Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə290/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   286   287   288   289   290   291   292   293   ...   314

  

593 


f

ərə çıxmaqdan əsas məqsədi, Anadoludan keçərkən dövlətə qarşı üsyan edən 

tün üsyançı dəstələri məhv etmək olmuşdur. 



Üsyanların yatırılmasından sonra İrəvana gələn Osmanlı ordusu qalanı tez-

lik


lə ələ keçirdi. Sultanın geri qayıtması və əlavə ordunun göndərilməməsi ilə 

əlaqədar olaraq 1636-cı ildə İrəvan Osmanlılardan geri alındı. 

1638-

ci ildə Bağdada səfər edən IV Murad, qırx günlük mühasirədən sonra 



şəhəri ələ keçirə bildi. Bağdad uğrunda gedən döyüşlərdə baş vəzir Təyyar paşa 

öldürüldü. 

IV Muradın hakimiyyəti dövründə baş verən önəmli hadisələrdən biri də Sə-

fəvilərlə  Osmanlılar  arasında  1639-cu  ildə  bağlanan  Qəsri-Şirin  sülh  müqavi-

ləsidir. Bu mqavilə nəticəsində Qars, Axıska, Van və Şəhrizor Osmanlılara veril-

mişdir. Qəsri-Şirin müqaviləsinin bağlanmasından sonra Səfəvilərlə Osmanlılar 

arasında davam edən 16 illik (1623-1639) müharibəyə son qoyulmuşdur. 

İrəvan və Bağdad fatehi adı ilə tarixdə qalan IV Murad, 1640-cı ildə 29 ya-

şında olarkən vəfat etdi və I Əhmədin türbəsində dəfn edildi. 

 



İbrahimin hakimiyyəti (1640-1648) 

IV Muradın vəfatından sonra padşah nəslinin sağ qalan yeganə nümayən-

dəsi I İbrahim Osmanlı sultanı elan edildi. Bundan sonrakı Osmanlı sultanları 

onun nəslindən gəlmişdir. Onun sultan elan olunması Yeniçərilərə və Kösəm 

Sul

tana sərf edirdi. Dövləti müstəqil surətdə idarə edən baş vəzir Qara Mustafa 



pa

şa rüşvətə qarşı mübarizə apardığı üçün 1644-cü ildə öldürüldü. Onun ölü-

mün

dən sonra vəzir təyin edilən Sultanzadə Məhməd paşa  I  İbrahimin bütün 



istəklərini yerinə  yetirir, ona hədiyyələr verərək onu mədh edirdi. Sultanzadə 

Məhməd paşanın həyata keçirdiyi islahatlar nəticəsində Osmanlı dövləti üç əsr 

ger

i düşmüşdür. 



Həddən artıq əsəbi bir insan olan I İbrahim hakimiyyəti dövründə heç bir 

səbəb olmadan bir çox şəxsiyyətləri edam etdirmişdir. Ölkədə israf son həddə 

çat

dığı  üçün  dövlət  xəzinəsi  boşalmışdı.  Baş  verən  bu  hadisələr  müqabilində 



1648-

ci ildə I İbrahim taxtdan endirilərək öldürüldü və yerinə oğlu IV Məhməd 

gətirildi. 

 

IV Məhmədin hakimiyyəti (1648-1687) 

IV Məhmədin hakimiyyətə gəlişindən sonra dövlətin daha da zəifləməsi İs-

tan


bul xalqının üsyan etməsinə səbəb oldu. Bundan əlavə IV Məhmədin anası 

Xədicənin  dövlət  işlərinə  qarışmasından  narahat  olan  Kösəm  Sultan,  onu 

taxtdan endirməyə qərar verdi. Bundan xəbərdar olan Xədicə, 1651-ci ildə sa-

ray nümayəndələri ilə əlbir olaraq Kösəm Sultanı öldürdü. Kösəm Sultanın ölü-

mündən sonra Ocaq ağaları üsyan etsələr də, üsyan tezliklə yatırıldı və üsyan-

çıların  əksəriyyəti  edam  olundu.  Kösəm  Sultanın  öldürülməsindən  sonra bir 

çox vəzirləri sınaqdan keçirən Xədicə sultan sonda 1656-cı ildə Körpülü Məh-

məd paşanı vəzir təyin etdi.  

  



 

594 


Bu  hadisələrlə  eyni  vaxtda  Avropadan  köməkçi  dəstə  alan  Hüseyn  paşa 

Qrit döyüşünü davam etdirirdi. Qritin bir çox yerlərini ələ keçirən Hüseyn pa-

şa, iki kilsəni məscidə çevirmiş, əhaliyə dini azadlıq verərək, orada böyük nü-

fuz  qazanmışdır.  Onun  qazandığı  uğurlardan  narahat  olan  Körpülü  Məhməd 

pa

şa 1658-ci ildə sui-qəsd təşkil edərək onu aradan götürdü.  



1654-

cü  ildə  Çanaqqala  yaxınlığında  baş  verən  döyüşdə  Venediklər  Os-

manlılar tərəfindən məğlub edilmişdir. Bundan iki il sonra Egey dənizində fırtı-

na

ya düşən Osmanlı donanması məhv olmuşdur. 



Edel  və  Lehistan  məsələlərini  də  həll  edən  Körpülü  Məhməd  Anadoluya 

doğru hərəkət etdi. Lakin onun islahatları ilə barışmayan Anadolunun bəylərbə-

yi və sancaqbəyiləri ona qarşı üsyan etdilər. Anadolunu üsyanını xeyli qan tök-

məklə yatıran vəzir, üsyan başçılarını edam etdirdi. 

Quyuçu Muraddan sonra Anadoluda ən çox insan öldürən Körpülü Məh-

məd paşa 1661-ci ildə vəfat etdi. Tarixi mənbələrdə onun 36 min adam öldür-

yü qeyd olunur. Onun ölümündən sonra vəsiyyətinə əsasən oğlu Körpülüza-



də Fazil Əhməd paşa vəzir təyin edildi. Bu şəxs 1661-ci ildən 1676-cı ilə qədər 

Os

manlı dövlətində vəzirlik etmişdir. 



I  Əhmədin  hakimiyyəti  dövründə  Osmanlılarla  Avstriyalılar  arasında 

1605-


ci ildə bağlanmış Zitvatoruq müqaviləsindən 56 il keçmişdi. Avstriyanın 

ye

nidən müharibəyə hazırlaşmasından xəbər tutan Fazil Əhməd paşa, 120 min 



nəfərlik ordu ilə səfərə çıxdı. Bu səfərdə 37 günlük mühasirədən sonra Uyvar 

qa

lasını  ələ  keçirən  Osmanlı  ordusu,  Avropanın  mərkəzinə  doğru  irəlilədi.



897

 

Qışı Belqradda keçən baş vəzir, Avstruyalıların inşa etdirdiyi yeni qalanı tuta-



raq dağıtdı. Bunu etməkdə Körpülüzadənin əsas məqsədi Yanıqqalanı ələ keçi-

rərək Vyananı nəzarət altına almaq idi. Lakin Raab çayını keçərkən körpünün 

sınması  nəticəsində  on  min  əsgərini  itirən  Körpülüzadə,  1667-ci  ildə  Vasvar 

qaviləsini imzalayaraq geri dönmək məcburiyyətində qaldı. Sülhə görə ələ 



ke

çirilən ərazilər Osmanlılarda qalmalı və Avstriya 200 min qızıl florin verməli 

idi.

898


 

  

Qrit müharibəsinin sona çatması 

1645-

ci  ildən  davam  edən  Qrit  müharibəsinə  də  Fazil  Əhməd  paşa  son 



qoy

muşdur. Bütün hazırlıqlarını tamamlayan Körpülüzadə, 1666-cı ildə bütün 

Av

ropanın dəstək olduğu Qritə səfər etdi. 1667-ci ildə buranın mərkəzi Qan-



diy

yəni  mühasirəyə  alan  Körpülüzadə,  qalanı  1669-cu  ilə  qədər  mühasirədə 

sax

lasa da ələ keçirə bilmədi. Qala müdafiəçisi Morosininin sülh təklif etməsi 



nəticəsində iki tərəf arasında müqavilə imzalandı. Bununla da Qandiyyə qalası 

türk


lərin əlinə keçdi. Nəhayət bu müqavilə nəticəsində iki tərəf arasında 25 il-

897


 Məhmət Raşid, Tarixi-Raşid, I cild, səh-41-48. 

898


Məhmət Xalifə, Tarixi-Gilmani, səh-158-191; Silahdar Məhmət Ağa, Tarixi-Silahdar, I cild, 

səh-235. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə