Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə277/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   273   274   275   276   277   278   279   280   ...   314

  

567 


 

 

XIII FƏSİL 

 

OSMANLI 

DÖVLƏTİ (1299-1924) 

 

 

 

Osmanlı dövlətinin qurulması 

Anadolu Səlcuqlu dövləti süqut edərkən yeni türk dövləti yaranmaqda idi. 

Bu dövlət altı yüz iyirmi iki il mövcud olmuş və qurucusunun adı ilə adlanmış-

dır. Osmanlı dövlətini quran ailənin ilk dövrü haqqında məlumatlar qarışıqdır. 

Os

manlılar oğuzların sağ qolu Gurhan qolunun Qayı boyuna mənsubdurlar.



878

 

Osmanlı türk imperiyası türklərin tarixdə qurduğu 16 müstəqil dövlətdən 



ən uzun ömürlüsü və ən geniş torpaqlara sahib olanıdır. 622 il davam edən bu 

böyük imperiya 

Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Af-

rika 


qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir 

çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş tor-

paq

lara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Bri-



ta

niya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq 

et

miş və XVI əsrin əvvəllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının 



di

ni hökmranlığını öz üzərinə götürmüşdür. 

Osmanlı  ailəsi  Malazgird  döyüşündən  sonra  Anadoluya  gəlmişdir.  Bir 

müd


dət  Əhlat  tərəflərdə  yaşadıqdan  sonra  Qayı  boyunun  bir  qismi,  Əlaəddin 

Key


qubadın dövründə Ankaranın qərbinə gələrək Qaracadağ ətrafında məskun-

laşmışdılar. Bir qismi isə Ankaranın şərqində Artuqlu dövlətini qurmuşdur. 

Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik 

əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi 

qo

yulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı Dövlətinin qurucusu Osman Bə-



yin atası Ər-Toğrul Qazi, onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun 

ata


sı Kaya Alp, onun atası Gündüz Alpdır. Bu adlı-şanlı ailə Oğuz türklərinin 

24 boyunun ən nüfuzlularından olan Kayı əşirətinin başçısı idi. Osman bəyin 

ata

sı Ər-Toğrul Qazi, Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc 



bəyi" olaraq təyin edilmişdi. Ər-Toğrul Qaziyə yurd kimi verilən ərazi bugün-

kü  Bursa, 

Kütahya  və  Biləcik  vilayətlərinin  sərhədlərinin  birləşdiyi  yerdir. 

Son


radan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlçuklu Dövlətin-

də uc bəyliklərinin vəzifəsi dövlətin sərhəddini qorumaq və xristianlara qarşı 

ci

had etməkdən ibarət idi. Ər-Toğrul bəyin başçılığı altında olan Osmanlılar bir 



müd

dət sonra Söyüd və Domanic məntəqələrini də ələ keçirdilər. 

878

Körpülü Fuat, Osmanlı İmperatorluğunun Kuruluşu, səh-122-130. 



  

                                                           




 

568 


1299-

cu ildə Ər-Toğrulun ölümündən sonra bəyliyin başına gələn Osman bəy 

1299-

cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. O, 1258-ci ildə Söyüddə 



anadan olmuşdur. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri döv-

lətin paytaxtı elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri 

ələ keçirən Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin top-

ladığı birliyi dağıtdı. 1326-cı ildə Bursanı fəth edən Osman bəy eyni ildə öldü. 

Qəbilə rəislərindən olan Şeyx Ədəbalının qızı ilə evlənən Osman bəy, on-

la

rın nüfuzundan istifadə edərək daim bəyliyini gücləndirməyə çalışmış və bu-



na nail olmuşdur. Bu nailiyyətlərdə Anadolu Səlcuqlu dövlətinin yıxılması, Bi-

zans


da davam edən hakimiyyət mübarizələrinin əhəmiyyətli rolu vardır. 

Tarixi mənbələrə görə 1320-ci ildən sonra Osmanlı ailəsini Osman bəyin 

oğlu Orxan bəy idarə etmişdir. 

 

Orxan bəyin hakimiyyəti (1326-1361) 

Atasının vəsiyyətini unutmayan Orxan bəy, 1326-cı ildə Bursanı fəth etdik-

dən sonra onu Gümüşlü Kümbət adlanan yerdə dəfn etdirmişdir. Paytaxtı Bur-

sa

ya köçürən Orxan bəy buranın ardınca Kandıranı ələ keçirib, İzniki mühasi-



rəyə almışdır. Bir müddət sonra Bizans ordusunu məğlub edən Orxan bəy İz-

niki də fəth etmişdir. 1330-cu ildə İznikin ən böyük kilsəsini məscidə çevirən 

Or

xan bəy, burada əlavə olaraq mədrəsə və imarətlər də inşa etdirmişdir. 



1337-

ci  ildə  İzmiti  ələ  keçirən  Osmanlılar  burada  türkləri  yerləşdirməyə 

başlamışlar. Karesi bəyliyində baş verən daxili çəkişmələrdən istifadə edərək 

Bala


kəsiri ələ keçirən Orxan bəy, buranın ardınca 1354-cü ildə Süleyman paşa-

nı göndərərək Ankaranı da ələ keçirdi.

879

 

1321-



ci  ildə  Trakyaya  keçərək  bəzi  kəşfiyyat  yürüşləri  edən  Osmanlılar, 

Bizans dövlətində baş verən daxili çəkişmələrdən istifadə edərək Kantakuzen-

lərə Gelibolu qalasına əvəz olaraq kömək etdilər. Sonralar Süleyman paşa Geli-

bolu yarımadası və limanını da ələ keçirmişdir. Osmanlılar Bolayır, Təkirdağ, 

Mal

kara, Keşan və Çorlunu da ələ keçirmək məqsədilə İstanbul-Ədirnə yolunu 



kəsdilər. 1357-ci ildə Süleyman paşanın vəfatından sonra bu bölgənin koman-

dir


liyinə Orxan bəyin oğlu Murad təyin edilmişdir. 

Süleyman paşanın ölümündən dörd il sonra 1361-ci ildə Orxan bəy 38 ya-

şında vəfat etmişdir. Onun vəfatından sonra oğlu Murad Osmanlıların başçısı 

təyin edilmişdir. 

 

Sultan I Muradın hakimiyyəti (1361-1389) 

Osmanlı sultanı təyin edilən I Murad Xudavəndigar ilk növbədə onun haki-

miy

yətini qəbul etməyən qardaşlarına qarşı mübarizə apararaq daxili təhlükə-



siz

liyi təmin etdi. Ahilərlə apardığı mübarizədə itirdiyi Ankaranı və əldən çıx-

mış bir çox əraziləri 1362-ci ildə yenidən geri aldı. 

879


 Öztunar Yılmaz, Türkiyə Tarihi, I cild, səh-8-31. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə