Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə287/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   283   284   285   286   287   288   289   290   ...   314

  

587 


ke

çirdi, Şirvan bəylərbəyliyi hakimiyyətdən salındı və Şah Təhmasibin göstəri-

şinə əsasən Əlqas Mirzə Şirvanın ilk bəylərbəyisi oldu. 

Lakin Əlqas Mirzə 1547-ci ildə qardaşına xəyanət edərək müstəqillik üçün 

mübarizəyə başladı. Bununla əlaqədar Şah Təhmasib Şirvana daxil oldu və bü-

tün qalaları özünə tabe etdi. Əlqas Mirzə isə Krıma, oradan da İstanbula qaçdı 

və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. Əlqas Mir-

zədən sonra Şah Təhmasibin oğlu İsmail Mirzə (II Şah İsmail) Şirvan bəylərbə-

yi təyin edildi. Bunun ardınca eyni ildə Şirvanda baş verən Burhan Mirzənin və 

Ab

dullah  xanın  da  qiyamı  amansızlıqla  yatırıldı.  Beləliklə,  Səfəvi  hökmdarı 



Şah Təhmasib 1547-ci ilin payızında Şirvanın idarə aparatını qiyamçılardan və 

Əlqas Mirzənin yaxın tərəfdarlarından təmizləyib Təbrizə qayıtdı.

891

 

1548-



ci ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan bü-

tün  ölkələrdən-Macarıstan,  Valaxiya,  Bosniya,  Serbiya,  Moreya,  Moldaviya, 

Ana

dolu, Məntəşə eli, Qaraman, Mərəş, Hələb, Suriya, Misir, Hicaz, Yəmən, 



Di

yarbəkir, Ərəb İraqı və Kufədən toplanmış böyük bir ordu ilə üçüncü dəfə 

Azərbaycana hücum etdi və Təbrizi aldı. Bu zaman Azərbaycanın cənubunda 

qızılbaş  tayfaları  əmirlərinin  arasında  çəkişmələr  qüvvətlənmiş,  Şirvanda  isə 

Səfəvilərin əleyhinə qiyam qalxmışdı. Bütün bunları nəzərə alan Şah Təhmasib 

dövlətin  paytaxtını  şərqə,  Türkiyə  sərhədlərindən  uzaqlara,  Qəzvinə  köçürdü. 

La

kin  yenə də Azərbaycanda möhkəmlənə bilməyən Sultan Süleyman böyük 



təlafat verərək, dörd gündən sonra Təbrizi, sonra isə Azərbaycanın digər şəhər-

lərini tərk edərək ordusu ilə birlikdə Kürdüstandan Vana çəkildi. Van qalasını 

ələ keçirən Sultan Süleyman buranın ixtiyarını İsgəndər paşaya verərək Diyar-

bəkirə döndü. İbrahim xan və Məhəmməd bəy Türkmən Sultanın geri çəkilən 

ordusunun ar

dınca  hərəkət  edərək,  onları  Şəbüstər  yaxınlığında  məğlub  et-

dilər.

892


 

Sultan Süleymanın geri çəkilməsindən sonra Şah Təhmasib Xoya daxil ol-

duqda İbrahim xan, Çaldıran adlı məntəqədə isə Kirman hakimi Şahqulu Sultan 

və Mahmud xan Əfşar da öz dəstələri ilə birlikdə ona qoşuldular. Osman Çələ-

bi

nin  başçılığı  altında  olan  beş  minlik  türk  ordusunu  məğlub  edən  səfəvilər 



Qars qalasını dağıtdılar. 

Səfəvilərin əsas qüvvələrini məqsəddən yayındırmaq istəyən Sultan Süley-

man Əlqas Mirzəni və Üləma bəyi müxtəlif istiqamətlərə göndərdi. Əlqas Mir-

zə beş minlik nəfərlik qoşunla Şəhrizurdan İraqa tərəf, Üləma bəy isə Ərzurum 

və  Sivas  paşaları  ilə  otuz  minlik  qoşunla,  Sultanın  əmrinə  əsasən  Ərzurumu 

dafiə etmək üçün göndərildi. Bitlisi sürətlə keçən Sultan Süleyman isə Di-



yarbəkirə gəldi. 

Üləma bəyin Tərcanda  olmasını öyrənən Şah Təhmasib Sufiyadan keçib, 

onun arxasınca hərəkət etdi. Lakin Üləma bəyin qorxudan qaçması ilə əlaqədar 

891


Əhsən ət-təvarix, səh-322-323, 325; Tarix-i cahan-ara, səh-297. 

892


 Əhsən ət-təvarix, səh-330. 

  

                                                           




 

588 


ola

raq Şah Təhmasib Tərcandan Ərzincana doğru irəlilədi. Bayburt yaxınlığın-

da 

İsmail Mirzənin başçılığı altında olan Səfəvi ordusu Məhəmməd Paşa Tək 



oğlunun başçılığı altında olan Osmanlı ordusunu məğlub edərək Ərzincanı ələ 

ke

çirdi. Bu arada İrəvana gələn Şah Təhmasib Üçkilsədə düşərgə saldı. 



Şah Təhmasibin Ərzincanda olmasından istifadə edən Əlqas Mirzə beş min 

nəfərlik dəstə ilə Kürdüstandan Həmədana, sonra Qum üzərinə hərəkət edərək 

ora

dan da Kaşana daxil oldu. Səfəvi ordusunun yaxınlaşmasından xəbər tutan 



Əlqas Mirzə tələsik İsfəhana doğru hərəkət etdi. Bəhram Mirzənin və İbrahim 

xa

nın başçılığı altında olan Səfəvi ordusunun Kaşana çatdığını öyrənən Əlqas 



Mir

zə təqibçilərdən canını qurtarmaq üçün Farsa tərəf hərəkət etdi. Şiraz-İsfə-

han yo

lunda yerləşən Yezdxas qalasını ələ keçirən Əlqas Mirzə müdafiəçiləri 



qılıncdan keçirdikdən sonra Bəhbəhana, Dizfula daxil oldu. Oradan da Bayat 

qa

lasını keçərək Bağdadın hüdudlarına çatdı.



893

 

1549-



cu ildə Əlqas Mirzə ilə Sultan Süleymanın arası pozuldu. O, əvvəllər 

Həmədanda tutduğu Bəhram Mirzənin ailəsini Şah Təhmasibə qaytardı və Sultan 

leymanın tələbi ilə İstanbula qayıtmaqdan imtina etdi. Buna görə də Məhəm-



məd paşanın otuz minlik ordusu Əlqas Mirzənin üzərinə göndərildi. Osmanlı sul-

ta

nından xilas olmaq istəyən Əlqas Mirzə Surxab bəyin hakim olduğu Mərivan 



qa

lasına qaçdı. Bundan xəbər tutan Şah Təhmasib Bəhram Mirzəni iyirmi minlik 

qo

şunla  Surxabın  yanına  göndərdi.  Bəhram  Mirzə  Əlqası  Mərivan  qalasından 



gətirərək  Şah  Təhmasibə  təhvil  verdi.  Şah  Təhmasib  üsyankar  qardaşını  Qəh-

qəhə qalasına saldırdı və 1549-cu ildə Əlqas Mirzə zindanda öldürüldü.  

1550-

ci ildə Səfəvi şahı Şah Təhmasib Sultan Süleymana elçi göndərərək 



sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda Şah 

Təhmasib 1552-ci ildə osmanlı ərazilərinə daxil olaraq müdafiədən fəal hücum 

əməliyyatlarına  başladı.  Digər  tərəfdən  də  Ərzurum  hakimi  İsgəndər  paşanın 

başçılığı altında olan osmanlı ordusunun Səfəvilərin əlində olan Çuxursəəd vi-

la

yətinə  basqını,  Səfəvi  ordusunun  Osmanlı  torpaqlarına  soxulmasına  bəhanə 



ol

du. Eyni ildə Səfəvi ordusu Van, Qars, Vostan, Bitlis, Pasin, Muş və Ədilçə-

vazı  ələ  keçirdi.  Bu  məntəqələrdə  baş  verən  döyüşlərdə  çoxlu  sayda  türk  və 

kür


dü qılıncdan keçirən səfəvilər xeyli qənimətlə geri qayıtdılar.

894


 

Sonra Şah 

Təhmasib Ərzurum hakimi İsgəndər paşanı cəzalandırmaq üçün oğlu Şahzadə 

İsmayili Ərzuruma göndərdi. Ərzurum yaxınlığında baş verən döyüşdə İsgən-

dər paşanı məğlub edən Şahzadə İsmail Ərzurumu ələ keçirdi. Məşhur osmanlı 

əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sultanın qullar-

ağası Məhəmməd bəy, İsgəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi 

Xey


rəddin  bəy  və  bir  çox  başqaları  əsir  alındılar.

895


  1553-

cü  ildə  Naxçıvana 

qa

yıdan  Şah  Təhmasib  danışıqlar  aparmaq  üçün  əmir  Şəmsəddin  Dilcanini 



893

Təzkireyi şah Təhmasib, səh-622-628; Tarixi aləm arayi Abbasi, I cild, səh-71-75. 

894

 Əhsən ət-təvarix, səh-358-361. 



895

 Tarixi aləm aray-i Abbasi, səh-75-77; Əhsən ət-təvarix, səh-361-367. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə