Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə286/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   282   283   284   285   286   287   288   289   ...   314

  

585 


man

lılar  tərəfindən  fəth  edildi.  Səfərdən  qayıtdıqdan  sonra Sultan Süleyman

Piri Məhməd paşanın yerinə İbrahim ağanı özünə vəzir təyin etdi. 

 

Moxaç müharibəsi 1526-cı il 

Belqradın Osmanlılar tərəfindən fəth edilməsinə baxmayaraq Macarıstan 

hələ də hücumlarını davam etdirirdi. Osmanlılara qəti zərbə vurmaq istəyən 

Macar kralı II Layoş alman, çex, italiya və ispaniyalılardan ibarət 150 minlik 

ordu ilə Moxaç adlı məntəqəyə gəldi. Bundan xəbər tutan Osmanlılar da 100 

mindən artıq olan bir ordu ilə həmin məntəqəyə gəldilər. 1526-cı ildə Moxaç 

adlı  məntəqədə  baş  verən  döyüşdə  Macarlar  məğlub  oldu.  Bu  qələbənin 

ardınca Budini də fəth edən Osmanlılara Qazan və Astarxan xanlıqları da tabe 

oldular. 

 

Avstriya səfərləri 

Almaniya-

Avstriya imperatoru olan Şarlkenin qardaşı Ferdinandın Macar 

tor

paqlarına hücumu və özünü kral elan etməsi ilə əlaqədar olaraq Sultan Sü-



ley

man Avstriya səfərinə çıxdı. 1529-cu ildə Avstriyaya daxil olan Sultan pay-

taxt 

Vyananı mühasirəyə aldı. Lakin mühasirə toplarının Belqradda qalması ilə 



əlaqədar olaraq şəhəri 19 gün mühasirədə saxlayan Sultan Süleyman mühasirə-

ni da


yandıraraq geri qayıtdı. 

1531-


ci ildə ikinci Avstriya səfərinə çıxan Sultan Süleyman yenə də impe-

rator Şarlken və onun qardaşı Ferdinandla rastlaşmadı. 1533-cü ildə iki dövlət 

arasında sülh müqaviləsi imzalandı. Sultan Süleymanın dövründə 1541-1543-

cü  illərə  qədər  davam  edən  Avstriya-Almaniya  səfərləri  nəticəsində  bir  çox 

yer

lər Osmanlılar tərəfindən fəth edilmişdir. 



 

Preveze dəniz müharibəsi 1538-ci il 

Aralıq dənizində güclənərək Əlcəzairi ələ keçirən Barbaros Xeyrəddin paşa 

Sul

tan Süleymanın istəyi ilə bütün ordusu və gəmiləri ilə Osmanlılara tabe oldu 



və bunun müqabilində Sultan Süleyman tərəfindən 1534-cü ildə “Kapitani-dər-

ya” elan edildi. Balear adalarına qədər irəliləyən Xeyrəddin paşa, 1538-ci ildə 

Andre Dorianın əmrindəki Avropa dövlətlərindən toplanmış böyük bir xristian 

do

nanmasını Prevezedə məğlub etdi. 



Bu qələbədən sonra 1541-ci ildə Şarlken, Osmanlılara aid olan və Xeyrəd-

din paşanın əmrindəki  Əlcəzairə hücum etsə də məğlub oldu.  Bu qələbələrin 

ar

dınca Xeyrəddin paşanın oğlu Həsən paşa ilə dostu Saleh paşa Mərakeş və 



Li

viyanı Osmanlılara tabe etmişdir. 

Dənizdə qazanılan uğurlardan biri də Cərbə zəfəri olmuşdur. 1560-cı ildə 

Sul


tan Süleymanın əmrinə əsasən Piyayə paşanın başçılığı altında olan Osman-

lı donanması xristianların əlində olan Cərbə adasına doğru hərəkət etdi. Baş ve-

rən  dəniz  döyüşündə  xristian  donanması  məğlub  edildi.  Bu  qələbədən  sonra 

Os

manlı gəmiləri Qırmızı dəniz və Hind okeanında da üzməyə başladı. 



  


 

586 


Osmanlı-Səfəvi münasibətləri 

Səfəvi şahı Təhmasibin (1524-1576) şərqə səfərindən istifadə edən Luris-

tan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə dayısının hakim ol-

du

ğu  Bağdadı  ələ  keçirərək  şəhərin  açarlarını  türk  sultanı  Sultan  Süleymana 



gön

dərərək onun tabeliyinə keçdi.

889

 

Bununla əlaqədar Şah I Təhmasib 1529-



cu ildə Bağdadı mühasirəyə aldı və Zülfüqar xan öldürüldü. Həmin il Bağdadı 

üsyan


çılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin 

etdi. 1531-

ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgər-

ləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan Süleymanı Azərbayca-

na yürü

şə təhrik etdi. Buna əsasən 1534-cü ildə Osmanlı sultanı Sultan Süley-



man yüz min nəfərlik ordu ilə Azərbaycan sərhədlərini keçdi. Üləma ilə əlaqəsi 

olan bəzi qızılbaş əyanları Səfəvilərə xəyanət edərək əks tərəfə qoşuldular. Qı-

sa vaxt ərzində Təbriz daxil olmaqla Cənubi Azərbaycanın bir çox yerləri türk-

lərin əlinə keçdi.

890

 

Şah Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq 



üçün öz elçisini gön

dərdi,  ancaq  sultan  onun  təklifini  qəbul  etmədi.  Lakin 

Azərbaycanda ciddi müqavimətə rast gələn Sultan Süleyman, digər tərəfdən də 

qışın sərt keçdiyini və ərzaq çatışmamazlığını nəzərə alaraq ölkəni tərk edərək 

or

dusu ilə birlikdə Bağdada çəkildi. Bu arada Şah Təhmasib Sultan Süleyma-



nın Bağdadı almasına cavab olaraq Van və Qarsı mühasirəyə aldı. Bunun qarşı-

sını almaq istəyən Sultan Süleyman Üləma paşanı Vana göndərdi, lakin baş ve-

rən döyüşdə Üləma bəy məğlub olaraq qaçdı və beləliklə Van və Qars ələ keçi-

rildi. Buna cavab olaraq Sultan Süleyman 1535-

ci ildə ikinci dəfə Azərbaycana 

daxil olaraq Təbrizi ələ keçirdi. Şah Təhmasib yenə də danışıq üçün Sultan Sü-

ley

mana  müraciət  etdi.  Lakin  bu  müraciət  Sultan  Süleyman  tərəfindən  rədd 



edil

di. İki tərəf arasında baş verən döyüşlər türklərə uğur gətirmədi. Osmanlı 

or

dusu qızılbaşları Bitlisə qədər təqib etdilər. Ərciş qalasının müdafiəsində Si-



nan paşa və xeyli türk əsgəri öldürüldü. Bundan xəbər tutan Sultan Süleyman 

İbrahim paşanın başçılığı altında olan böyük bir ordunu Ərcişdə müdafiə olu-

nanların  köməyinə  göndərdi.  Lakin  bu  dəstə  də  səfəvilər  tərəfindən  məğlub 

edil


di.  Beləliklə,  Van  və  Ərciş  ərazisi  Şah  Təhmasib  tərəfindən  ələ  keçirildi. 

Da

ha sonra Sultan Süleyman əhalinin müqaviməti və orduda baş verən  aclıq 



üzün

dən Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Bundan istifadə edən 

Şah Təhmasib ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qar-

da

şı Əlqas Mirzənin rəhbərliyi ilə otuz minlik ordunu Şirvanı tabe etmək üçün 



gön

dərdi. Surxab, Qorci və Qəbələ qalaları səfəvilər tərəfindən tutuldu. Sonra 

qızılbaşlar Gülüstan və Buğurd qalasına doğru hərəkət etdilər. Şirvan əyanları 

Bu

ğurd qalasına sığınmışdılar. Dörd aylıq mühasirədən sonra Buğurd qalası ələ 



ke

çirildi, Şirvanşahların və yerli əyanların, o cümlədən Hüseyn bəyin xəzinəsi 

sadirə edildi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ 



889

 Şərəfnamə, II cild, səh-174-175. 

890

 Əhsən ət-təvarix, səh-247. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə