu islahat-




  

553 


lar Səfəvilər dövlətini bürüməkdə olan böhranın qarşısını ala bilmədi. Feodal 

istis


marının  güclənməsi,  vergilərin  ağırlığı  sinfi  ziddiyyətlərin  kəskinləşməsi-

nə, üsyanlara səbəb oldu (məsələn, Təbriz üsyanı). 

Səfəvilər dövlətinin iqtisadi və mədəni həyatında Azərbaycan şəhərləri, xü-

su

silə müstəsna rol oynayırdı. Təbriz Asiya və Avropanın bir çox şəhərləri ilə 



ge

niş ticarət əlaqələri saxlayırdı. Şamaxı və Ərəşdə istehsal olunan ipək parça-

lar Avropa ölkələrinə ixrac edilirdi. 

Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdi-

rən şah dururdu. Səfəvilər bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda 

şiəliyi rəsmi din elan etmişdilər. Ali komandan əmir əl-üməra, qorçi (şahın şəxsi 

qvar

diyasının  komandanı)  dəstələrinin  başçısı  isə  qorçibaşı  adlanırdı.  Dövlət 



apa

ratında vəzir, dini idarələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mus-

tu

ofi əl-məmalik nəzarət edirdi. Səfəvilər dövləti bəylərbəyilərin idarə etdiyi ay-



rı-ayrı bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən bəylərbəyi-

lər şahın tələbi ilə öz dəstələri ilə hərbi səfərlərdə iştirak etməli idilər. Səfəvilər 

döv

lətinin daimi ordusu yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabı-



na saxlanan süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə ən çox 120–150 

min döyüşçü iştirak edirdi. Şahın xidmətində 4–6 min nəfərlik daimi qorçi dəs-

təsi vardı. Səfəvi ordusu odlu silahla pis təchiz olunmuşdu. 

Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub 

və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi, 

məhsuldar qüvvələrin  yüksəlişi, şəhərlərin sənətkarlıq və ticarət mərkəzlərinə 

çev

rilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişa-



f

ına  şərait  yaradırdı.  Azərbaycan  dilinin  istifadə  dairəsi  genişləndi.  Sarayda 

Həbibi,  Süruri,  Şahi,  Matəmi,  Tufeyli,  Qasimi  və  başqa  Azərbaycan  sairləri, 

həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar. “Xətayi” təxəllüsü ilə yazan I Şah 

İsmail  Azərbaycan  ədəviyyatının  görkəmli  nümayəndəsidir.  Səfəvilərin  saray 

ki

tabxanası bir növ “incəsənət akademiyasına” çevrilmişdi. Burada mahir xət-



tatlar, 

rəssamlar, cildçilər, nəqqaşlar və başqaları işləyir, Sultan Məhəmməd və 

Beh

zad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi. 



 

Şəhərlər, sənətkarlıq və ticarət 

Səfəvilər dövrünə aid Dəmirqapı, Şamaxı, Gəncə, Naxçıvan, İrəvan, Lənkə-

ran, Təbriz, Ərdəbil, Urmiya, Xalxal, Xoy, Sufiyan, Sultaniyyə, Sərab, Səlmas, 

Tarom, Qəzvin, Marağa və Miyanə kimi Azərbaycan şəhərlərinin adları qeyd olu-

nur. Tarix boyunca bir çox dövlətlərin paytaxtı olmuş Təbriz şəhəri “darüssəltə-

nə” (“sultanlıq məkanı”) adlandırılır. 1501-ci ildə Şah İsmail Təbrizi tutub Səfəvi-

lərin paytaxtı elan edərkən şəhərdə təxminən üç yüz minə yaxın əhali yaşayırdı. 

1555-


vi ildə şahın sarayı Qəzvinə köçürüldükdən sonra da Təbriz çox böyük şə-

hər olaraq qalmışdır. Həmin vaxt Səfəvilər dövlətinə daxil olan şəhərlər arasında 

əhalisinin  sayına  görə  Təbriz  birinci  yeri  tuturdu.  Şəhərdə  hökmdar  sarayı  ilə 

yanaşı, Həsən padşah məscidi, Şah Qazan günbəzi və s. məşhur tikililər var idi. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə