Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə289/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   285   286   287   288   289   290   291   292   ...   314

  

591 


Osmanlı sultanı III Murad isə 1595-ci ildə 49 yaşında vəfat etmişdir. Onun 

dövrün


də Osmanlı dövlətinin sərhədləri daha da genişlənmişdir. 

 

III Məhmədin hakimiyyəti (1595-1603) 

III  Muradın  vəfatından  sonra  III  Məhməd  Osmanlı  sultanı  elan  olundu. 

1590-


cı  ildə  Avstriya-Almaniya  ilə  müqavilənin  yenilənməsinə  baxmayaraq 

1593-


cü ildə Bosniya valisi Telli Həsən paşanın Siska qalasını mühasirə etməsi 

əsnasında körpünün  yıxılması nəticəsində Həsən paşa və 18 min döyüşçünün 

həlak olması, Avstriya ilə Osmanlı dövləti arasında müharibənin yenidən başla-

ma

sına səbəb oldu. Bununla əlaqədar olaraq Avstriyaya səfər edən Sinan paşa 



uğur qazandı. Lakin məğlubiyyətlə barışmayan Avstriya, Əflaq və Boğdanlarla 

müt


təfiq olaraq üç istiqamətdən Osmanlı torpaqlarına hücum etdilər. III Məh-

mədin taxta çıxdığı il yəni 1595-ci ildə həmin müttəfiq ordular, hücuma keçə-

rək Esterqon və Vişiqradı ələ keçirdilər. 

Bununla  əlaqədar  olaraq  müəllimi  Səadəddinin  təkidi  ilə  1596-cı  ildə 

Avstri

ya səfərinə çıxan III Məhməd Əyri qalasını ələ keçirdi. Bu məğlubiyyə-



tin əvəzini çıxmaq istəyən Avstriya imperatorunun qardaşı böyük bir ordu ilə 

Os

manlıların üzərinə hərəkət etdi. Lakin Xaçova adlı məntəqədə baş verən dö-



yüşdə yenidən xristian ordusu məğlub oldu. Xaçova qələbəsinin ardınca Kanijə 

qa

lası da Osmanlıların əlinə keçdi və 1600-cü ildə qalanın müdafiəsi Tiryəki 



Həsən paşaya tapşırıldı. 

Məğlubiyyətlə barışmayan Avstriya imperatoru Osmanlılara zərbə vurmaq 

üçün iki böyük ordu hazırladı. Ordunun biri Belqrada, digəri isə Kanija qalasını 

dafiə edən Tiryəki Həsənin üzərinə göndərildi. İki ay səkkiz günlük mühasi-



rədən sonra 1601-ci ildə ani hücuma keçən Tiryəki Həsən Ferdinandın başçılığı 

al

tında olan xristian ordusunu məğlub edərək 10 top, 14 min tüfəng, 60 min ça-



dır və çoxlu ərzaq ələ keçirdi. Bu qələbədən sonra Tiryəki Həsənə vəzir rütbəsi 

ve

rildi. O, I Əhmədin hakimiyyəti dövründə Budində vəfat etmişdir. 



Osmanlı  sultanı  III  Məhməd  isə  1603-cü  ildə  vəfat  etmişdir.  Hakimiyyət 

uğrunda  apardığı mübarizədə 19 qardaşını və 16  yaşlı oğlu Mahmudu öldür-

müşdür. 

 

I Əhmədin hakimiyyəti (1603-1617) 

III Məhmədin ölümündən sonra hakimiyyətə gələn I Əhmədin dövrü daxili 

çəkişmələrlə keçmişdir. Avstriya-Osmanlı müharibəsi I Əhmədin dövründə də 

da

vam etmişdir. Lələ Məhməd Esterqonu geri almış və bundan sonra iki dövlət 



arasında davam edən on üç illik müharibə 1606-cı ildə bağlanan müqavilə ilə 

sona çatmışdır. 

1614-

cü  ildə  I  Əhməd  Malatyaya  səfər  etsə  də  şəhəri  ələ  keçirə  bilmə-



mişdir. 

1590-


cı ildə III Muradın hakimiyyəti dövründı bağlanan İstanbul müqavi-

ləsi ilə son qoyulan Osmanlı-Səfəvi müharibəsi 1603-cü ildə I Əhmədin haki-

  



 

592 


miy

yətə gəlməsilə yenidən başlandı. 9 il davam edən bu müharibənin sonunda 

iki tərəf arasında sülh imzalansa da, üç il keçmədən müharibə yenidən başlan-

dı. Nəhayət iki tərəf arasındakı müharibə 1618-ci ildə bağlanan Ərdəbil müqa-

viləsi ilə başa çatdı. Müqaviləyə əsasən Qafqazın bir hissəsi Səfəvilərə verildi. 

Osmanlıların iki cəbhədə Avstriya və Səfəvilərlə müharibə aparması nəti-

cəsində  mərkəzi  hakimiyyət  xeyli  zəifləmişdi.  Digər  tərəfdən  də  Anadoluda 

iqtisadi  vəziyyətin  pisləşməsi  daxili  üsyanların  meydana  çıxmasına  səbəb  ol-

muşdu. İlk üsyançılar Əbdülhəlim, qardaşı Dəli Həsən və Tavil Əhməd idi. Bu 

üs

yanları xeyli qan tökməklə yatıran Quyuçu Murad otuz min insanın həyatına 



son qoymuşdur. Tarixi mənbələrdə onun 65 min insanı öldürdüyü qeyd olunur. 

Öl

dürdüyü insanları quyuya doldurduğu üçün ona quyuçu ləqəbi verilmişdir. 



14 il hakimiyyətdə olan Osmanlı sultanı I Əhməd 1617-ci ildə 28 yaşında və-

fat etmişdir. Məşhur Sultan Əhməd camesini tikdirməklə adını əbədiləşdirmişdir. 

I  Əhmədin  ölümündən  sonra  Kösəm  Sultanın  təşviqi  ilə  ağıldankənar  

Mustafa (1617-1618) 

Osmanlı sultanı elan olundu. Lakin üç aylıq hakimiyyə-

tin

dən sonra taxtdan salındı və yerinə I Əhmədin oğlu Osman gətirildi. 



 

II Osmanın hakimiyyəti (1618-1622) 

Gənc olmasına baxmayaraq dərhal islahatlara başlayan II Osman, dövlət iş-

lərini yaxşı qavrasa da əsasən müəllimi Ömər əfəndi ilə anasının təsiri altında 

idi. 1621-

ci ildə Lehistan səfərinə çıxan II Osman, arxasında şahzadə buraxma-

maq üçün qardaşı Məhmədi edam etdirdi. Səkkiz aydan artıq davam edən Le-

his

tan səfərində Lehistan və Xorasan qalası yaxınlığında baş verən döyüş nəti-



cəsiz qaldı və iki tərəf arasında müqavilə imzalandı. Müqavilədən sonra İstan-

bul


dan həccə getmək istəyən II Osmanın əsas məqsədi dağılmış Yeniçəri ordu-

sun


u yeni bir ordu ilə əvəz etmək idi. Bundan xəbər tutan Yeniçərilər 1622-ci 

il

də üsyan edərək II Osmanı taxtdan salıb, onun yerinə I Mustafanı ikinci dəfə 



tax

ta gətirdilər. 

Yeddiqüllədə həbs edilən II Osman, I Mustafanın vəziri Davud paşanın əmri 

ilə  öldürüldü.  Bununla  əlaqədar  İstanbul  və  Anadolulada  üsyan  edən  şəxslər  II 

Osmanın qatillərini öldürdülər. 1622-ci ildə isə I Mustafa yenidən taxtdan salındı 

və onun yerinə I Əhmədin böyük oğlu IV Murad Osmanlı sultanı elan olundu. 



 

IV Muradın hakimiyyəti (1623-1640) 

11 yaşında hakimiyyətə gələn IV Murad, dövlət işlərini yaxşı idarə edə bil-

mədiyi üçün dövləti Kösəm Sultan idarə edirdi. IV Muradın hakimiyyətə gəl-

məsindən 9 il sonra 1632-ci ildə Rəcəb paşanın vəzirliyi dövründə Xusrəv pa-

şanın ölümü ilə əlaqədar olaraq yenidən üsyan edən yeniçərilər bir çox şəxsi öl-

dür


məklə yanaşı Sultanın da taxtdan salınmasını istədilər. Lakin IV Murad üs-

yan başçılarını bir-bir aradan götürməklə yeniçəri üsyanına son qoydu. 

Dövlət işlərini yoluna qoyan IV Murad, Süleyman Qanunidən sonra ilk Os-

man


lı sultanı olaraq 1635-ci ildə böyük bir ordu ilə səfərə çıxdı. Sultanın bu sə-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə