Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə274/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   270   271   272   273   274   275   276   277   ...   314

  

561 


Bizansın  əlində  qaldı.  İznikin  xaçlılar  tərəfindən  ələ  keçirilməsi  Avropada 

böyük sevincə səbəb olmuşdur. 

Qılınc  Arslan  xaçlıları  Anadoluda  dayandırmaq  üçün  Danişmənd  Gümüş 

Təkini və Kayseri əmiri Həsəni köməyə çağırdı. İki tərəf Əskişəhər yaxınlığın-

da Dorilayon ətrafında qarşılaşdı. Lakin 1097-ci ildə tərəflər arasında baş verən 

yüşdə  məğlub  olacağını  anlayan  Qılınc  Arslan  geri  çəkildi.  Xaçlıların  bir 



qis

mi Anadoludan və Konya üzərindən Çukurovaya, digər bir qismi isə Kay-

seri üzərindən Mərəş və Göksuna daxil oldular. 

Xaçlılardan  ayrılan  Baudoinde  şərqə  doğru  hərəkət  edərək  Təll-Bəşiri  və 

Ra

vəndəni ələ keçirdi. Bundan xəbər tutan Urfa hakimi Toros onu Urfaya də-



vət etdi. Toros bu dəvətlə Türk hücumlarından qurtulacağını zənn edirdi. Toro-

sun  dəvətini  qəbul  edən  Baudoinde  1098-ci  ildə  Urfaya  gəldi.  Onu  dostluqla 

qar

şılayan Toros ona qiymətli hədiyyələr verdi. Ətrafdakı xristian əmirləri də 



onun yanına gələrək hazırladıqları ordu ilə Sumaysat üzərinə hücum edib ətrafı 

ta

lan etsələr də, sonda məğlub olaraq Urfaya qayıtdılar. Torosun öldürülməsin-



dən sonra Urfa Baudoindeyə verildi və burada ilk xaçlı krallığı quruldu.

863


 

  

Antakyanın xaçlılar tərəfindən tutulması 1098-ci il 

1084-

cü ildə Süleyman Şah (1075-1086) tərəfindən fəth edilən Antakya son-



ralar Məlik Şah (1107-1116) tərəfindən Yağı Sinaya iqta edilmişdi. Xristianlar 

tərəfindən  müqəddəs  şəhər  hesab  edilən  Antakyanın  imperator  Aleksisdə  ələ 

keçirilməsini  istəyirdi.  Xaçlıların  Çukurovaya  daxil  olduğunu  öyrənən  Yağı-

Siyan  müdafiə  tədbirlərini  görməklə  yanaşı,  xəyanətindən  ehtiyat  etdiyi  xris-

tianları  da  şəhərdən  çıxardı.

864


 

Bundan  əlavə  müsəlman  əmirləri  olan  Hələb 

məliki Rizvan, Dəməşq məliki Dukaq, Atabəy-Tuğ-Təkin, Xıms əmiri Cənahud-

Dövlə Hüseyn, Gurboğa, Sökməndən yardım istəyərək onları cihada dəvət etdi. 

1097-

ci  ilin  sonunda  başlanan  döyüşdə  yardımçı  qüvvələr  xaçlılar  tərəfindən 



məğlub edildi. Bərkyarukun Gurboğanın başçılığı ilə xaçlılar üzərinə göndərdiyi 

ordu  Urfanı  mühasirəyə  alsa  da  heç  bir  nəticəsi  olmadı.  Sonda  Atabəy-Tuğ-

Təkinin, Xıms hakimi Cənahud-Dövlənin, Sincar hakimi, Arslantaş və Sökmə-

nin başçılığı altında olan ordu birləşərək Antakyaya doğru hərəkət etdi.

865

 

İslam ordusunun  gəldiyini öyrənən xaçlılar 1098-ci ildə birləşərək  Bohe-



mon

du özlərinə başçı seçdilər. 1098-ci ilin yayında erməni əsilli Firuzun kömə-

yi ilə şəhərə daxil olan xaçlılar Yağı-Siyanın ailəsini və xəzinələrini ələ keçir-

məklə yanaşı müsəlmanları öldürüb, şəhəri talan etdilər.

866

 

Antakyanın xaçlıların əlinə keçdiyini öyrənən Gurboğa 1098-ci ildə böyük 



bir ordu ilə hərəkətə keçərək şəhəri mühasirəyə aldı. Mühasirə nəticəsində xaçlı-

lar arasında aclıq və qıtlıq baş qaldırdı. Lakin qısa müddət sonra müsəlman əmir-

863

Urfalı Mateos, Vekayi-name, Ankara-1987, səh-193-195. 



864

 Tarixi ibn Əsir, X cild, səh-274. 

865

 Özaydın, Fetret və İntikal Devri, səh-177-178. 



866

Tarixi ibn Əsir, X cild, səh-275; Mateos, Vekayi-name, səh-197. 

  

                                                           




 

562 


ləri arasında yaranmış ixtilafdan istifadə edən Bohemond 1098-ci ildə böyük bir 

qüvvə ilə hücuma keçərək müsəlmanları məğlub etməklə  yanaşı xeyli qənimət 

ələ keçirdi. Antakyanın fəthindən sonra xaçlılar Qüdsə doğru hərəkət etdilər.

867


 

 

Qüdsün xaçlıar tərəfindən ələ keçirilməsi 1099-cu il 

Antakyanın xaçlılar tərəfindən zəbt edildiyi və Türklərin qılıncdan keçirildi-

yi bir vaxtda Qüds Fatimilər (909-1171) dövlətinin əlində idi. 1096-cı ildə xaç-

lılar  şimaldan  Anadoluya  doğru  hərəkət  edərkən  Fatimilər  də  əl-Əfdal  ibn 

Bədrul-Cəmali əmrində cənubdan hərəkət edib, qırx günlük mühasirədən sonra 

Qüd


sü özlərinə təslim etmişlər.

868


 

Antakyanın ardınca Maarratun-Numanı da ələ keçirən xaçlılar, Aqqa müha-

sirəsindən sonra Qüdsə doğru hərəkət edərək, şəhəri mühasirəyə aldılar. Həmin 

vaxt  şəhəri  İftixarud-Dövlə  müdafiə  edirdi.  Qırx  günlük  mühasirədən  sonra 

1099-

cu ildə şəhərə daxil olan xaçlılar bir çox müsəlmanı qılıncdan keçirdilər. 



Xaç

lılar tərəfindən Məscidul-Əqsada yetmiş minə yaxın müsəlman öldürüldü.

869

 

Qüdsün  ələ  keçirilməsindən  sonra  burada  Latın  krallığının  əsasını  qoyan 



xaçlılar buraya kral olaraq Qodefroyini təyin etdilər. 

 

İkinci xaç yürüşü (1147-1149) 

İmaduddin  Zənginin  Urfanı  xaçlılardan  geri  almasından  sonra  Qüds  Latın 

krallığı  Antakya  yolu  ilə  xəbər  göndərib  xaçlılardan  yardım  istədi.  Bununla 

əlaqədar olaraq Papa Eugenus Fransa kralı VII Lui başda olmaqla, Fransanın bü-

tün əsilzadə və inanmışlarına xitab edərək onları şərqi xristian aləminə yardım 

et

məyə  çağırdı.  Əziz  Bernardın  səyləri  nəticəsində  Alman  kralı  III  Konrad  da 



səlmanlara qarşı yürüşə hazırlaşdı. 

1147-

ci ilin mayında kral III Konrad böyük bir ordu ilə Regensburqdan hərə-



kət edərək Almaniyanı tərk etdi. Bohemya kralı Vladislav və Baloniya kralı IV 

Boleslav  da  onunla  birlikdə  hərəkət  edirdi.  Almanlarla  yanaşı  Slavyanlar  və 

Fran

sızca danışan Lorenlilər də orduya qatılmışdı. 1147-ci ildə İstanbula gələn 



bu orduya bir ay sonra K

ral Luinin də ordusu qatıldı. 

Fransızların gəlişini gözləməyən kral III Konrad Anadoluya daxil oldu. İznikə 

gələn III Konrad ordusunda zəif olanları Dənizli üzərindən Antalyaya göndərdik-

dən sonra özü də Əskişəhər üzərindən hərəkətə keçdi. Lakin 1147-ci ildə Türklərin 

qəfil hücumuna məruz qalan III Konrad xeyli itki verərək İznikə qaçdı.

870

 

Qadıköyü  keçən  fransız  ordusu  İznikə  gəlib  III  Konradla  birləşdi.  1148-ci 



ildə Antalya yolunda xəstələnən III Konrad əvvəlcə İstanbula, oradan da Bizans 

gəmiləri vasitəsilə ordusu ilə birlikdə Fələstinə gətirildi. 

867

Tarixi ibn Əsir, X cild, səh-277; Tarixi Əbul Fərəc, II cild, səh-339-340. 



868

Tarixi ibn Əsir, X cild, səh-282. 

869

Tarixi ibn Əsir, X cild, səh-384; Tarixi Əbul Fərəc, II cild, səh-340. 



870

Turan, Selçuklular Zamanında Türkiyə, İstanbul-1971, səh-184. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə