Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə293/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   289   290   291   292   293   294   295   296   ...   314

  

599 


Hakimiyyəti dövründə nəzərə çarpacaq hər hansı bir xarici hadisə baş ver-

məyən  və  həyatını  sarayda  keçirən  iyirmi  beşinci  Osmanlı  sultanı  III  Osman 

1757-

ci ildə vəfat etmişdir. 



III Mustafanın hakimiyyəti (1757-1774) 

Hakimiyyətə  ələ  keçirən  III  Mustafa  dərhal  İstanbulda  olan  Baron  De 

Totun vasitəsilə toplar düzəltməklə yanaşı yeni gəmilər də inşa etdirdi. Onun 

döv


ründə Avropada Avstriya, Fransa və Lehistan durğunluq dövrünü keçirirdi. 

Bun


lardan fərqli olaraq hökmdarı II Yekatirina olan Rusiya isə inkişaf etməkdə 

idi. 


1739-

cu  ildə  bağlanan  müqaviləyə  əsasən  Ruslar  Osmanlılara  müharibə 

elan etməsə də, öz düşmənçiliklərini davam etdirirdilər. Gürcüstanda Ortodoks-

ların üsyanından istifadə edən Ruslar Osmanlı ərazilərinə təcavüz etdilər. Bu-

nun

la əlaqədar olaraq 1768-ci ildə Osmanlılar Ruslarla müharibə etmək məc-



bu

riyyətində qaldılar. 1769-cu ildə baş verən döyüşdə Osmanlıları məğlub edən 

Rus

lar Hotin qalasını ələ keçirdilər. Bunun ardınca Tunanın şimalında olan bü-



tün əraziləri ələ keçirən Ruslar 1771-ci ildə 90 min nəfərlik ordu ilə Krımıda 

ələ keçirdilər. Bununlada Krımda Osmanlıların 296 illik hakimiyyətinə son qo-

yuldu. (Krım 1475-ci ildə Sultan Fateh tərəfindən ələ keçirilmişdir). 

1773-


cü ildə misirlilər Rusların təşviqi ilə Osmanlılara qarşı üsyan etsələr 

də, bu üsyan tezliklə yatırıldı. Baş verən bu hadisələrin sonunda Rusiya ilə Os-

manlı arasında Kiçik Qaynarça müqaviləsi imzalandı. Müqaviləyə əsasən Krım 

Os

manlılardan ayrılaraq müstəqillik əldə etdi və bundan əlavə Osmanlı dövləti 



üç il ərzində Rusiyaya 750 min axça hərbi təzminat verməli oldu. 

Bu müqavilədən qısa müddət sonra 1774-cü ildə III Mustafa vəfat etmişdir. 



 

I Əbdülhəmidin hakimiyyəti (1774-1789) 

Kiçik Qaynarça müqaviləsindən sonra Osmanlıların zəifləməsindən istifa-

də edən Kərim xan 1776-cı ildə Bəsrəni ələ keçirsə də, üç il sonra Bəsrə geri 

alındı. Digər tərəfdən 1780-ci ildə əlbir olan Rusiya ilə Fransa Osmanlı dövləti-

ni bölüşdürmək barədə razılıq əldə etdilər. Rusiyanın Krımı yenidən işğal et-

məsinə göz yuman Osmanlılar, Krım ətrafı əraziləri də Ruslara vermək məcbu-

riy

yətində qaldılar. Avstriya ilə Rusiya Osmanlı dövlətini parçalamaq üçün ra-



zılığa gələrkən, İsveç və Prussiya da Osmanlıları Krımı geri almağa çağırırdı. 

La

kin Osmanlı dövləti döyüşə hazır deyildi. 



Dövlətin  zəifləməsindən  istifadə  edən  Avstriya  Osmanlılara  müharibə 

elan et


sə də, bu müharibədə məğlub oldu. Digər tərəfdən hücuma keçən Rus-

lar Yaş qəsəbəsini ələ keçirdilər. Buna cavab olaraq Qazi Hüseynin başçılığı 

altında olan Osmanlı donanması Qaradənizdə rus donanmasını məğlub etdi. 

Lakin məğlubiyyətlə barışmayan ruslar Özi qalasını mühasirəyə alaraq Həmid 

seyn paşanı məğlub edib qalanı ələ keçirdilər. Sonda İsveçlə müqavilə im-



zala

yan  Osmanlılar,  rus  donanmasının  Aralıq  dənizinə  girməsinin  qarşısını 

aldılar. 

  



 

600 


Özi qalasının işğalından sonra xəstələnən sultan I Əbdülhəmid 1789-cu il-

də 65 yaşında vəfat etdi. 

 

III Səlimin hakimiyyəti (1789-1808) 

III  Səlimin  hakimiyyəti  dövründə  Osmanlıların  zəifləməsindən  istifadə 

edən Ruslar Bəndər qalasını da ələ keçirdilər. Avstriyada öz növbəsində iyirmi 

günlük mühasi

rədən sonra 1789-cu ildə Belqradı ələ keçirdi. Rusiya və Avs-

triyanın güclənməsini istəməyən Prussiya Osmanlılarla müqavilə imzaladıqdan 

sonra Avstriya da türklərlə müqavilə imzalamaq məcburiyyətində qaldı. Prussi-

yanın müdaxiləsi ilə iki tərəf arasında köhnə sərhədlər qalmaq şərtilə əlli illik 

Ziştove müqaviləsi imzalandı. Rus orduları isə Kili və Tuna qalaları ilə yanaşı 

bir çox yer

ləri ələ keçirərək qətliamlar törətdilər. 

Osmanlı dövlətinin bu məğlubiyyətlərindən sonra islahatlar aparmaq istəyən 

dövlət adamları Fransadan kömək almaq qərarına gəldilər. Bu arada İtaliya cəb-

həsində  qələbələr  qazanan  Napaleon  Bonapart  1798-ci  ildə  İsgəndəriyyə  lima-

nına gələrək Misiri işğal etdi. Misirin ardınca Suriyanı da ələ keçirmək istəyər-

kən  Akka  yaxınlığında  məğlub  olaraq  əvvəlcə  Misirə,  oradan  da  Fransaya  qa-

yıtdı. Buna baxmayaraq Osmanlı ordusunu məğlub edən Fransa Maltanı ələ ke-

çirdi. Lakin sonradan iki dövlət arasında yenidən dostluq münasibətləri yarandı. 

Ölkə daxilində islahatlara başlayan III Səlim Nizami-Cədidi qurdurdu. Bu 

ida


rənin qurulması ilə ölkə avropalaşmağa başlayırdı. Alimlərin çoxu o cümlə-

dən  dini  liderlər,  Nizami-Cədidin  yəni  avropalaşmağın  əleyhinə  idi.  Bununla 

əlaqədar olaraq ölkəni üsyanlar bürüdü. Üsyançılara Qabaqçı Mustafa başçılıq 

edirdi. Di

gər tərəfdən bu üsyanı vəliəhd Şahzadə Mustafa və şeyxülislam Topal 

Ataullah da dəstəkləyirdi. Baş verən üsyanların yatırılmasını istəyən III Səlim 

Nizami-

Cədidin ləğv olunduğunu elan etdi. Bununlada sakitləşməyən üsyançı-



la

rın istəyi ilə şeyxülislam Ataullah əfəndinin fətvası əsasında 1808-ci ildə III 

Səlim taxtdan endirildi. 

 

IV Mustafanın hakimiyyəti (1808-1809) 

Osmanlı sultanı olan IV Mustafa dərhal ordudakı yeniçəriləri və Nizami-

Cədidə bağlı olanları öldürməyə başladı. Onun zülmündən amanda qalmaq is-

təyənlər Ələmdar Mustafa paşanın yanına qaçaraq ona sığındılar. Bununla əla-

qədar  olaraq  ruslara  qarşı  apardığı  müharibələrdə  şöhrət  qazanan  Ələmdar 

Mus

tafa paşa, İstanbula gələrək Qabaqçı Mustafanın üsyanını yatırdı. 



Ələmdar Mustafa paşanın yenidən III Səlimi hakimiyyətə gətirmək istədi-

yini öyrənən IV Mustafa dərhal əmisini edam etdirərək, qardaşı II Mahmudun 

da öldürülməsinə göstəriş verdi. 

Baş  verən  hadisədən  xəbər  tutan  Ələmdar  Mustafa  paşa  1809-cu  ildə  IV 

Mus

tafanı taxtdan endirərək yerinə II Mahmudu gətirdi. 



 

II Mahmudun hakimiyyəti (1809-1839) 




Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə