Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə288/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   284   285   286   287   288   289   290   291   ...   314

  

589 


Sultan  Süleymanın  yanına  göndərdi.  Lakin  Sultan  Süleyman  Səfəvi 

hökmdarının  bu  təklifinə  rədd  cavabı  verdi.  Sultan  Süleyman  1554-cü  ildə 

sonuncu  dəfə  Azərbaycana  hücum  etdi,  ancaq  bu  dəfə  də  uğur  əldə  edə 

bilmədi.  Əhalinin  müqaviməti,  Qızılbaşların  ardıcıl  qələbələri  sultana 

Azərbaycanı ələ keçirməyə imkan vermədi. Nəhayət Sultan Süleyman öz elçisi 

Məhəmməd  paşanı  Şah  Təhmasibin  yanına  göndərərək  sülh  danışıqlarına 

başlamağa  razı  olduğunu  bildirdi  və  1555-ci  il  mayın  29-da Amasyada 

Osmanlılarla  Səfəvilər  (Azərbaycan)  arasında  sülh  müqaviləsi  bağlandı. 

Müqaviləyə  görə  şərqi  Anadolu,  İmeretiya,  Quriya,  Ərəb  İraqı  Osmanlıya, 

Kartli,  Kaxetya  və  Mesxiya  Azərbaycana  verildi.

896

 

Qərbi  Ermənistan 



O

smanlıların, Şərqi Ermənistan (indiki Ermənistan) isə Səfəvilərin hakimiyyəti 

altında  qaldı.  Bu  müqavilə  Səfəvi  hökmdarı  Şah  Təhmasibin  ölümünə  qədər 

davam etmişdir. 

46 il Osmanlı dövlətini idarə edən Sultan I Süleyman Qanuni 1566-cı ildə 

sonuncu 13-

cü səfəri olan Sigetvar səfərinə çıxdı. Lakin qalanın mühasirəsi da-

vam etdirilərkən Sultan Süleyman vəfat etsə də onun ölümündən qısa müddət 

sonra qala Osmanlılar tərəfindən fəth edilmişdir. 

 

II Səlimin hakimiyyəti (1566-1574) 

Sulta Süleyman Qanuninin ölü

mündən sonra onun qabiliyyətsiz oğlu II Sə-

lim Osmanlı sultanı elan edildi. Hakimiyyəti ələ keçirən II Səlim bütün dövlət 

işlərini baş vəzir Sokullu Məhməd paşaya buraxdı. II Səlimin dövründə Yəmən 

yenidən işğal olundu. 1568-1569-cu illərdə Misir donanması ilə Qurdoğlu Xızır 

Xeyrəddin  İndenoziya səfərinə çıxdı. 1569-cu ildə Şimali Sumatra, Sinqapur, 

Cənub-qərbi Malaziya Osmanlılara tabe edildi. 

 

Kiprin fəthi və Osmanlıların İnəbaxtı yaxınlığında məğlubiyyəti 

Məlum  olduğu  kimi  Kipr  ilk  dəfə  üçüncü  Raşidi  xəlifəsi  Osman  ibn  Əf-

vanın (644-656) xilafəti dövründə 653-cü ildə Abdullah ibn Səd ibn Sərəhin və 

Müa

viyə ibn Əbu Süfyanın başçılığı altında olan islam donanması tərəfindən 



fəth edilmişdir. Anadolu və Suriyaya yaxın olan bu ada Venediklərin əlində idi. 

Osmanlı taxtını ələ keçirən II Səlim baş vəzir Sokullunun etirazına baxma-

yaraq adanın fəthinə qərar verdi. Sultanın əmrinə əsasən Müəzzinzadə Əli pa-

şanın başçılığı altında olan donanma 1570-ci ildə adaya doğru hərəkət etdi. Bu 

səfər də uğur qazanan Əli paşa 1571-ci ildə adanı bütünlüklə ələ keçirdi. Kipri 

azad  etmək  istəyən  Avropalılar  Don  Juanın  başçılığı  altında  olan  donanmanı 

Os

manlıların  üzərinə  göndərdi.  İnəbaxtı  yaxınlığında  baş  verən  döyüşdə  Os-



manlı donanması, Avropa donanması tərəfindən məğlub edildi. Müəzzinzadə-

nin ölümü ilə nəticələnən bu döyüşdə Osmanlılar 190 gəmi itirdi. Lakin cinah-

896

 Tarixi aləm aray-i Abbasi, səh-87. 



  

                                                           




 

590 


lardan birinə rəhbərlik edən Uluç Əli paşa 40 gəmini qurtardığı üçün “Kapita-

ni-


dərya” ünvanını aldı. 

Bir  müddət  sonra  Əli  paşanın  başçılığı  ilə  yenidən  səfərə  çıxan  Osmanlı 

do

nanması Aralıq dənizində ispanları məğlub edərək öz güclərini göstərə bildi-



lər. Eyni vaxtda Tunis də Osmanlıların hakimiyyətini tanıdı. 

Ədirnədə Səlimiyyə camesini tikdirərək adını əbədiləşdirən Sultan II Səlim 

1574-

cü ildə 57 yaşında vəfat etmişdir. 



 

III Muradın hakimiyyəti (1574-1595) 

Sultan II Səlimin vəfatından sonra Manisada olan oğlu III Murad İstanbula 

gələrək Osmanlı taxtını ələ keçirdi. Sokullunu baş vəzir vəzifəsində saxlayan 

III  Murad  atasından fərqli olaraq onun müstəqil qərarlar verməsinin qarşısını 

al

dı. 


Əlcəzair bəylərbəyi Ramazan paşa vasitəsilə Mərakeş hakimi Əbdülməliki 

dəstəkləyən Osmanlılar, bunun əksinə olaraq özlərinə qarşı çıxan və köhnə sul-

tanı dəstəkləyən Portuqaliya kralı Sebastiyanın əmrindəki ordunu məğlub edə-

rək qırx min nəfəri əsir  götürdülər.  Bunun ardınca 1578-ci ildə Mərakeş Os-

man

lılara tabe edildi. 



Eyni ildə Səfəvilərin Şərqi Anadolu bəylərini öz tərəflərinə çəkməsi səbəb-

ilə iki tərəf  arasında  yenidən müharibə başladı.  Həmin vaxt Səfəvi hökmdarı 

Məhəmməd  Xudabəndə  (1578-1587)  idi.  Bu  müharibə  1578-ci  ildən  1590-cı 

ilə qədər davam etmişdir. Yalnız Səfəvi hökmdarı Şah Abbas (1587-1629) ha-

ki

miyyətə gəldikdən sonra iki tərəf arasında 1590-cı ildə İstanbul sülh müqavi-



ləsi bağlanmışdır. İki tərəf arasında bağlanan İstanbul sülhünə görə Azərbay-

can


dan əlavə, nəinki Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri-Nə-

ha

vənd,  Luristan,  Şəhrizur  Türkiyəyə  verildi.  Bundan  əlavə  Xorasanın  öz-



bəklərdə qalmasına razılıq verən I Şah Abbas səfərə çıxmadı. 

 

Osmanlı dövlətinin durğunluq dövrü və III Muradın vəfatı 

1579-

cu  ildə  baş  vəzir  Sokullu  Məhməd  paşanın  öldürülməsilə  Osmanlı 



döv

ləti, 1683-cü ildə baş verən II Vyana müharibəsinə qədər durğunluq dövrü-

nə qədəm qoydu. 

Eyni vaxtda davam edən Səfəvi-Osmanlı müharibəsində Mustafa Lələ pa-

şanın başçılığı altında olan Osmanlı ordusu 1578-ci ildə baş verən Çıldır müha-

ribəsində  Səfəviləri  məğlub  edərək  Tiflisi  ələ  keçirdi.  Bundan  beş  il  sonra 

1583-

cü ildə baş verən Məşəl döyüşündə Osman paşanın başçılığı altında olan 



Os

manlı  ordusu  Səfəviləri  məğlub  edərək  İrəvanı  ələ  keçirdi.  Bu  qələbədən 

sonra 1584-

cü ildə İstanbula qayıdan Osman paşa şəhərin sədrəzəmi təyin edil-

di.  Sonralar  cənub  cəbhəsinə  yollanan  Osman  paşa  Təbriz  yaxınlığında  vəfat 

et

di və 1585-ci ildə Diyarbəkirdə dəfn olundu. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə