Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə281/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   277   278   279   280   281   282   283   284   ...   314

  

575 


Dəliormanda üsyan  etdi.  Lakin bu üsyanda Bəyazid paşa tərəfindən  yatırıldı. 

Ələ  keçirilən  Şeyx  Bədrəddinin  özü  Sərəzə  gətirildi.  1420-ci  ildə  mühakimə 

olu

nan  Şeyx  Bədrəddinin  alimlər  tərəfindən  ölümünə  fətva  verildikdən  sonra 



Sərəzdə asılaraq öldürüldü. 

Onun fiqh

ə  dair  Camiul-Füsuleyn,  Lətaiful-İşarat,  Kitabut-Təhsil,  təsəv-

vüf


lə  əlaqədar  olaraq  isə  Varidat  və  Məsərrətul-Qülub  adlı  əsərləri  məşhur-

dur.


885

 

Şeyx Bədrəddinin üsyanından sonra Yıldırım Bəyazidin oğullarından sonra 



Mus

tafa  Çələbi  Bizans  imperatorunun  təşviqi  ilə  qardaşı  Məhməd  Çələbiyə 

qar

şı üsyan etsə də, bu üsyan da yatırılmışdır. 



Bu üsyanların yatırılmasından sonra Ədirnəyə gələn Məhməd Çələbi qısa 

müd


dət sonra 1421-ci ildə vəfat etmişdir. Səkkiz il hakimiyyətdə olan Məhməd 

Çələbi, bu müddət ərzində parçalanma halında olan Osmanlı dövlətini birləş-

dir

məklə  bərabər,  Əski  camenin  inşasını  tamamlamış,  Bursada  Yaşıl  came, 



mədrəsə, imarət və türbə tikdirmişdir. 

 

Sultan II Muradın hakimiyyəti (1421-1451) 

Məhməd  Çələbinin  vəfatından  sonra  Osmanlı  məmurlarının  razılığı  ilə 

oğlu II Murad sultan elan olundu. Bundan xəbər tutan Bizans imperatoru əsir-

lik

də olan II Muradın əmisi Mustafa Çələbi ilə razılığa gələrək onu üsyana təş-



viq etdi. Bizans imperatorunun sözü ilə üsyana başlayan Mustafa Çələbi, Ədir-

n

əyə gəlib Osmanlı xəzinələrini ələ keçirərək özünü hökmdar elan etdi. Axınçı 



bəylərini də öz tərəfinə çəkən Mustafa Çələbi, üzərinə göndərilən II Muradın 

or

dularını məğlub edərək Bəyazid paşanı öldürdü. Daha sonra Ədirnə və Geli-



bo

lunu ələ keçirən Mustafa Çələbi, Anadolunu ələ keçirmək üçün Niğbolu bəyi 

ilə birləşərək Bursaya doğru hərəkət etdi. Bundan narahat olan II Murad vəzir 

İbrahim paşa, Hacı İvaz paşa və Mikayıloğlu Məhmədin köməkliyi ilə böyük 

bir ordu Mustafa Çələbinin üzərinə getdi. Ulubat yaxınlığında baş verən döyüş-

də  Mustafa  Çələbi  məğlub  edilərək  öldürüldü.  Əmisinin  ölümündən  sonra 

1422-

ci ildə Ədirnəyə daxil olan II Murad taxta oturdu. 



 

İstanbulun mühasirəsi 

Mustafa  Çələbinin  üsyanının  yatırılmasını  öyrənən  Bizans  imperatoru  öz 

təbriklərini II Murada çatdırmaq üçün elçilərini göndərdi. Lakin bir müddət Bi-

zans elçilərini həbsdə saxlayan II Murad onları sərbəst buraxarkən belə demiş-

di: “Gedin imperatora Konstantinopola hücum edəcəyimi söyləyin”. 

Lakin bu mühasirədən çıxış yolu tapan Bizans imperatoru II Muradın qar-

da

şı Kiçik Mustafa Çələbini yanına çağırıb, onu dəstəkləyəcəyini bildirərək ye-



ni

dən Anadoluya göndərdi. Beləliklə Bizansın təşviqi ilə Kiçik Mustafa qardaşı 

II Murada qarşı üsyan etdi. Əvvəlcə Bursaya gələn Kiçik Mustafa oradan da İz-

885


Bilal Dindar, Bedreddini Simavi, DİA, V cild, səh-331-334. 

  

                                                           




 

576 


ni

kə gələrək burada yerləşdi. Qardaşının üsyan etdiyindən xəbər tutan II Murad 

hasirəni yarımçıq qoyaraq geri qayıtdı. İznikə gələn II Murad qardaşını ələ 



ke

çirərək edam etdirdi. 

1427-

ci ildə bu üsyanlara son qoyan II Murad, Çandarlızadə İbrahim paşa-



nı baş vəzir təyin etdi. Bizansla müqavilə bağlayan II Murad, Anadolu birliyini 

qur


maq üçün Məntəşə və İzmiri Osmanlı torpaqlarına birləşdirdi. 

 

Karamanoğlunun Antalya səfəri 

Ankara mühasirəsindən sonra öz bəyliklərini yenidən quran Karamanoğlu 

Məhməd bəy ilə Hamidoğlu Osman bəy Antalyaya hücum etmək qərarına gəl-

di

lər. Bundan xəbər tutan Antalya bəyi Həmzə bəy, Hamidoğlu bəyliyinə qəfil 



cum edib Osman bəyi öldürərək onun ordusunu məğlub etdi. Eyni zamanda 

Os

manlı sultanı  II Muradın Mustafa Çələbinin üsyanı ilə məşğul olmasından 



istifadə edən Karamanoğlu Məhməd bəy Antalyanı mühasirəyə alsa da baş ve-

rən döyüşdə yaralanaraq vəfat etdi. Onun ölümündən sonra II Murad Məhməd 

bəyin oğlu İbrahim bəyi Karamanoğlu bəyi təyin edərək Konya taxtını da ona 

verdi. Bundan sonra 1430-

cu ildə Selaniki mühasirəyə alan II Murad şəhəri Bi-

zanslılardan geri aldı. 

1433-1434-

cü  illərdə  Karamanoğlunun  müttəfiqi  olan  Serb  və  Macarlar 

Os

manlılara aid olan torpaqlara hücum etsələr də, bu hücumların qarşısı II Mu-



rad tərəfindən alındı. Bundan əlavə Belqrad şəhərini altı ay mühasirədə saxla-

yan II Murad heç bir nəticə əldə etmədən 1439-cu ildə geri qayıtdı. 

 

Səlib yürüşləri və Ədirnə-Segedin müqaviləsi 

Osmanlı torpaqlarına soxulan Polşa və Macar kralının başçılığı alında olan 

səlibçilərin qarşısını almaq istəyən Rumeli bəylərbəyi Qasım paşa onları Moro-

va çayı sahilində qarşıladı. Lakin baş verən döyüşdə Osmanlı ordusu məğlub 

edil

di. Bundan narahat olan Sultan II Murad dərhal Anadoludan hücuma keçən 



Karamano

ğulları ilə müqavilə bağlayaraq geri qayıtdı. Lakin 1443-cü ildə İzla-

di Dərbəndində baş verən döyüşdə Osmanlılar yenidən məğlub oldular. Bunun 

ar

dınca Yalvacda baş verən döyüşdə üçüncü dəfə məğlub olan II Murad kədərli 



hal

da Ədirnəyə qayıtdı. Bundan istifadə edən Karamanoğlu Osmanlı torpaqla-

rına hücum edərək bəzi yerləri talan etdi. 

Karamanoğlu İbrahim bəyin bu hərəkətinin İslama uyğun olmadığını düşü-

nən II Murad bu barədə dörd məzhəb imamından fətva istədi. Buna cavab ola-

raq dörd məzhəb alimləri Karamanoğlu İbrahim bəyi məhkum etdi. İbn Hacər 

əl-Əsqəlani, Karamanoğlunun öldürülməsinin vacibliyini bildirdi. Buna uyğun 

olaraq II Murad Karamanoğlu torpaqlarına daxil oldu. Bundan qorxuya düşən 

İbrahim bəy qaçdı. Karamanoğlu İbrahim bəyin arvadı olan II Muradın bacısı 

sultanın yanına gələrək onu müqavilə bağlamağa razı saldı. Buna əsasən 1444-

cü  ildə  iki  tərəf  arasında  müqavilə  imzalandı.  Müqavilədən  sonra  Ədirnədə 

hakim buraxdığı oğlu Məhmədə taxtı verən II Murad Bursaya qayıtdı. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə