Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə297/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   293   294   295   296   297   298   299   300   ...   314

  

607 


Sultan 

Bəyazidin xəstəliyi və şahzadələr arasında hakimiyyət uğrunda başlayan 

barizə nəticəsində Osmanlı dövlətində meydana gələn hərc-mərclikdən isti-



fa

də edərək üsyana başladı, özünə tərəfdar topladıqdan sonra “kəndusini qızıl-

baş şahına mənsub göstərib və namını Şahqulu qoyub xüruc eylədi”. 

917-


ci ilin Aşura günündə (19 aprel 1511-ci ildə) Şahzadə Sultan Qorqu-

dun  xəzinəsini  ələ  keçirməklə  üsyana  başlayan  Şahqulu  qısa  müddət  ərzində 

qazan

dığı zəfərlərlə tərəfdarlarının sayını artırdı. Hətta Sultan Bəyazidin xəstə-



li

yindən istifadə edərək ölkədə rüşvətxorluğa rəvac verən vəzirlərin özbaşına-

lığından bezən minlərlə Osmanlı əsgəri də üsyançılara qoşuldu. Görünür, məhz 

bu

nun  nəticəsi  idi  ki,  Şahqulu  əvvəlcə  Anadolu  bəylərbəyi  Qaragöz  Paşanın, 



da

ha sonra isə II Bəyazidin vəziri Əli Paşanın başçılıq etdiyi Osmanlı ordusunu 

ağır məğlubiyyətə uğratdı, onların özlərini isə öldürə bildi. Lakin 917-ci il rəbi-

ül-


axır  ayında  (2  iyul  1511-ci  ildə)  Gökçay  adlı  yerdə  Əli  Paşanın  başsız 

qalmış ordusu ilə baş verən döyüşdə Şahqulunun özü də öldürüldü. 

 

Şahqulunun ölümündən sonra başsız qalan üsyançıların bir qismi Azərbay-



ca

na üz tutdu. Həmin vaxt İraqda olan Şah İsmail bu xəbəri eşitdikdə, təcili ola-

raq Azərbaycana qayıtdı. Yolboyu qarət və soyğunçuluqla məşğul olan Şahqulu 

tərəfdarları qarşılaşdıqları böyük bir karvanı qarət etdilər, bu karvanla yola çıxan 

min  nəfərə  yaxın  adamı  qətlə  yetirdilər.  Qoca  Hüseynin  yazdığına  görə,  öl-

dürülənlər arasında dövrünün böyük şeyxlərindən “Ənbiyanamə” əsərinin müəl-

lifi İbrahim Şəbüstəri də vardı. Üsyançılar oğlu ilə Həccə gedən Şeyx İbrahim 

Şəbüstərini işgəncə ilə öldürmüşdülər. Bu hadisə Səfəvi şahının səbrini daşırdı. 

 

Osmanlı mənbələrində verilən məlumata görə, Şah İsmail Təbrizə çatan üs-



yançılara qarşı hiylə işlədərək, onların şərəfinə ziyafət hazırladı. Onun məqsədi 

Şahqulu tərəfdarlarını arxayınlaşdırmaq və bir yerə toplaşmalarına imkan vermə-

dən parçalamaq idi. Lakin qəfildən şah bu tədbirinə aldanan üsyançıların Şahqu-

lu tərəfindən sərdar təyin olunan başçısını sorğu-suala tutdu, ondan “babam Sul-

tan 

Bəyazid xanın saye-ye himayətində bunca zaman rifah içində olmuş ikən ni-



yə itaətdən çıxıb xüruc etdin?”, “məmləkətini yaxıb-yıxmaq nə lazım idi?”, “bi-

zimlə Sultan Bəyazid xan arasında babalıq və oğulluq riayəti məlumun idi?” de-

yə soruşdu. Daha sonra üsyançıları müsəlmanların karvanını soymaqda və ica-

zəsiz  qızılbaş  tacı  qoymaqda  ittiham  edən  Şah  İsmayıl,  Osmanlı  mənbələrinin 

ver

diyi məlumata görə, onların sərdarlarını və vəzirlərini qaynar qazana atdırdı, 



bir hissəsini qətlə yetirdi, bəyəndiklərinə isə vəzifə verdi. 

 

Yuxarıda  qeyd  etdik  ki,  “Bədayə-ül-vəqayə”  müəllifi  Şahqulunun  özünü 



“qızılbaş şahına mənsub” göstərdiyini vurğulamış, dolayısı ilə onun niyyətini 

şübhə  altına  almışdır.  Şah  İsmayılın  Şahqulu  tərəfdarlarını  “babam  Sultan 

Bəyazid xana” qarşı üsyan qaldırmaqda ittiham etməsi və onları cəzalandırması 

haqda Tür

kiyə mənbələrində əksini tapan məlumatlar deməyə əsas verir ki, bu 

dövr


də II Bəyazid kimi, Səfəvi şahı da Osmanlılarla münasibətləri kəskinləş-

dir


məkdə qətiyyən maraqlı deyildi. Hətta Trabzon valisi Sultan Səlimlə Diyar-

bəkir hakimi Məhəmməd xan Ustaclu arasında tez-tez baş verən sərhəd müna-

  



 

608 


qi

şələri  də  iki  böyük  hökmdarı  müharibəyə  başlamağa  təhrik  edə  bilmirdi. 

O.Əfəndiyev haqlı olaraq qeyd edir ki, bu iki türk dövlətlərinin münasibətləri 

cid


di siyasi və məzhəb fərqlərinə rəğmən, bu dönəmdə barış ortamında davam 

et

mişdi. 



Bununla belə, iki ölkə  arasındakı münasibətlər  gərginləşməkdə idi. Bunu 

Şahqulu üsyanından sonra Sultan II Bəyazidin Şah İsmayıla yazdığı məktub da 

but  edirdi.  “Öz  təzə  məzhəbini  qəbul  etdirmək  üçün  müsəlmanların  qanını 



tök

mə!” nəsihəti ilə başlayan məktub bu sözlərlə bitirdi: “Rum ölkələrini istila 

et

məkdən  ümidinizi  kəsin  və  yaxşısı  budur  ki,  İran,  Turan  və  Hindistan  tay-



falarının hökmdarlarının vücudunu məhv etməyə ciddi-cəhd göstərib o yerlərdə 

qüd


rətli bir səltənət yaradın və bundan elə rəftar etməyin ki, Allah yolunda ci-

had  etməklə  və  Allah  kəlamını  yüksəklərə  ucaltmaqla  məşğul  olan  Osmanlı-

ların qaziləri naçar olub intiqam qılıncını qınından çıxarmağa məcbur olsunlar, 

İrana  üz  tutsunlar  və  onu  əvvəlkindən  daha  artıq  viran  etsinlər.  Bizdən  fəqət 

de

məkdir, vəssalam!”. Fikrimizcə, bu məktub qızılbaş sərkərdəsi Nurəli Xəlifə-



nin 20 minlik qoşunla Osmanlı ərazilərinə soxularaq əvvəlcə Qarahisar və Nik-

sar qalalarını, daha sonra isə Toqatı tutmasından və Şahzadə Sultan Əhmədin 

vəziri Sinan Paşanın başçılıq etdiyi qoşunu məğlub etməsindən sonra göndəril-

mişdir (Qeyd edək ki, F.Kırzıoğlu səhvən Nurəli Xəlifənin Anadoluya Sultan 

Səlim taxta çıxdıqdan sonra göndərildiyini yazır). Məktubun üslubundan da gö-

rünür ki, Sultan 

Bəyazid Səfəvilərin onun başçılıq etdiyi dövlətin hansısa ərazi-

si

nə  təcavüzündən  narazı  qalmışdı.  Başqa  sözlə,  təcavüz  baş  verməsəydi,  II 



Bəyazid Şah İsmayılı təcavüzdən əl çəkməyə çağırmazdı. Bu da onu düşünmə-

yə əsas verir ki, Səfəvi şahı Sultan Bəyazidin hakimiyyətinin sonuna yaxın Os-

man

lı dövləti ilə olan əski barışçı siyasətini dəyişdirmiş, ancaq Osmanlı sultanı 



əvvəlki siyasətini qoruyub saxlamışdı. 

Hicri 918-

ci il səfər ayının 7-də (24 aprel 1512-ci ildə) atası II Bəyazidi de-

vi

rən Sultan Səlimin (1512-1520) taxt-taca yiyələnməsi ilə Osmanlı-Səfəvi mü-



na

sibətlərində yeni mərhələ başladı. Sultan Səlim atasının Səfəvilərə qarşı siya-

sətini büsbütün dəyişdi və müharibə yolunu tutdu. 

 

Osmanlı imperiyasında massonluq 

Ümumiyyətlə,  istər  Osmanlı  İmperiyası,  istərsə  də  Türkiyə  Respublikası 

döv


ründə massonluğun fəaliyyəti haqqında aparılmış tədqiqatlara və araşdırma-

la

ra  istinad  edərək  Türkiyədəki  massonların  fəaliyyət  tarixini  5  dövrə  bölmək 



olar: 

1.XVIII əsrin əvvəlləri-1909-cu il; 

2.1909-1923-

cü illər;  

3.1923-1935-

ci illər;  

4.1935-1948-

ci illər;  

5.1948-

ci ildən bu günə kimi.  




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə