Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə284/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   280   281   282   283   284   285   286   287   ...   314

  

581 


qədər dağlara çəkilən İsgəndər bəy, onlar geri qayıdan kimi əraziləri yenidən 

ələ keçirirdilər. Bundan əlavə İsgəndər bəy Napoli krallığından da kömək alır-

dı. Sultan Fateh 1465-1467-ci illərdə  İsgəndər bəyin üzərinə səfər etsə də bu 

səfərlərin heç bir nəticəsi olmadı. Yalnız 1468-ci ildə İsgəndər bəyin ölümün-

dən on bir il sonra 1479-cu ildə Albaniyaya üçüncü dəfə səfər edən sultan Fa-

teh, bu bölgəni tamamilə ələ keçirə bildi. 

 

Osmanlı-Ağqoyunlu münasibətləri və Otluqbeli müharibəsi 

Tarix boyu Os

manlıların düşmənləri ilə müttəfiqlik edən Karamanoğulla-

rından Pir Əhmədin, Osmanlı üzərinə hücum etməsi ilə əlaqədar olaraq sultan 

Fa

teh bu əraziyə ordu göndərərək Konya və Karamanı ələ keçirdi. 1466-cı ildə 



baş verən döyüşdə məğlub olan Karamanoğlu Pir Əhməd döyüş meydanından 

qaç


dı. Bundan sonra Karaman səfərinə göndərilən Rum Məhməd paşa bir çox 

ailəni məhv etməklə yanaşı came və türbələri də yağmaladı. 1470-ci ildə Kara-

man səfərinə çıxan İshaq paşa bəzi yerləri ələ keçirdi. 

Baş verən hadisələrdən sonra Karamanoğulları Ağqoyunlu hökmdarı Uzun 

Həsəndən  kömək  istədilər.  1471-ci  ildə  Karamana  səfər  edən  Gedik  Əhməd 

Alaiyyə və ətrafını ələ keçirdi. Bir müddət sonra Karamanoğulları Uzun Həsə-

nin köməyi ilə Konyanı geri alsalar da, Mahmud paşanın əmrindəki Osmanlı 

or

dusu onları məğlub edərək geri çəkilməyə məcbur etmişdir. 



Bu arada özünü Asiyanın ən böyük hömdarı kimi görən Ağqoyunlu hökm-

da

rı Uzun Həsən 1472-ci ildə Osmanlılara tabe olan Tokatı ələ keçirərək talan 



et

dirdi. Bunun ardınca sultan Fatehin yanına elçi göndərən Uzun Həsən ondan 

Ana

dolu və Trabzonu da istədi. Sultan Fatehin buna rədd cavabı verməsi iki tə-



rəf arasında müharibəyə səbəb oldu. 

1473-cü il avqustun 11-

də  baş  verən  Otluqbeli  müharibəsində  top  və  tü-

fənglə silahlanmış Osmanlı ordusu Ağqoyunlu ordusunu məğlub etdi. Bu dö-

yüşdən Uzun Həsənin məqsədi sultan Fatehi məğlub edərək İstanbulu tutmaq 

idi. Lakin Avropadan istədiyi toplar gəlmədiyindən döyüşdə məğlub oldu. 

Sultan Fatehin Ağqoyunlu hökmdarı Uzun Həsənlə müharibə etməsindən 

isti


fadə edən Avropa dövlətləri İzmir, Antalya və Midillini ələ keçirərək yan-

dırdılar. Osmanlı-Səlib döyüşləri 1478-ci ilə qədər davam etmişdir. 

 

Şimali Qara dəniz və İtaliya səfərləri 

1460-


cı ildə Ceneviz bəyiliyinə son qoyan sultan Fateh Azak və Kəfəni tu-

ta

raq  Qaradənizi  özününküləşdirmək  üçün  1475-ci  ildə  Gedik  Əhməd  paşanı 



yet

miş min əsgər və üç yüz gəmi ilə şimali Qaradəniz səfərinə göndərdi. Eyni 

ildə  hər  iki  məntəqə  Osmanlılar  tərəfindən  tutuldu.  1477-ci  ildən  başlayaraq 

Krım xanlığı da Osmanlılara tabe oldu. 

1479-

cu  ildə  İtaliya  səfərinə  göndərilən  Gedik  Əhməd  Zanta,  Kefaloniya 



və Ayamavra adalarını ələ keçirdi. 1480-ci ildə səfərinə davam edərək İtaliyada 

Otranto və ətraf əraziləri fəth etdi. 

  



 

582 


Lakin 1481-

ci ildə sultan Fatehin ölümü ilə əlaqədar olaraq İtaliya səfərləri 

dayandırıldı və türklər Otrantonu cəmi on üç ay əllərində saxlaya bildilər. 

Eyni zamanda Rodosu da ələ keçirmək istəyən sultan Fateh 1479-cu ildə 

Məsih paşanı kəşfiyyat məqsədilə Rodosa göndərdi. Bundan bir il sonra 1480-

cı ildə böyük bir ordu ilə Rodosu mühasirəyə alan Osmanlılar adanı ələ keçirə 

bilmədilər. 

Otuz il Osmanlı dövlətini idarə edən sultan Fateh 1481-ci ildə 51 yaşında 

vəfat etdi. O, sadəcə  İstanbulun  yox, eyni zamanda Şərqi Roma və Trabzon-

Rum  kimi  iki  nəhəng  imperatorluğun,  Krım,  Karaman,  Serbiya  və  Bosniya 

kral

lıqlarının və on bir bəyliyin yəni on yeddi dövlətin fatehidir. 



Sultan Fatehin ani ölümü siyasi böhrana səbəb oldu. Sultanın ölüm xəbəri-

ni eşidən Yeniçərilər İstanbula hücum etdilər və nəticədə vəzir İshaq paşanın 

təşviqi ilə böyük vəzir Karamanı Məhməd paşa öldürüldü.  

 

II Bəyazidin hakimiyyəti (1481-1512) 

Sultan Fatehin sağlığında Bəyazid adlı oğlu Amasyada, Cem adlı oğlu isə 

Kon


yada vali idi. Fatehin ölümündən sonra böyük vəzir Karamanı Məhməd pa-

şa hər iki şahzadəyə xəbər göndərdi. Lakin Cemin yanına gedən xəbərçi yolda 

İshaq paşanın adamları tərəfindən öldürüldü və nəticədı Amasyadan gələn Bə-

yazid Os


manlı taxtını ələ keçirərək İshaq paşanı özünə vəzir təyin etdi. Bundan 

xəbər tutan Cem, Bursaya gələrək dövlətin bölüşdürülməsini istədi. Lakin tək-

lifinin rədd edilməsilə iki qardaş arasında hakimiyyət uğrunda mübarizə baş-

ladı. Baş verən mübarizədə məğlub olan Cem, Misirə qaçaraq Köləmən hökm-

da

rı  Kayıt  bəyə  sığındı.  Növbəti  il  yenidən  Anadoluya  gələn  Cem,  Konyaya 



cum etsə də yenidən məğlub oldu. 1482-ci ildə Rumeliyə keçmək məqsədilə 

Ro

dos krallığına sığındı. 



Bundan istifadə edən Rodoslular ondan siyasi məqsədlər üçün faydalanma-

ğa başladılar. Rodosun türklər tərəfindən tutulmaması üçün Sultan Cemi Fran-

sa

ya  göndərdi.  II  Bəyazid  Rodoslulara  ildə  45  min  qızıl  vermək  şərtilə  onun 



bu

raxılmasına mane oldu. Yeddi il sonra Fransadan İtaliyaya gətirilən Cem pa-

pa

ya təslim edildi. Papa IV Aleksandr üç yüz min qızıl əvəzində Cemə zəhər 



ve

rərək onu yenidən Fransa kralına verdi. 1495-ci ildə vəfat edən Cem, dörd il 

son

ra vəsiyyətinə əsasən Bursaya gətirilərək orada dəfn edildi. 



 

II Bəyazidin dövründə baş verən hadisələr və onun vəfatı 

1484-


cü ildə Boğdan hücum edərək Kili və Akkirman qalalarını ələ keçirən 

II Bəyazid Krım xanlığı ilə qurudan əlaqə qurmuş oldu. 

Eyni  ildə  Karamanoğullarının  və  Cemin  Məmlüklərə  sığınması  iki  tərəf 

arasında altı illik (1484-1490) müharibəyə səbəb oldu. Lakin hər iki tərəfə fay-

da

sı olmayan bu müharibə sərhədlərin əvvəlki kimi qalmasını bildirən müqavi-



lənin  imzalanması  ilə  nəticələndi.  Məmlüklər  o  dövrdə  Osmanlılardan  sonra 

ikinci böyük dövlət idi. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə