Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə280/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   276   277   278   279   280   281   282   283   ...   314

  

573 


man

lı sultanı Yıldırım Bəyazidə sığındılar. Əmir Teymur onları geri istəsə də, 

Bəyaziddən  rədd  cavabı  alır.  Bununla  əlaqədar  olaraq  Anadoluya  daxil  olan 

Əmir Teymur, Sivası ələ keçirərək şəhərin kişilərini qılıncdan keçirdi. 1401-ci 

il

də isə Suriya və Malatyanı ələ keçirdi. Bütün səlahiyyətləri əllərindən alınan 



Ana

dolu bəyləri Teymuru Bəyazidə qarşı səfərə təşviq edirdilər 

Bütün bunlardan sonra Əmir Teymur Orta Asiyadan Anadoluya doğru irə-

li

ləməyə başladı. Osmanlı ordusu ilə Əmir Teymurun ordusu 1402-ci ildə An-



kara 

yaxınlığında qarşılaşdı. Baş verən döyüşdə Osmanlılar məğlub edildi və 

Sul

tan Bəyazid əsir götürüldü.



884

 

Osmanlıların Ankara döyüşündə məğlub olması və Bəyazidin əsir düşməsi 



döv

lətin əlli il geriləməsinə səbəb oldu. Bundan əlavə Osmanlıların bu döyüşdə 

məğlub  olması  Bizans  imperatorluğunun  ömrünü  yarım  əsrə  qədər  uzatmış 

oldu. Anadolunun işğalından sonra burada səkkiz ay qalan Teymur, xəzinələri 

ələ keçirərək şəhərləri talan etmişdir. Yeddi ay Teymurun əsiri olan Osmanlı 

Sul


tanı Yıldırım Bəyazid, 1403-cü ildə üzüyündəki zəhəri içərək özünü öldür-

müşdür. 


Ankara döyüşündə Osmanlıların məğlub olması, Teymurun Anadolunu ta-

lan etməsinə və xəzinələri ələ keçirməsinə səbəb olmuşdur. Beləliklə Teymur 

Os

manlı dövlətini zəiflətdiyi kimi, ərazilərini də oğlanları arasında bölüşdürə-



rək daha da zəiflətməyi düşündü. Bəyazidin oğlanları hakimiyyət uğrunda mü-

ba

rizə  apardıqları  vaxtda  belə,  balkanlar  Osmanlılara  qarşı  üsyan  etmədilər. 



On

lar bu hərəkətləri ilə Osmanlı idarəsindən razı qaldıqlarını bildirdilər. 

 

Taxt uğrunda gedən mübarizə 

Anka


ra  məğlubiyyətindən  sonra  Süleyman  Çələbi  ilə  vəzir  Çandarlı  Əli 

paşa Bursadakı xəzinənin bir qismini ələ keçirərək Ədirnəyə gəldilər. İsa Çələ-

bi Bursada, Məhməd Çələbi isə Amasyada hökmdar oldu. Bizansla müqavilə 

bağlayan Süleyman Çələbi bəzi torpaqları və iki qardaşını onlara girov verdi. 

Mu

sa  Çələbinin  Bursaya  gəlişindən  sonra  digər  qardaşı  İsa  Çələbi  şəhərdən 



qaç

dı. Daha sonra ordu toplayan İsa Çələbi Musanı məğlub edərək şəhəri ələ 

ke

çirdi. Amasyada təklükəsizliyi təmin edən Məhməd Çələbi ordu toplayaraq 



Bur

saya doğru hərəkət etdi. Baş verən döyüşdə İsa Çələbinin ölümündən sonra 

Bur

sa ələ keçirildi. 



Süleymanın Bursaya gəlişindən sonra Məhməd Çələbi Amasyaya çəkildi. 

Bu

rada Musa Çələbi ilə razılığa gələn Məhməd Çələbi onu Rumeliyə göndərdi. 



Mu

sanın Rumeliyə gəldiyindən xəbər tutan Süleyman Çələbi Ədirnəyə qayıtdı. 

Əflaqa qədər gedib ordu toplayan Musa, Süleymana qarşı baş verən döyüşdə 

məğlub olaraq qaçdı. Lakin bir müddət sonra 1410-cu ildə yenidən baş verən 

yüşdə qardaşı Süleymanı məğlub edən Musa Çələbi onu öldürdü. 



884

 Hoca Sadəddin, Tacut-Tevarix, I cild, səh-234-246. 

  

                                                           




 

574 


Baş verən hadisələrdən sonra Osmanlı dövlətini bir bayraq altında birləş-

dir


mək istəyən Məhməd Çələbi qardaşı Musa ilə mübarizəyə başladı. Bu məq-

sədlə Bizansla müqavilə bağlayıb Rumeliyə doğru hərəkət etsə də, baş  verən 

yüşdə məğlub oldu. Məğlub olaraq Bizansa sığınan Məhməd Çələbi 1411-ci 



ildə yenidən Anadoluya keçdi. 1412-ci ildə yenidən Rumelidə qardaşı Musaya 

qar


şı  döyüşən  Məhməd  yenə  də  məğlub  oldu.  Lakin  1415-ci  ildə  baş  verən 

üçün


cü döyüşdə Musanı məğlub edən Məhməd onu öldürərək üç illik hakimiy-

yətinə  son  qoydu.  Beləliklə  Musanın  ölümündən  sonra  Məhməd  Çələbi  Os-

man

lıları bir bayraq altında birləşdirməyi bacardı. 



 

Məhməd Çələbinin hakimiyyəti (1413-1421) 

Məhməd Çələbinin hakimiyyətə gəlməsindən xəbər tutan Serb, Əflaq, Ve-

ne

dik və digər dövlət nümayəndələri onu təbrik edərək, onunla olan müqavilə-



lərini yenilədilər. Bunların əksinə olaraq Karamanoğlu II Məhməd, şahzadələr 

ara


sındakı mübarizədən istifadə edərək Bursanı ələ keçirib talan etdkdən sonra 

Bəyazidin qəbrini də yandırdı. Lakin qısa müddət sonra Musa Çələbinin gəldi-

yi

ni öyrənərək geri çəkildi. 



Məhməd Çələbi hakimiyyətə gələndə dövlətin bir çox ərazisi itirilmiş, Yıl-

dırım Bəyazidin qurduğu Anadolu birliyi tamamilə dağılmışdı. Dövləti yenidən 

bir

ləşdirmək istəyən Məhməd Çələbi, Aydınoğlu bəyliyini yenidən quran Cü-



neyddən İzmiri geri alaraq onu Niğboluya sancaq bəyi təyin etdi. Sonra Konya-

ya doğru hərəkət edən Məhməd Çələbi, 1414-cü ildə Karamanoğlu ilə sülh mü-

qaviləsi imzaladı. 

 

Şeyx Bədrəddinin üsyanı 1419-1420-ci illər 

Osmanlı  dövlətində  baş  verən  qarışıqlıqdan  istifadə  edərək  üsyan  edən 

Şeyx Bədrəddinin əsas məqsədi şeyxlikdən şahlığa çıxmaq idi. Babası Əbdül-

əziz Rumeli fəthləri zamanı şəhid edilmişdir. Əbdüləzizin vəfatından sonra oğ-

lu  İsrail  Rum  bəyinin  qızı  ilə  evlənmiş  və  bu  evlilikdən  də  Şeyx  Bədrəddin 

dün

yaya  gəlmişdir.  Təhsilini  Bursa,  Konya,  Suriya  və  Misirdə  tamamlayan 



Şeyx  Bədrəddin,  sonralar  Qəzvinə  gedərək  batini  əqidə  ilə  geri  qayıtmışdır. 

Mi

sirdən Anadoluya gəlib öz batini fikirlərini yayaraq hər millət və dindən ət-



ra

fına  tərəfdar  toplamağa  başlamışdı.  Yıldırım  Bəyazidin  oğlu  Musa  Çələbi 

Rumeli hökmdarı olduğu zaman onu qazi-əsgər seçmiş və bu da onun şöhrəti-

nin artmasına səbəb olmuşdur. 

Musa Çələbinin ölümündən sonra hakimiyyəti tam ələ alan Məhməd Çələ-

bi,  onu  vəzifəsindən  azad  edərək  İznikə  göndərdi.  Bununla  əlaqədar  olaraq 

Bədrəddinin xələfləri olan Börklücə Mustafa və əslən yəhudi olan Torlak Ka-

mal, Manisa və Karaburunda bir-birinin ardınca üsyan etsələr də bu üsyanlar 

vəzir  Bəyazid  paşa  və  şahzadə  Murad  tərəfindən  çətinliklə  yatırıldı.  Həmin 

vaxt şeyx Bədrəddin həccə getmək bəhanəsilə İznikdən Əflaqa, oradan da Dəli-

or

mana  getdi.  Anadoludakı  üsyanların  yatırıldığını  öyrənən  şeyx  Bədrəddin 






Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə