Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə292/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   288   289   290   291   292   293   294   295   ...   314

  

597 


ra qar

şı üsyana təşviq etmək istəyirdi. Lakin Prut çayı sahilində baş verən dö-

yüşdə  məğlub  olan  ruslan  Osmanlılara  sülh  təklif  etdi.  Müqaviləyə  əsasən 

Azak qa


lası türklərə təslim ediləcək,  yeni tikilən qalalar söküləcək və Krıma 

illik ver

gi veriləcəkdi. Buna baxmayaraq mühasirədən azad olan Rus çarı mü-

qavi


lənin heç bir maddəsini əməl etmədi. 

Avstriyanın İspaniyaya qarşı müharibə aparmasından istifadə edən Osman-

lılar 1714-cü ildə Venedikə qarşı müharibə elan etdi. 1715-ci ildə qurudan və 

dənizdən hücuma keçən Osmanlılar Venediki ələ keçirdilər. Buna cavab olaraq 

Ve

nedikdə itirdiyi əraziləri geri qaytarmaq istəyən Avstriyalılar dərhal mübari-



zəyə başladılar. 1715-ci ildə Tameşvar, 1716-cı ildə isə Şahzadə Ojen Osmanlı 

or

dusunu  məğlub  edərək  Belqradı  ələ  keçirdi.  1718-ci  ildə  iki  tərəf  arasında 



bağlanan Pasarovça müqaviləsinə əsasən Əflaq, Tameşrav və Samandıra Avs-

triyaya verildi. 

1718-

ci ildən 1730-cu ilə qədər olan dövr Osmanlı tarixində 



“Lalə dövrü” 

ad

lanır. Bu dövrdə cəmiyyət əyləncəyə daha çox meylli olmuşdur. Sultan  III 



Əhmədin qızının əri və vəziri olan İbrahim paşa müharibələrdən xoşlanmayan, 

əyləncəyə həvəskar bir şəxs idi. Onun şeirə, sənətə və musiqiyə xüsusi rəğbəti 

var  idi.  Elmi  söhbətlərdən  xoşlanan  İbrahim  paşa,  milli  kitabxanaya  dəyərli 

əsərlər gətirtmişdir. Ayninin 24 cildlik tarix əsərini tərcümə etdirmişdir. Doğul-

duğu kənddə iki came, bir mədrəsə, imarət, məktəb, bir neçə bulaq və bunlara 

aid vəqflər qurdurmuşdur. İstanbulda isə Darul-hədis mədrəsəsi və kitabxana, 

dərs otaqları və hamam tikdirmişdir. Bunlardan əlavə 1725-ci ildə İznikdən us-

talar gətirərək İstanbulda çini qablar istehsal edən fabrik inşa etdirmişdir. 

III Əhmədin və İbrahim paşanın əyləncəyə meylli olmasından istifadə edən 

İngiltərə, Rusiya və Fransa erməniləri türklərə qarşı qaldıraraq Türkiyənin altı 

böl

gəsini (Sivas, Ərzurum, Bitlis, Van, Diyarbəkr, Elazı) ələ keçirərək böyük 



er

mənistan qurmaq istəyirdilər. Onlar bu məqsədlərinə çatmaq üçün qadın və 

uşaqları belə öldürməkdən çəkinmirdilər. 

 

Səfəvilərlə müharibə və III Əhmədin taxtdan salınması 

Səfəvilərin zəifləməsindən istifadə edən Əfqan Uveysi Səfəvilərə aid olan 

bəzi torpaqları ələ keçirmişdi. Bundan əlavə 1722-ci ildə Dağıstan da Səfəvi-

lərdən ayrılaraq Osmanlılara tabe olmuşdur. Bu qarışıqlıqdan istifadə edən Os-

man

lılar 1723-cü ildə Səfəvilərə qarşı müharibəyə başladılar. Bu müharibə nə-



ti

cəsində Tiflis, Qori, Cənubi Azərbaycan, Luristan, Kirmanşah, Həmadan Os-

man

lıların əlinə keçdi. İranın böyük hissəsini əlində saxlayan Nadir şah Əfşar 



Os

manlılara qarşı mübarizəyə başlayaraq 1730-cu ildə Nəhavənd, Həmadan və 

Kir

manşahı Osmanlılardan geri aldı. Bu uğursuzluqdan sonra İstanbulda siyasi 



böh

ran başladı və İbrahim paşanın düşmənləri olan yeniçərilərin üsyanı başla-

dı. 

Üsyanın səbəblərindən biri də yeniçərilərdən ümidini kəsən İbrahim paşa-



nın, Fransadan yeni ordu gətirərək təlimlərə başlaması idi. Yeniçərilərə Patron 

  



 

598 


Xəlil başçılıq edirdi. Qırxa yaxın dövlət nümayəndəsinin başını istəyən üsyan-

çılar, bəzi yerlərin təyinlərini də dəyişdilər. Qısa vaxt ərzində İbrahim paşanın 

ba

şı  üsyançılara  göndərildi.  Lakin  bununlada  kifayətlənməyən  üsyançılar  III 



Əhmədin taxtdan salınmasını tələb etdilər. Buna əsasən III Əhməd 1730-cu il-

də hakimiyyəti qardaşı II Mustafanın oğlu I Mahmuda buraxdı. 

 

I Mahmudun hakimiyyəti (1730-1754) 

I Mahmudun hakimiyyətə gəlməsilə üsyan daha da geniş vüsət aldı. İstan-

bul qazisi Divanə İbrahim əfəndinin fətvasına əsasən üsyançılar 120-yə yaxın 

köşkün  yandırılmasını  tələb  etdilər.  Üsyançıların  qarşısında  aciz  qalan  sultan 

on

ların istəyi ilə razılaşdı. Lakin bununlada kifayətlənməyən üsyançılar dövlət 



işlərinə müdaxilə etməyə başladılar. Bütün bu hadisələrdən sonra sultan I Mah-

mud


un əmrinə əsasən Patron Xəlil, Muslu Beşə, Çinar Əhməd, Qarailan, Əmr 

Əli başda olmaqla 18 üsyançı öldürüldü və yeniçəri üsyanı yatırıldı.  

Bu üsyanın yatırılmasından sonra səfərə çıxan Osmanlı ordusu Nadir şahın 

al

dığı  Urmiya,  Kirmanşah  və  Həmədanı  geri  qaytardı.  1732-ci  ildə  bağlanan 



qaviləyə əsasən Araz çayı iki tərəf arasında sərhəd elan olundu. Bundan bir 

il sonra Bağdadı mühasirəyə alan Nadir şah, xeyli itki versə də şəhəri ələ keçirə 

bil


mədi. Lakin sonralar Nadir şahın itirdiyi əraziləri geri qaytarmasından nara-

hat olan Osmanlılar ona sülh təklif etdilər. Nəticə 1737-ci ildə Qəsri-Şirin mü-

qa

viləsi əsas alınaraq iki tərəf arasında yeni bir müqavilə imzalandı. 



1736-

cı ildə iki tərəfdən hücuma keçən ruslar Azakı ələ keçirərək Krıma 

da

xil oldular. Bir çox əraziləri talan edən ruslar, Bağçasaraydakı kitabxanaları 



da yandırdılar. Lakin Osmanlı ordusunun gəlişindən xəbər tutan ruslar geri çə-

kil


di. Digər tərəfdən Osmanlı ilə ruslar arasında sülhə nail olacağı vədi ilə Os-

man


lıların başını qatan Avstriya, onlarla birləşərək Vidin, Niş, Əflaq və Bosni-

ya  tərəfdən  hücuma  keçdilər.  Nişi  müqavimətsiz  ələ  keçirən  Avstriya  ordusu 

Osmanlı sərkərdəsi Həkimoğlu Əli paşa tərəfindən Bosniya yaxınlığında məğ-

lub edildi. Nəticədə iki tərəf arasında Belqrad sülh müqaviləsi imzalandı. Bu-

nun ardınca 1739-cu ildə Fransız elçilərinin vasitəsilə Rusiya ilə Avstriya ara-

sında müqavilə imzalandı. 

İyirmi dörd il Osmanlı dövlətini idarə edən Sultan I Mahmud 1754-cü ildə 

vəfat etmişdir. 

 

I

II Osmanın hakimiyyəti (1754-1757) 

III Osmanın hakimiyyət dövrünü demək olar ki, İstanbulda baş verən yan-

ğınlar əhatə etmişdir. 1755-ci ildə baş verən yanğın nəticəsində şəhərin 2/3-si 

yan


mışdır. 1756-cı ildə baş verən yanğında isə iki min ev, min dükan, iki yüz 

məscid,  yetmiş  hamam  və  bir  çox  insan  da  tələf  olmuşdu.  İnşası  I  Mahmud 

döv

ründə tamamlanan came III Osmanın dövründə Nuri-Osmaniyyə adı ilə is-



ti

fadəyə verilmişdir. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə