Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə283/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   279   280   281   282   283   284   285   286   ...   314

  

579 


atəşinə tutulsa da, bunun heç bir nəticəsi olmadı. Sultan Fateh elçi göndərərək 

şəhərin tərk edilməsini, imperatorun ailəsi və xəzinələri ilə çıxıb getməsini, qə-

bul etdiyi təqdirdə əhalinin də sərbəst olduğunu, ancaq şəhər müharibə yolu ilə 

alınarsa əhalinin əsir ediləcəyini bildirdi. Bunun əvəzində İmperator nə qədər 

is

təsə vergi verəcəyini və mühasirəni dayandırmasını Sultan Fatehdən istəmiş-



di. Buna cavab olaraq Fateh “

burdan getməyim doğru deyil. Ya mən şəhəri ala-

ram, ya da şəhər məni alar” deyə cavab vermişdi. 

Uzun sürən mühasirədən sonra 1453-cü ildə bütün ordu və donanmanın hü-

cu

mu nəticəsində Konstantinopol Osmanlılar tərəfindən fəth edildi. Son Bizans 



im

peratoru  Konstantin  isə  öldürüldü.  Fəthdən  sonra  Konstantinopol  İstanbul 

ad

landırıldı və bu tarixdən etibarən qədim Bizans imperatorluğuna son qoyul-



du. 

Bu  fəthdən  sonra  Fateh  ləqəbini  alan  II  Məhməd  iyun  ayının  səkkizinə 

qədər İstanbulda qalaraq Ayasofiya məbədini məscidə çevirdi.

888


 

Eyni ildə Yeddiqüllədə həbs olunan vəzir Xəlil paşa Bizansdan rüşvət aldı-

ğı və fəthə mane olmaqla ittiham olunaraq edam olundu. Xəlil paşanın edamın-

dan sonra Osmanlı dövlətində müxtəlif millətlərdən olan vəzirlər dövrü başladı. 

İstanbulun fəth edilməsi və Şərqi Roma imperiyasının dağılması İslam alə-

mi

nin  sevincinə  səbəb  oldu.  Məmlük  sultanı  Məlikul-Əşrəf  İnal  (1453-1461) 



el

çi göndərərək sultan Fatehi təbrik etdi. Qahirədəki Abbasi xəlifəsi əl-Qaimin 

(1451-

1455) əmrilə şəhidlərin ruhlarına dua edildi. 



İstanbulun fəthi Avropanın təşvişə düşməsinə və kədərlənməsinə səbəb ol-

du. Bu fəth eyni zamanda Avropanın zəifliyinə bir işarə idi. Bu səbəbdən papa 

türk

lərə qarşı yeni səlib yürüşü təşkil etmək istəyirdi. 1454-cü ildən başlayaraq 



türk

lərə  qarşı  əlinə  silah  alan  hər  bir  xristianın  cənnətlə  müjdənələcəyi  elan 

edil

di. Türklərə qarşı baş tutacaq mübarizə üçün vergilər toplanmağa başlandı. 



tün  xristian  dünyasına  müqəddəs  xaç  vergisi  qoyuldu.  Bundan  əlavə  hər 

han

sı bir müsəlmana silah, ərzaq və başqa əşyalar satan xristiana işgəncələr ve-



ri

ləcəkdi. Lakin bütün bunlara baxmayaraq papa V Nikolayın cəhdləri heç bir 

nəticə vermədi. Serblər, Trabzon-Rum imperatorluğu, Sakız və Midillidəki Ge-

ne

viz  bəyləri  1454-cü  ilin  əvvəlində  elçilər  göndərərək  sultan  Fatehi  təbrik 



edib, onun hakimiyyətini qəbul etməklə yanaşı vergi də ödədilər. 

 

Sultan Fatehin Serbiya səfərləri 

İstanbulun fəthindən sonra sultan Fateh Ədirnə-Segedin (1444) müqaviləsi 

nəticəsində Serblərə verilən bəzi qalaların geri qaytarılmasını istədi. Lakin rədd 

cavabı alan sultan Fateh Serbiyaya yürüş edərək bəzi qalaları ələ keçirdi. Fate-

hin geri qayıtmasından sonra Serb despotu yenidən hücum etsə də osmanlı ko-

man

diri tərəfindən məğlub edildi. Bununla əlaqədar olaraq 1454-cü ildə yeni-



dən Serbiyaya qayıdan sultan Fateh əlli min nəfəri əsir götürərək geri qayıtdı. 

888


Lamrtin, Türkiyə Tarihi, II cild, səh-455. 

  

                                                           




 

580 


1455-

ci ildə ikinci dəfə Serbiyaya səfər edən sultan Fateh gümüş mədənləri 

ilə məşhur olan Novoberda və Tirbicə şəhərlərini ələ keçirdi. Bir il sonra Os-

manlı ordusu Belqradı mühasirəyə aldı. Lakin Macar kralı Jan Hunyadın kömə-

yə gəlməsilə məğlub olan osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. 

1456-


cı ildə baş verən döyüşdə sultan Fateh ayağından yaralandı. Macar kralı 

Jan Hunyad isə aldığı yaradan iyirmi gün sonra öldü. 

 

Osmanlı donanmasının uğurları 

Osmanlı sultanı Yıldırım Bəyazidin (1389-1402) dövründə sahillərin müda-

fiəsi məqsədilə yaradılan Osmanlı donanması sultan Fatehin dövründə daha da 

inkişaf etdi. Mərkəzi Gelibolu olmaqla İzmit, Gəmlik və İstanbulda dəniz liman-

ları quruldu. Bu donanma vasitəsilə Ege dənizində İmroz, Midilli, Taşoz, Limni 

və  digər  adalar  alındıqdan  sonra  Trabzon  üzərinə  donanma  göndərildi.  Bu 

adaların ələ keçirilməsindən sonra Osmanlı dövləti ilə Venediklilər arasında yed-

di  illik  müharibə  baş  verdi.  1470-ci  ildə  Osmanlı  torpaqlarına  daxil  olan  Ve-

nediklilər imam və qazılar daxil olmaqla iki min müsəlmanı Əğriboz adasına əsir 

apardılar.  Baş verən hadisələrdən sonra  Əğriboz adasının  fəthinə qərar verildi. 

1470-

ci ildə sultan Fatehin qurudan, Mahmud paşanın dənizdən hərəkət etməsilə 



ada fəth edildi. Bu adanın fəthi Avropanın narahatlığına səbəb olmuşdur. 

Bu uğurlardan sonra sultan Fateh Cənubi Qara dəniz səfərinə başladı. İlk 

öncə Boluya gələn sultan Fateh Ceneviz bəyinə xəbər göndərərək ondan təslim 

olmasını istədi. Çünki Amasra onların əlində idi. Sultan Fatehin təklifini qəbul 

edən Ceneviz bəyi təslim oldu və 1460-cı ildə şəhər müqavimətsiz Osmanlılar 

tərəfindən fəth edildi. 

Ceneviz bəyliyinin süqutundan sonra sultan Fatehin Sinopu almaq fikrində 

olduğunu öyrənən Candaroğlu İsmayəl bəy də 1461-ci ildə Osmanlılara təslim 

oldu və bu bəyliyin varlığına son qoyuldu. 

Bu arada əsası 1204-cü ildə qoyulan Trabzon-Rum imperatorluğunun Av-

ro

padan kömək istəməsi sultan Fatehin qəzəbinə səbəb oldu. İmperatorun qızı 



Dəspinə Ağqoyunlu hökmdarı Uzun Həsənin arvadı idi. Buna əsasən sultan Fa-

teh bu imperatorluğun varlığına son qoymaq qərarına gəldi. Bundan əlavə kral 

Da

vid illik vergini verməkdən də imtina etməklə yanaşı Uzun Həsən vasitəsilə 



ver

diyi vergiləri də geri istəmişdi. 

Baş verən bu hadisələrdən sonra Osmanlı donanması Mahmud paşanın əm-

rin


dəki  üç  yüz  gəmi  ilə  dənizdən,  sultan  Fateh  isə  qurudan  Trabzon  şəhərini 

hasirəyə aldı. Çıxılmaz vəziyyətdə qalan Rumlular 1461-ci ildə təslim oldu-



lar və 257 il hökmdarlıq edən imperatorluğun varlığına son qoyuldu. 

 

Albaniyanın ələ keçirilməsi 

Sultan II Muradın dövründən 1441-ci ildən Albaniyada üsyan edən İsgən-

dər bəyin üsyanını yatırmaq istəyən sultan Fateh oraya qoşun göndərdi. Lakin 

bütün cəhdlərə baxmayaraq üsyan davam edirdi. Çünki Osmanlı ordusu gələnə 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə