Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə296/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   292   293   294   295   296   297   298   299   ...   314

  

605 


rışan II Bəyazid, məşhur qızılbaş şahına qarşı çıxmaqla Kiçik Asiyada yaşayan 

çox


saylı şiə əhalisini öz əleyhinə qaldıracağından qorxurdu. Bu səbəbdən o, qı-

zılbaşlar  əleyhinə  sərt  siyasət  yürütməyin  tərəfdarı  olan  yaxın  ətrafının  və 

Trab

zon valisi olan oğlu Şahzadə Sultan Səlimin mövqeyi ilə hesablaşmırdı. 



İlk  vaxtlar  Ağqoyunlu  şahzadələri  Əlvənd  Mirzə,  Qasım  bəy  və  Murad 

Mir


zəni qızılbaşlar əleyhinə birləşməyə çağıran II Bəyazid sonradan Ağqoyun-

lu dövlətinin artıq mövcud olmamağı faktı ilə barışmalı oldu və Səfəvilərlə dip-

lo

matik münasibətlər qurmaq təşəbbüsü ilə çıxış etdi. 910 (1504-1505)-cu ilin 



qışında  Sultan  Bəyazid  Məhəmməd  Çavuş  Balabanın  başçılıq  etdiyi  elçi  he-

yətini bəxşiş və ərməğanlarla Şah İsmayılın yanına göndərdi. İsfahanda yeni ti-

kil

miş “Nəqşi-Cahan” sarayında təntənəli qəbul mərasimi düzənləyən 17 yaşlı 



İsmail bununla öz dövlətinin əzəmətini Osmanlı elçilərinə nümayiş etdirdi. 

Məhəmməd Çavuş Balaban özü ilə II Bəyazidin iki məktubunu gətirmişdi. 

Məktubların  birində  Osmanlı  sultanı  Səfəvi  şahını  Ağqoyunlu  Murad  Mirzə 

üzərində  qazandığı  qələbə  münasibətilə  təbrik  edir,  digərində  isə  onu  İslam 

dün

yasında təfriqə salmamağa, sünniləri təqib etməməyə çağırır, dövlət idarə-



çi

liyi  ilə  bağlı  gənc  İsmayıla  bəzi  tövsiyələr  verirdi.  Məktubunda  İsmayıla 

“Əmir” kimi müraciət edən II Bəyazid ona “möhtərəm oğul”, “ali məqamlı öv-

lad” deyə xitab edirdi. Osmanlı sultanının gənc Səfəvi şahına nəsihətlər vermə-

si

ni təqdir edən O.Əfəndiyev Sultan Bəyazidin buna mənəvi haqqının çatdığını 



susi vurğulayır: “Çünki bu sırada Sultan Bəyazid 57 yaşında olub, 23 ildir 

Os

manlı imperatorluğunu yönəltməkdə idi. 14 yaşında taxta çıxan Şah İsmayı-



lın isə dövlət idarəsi haqqında, əlbəttə, heç bir təcrübəsi yox idi”. 

Sultan II 

Bəyazid Səfəvilərlə ən azı müharibə etməmək siyasətinə hakimiy-

yətinin  sonunadək  sadiq  qaldı.  Məhəmməd  Çavuş  Balabanın  missiyasından 

son

ra iki dövlət arasında elçi mübadiləsi və məktublaşma prosesi başladı. La-



kin bu dostluq zahiri xarakter daşıyır, Azərbaycan və İranda sünnilərin, Ana-

dolu


da qızılbaşların təqib edilməsi davam edirdi. 

Bu iki türk dövləti arasında diplomatik münasibətlər qurulduqdan bir neçə 

il sonra Şərqi Anadoludakı Ağqoyunlu torpaqlarına göz dikən Maraş və Əlbis-

tan  hakimi  Əlaüddövlə  Zülqədəroğluna  (1479-1515)  qarşı  yürüşə  hazırlaşan 

Şah İsmail Sultan II Bəyazidə məktub göndərdi. O, yürüş üçün Ərzincan-Ərzu-

rum yolunu seçdiyini, Əlaüddövlənin ölkəsinə basqın etmək üçün Osmanlı tor-

paqlarından  keçmək  məcburiyyətində  qaldığını  bildirdi  və  II  Bəyazidə  onun 

ha

kimiyyəti altında olan ərazilərə daxil olacağı konkret tarixi (12 rəbi-üs-sani 



913 / 21 avqust 1507) göstərdi. Üstəlik, İsmail qızılbaş ordusuna Osmanlı tə-

b

əələrinə  heç  bir  ziyan  vurmamaq  və  qorxaraq  ev-eşiyini  tərk  edənlərin  geri 



qay

tarılması barədə göstəriş verdiyini onun nəzərinə çatdırdı. 

Şah İsmayılın bu yürüş zamanı Diyarbəkiri Səfəvilər dövlətinə birləşdirmə-

sini O.Əfəndiyev çox önəmli hadisə kimi qiymətləndirir: “Babası Uzun Həsə-

nin  vətəni  Diyarbəkirin  Qızılbaş  dövlətinin  hakimiyyəti  altına  girməsi  çox 

önəmli idi. Çünki İsmail özünü Ağqoyunlu dövlətinin qanuni varisi sayırdı”. 

  



 

606 


Şah İsmail Zülqədər bəyliyinə yürüş zamanı Osmanlı torpaqlarından keçər-

kən  Sultan  II  Bəyazidə  verdiyi  sözə  sadiq  qalmış,  qızılbaşların  qorxusundan 

yurd-

yuvasını  tərk  edənləri  geri  dönməyə  çağırmış,  yerli  əhalinin  satmaq  is-



tədiyi malların alınmasına göstəriş vermişdi. O, şəxsən aldığı malların pulunu 

ödəmiş, Osmanlı təbəələrindən aldığı əşyaların pulunu verməyən bir qızılbaşı 

dərhal edam etdirmişdi. Onun bu cür davranışı Səfəvi-Osmanlı münasibətlərin-

də yeni gərginliyin yaranmasının qarşısını almış, Bəyazid onu qızılbaşlara qarşı 

cuma təhrik edən yaxın ətrafının və oğlu Şahzadə Sultan Səlimin fikirlərini 



növ

bəti dəfə rədd etmişdi. Lakin həm Osmanlı sultanının, həm də Səfəvi şahı-

nın cəhdlərinə rəğmən, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru 

gedirdi. 

914 (1508)-

cü ildə Trabzon valisi Şahzadə Sultan Səlim Səfəvilərin vassalı 

olan Gürcüstana yürüş edərək, oranı qarət etdi. “Bədayə-ül-vəqayə” (“Heyrəta-

miz ha


disələr”) əsərinin müəllifi Qoca Hüseynin yazdığına görə, bu dövrdə II 

Bəyazidin xəstəliyindən  istifadə edən vəzirlər əhaliyə zülm etməyə başlamış-

dılar. Məhz bu səbəbdən “Anadolunun bəzi yerlərində, Rum və Qaraman səmt-

lərində olanlar bir-bir Əcəmə (Səfəvilərə – C.C.) məktublar göndərib” kömək 

is

təyirdilər.  Bunun  qarşısını  almaq  istəyən  Şahzadə  Səlim  qoşun  toplayaraq 



Gür

cüstana yürüş etdi. Onun bu hərəkəti Şah İsmayılın hiddətinə səbəb olsa da, 

Səfəvi şahı Osmanlı dövləti ilə hərbi münaqişəyə yol verməmək üçün Sultan 

Səlimdən “şikayət etmək və padşaha təminati-dostanəsini bildirmək məmuniy-

yətiylə”  İstanbula  elçi  heyəti  göndərdi.  Qızılbaş  elçilərini  qəbul  edən  Sultan 

Bəyazid Səlimə “əmri-ali göndərib buyurdular ki, ancaq öz sancağını mühafi-

zəyə məşğul olub ziyadəyə təcavüz etməsin”. 

Ancaq Sultan Səlim atasının sözünü saya salmayaraq, bir müddət sonra Sə-

fəvilərlə növbəti sərhəd münaqişəsinə girdi. Bu dəfə o, Ərzincan şəhərini hədəf 

seçdi. “Bədayə-ül-vəqayə” müəllifi yazır ki, Trabzon valisi Səlim 913 (1509)-

cü ildə hücum edərək, Şah İsmayılın nəzarətində olan Ərzincanı tutdu. Lakin 

Sultan II 

Bəyazid  oğluna  şərq  vilayətlərinə  həmsərhəd  ərazilərə  hücumlara 

razılıq  vermədiyini  bildirərək,  Səlimin  Səfəvilər  dövlətinə  təcavüzlərinə  mü-

vəqqəti də olsa, ara verdi. Qoca Hüseyn qeyd edir ki, Səlim kimi təhlükəli bir 

rəqiblə üzləşdiyini görən Şah İsmail II Bəyazidə elçi göndərib “dil-ağız eylədi” 

və onunla sülh bağladı. O.Əfəndiyev bu xüsusda daha inandırıcı məlumat ve-

rərək yazır ki, Sultan Səlim Ərzincanı zəbt etdikdən sonra Sultan Bəyazid elçi-

lərini dərhal Təbrizə göndərərək, savaş çıxmasına əngəl oldu. F.Kırzıoğlu isə 

qeyd edir ki, Sultan Səlim zəbt etdiyi Ərzincanı və başqa yerləri atasının göstə-

rişi ilə qızılbaşlara geri qaytarmalı oldu. 

Səfəvi-Osmanlı,  daha  dəqiqi,  Sultan  Səlim-Şah  İsmail  münasibətlərinin 

gərginləşməsində Anadoluda baş verən Şahqulu üsyanı böyük rol oynadı. Təkə 

vi

layətindən  başlayan  üsyana  Təkəlu  tayfasından  Şahqulu  adlı  bir  şəxs  rəh-



bərlik edirdi. Onun atası Həsən Xəlifə Şah İsmayılın atası Şeyx Heydərin mü-

rid


lərindən olmuşdu. “Bədayə-ül-vəqayə” müəllifinin yazdığına görə, Şahqulu 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə