Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə28/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   24   25   26   27   28   29   30   31   ...   314

  

57 


Qurani-

Kərimin Tövbə surəsinin 81-ci ayəsi nazil oldu. Ayədə deyilir: 



“(Tə-

buq döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rə-

su

luna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda 

mal

ları və canları ilə cihad etmək istəmədilər və (bir-birlərinə): “Bu istidə 



yüşə  çıxmayın!”  –  dedilər.  (Ya  Peyğəmbər!)  De:  “Cəhənnən  odu daha 

isti

dir!” Kaş biləydilər!” 

Bəzi münafiqlər də bizanslıların həddən artıq güclü olduğunu deyərək mü-

səlmanları döyüşə getməkdən çəkindirirdilər.

66

 



3) 

Ağlayanlar: Bəzi səhabələr də var idi ki, onlar həqiqətən döyüşdə işti-

rak etmək istəsələr də heç bir vəsaitləri olmadığı üçün döyüşə gedə bilmirdi-

lər. Bu şəxslərə İslam tarixində “ağlayanlar” deyilir və onlar haqqında Qura-

ni-

Kərimin Tövbə surəsinin 92-ci ayəsində belə buyurulur: “(Dö



yüşə getmə-

yə minikdən ötrü) gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmı-

ram”,  – 

deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri 

üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərə də heç bir günah 

yoxdur!”  

4) 


Məhsul yığanlar: Səmimi qəlbdən İslamı qəbul edən Kəb, Hilal və Mü-

rarə kimi bəzi səhabələr də məhsullarını toplamadıqları üçün belə qərara gəlir-

lər ki, məhsulu toplayıb qurtardıqdan sonra Mədinədən çıxıb orduya qoşulsun-

lar. Qurani-

Kərimin Tövbə surəsinin 118-ci ayəsində onlar haqqında belə bu-

yurulur: 



“Həmçinin (Təbuq döyüşündən) geri qalmış üç nəfərin də (tövbə-

lərini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssə-

dən)  təngə  gəlib  sıxılmışdı.  Onlar  Allahdan  (Allahın  əzabından)  yalnız 

Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara 

(əvvəlki hallarına) qayıtmaq üçün tövbə nəsib etdi və tövbələrini qəbul bu-

yurdu. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” 

Döyüşdən qayıtdıqdan sonra Hz.Peyğəmbər (s) və müsəlmanlar bir müddət 

on

larla danışmırlar. 



5) 

Fədakar möminlər: Bəzi möminlər özləri döyüşə gedə bilməsələr də, on-

lar ordunun toplanmasında yaxından iştirak etmişlər. 

Bütün bu çətinliklərə baxmayaraq Hz.Peyğəmbər (s) 30000 nəfərlik ordu 

topl

ayaraq Mədinədən Bizansa doğru hərəkət etdi. Hz.Peyğəmbər (s) Mədinə-



dən çıxarkən Hz.Əlini (ə) Mədinədə qoydu ki, Mədinə münafiqlərinin çevriliş 

cəhdinin qarçısını alsın. (Hz.Peyğəmbərin (s) iştirak etdiyi döyüşlərdən yalnız 

Təbuqda Hz.Əli (ə) iştirak etməmişdir). 

Hz.


Əlinin  (ə)  Mədinədə  qalmasından  narahat  olan  münafiqlər  belə  şayiə 

yaydılar ki, guya Hz.Əli (ə) ilə Hz.Peyğəmbərin (s) arası pozulduğu üçün onu 

özü ilə döyüşə aparmamışdır. Bundan narahat olan Hz.Əli (ə) arxadan Hz.Pey-

ğəmbərə  (s)  çataraq  Mədinədə  baş  verənləri  ona  çatdırır.  Bu  zaman  Hz.Pey-

ğəmbər (s) buyurdu: “Ya Əli! Mədinəyə qayıt. Çünki Mədinənin işlərinə nəza-

66

M



əğazeyi Vaqidi, 3-cü cild, səh-1003 

  

                                                           




 

58 


rət etməyə mən və səndən başqa layiqli bir şəxs yoxdur. Sən mənim qohum-

larım arasında qəyyumumsan. İstəmirsənmi mənə olan nisbətin Harunun Musa-

ya olan münasibəti kimi olsun? Bircə fərq odur ki, məndən sonra peyğəmbər 

gəlməyəcək. Əgər gəlmiş olsaydı o mütləq sən olardın. Harun Musadan bilava-

sitə sonra onun canişini olduğu kimi sən də məndən sonra bilavasitə mənim ca-

nişinimsən.”

67

 Hz.


Peyğəmbər (s) 30000 nəfərlik ordu ilə Təbuq adlı məntəqəyə 

gəlsə də heç bir Bizans ordusuna rast gəlməyib ordu ilə məşvərət etdikdən son-

ra Mədinəyə qayıtdı.  

Hz.


Peyğəmbər  (s)  Təbuqdan  qayıdarkən  Bizans  sərhəddində  yerləşən 

“İlə”, ”Əzrə” və “Cərba”nın xaçpərəst hökmdarları ilə müqavilə bağladı ki, on-

lar  Bi

zansla əlbir olub müsəlmanlara qarşı mübarizəyə qalxmasınlar.



68

 

Təbuq 



döyü

şü Hz.Peyğəmbərin (s) iştirak etdiyi son qəzvə idi. 



2. 

Bətni-Əqəbə hadisəsi: 

Müsl


im  bin  Həccac  Nişapurinin  verdiyi  məlumata  görə,  bəzi  münafiqlər 

Təbuq  döyüşündən  qayıdarkən  Bətni-Əqəbə  (və  ya  Əqəbeyi-Hərşa)  adlı 

məntəqədə  Hz.Peyğəmbərə  (s)  sui-qəsd  təşkil  edib  öldürmək  istəsələr  də 

istəklərinə nail ola bilmədilər.

69

 

3. Ali-



İmran surəsinin 96-97-ci ayələri ilə həcc vacib oldu. 

4. 

Məşhur münafiq Abdullah ibn Ubey vəfat etdi. 



5. 

Ədalətli hökmdar Həbəşistan kralı Nəcaşi vəfat etdi. 



6. Hz.

Peyğəmbərin (s) oğlu İbrahim vəfat etdi. 



7. 

Məscidul-Zirarın uçurulması: 

Məşhur münafiq Əbu Amir bu məscidi toplantı yeri məqsədilə tikdirmişdi. 

Bu  məsciddə  münafiqlər  cümə  günü  toplanaraq  müsəlmanların  əleyhinə  plan 

təşkil  etməli  idilər.  Lakin  Allah  “Tövbə”  surəsi  vasitəsilə  bu  məscidin  hansı 

məqsəd  güddüyünü  Hz.Peyğəmbərə  bildirdikdən  sonra  Həzrət  bu  məscidin 

uçurulmasına göstəriş verdi. 



8. 

Tövbə (Bəraət) surəsinin 1-10-cu ayələri nazil oldu: 

“Allahdan  və  Onun  Peyğəmbərindən  saziş  bağladığınız  müşriklərə 

(on

larla  olan  əhdlərin  pozulması,  əlaqələrin  kəsilməsi  barədə)  bir  xəbər-

dar

lıq! (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin 

ki, siz Allahı aciz qoya bilməzsiniz (Allaın əzabından qaçıb canınızı qurta-

ra  bilməzsiniz).  Allah  kafirləri  (dünyada  və  axirətdə)  rüsvay  edəcəkdir! 

Allah

dan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildi-

riş!  Allahın  və  Onun  Peyğəmbərinin  müşriklərlə  heç  bir  əlaqəsi  yoxdur. 

Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər imandan üz döndər-

səniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey 

Pey

ğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ! Müqavilə bağ-

67

Sireyi ibn Hişam, 2-ci cild, səh-520 



68

Sireyi Hələbi, 3-cü cild, səh-160. 

69

 Səhihi-Müslim, sifatul-münafiqin babı. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə