Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə273/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   269   270   271   272   273   274   275   276   ...   314

  

559 


 

 

XII FƏSİL 

 

Səlib yürüşləri 

 

 

Birinci  xaç  yürüşü  (1096-1099):  İslamın  zühurundan  və  qısa  zamandan 

son


ra şərqi xiristian dünyasının təmsilçisi olan Bizansın əlindən Suriya, Fələs-

tin, Mi


sir, Cənubi Afrikanın alınması xiristian dünyasını qorxuya salmışdı. Mü-

səlmanların  İspaniyanı  ələ  keçirərək  orada  dövlət  qurmaları,  Cənubi  Afrikada 

qu

rulan Əğləbilər (800-909) dövlətinin Siciliyanı ələ keçirərək Romanı mühasi-



rəyə almaları, xiristianları müsəlmanlara qarşı müharibəyə təhrik edirdi. 

Malazgird  döyüşündən  sonra  Anadolunun  sürətlə  Türkləşməsi,  Süleyman 

şahın mərkəzi İznik olmaqla öz dövlətini qurması və Boğaz sərhədlərinə qədər 

öz ha


kimiyyətini genişlətməsi Bizansı narahat edirdi. 

Həm İspaniyadan, həm də Anadoludan Avropa və xristianlığın təhdid altın-

da ol

ması, xristianlığın müqəddəs şəhərləri olan Urfa, Antakya və Qüdsün mü-



səlmanların əlində olması onlar üçün fəlakət idi.

859


 

Bütün  bunları  nəzərə  alan  papalar  cahil  Avropalıları  müsəlmanlara  qarşı 

müha

ribəyə təhrik etməyə başladılar. Müsəlmanlara qarşı edilən savaşlara papa-



lar tərəfindən “Müqəddəs döyüş” adı verildi və bu savaşda öldürülənlərin Allah 

qa

tında günahlarının bağışlanacağı elan olundu. 



Əndəlüs hökmdarı III Əbdürrəhmanın (912-961) İspaniyadakı uğurları pa-

pa

ları narahat etdi və buna görə “İspaniyadakı müsəlmanlara qarşı edilən müha-



ribə müqəddəs müharibə adını aldı və papalar bu müharibənin idarəsini öz əllə-

rinə aldılar.” Papa VII Qreqori bütün xristian hökmdarlarını bu səfərə qatılmağa 

dəvət  etdi.  Eyni  zamanda  Papa  üsyançıların  müsəlmanlardan  aldıqları  hər  bir 

ərazidən istədikləri kimi istifadə edə biləcəklərini elan etdi. 

İspaniyanın ardından papalar üzlərini Bisansa və Anadoluya gələn Türklərə 

çe

virdilər.  Papa  Qriqori  Bizansa  kilsənin  seçilən  sərkərdələrindən  ibarət  mütə-



şəkkil bir ordu göndərəcəkdi. Papanın idarəsi altında olan bu ordu Türkləri Ana-

doludan qovacaqdı. 1095-ci ildə Fransanın Klermon şəhərində xalq kütlələrinin 

yük bir izdihamı qarşısında Roma papası II Urba çıxış etdi. O, izdiham işti-



rakçılarına müraciət edərək onları “qılınca qurşanmağa” və şərq ölkələrinə doğru 

hərəkət edib “İsanın qəbrini kafirlərin (yəni müsəlmanların) əlindən xilas etmə-

yə” çağırdı. Xristianlara görə, guya Hz.İsa Fələstindəki Qüds (Yerusəlim) şəhə-

rin


də dəfn olunmuşdur. Papa II Urba vəd etdi ki, Şərqə yürüşdə iştirak edənlərin 

ha

mısının bütün günahlarını bağışlayacaqdır. 



Tarixi mənbələrə görə, izdiham iştirakçıları papanın nitqini dəfələrlə “Allahdan 

buyuruq  belədir!”  nidaları  ilə  yarımçıq  kəsmişdilər.  Bir  çoxu  elə  oradaca  dərhal 

859

Runciman S, Xaçlı Səfərləri Tarixi, tər. Fikrət İşıltan, TTK Ank. 1986, I, səh-16-67. 



  

                                                           




 

560 


“müqəddəs torpağa” getməyə hazır olduqlarını nümayiş etdirmək üçün paltarlarına 

qırmızı parçadan xaç tikdilər. Buna görə də Şərqə yürüşlərin iştirakçılarını xaçlılar 

və ya səlibçilər, həmin yürüşləri isə xaç yürüşləri adlandırmağa başladılar.

860


 

Xaçlı səfərlərinin həyacanı bütün Avropanı bürümüşdü. Başda Pierri Her-

mi

tə olmaqla bir çox krallar əhalini bu səfərə qatılmağa çağırırdılar. Pierri Her-



mit və onun vaazları aclıq və yoxluq içində olan kəndliləri döyüşə çağırmaqla 

bərabər onlara başa salmağa çalışırdılar ki, Hz.İsanın dönüşü yaxındadır. 

Bu şəkildə müsəlmanlara qarşı döyüşə təhrik edilən xristianlar Cəbəlli-Ta-

riqdən tutmuş Balkanlara qədər olan bütün bərbər qövmlər çəyirtkə sürüləri tək 

səlman torpaqlarına soxuldular.



861

 

Pierri Hermitlə yola çıxanlar əsasən kənd-



lilər və şəhərlilərdən ibarət idi. Belqrada gələn üsyançılar ətraf məntəqələri talan 

et

məyə başladılar. Macarlar tərəfindən ələ keçirilən qiyamçıların bir hissəsi öl-



rüldü, bir hissəsi isə kilsədə diri-diri yandırıldı. 

Avqustun altısında bütün xaçlı ordusu boğazdan keçirildi. Anadoluya daxil 

olan bu ordu ətraf məntəqələrlə yanaşı rumluların da mallarını talan etdilər. İz-

nik 

yaxınlığına qədər əraziləri talan edən xaçlılar xristian əhalini də ağır işgən-



cələrə məruz qoyaraq bir çoxunu öldürdülər. Sentyabrın sonlarına doğru Rinal-

do altı min almanla İznikə doğru hərəkət etdikdə ətraf məntəqələri talan etsə də, 

fransızlardan fərqli olaraq xristian əhali ilə mülayim rəftar etdi. 

Pierri Hermit İstanbula getdiyi üçün onu gözləyən üsyançılar, İzmitdən irə-

li

ləməyə başladılar. Lakin türklər tərəfindən məğlub edilən üsyançılar xeyli itki 



ve

rərək geri çəkildilər.

862

 

Beləliklə, xalqın iştirak etdiyi xaçlı səfəri sona çatdı. 



Lakin əsil xaçlılar arxadan hərəkət edirdi. İkinci səfərə qatılanlar bunlardır: 

Fransa kralı I Henrinin oğlu Huqo, Tuluz hakimi Raymond de Seint, Loren 

hakimi Qodefriyo və qardaşları, Robert Ansa, Herrmann de Cannae, Albered de 

Caqnano, toranto hakimi Bohemond və s. kral və şahzadələr iştirak edirdi. 

I  Qılınc  Arslanın  (1092-1107)  qardaşı  Davud,  Pierri  Hermitin  arxasından 

gələn  üsyançıları  qarşılayaraq  qılıncdan  keçirmişdir.  Bu  qələbədən  ruhlanan 

türklər elə zənn etdilər ki, arxadan gələn xaçlı ordusunu da məğlub edəcəklər. 

Yüz mindən artıq olan xaçlı ordusu imperatorla müqavilə bağladı. Müqaviləyə 

əsasən imperatir Aleksis onları ərzaqla təmin edəcək, Anadoluya keçirəcək və 

xaçlılar da ələ keçirdikləri əraziləri imperatora təhvil verəcəkdilər. 

İznikə  gələn  xaçlılar  şəhəri  mühasirəyə  alaraq  əhalini  sıxışdırmağa  başla-

dılar. Malatya səfərində olan Qılınc Arslan geri qayıtsa da, heç bir nəticə əldə 

edə bilmədiyi üçün şəhəri xaçlılara buraxdı. 

1097-


ci ildə İzniki ələ keçirən imperator Aleksis təslim olanlarla mülayim 

rəftar edərək, fidyə yolu ilə sərbəst buraxılacaqlarını bildirdi. Əsirlər arasında 

Qılınc Arslanın zövcəsi də var idi. Beləcə İznik Orxan Qazinin fəthinə qədər 

860


Runciman, Xaçlı Səfərləri Tarixi, tər. Fikrət İşıltan, TTK Ank. I cild, səh-84-85. 

861


 Runciman, Xaçlı Səfərləri Tarixi, tər. Fikrət İşıltan, I cild, səh-91-92. 

862


 Xaçlı Səfərləri Tarixi, I cild, səh-93-103. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə