Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə279/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   275   276   277   278   279   280   281   282   ...   314

  

571 


so

va  ətrafnda  baş  verən  döyüşdə  Osmanlılar  birləşmiş  xristian  qüvvələrini 

məğlub etdilər. 

Lakin döyüşdən sonra müharibə meydanını gəzən I Murad, serb əsilli Mi-

loş Obliç tərəfindən xəncərlə ağır yaralandı. Aldığı yaradan vəfat edən Osmanlı 

sul


tanı  I Muradı, Bursaya  gətirərək Çəkirgədə tikdirdiyi türbədə dəfn  etdilər. 

Otuz illik hamiyyəti ərzində heç vaxt məğlub olmayan sultan I Murad tarixdə 

Qazi-

hökmdar, Murad Xudavəndigar kimi adlarla yad edilir. Atasının qurduğu 



kiçik  bir  dövlətin  təməllərini  daha  da  möhkəmləndirərək  böyük  bir  dövlətin 

hazırlıqlarını  tamamlamış  oldu.  Məşhur  tarixçi  Gibbonsun  dediyi  kimi:  “Os-

man bəy ətrafına bir qəbilə toplamış, Orxan bir dövlət qurmuş, lakin imperator-

lu

ğu isə Sultan Murad qurmuşdur”.



882

 

  



Yıldırım Bəyazidin hakimiyyəti (1389-1402) 

Sultan  I  Muradın  vəfatından  sonra  onun  vəsiyyətinə  əsasən  oğlu  Yıldırım 

Bəyazid Osmanlı sultanı təyin edildi. Sultan I Muradın vəfatından sonra Anado-

luda vəziyyətin pisləşdiyini öyrənən Yıldırım Bəyazid dərhal Serb və digər Bal-

kan dövl

ətləri  ilə  müqavilə  imzalayaraq  Anadoluya  doğru  hərəkət  etdi.  Kara-

man

oğlu Əlaəddin bəy Bəyşəhəri işğal etməklə kifayətlənməyərək, Saruhan, Ay-



dın,  Məntəşə  və  Gərmiyan  bəylərini  də  Osmanlılara  qarşı  qaldırdı.  Anadoluya 

da

xil olan Yıldırım Bəyazid adı çəkilən ərazilərlə bərabər Antalyanı da geri qay-



tar

dı. Sonra Karamanoğullarının üzərinə hərəkət edərək Konyanı mühasirəyə al-

dı. Karamanoğlu Əlaəddin bəy digər bəyliklərdən gözlədiyi köməyi ala bilmədi-

yi üçün Osmanlılara sülh təklif etdi. Osmanlı sultanı Yıldırım Bəyazid də Tuna 

ərazisindəki vəziyyəti nəzərə alaraq, 1391-ci ildə bu sülh təklifini qəbul etdi. 

Karamanoğlu Əladinin üsyanından sonra Əflaq şahzadəsi Mircanın da üs-

ya

nını yatıran Yıldırım Bəyazid, 1394-cü ildə Selanik və ətraf ərazilərini Os-



manlı torpaqlarına qatdı. 

 

İstanbulun mühasirəsi 

Bizans imperatorunun oğlu Manuelin icazə almadan İstanbula geri dönmə-

si və Macar kralından kömək istəməsi Yıldırım Bəyazidin İstanbulu mühasirə-

yə almasına səbəb oldu. Bunu görən Manuel, Papa, Fransa və Macar kralların-

dan kömək istədi. Əslində Balkanları Osmanlılardan xilas edəcək şəxs Macar 

kralı Sigismund idi. Bolqarıstana səfər edərək bir çox yerləri ələ keçirən Sigis-

mund,  Osmanlı  ordusunun  gəldiyini  eşidərək  dərhal  geri  çəkilmişdi.  Bundan 

əvvəlki Macar kralları da ortodoks məzhəbinə tabe olan bu yerləri katolikləş-

dir


mək üçün çox qan axıtmışdılar. Buna görə də balkan xalqları türklərə rəğbət 

bəsləyirdilər. 

882

Gibbons, Osmanlı İmperatorluğu Kuruluşu, səh-157. 



  

                                                           




 

572 


Həmin vaxt Osmanlılar Anadoluda bir tərəfdən Karamanoğlu, digər tərəf-

dən də Qeysəri və Sivasda olan Ertana bəyliyini məğlub edərək 1393-cü ildə 

Qa

zı Burhanəddin bəyliyini quran Əhmədlə məşğul idilər. 



 

1396-

cı il Niğbolu müharibəsi və Bizansla müqavilə 

Osmanlıların Bosniya və Albaniyaya qədər irəliləməsi xristianları təşviqə 

saldı. Türklər tərəfindən gələn təhlükəni daha çox hiss edən macarların təşviqi 

ilə fransız, alman, belçika, isveçrə və ingilislərdən təşkil olunmuş yüz minlik 

ordu 1396-

cı ilin may ayında hərəkətə keçdi. Bu ittifaqın məqsədi beş ildir mü-

ha

sirəsi davam edən İstanbulu azad etmək idi. Sigismundun əmri ilə iki hissəyə 



ay

rılaraq hərəkət edən ordu, keçdiyi yerlərdə ortodoks məzhəbinə aid olan hər 

bir insanı öldürürdü. 

Niğbolunu mühasirəyə alan xristianlar Vidin və Orsavanı ələ keçirdikdən 

sonra Qüdsü də ələ keçirmək qərarına gəldilər. 

Bundan  xəbər  tutan  Osmanlı  sultanı  Bəyazid  xristianlara  qarşı  vuruşmaq 

üçün Ədirnədə səksən min nəfərlik ordu topladı. Niğbolu ətrafında baş verən 

yüşdə xristianları məğlub edən Osmanlılar xeyli əsir ələ keçirdilər. Xristian-



lar

ın ələ keçirdikləri ərazilər geri qaytarıldı. Bolqarıstan krallığına son qoyan 

Osman

lılar, Macarıstanın daxilinə doğru hərəkət edərək xeyli qənimət ələ ke-



çirdilər.

883


 

Niğbolu zəfərindən sonra İstanbulu aclığa məhkum edərək ələ keçirmək is-

təyən Bəyazid şəhəri mühasirəyə aldı. Bu arada Monqol xanı Əmir Teymurun 

or

taya çıxması İstanbul mühasirəsinin dayanmasına, Bizansla müqavilənin im-



za

lanmasına səbəb oldu. Müqaviləyə görə, Bizans illik vergini artıracaq, Sirkə-

ci

də bir türk məhəlləsi quraraq ora qazi təyin edəcəkdi. 



Eyni vaxtda Bəyazidin Niğbolu səfərində olmasından istifadə edən Kara-

man


oğlu Əlaəddin bəy  Ankaranı  ələ keçirdi. Bununla əlaqədar olaraq Konya 

üzərinə hərəkət edən Bəyazid 1397-ci ildə Əlaəddini ələ keçirərək öldürdü. Bu-

nunla da Karam

anoğullarına aid olan Konya, Larendə, Niğdə, Dəvəli, Qarahi-

sar Osmanlıların əlinə keçdi. Bu məntəqələrin ardınca Samsun, Sivas və Malat-

ya da Bəyazid tərəfindən tutuldu. 

 

Ankara müharibəsi (1402) və Yıldırım Bəyazidin vəfatı 

Əvvəlcə Səmərqənd valisi Əmir Qazanın üsyanında iştirak edən Əmir Tey-

mur, 1368-

ci ildə Bəlx əmiri olduqdan sonra sərhədlərini genişləndirmişdir. Ən 

yük  rəqibi  Qızıl  Orda  dövlətini  zəiflətməklə  bərabər,  Rusiyanın  Moskva 



knyazlığının böyüməsinə şərait yaratmışdır. 

Hərbi  yürüşləri  davam  etdirən  Teymur,  yeddi  ilə  İranı  ələ  keçirdikdən 

sonra Hindistana da səfərlər təşkil etdi. 1399-cu ildə geri qayıdan Əmir Teymur 

Azərbaycan  və  Bağdad  əmirlərini  ələ  keçirmək  istədikdə,  onlar  qaçaraq  Os-

883

Danışmend İ. Hami, İzahlı Osmanlı Tarihi Kronolojisi, I cild, səh-104-107. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə