Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə271/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   267   268   269   270   271   272   273   274   ...   314

 

554 


Səfəvi şeyxlərinin vətəni olan və dövlət daxilində dini mərkəz kimi mühüm 

yer  tutan  Ərdəbil  şəhəri  “darülirşad”  (“irşad  məkanı”)  adlanırdı.  Azərbaycan 

şəhərləri Səfəvilər dövlətinin iqtisadi həyatında mühüm rol oynayırdılar. Şəhər-

lərin iqtisadi strukturunda aparıcı rol sənətkarlıq və ticarətə məxsus idi. Şəhər-

lərdə ərbablar, tacirlər, ruhanilər, sənətkarlar, dükançılar, baqqallar və s. yaşa-

yıb  fəaliyyət  göstərirdilər.  Səfəvilər  dövlətində  orta  əsr  sənətkarlığının  bütün 

növləri təmsil olunmuşdu. Mənbələrdə həmin dövrdə toxuculuq, xalçaçılıq, də-

mir


çilik, zərgərlik, misgərlik, gön-dəri emalı, pinəçilik, dulusçuluq, çörəkbişir-

mə, dəyirmançılıq, inşaatçılıq, parfümeriya istehsalı və s. kimi sənətkarlıq sa-

hələrinin inkişaf etdiyi göstərilir. 

Şəhər  idarəsinin  başında  darğa  dayanırdı.  O,  əhalini  oğurluqdan,  qarətdən, 

qal

maqaldan, sitəmkarlıqdan, qətl hadisələrindən, şəriətə zidd olan qumar, şərab 



mək və digərlərinin hüquqlarına təcavüzdən çəkindirirdi. Şəhərdəki bütün hü-

quq-

mühafizə dəstələrinə ümumi komandanlıqda darğaya məxsus idi. Şəhər ida-



rəçiliyində ikinci şəxs kələntər hesab olunurdu. O, şəhərin iqtisadi həyatına nəza-

rət edirdi. Şəhər məhəllələrinin başçıları isə “rəis” adlanırdı. Məhəllə rəislərinin 

və əsnaf ağsaqqallarının təyin olunması kələntərin səlahiyyətinə daxil idi. Şəhər 

ida


rəetmə vəzifələrindən biri də “sahibi ehdas” adlanırdı. O, “şəbgərdən” adlanan 

və gecələr şəhərdə asayişi qoruyan patrul dəstəsinin komandiri hesab olunurdu. 

XV əsrin sonlarında aparılan feodal ara müharibələri, iqtisadiyyatın bütün 

sa

hələrinə olduğu kimi, ticarətə də ağır zərbə vurmuşdu. Müsəlmanlardan və ya 



ka

firlərdən ibarət olmasından asılı olmayaraq, hər hansı bir tacir karvanının qa-

rət edilməsinə qarşı sərt cəza tədbirləri görülür, tacirləri öldürənlər edam olu-

nur


dular. Səfəvi ərazisində yerli tacir karvanları ilə yanaşı, xaricdən gələn tacir 

kar


vanlarına da rast gəlmək olurdu. Səfəvilər dövlətinin Osmanlı dövləti, Av-

ropa ölkələri, Hindistan, eləcə də Xətay və Çinlə ticari münasibətləri olmuşdur. 

Karvan-

ticarət yollarının öyrənilməsindən məlum olur ki, XVI əsrdə Azərbay-



can tica

rət  yollarının  inkişaf  etmiş  şəbəkəsinə  malik  ölkələrdən  birinə  çev-

rilm

işdi. 


Səfəvilər dövründı dinar, dirhəm, əşrəfi (çəkisi 3,45 qram olan qızıl sikkə), 

şahı (gümüş pul), tümən kimi pul vahidlərindən istifadə olunurdu. Şah İsmail 

hakimiyyətə  gəldikdən dərhal sonra Təbriz şəhərində üzərində “Əliyyən-vəli-

yullah”  (“Əli  Allahın  dostudur”)  sözləri  həkk  olunmuş  sikkələr  zərb  edilib, 

döv

riyyəyə buraxılmışdı. 



 

Səfəvilər dövlətini idarə etmiş hökmdarlar və hakimiyyət illəri: 

1. 


Əs-Sultanil Adilil-Kamilil-Hədiyyil-Vəli Əbul-Müzəffəris-Sultanil-Qaa-

zi fi-


Səbilillah  I  Şah  İsmaili  Səfəvi  ibn  Heydər  ibn  Cüneyd  ibn  İbrahim  ibn 

Əlaid-Din Əli ibn Musa Sədrid-Din ibn İshaq Səfiyyəddin ibn Cəbrail Əminid-

Din 

(hakimiyyət illəri – 1501-1524, həyatı – 1487-1524). 



2. 

I  Şah  Təhmasib  Əbul-Müzəffər  (Əbil-Fəth)  Bahadir  Xan  ibn  I  İsmail 

(hakimi

yyət illəri – 1524-1576, həyatı – 1514-1576). 




  

555 


3. 

II Şah  İsmail ibn  I Təhmasib (hakimiyyət illəri – 1576-1577, həyatı – 

1534-1577). 

4. 


Şah Məhəmməd Xudabəndə ibn I Təhmasib (hakimiyyət illəri – 1577-

1587, həyatı – 1532-1595). 

5. 

I Şah Abbas ibn Məhəmməd Xudabəndə (hakimiyyət illəri – 1587-1629, 



həyatı – 1571-1629). 

6. 


I Şah Səfi Sam Mirzə ibn Məhəmməd Baqir Səfi Mirzə ibn I Abbas (ha-

ki

miyyət illəri – 1629-1642, həyatı – 1608-1642). 



7. 

II Şah Abbas ibn I Səfi (hakimiyyət illəri – 1642-1666, həyatı – 1632-1666). 

8. 

II Şah Səfi Süleyman ibn II Abbas (hakimiyyət illəri – 1666-1694, hə-



yatı – 1647-1694). 

9. 


I Şah Hüseyn ibn II Səfi (hakimiyyət illəri – 1694-1722, həyatı – 1670-1729). 

10. 


II Şah Təhmasib ibn I Şah Hüseyn (hakimiyyət illəri – 1722-1732, hə-

yatı – 1704-1740). 

11. 

III Şah Abbas ibn II Təhmasib (hakimiyyət illəri – 1732-1736, həyatı – 



1731-1740).

858


 

 

 



I Şah İsmailin zövcələr: 

1. 


Taclı Bəyim binti Yaqub (Ağqoyunlu sultanı). Çaldıran döyüşündə Sul-

tan Yavuz tərəfindən əsir götürülmüşdür. 

2. 

Taclı Xatun binti Xuləfa bəy 



3. 

Bihruzə Xatun 

4. 

Məlikə Xatun binti Süleyman  



5. 

Fülanə Xatun binti Şeyx-Şah (Şirvan-Şah) 

6. 

Xanbəyi Xatun 



7. 

Taclı Xatun binti İsa bəy Mosullu Türkmən 

8. 

Fülanə Xatun binti Əbdi bəy Şamlı Türkmən 



9. 

Fülanə Sultan binti Sultan Əhməd ibn II Bəyazid. 

 

 

I Şah İsmailin qızları: 



1. 

Pərixan Bəyim 

2. 

Mehin Banu Bəyim 



3. 

Fərəngiz Bəyim 

4. 

Zeynəb Bəyim 



5. 

Fülanə Bəyim 

6. Xeyrun-

Nisə Bəyim. 

 

 

I Şah İsmailin oğlanlar: 



1. 

I Şah Təhmasib 

2. 

Əbun-Nəsr Sam Mirzə 



858

Yılmaz Öztuna, İslam Devletleri, Ankara-1989, I cild, səh-775-776. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə