Şahlar şahbaz oğlu şƏRİfov


lan dıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə29/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   25   26   27   28   29   30   31   32   ...   314

  

59 


lan

dıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə 

bir yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər 

vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər! Haram aylar çıxınca müş-

rikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün 

yollarını-keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat ver-

sələr, onları sərbəst buraxın. Həqiqətən, Allah bağışlayandır, rəhm edən-

dir! Əgər  müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki,  Allah 

kəlamını  dinləsin.  Sonra  onu  əmin-amanlıq  içərisində  olacağı  yerinə çat-

dır. Çünki onlar haqqı bilməyən bir tayfadır! Məscidul-həramın yanında 

(Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni Zəmirə və Kənanə qə-

bilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında 

necə əhdi ola bilər? Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla 

doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər! Necə ola bilər 

ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə bir əhdə əməl edərlər? Onlar 

ürəkləri  istəmədikləri  halda,  sözdə  sizi  razı  salmağa  çalışarlar.  Onların 

əksəriyyəti fasiqdirlər! Onlar Allahın ayələrini ucuz qiymətə satdılar, son-

ra da insanları Onun yolundan döndərdilər. Həqiqətən, onların gördükləri 

iş necə də pisdir! Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə 

əməl edərlər. Onlar həddi aşanlardır!” 

9. Hz.

Əlinin (ə) iştirakı ilə Teyy müharibəsi: 

Hz.


Peyğəmbər (s) Hz.Əlini (ə) 150 nəfərlik dəstə ilə Teyy qəbiləsinə gön-

dərir ki, onların ibadət etdiyi Fəls adlı bütü sındırsın. Bütxanaya səhər tezdən 

cum edən Hz.Əli (ə) bütxananı dağıdıb bütü sındırır, müqavimət göstərən bir 



neçə şəxsi də götürüb Mədinəyə qayıdır. 

 

Hicrətin onuncu ili baş verən hadisələr (miladi 632) 



1. 

Vida həcci: 

Hz.


Peyğəmbər (s) həcc əməlini yerinə yetirmək üçün hicrətin onuncu ilin-

də 125 min nəfərlik səhabə ilə Məkkəyə doğru hərəkət etdi. Hz.Peyğəmbər (s) 

Məkkədə həcc əməllərini yerinə yetirdikdən sonra camaata xitab edərək Alla-

hın birliyini, özünün Allahın rəsulu olduğunu, cənnət və cəhənnəmin, axirətin 

haqq old

uğunu  bildirdi.  Eyni  zamanda  riba  və  sələmin  böyük  günah  olduğu 

açıqlandı. 

2. 

Usamə bin Zeydin böyük bir ordu ilə Bizansa qarşı göndərilməsi. 



3. 

Hicrətin  onuncu  və  ya  on  birinci  ili  səfər  ayının  28-də  cümə  günü 

Hz.Pey

ğəmbər (s) rehlət etdi. Müqəddəs məzarı Mədinədədir. 



  

Vəhylər 

Vəhy sözünün hərfi mənası “gizli səs”, “gizli danışıq”, “gizli işarə”, “pıçıl-

tı” və “ilham” deməkdir. Uca Allahın seçdiyi peyğəmbərlərinə vəhy dörd yolla 

nazil olur: 

  



 

60 


1) Sadiq röya (yuxu) – 

yəni Allah istədiyi hər bir şeyi düzgün bir yuxu ilə 

pey

ğəmbərlərinə bildirir. 



2) 

İlham  yolu ilə – yəni Allahın istədiyi şeyləri vasitəsiz olaraq peyğəm-

bərlərinə çatdırmasıdır. 

3) 


Pərdə (hicab) arxasından gələn vəhy – yəni arada heç bir vasitə olmadan 

və söyləyəni görmədən Allah kəlamının eşidilməsidir. 

4) 

Elçi  (mələk)  vasitəsilə  gələn  vəhy  –  yəni  Allahın  istədiyi  hər  bir  şeyi 



vəhy mələyi olan Hz.Cəbraillə peyğəmbərlərinə çatdırması. 

Bəqərə surəsinin son iki ayəsi istisna olmaqla Qurani-Kərim Hz.Peyğəm-

bərə (s) Allahın əmri ilə vəhy mələyi Cəbrail vasitəsilə nazil olmuşdur. Bu son 

iki ayə meracda Hz.Peyğəmbərə (s) bilavasitə Allah tərəfindən vəhy edilmişdir. 

M

ələyin əsas vəzifəsi Allahın əmrlərini peyğəmbərlərə olduğu kimi çatdırmaq, 



on

ları  oxutduraraq  öyrətmək  və  əzbərlətməkdir.  Hz.Cəbrail  tərəfindən  pey-

ğəmbərlərə çatdırılan vəhy heç vaxt unudulmur və sonra peyğəmbərlər həmin 

əmrləri öz ümmətlərinə təbliğ edirlər. Beləliklə, peyğəmbərlər Allahla insanlar 

arasında elçi olduqları kimi, mələk də Allahla peyğəmbərlər arasında elçidir. 

 

Qurani-



Kərim 

Quran sözünün mənası “oxumaq”, “tələffüz etmək”, daha doğrusu, Allah-

dan Hz.

Peyğəmbərə (s) nazil olan sözlərin oxunması, tələffüz edilməsi demək-



dir.  Qurana,  həmçinin  Zikr  (xəbərdarlıq,  xatırlatmaq),  Furqan  (haqla  batili 

ayırd edən), Müshəf (səhifələnmiş kitab) və s. də deyilir. 

Qurani-

Kərim  digər  səmavi  kitablardan  fərqli  olaraq  bəzən  ayə-ayə,  bə-



zəndə  surələr  halında  hissə-hissə  nazil  olaraq  iyirmi  üç  ilə  tamamlanmışdır. 

Ayələrin nazil olmasına səbəb olan sual və hadisələrə “səbəbi-nüzul” deyilir. 

Qurani-

Kərim 114 surə, 6206 yaxud 6236 ayədən və 77934 sözdən ibarətdir. 



Quranın ən uzun surəsi Bəqərə 286 ayədən, ən qısa surəsi Kövsər isə 3 ayədən 

iba


rətdir.  Əhli-sünnəyə  görə  Quranın  son  nazil  olan  ayəsi  Bəqərə  surəsinin 

281-


ci  ayəsidir.  Ayədə  deyilir: 

“Allaha  tərəf  qaytarılacağınız  gündən  qor-

xun! Sonra da hər kəsə gördüyü əməlin əvəzi veriləcək və onlara (heç bir) 

haq

sızlıq edilməyəcəkdir!” Əhli-şiəyə görə isə Quranın son nazil olan ayəsi 

isə Maidə surəsinin 3-cü ayəsidir. Ayədə deyilir: “Bu gün dininizi sizin üçün 



ka

mil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq islamı bə-

yənib seçdim.” 

Qurani-


Kərimin  ayələri  nazil  olduqca  Hz.Peyğəmbər  (s)  vəhy  katiblərini 

yanına çağırır, ayələrin hansı surədə yazılacağını göstərirdi. Nazil olan ayələri 

əshabi-kiram (Peyğəmbərin yaxın adamları) oxuyur və bir çoxunu əzbərləyir-

dilər. 


Qurani-

Kərim Hz.Peyğəmbərin (s) sağlığında onun göstərişi ilə Hz.Əli (ə) 

tərəfindən toplanaraq kitab halına salınmışdır. Quranın Peyğəmbərin  (s) döv-

rün


də yazılıb kitab formasına salınmasına dair birinci dəlil “Əl-Bəyan” təfsiri-

nin müəllifi seyid Əbulqasim Xoyinin sözüdür. O yazır: “Təbərani və İbn Əsa-




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə