Şahlar şahbaz oğlu şƏRİfov


Dördüncü xaç yürüşü (1199-1204)



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə276/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   272   273   274   275   276   277   278   279   ...   314

  

565 


Dördüncü xaç yürüşü (1199-1204) 

Müqəddəs papalıq taxtına oturan III İnnokenti yeni bir xaçlı səfərinə girişdi. 

Ağdəniz dövləti qurmaq məqsədini gizlətməyən papa III İnnokenti bütün katolik 

məmləkətlərinə məmurlar göndərdi. Qısa müddət ərzində iki yüz min nəfərə xaç 

verməyi bacaran III İnnokenti Sampagne və Boluva krallıqlarını da xaçlı səfər-

lərinə təşviq edirdi. Arzı-müqəddəsə qədər irəliləmək istəyən bu ordu Venedik-

dən donanma istəmiş və bunun müqabilində Venedik senatlığına 85000 alman 

pu

lu ödənilmişdi. Xaçlıların yeganə qayəsi Misir müsəlmanlarına hücum etmək 



idi. Səfəri İstanbul üzərinə etməklə başlamaq istəyən xaçlılar Venediktə toplan-

mışdı. Venedik və bütün qərb xristianları Bizansla düşmən idi. Öz gücünün yük-

səlməsini istəyən Venedik senatlığı Bizansı zəiflətmək üçün xaçlıları  İstanbula 

doğru tələsdirirdi. Bu arada İstanbulda üsyan edən III Aleksios imperator İsakı 

taxt

dan salıb gözlərini kor etdikdən sonra oğlu Aleksios ilə birlikdə həbs etdir-



mişdir. 1201-ci ildə həbsdən qaçan Aleksios əvvəlcə papa III İnnokentidən, son-

ra isə qohumu olan Alman imperatoru Filipdən yardım istədi. Bundan əlavə ha-

ki

miyyəti geri qaytara bilərsə xaçlılara da iki yüz min alman pulu və on min əs-



gər verəcəyini vəd etmişdi. Bunu fürsət bilən Venedik senatlığı əsgərləri İstanbul 

üzərinə yönəltdi. 1203-cü ildə İstanbula daxil olan xaçlılar III Aleksiosu məğlub 

edərək şəhəri və onun xəzinələrini ələ keçirdilər. Gözləri kor edilən İsak həbsdən 

azad edilərək oğlu IV Aleksios ilə birlikdə imperator elan edildi. Lakin xaçlılara 

verdiyi vədi yerinə yetirməyən Aleksios çətinliklə üzləşmişdi. Onun ölümündən 

sonra  Bizanslılar  Serb  kralı  Stepan  ilə  evlənmiş  Eudokiyanın  həyat  yoldaşını 

özlərinə imperator seçmişlər. Yeni imperator xaçlıların səkkiz gün ərzində şəhəri 

tərk  etmələri  barədə  sərancam  imzaladı.  Buna  əhəmiyyət  verməyən  xaçlılar 

1204-

cü  ilin  13  aprelində  İstanbulu  zəbt  edərək  Venedik  senatlığına  təslim 



etdilər. Üç günlük talandan sonra İstanbulda “İstanbul Latın İmperatorluğu” qu-

rul


du və Flandre kralı Baodini yeni krallığın imperatoru təyin edildi. Ayasofiya-

da tac qoyma mərasimindən sonra bütün su yolları, boğazlar və İstanbulun bö-

yük bir hissəsi Venedik senatlığının nəzarətinə keçdi. 

İstanbul Latın İmperatorluğu Anadoluya önəm vermədiyi üçün burada bir 

çox müstəqil bəyliklər quruldu. 1205-ci ildə Trakyada başlayan üsyan nəticə-

sin


də Latın birlikləri məğlub edildi. 

1259-


cu ildə müttəfiq Latın qüvvələrini məğlub edən İznik imperatoru VIII 

Mi

xail Venedik senatlığını zəiflətmək üçün Cenova ilə müqavilə bağladı. Bu 



qavilədən sonra 1261-ci ildə İstanbulu ələ keçirən VIII Mixail təm-təraqla 

şəhərə daxil oldu.

874


 

 

Beşinci xaçlı səfəri (1216-1221) 

Dördüncü xaçlı səfərindən heç bir şey əldə edə bilməyən papa III İnnoken-

ti

nin əsas məqsədi Qüdsü ələ keçirmək idi. Yeni papa Honorius 1217-ci ildə 



Ma

car  kralının  ordusu  ilə  Dalmaçyaya  gəldi  və  burada  Avstraya  əmiri  Leo-

874

 Ostrogorosky, Bizans Devleti Tarihi, səh-390-416. 



  

                                                           




 

566 


pold

da ordusu ilə birlikdə ona qoşuldu. Papa iyul ayının sonunda İtaliya və Si-

ciliyada toplanan xaçlıların Kiprə getmələri barədə göstəriş verdi. 1217-ci ildə 

əldə etdikləri gəmilərlə İtaliyadan ayrılan Macar kralı Andreass, Avstrya əmiri 

Leopold  və  Kipr  kralı  Huqo  Aqqaya  çatdılar.  Dərhal  hərəkətə  keçən  xaçlılar 

Bey


san  keçidini  ələ  keçirdilər.  Bir  müddət  sonra  kral  Andreass  ordusunu 

Antak


ya üzərindən İstanbula apardı. 1218-ci ildə Misirə hücum etmək istəyən 

xaçlılar Dimyat şəhərini mühasirəyə aldılar. Böyük çətinliklə Dimyatı ələ keçi-

rən xaçlılar şəhəri talan etdilər. 

Bu arada Əyyubi məliki Məlik Kamil (1218-1238) Qüdsü verərək Dimyatı 

xaç

lılardan geri almaq istəsə də, xaçlılar buna razı olmamışlar. Bundan sonra 



Mənsuriyyəni də ələ keçirmək istəyən xaçlılar məğlub edilmiş və 1221-ci ildə 

Dim


yatı da geri qaytararaq öz vətənlərinə dönmüşlər.

875


 

  

Altıncı xaçlı səfəri (1246-1248) 

Alman  xaçlılarının  gəlməsi  ilə  altıncı  xaçlı  səfəri  edilsə  də,  Dimyatdakı 

məğlubiyyətdən sonra xaçlılar Aqqaya çəkilmişlər. Bu arada Suriya və əl-Cəzi-

rəyə qədər uzanan Əyyubi dövləti də daxili rəqabət nəticəsində xeyli zəifləmiş-

di. Əyyubi dövlətinin zəifləməsindən istifadə edən xaçlılar 1229-cu ildə vaxtilə 

Səlahəddin Əyyubinin ələ keçirdiyi Beyrut, Safəd, Təbəriyyə, Əsqəlan və Qüd-

sü geri aldılar. 

1229-cu 

ildə  Məlik  Kamil  ilə  II  Frederik  arasında  bağlanan  müqaviləyə 

əsasən  Qüds  xristianlara  verilmiş,  Aqqa  isə  iki  dövlət  arasında  sərhəd  elan 

olunmuşdur.  Qüds  yalnız  1244-cü  ildə  Nəcməddin  Əyyubun  yardım  istəməsi 

ilə əlaqədar olaraq, Xarəzmşahlar tərəfindən geri alınmışdır.

876


 

 

Yeddinci xaçlı səfəri (1248-1254) 

Fransa  kralı  IX  Lui  ilə  birləşən  bir  çox  xristianlar  1249-cu  ildə  Dimyata 

hücum edərək müqavimətsiz şəhəri ələ keçirdilər. Dimyatın  ardınca  Qahirəni 

ələ keçirmək istəyən IX Luinin ordusu 1250-ci ildə məğlub edildi və kral ailəsi 

ilə birlikdə əsir götürüldü. Bir ay sonra fidyə ödəmək və Dimyatı yenidən inşa 

etmək şərtilə sərbəst buraxıldı. 1250-1254-cü illərdə bu bölgədə qalan IX Lui 

Aqqa, Hayfa, Qeysəriyyə və s. liman şəhərlərini təmir etdirmişdir.

877


 

Frans


aya qayıdan IX Lui intiqam almaq məqsədilə 1270-ci ildə oğulları ilə 

birlikdə Tunisə doğru hərəkət  etsə də Kartacada mühasirəyə alınmış və  uzun 

sürən mühasirədən sonra burada vəfat etmişdir. 

1270-


ci  ildə  edilən  xaç  səfərindən  sonra  papalar  bir  əsr  boyunca  Qüdsü 

müsəlmanlardan almağa çalışsalar da, bu çalışmalar nəticəsiz qalmışdır. 

Xaçlı səfərlərindən sonra İslam dünyası ilə tanış olan xristianlar həm elmi, 

həm də mədəni tərəfdən xeyli inkişaf etmişdir. 

875

Runciman, Haçlı Seferleri Tarihi, III cild, səh-117-149. 



876

Runciman, Haçlı Seferleri Tarihi, III cild, səh-194-195. 

877

Hitti, İslam Tarihi, tər. Tuğ, İstanbul-1981, IV cild, səh-1050-1054. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə