Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə299/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   295   296   297   298   299   300   301   302   ...   314

  

611 


xin

də çox mühüm bir yeri vardır. Osmanlı imperiyasını daxildən və xaricdən 

yıxmaq üçün  işbirliyi  qurmuş  qeyri-müsəlmanlar  və  bunların  toruna  düşmüş 

Os

manlı dövlətinin vətəndaşı olan bəzi müsəlmanlar (buraya imperiyanın əsas 



mil

ləti sayılan bəzi vətən xaini olan türklər də daxildir) da ya bu lojaların üzvü 

ol

muşdurlar,  ya  da  bu  lojaların  təlimatlarına  uyğun  fəaliyyət  göstərmişdilər. 



Ya

rıdəli olan vəliəhd Murad əfəndi də bu lojada masson olmuşdur. Massonlar 

və xüsusilə də ingilis massonları onun massonluğundan öz hesablarına böyük 

mənfəətlər gözləyirdilər. Hələ 1867-ci ildə Sultan I Əbdüləziz Avropaya etdiyi 

səyahət zamanı vəliəhd Murad əfəndi də onunla bərabər Avropada olmuşdur. 

Bu za


man Murad əfəndi Londonda o zaman İngiltərə vəliəhdi şahzadə Edvard-

la da gö


rüşüb tanış olmuşdur. Edvard bu zamanlar Şotlandiya Böyük Lojasının 

usta


dı idi. Bu şəxs Murad əfəndiyə massonluqla bağlı ilk təkliflərini o zaman 

et

mişdir.  Hələ  Murad  əfəndiyə  Avropaya  getməmişdən  əvvəl  Namiq  Kamal, 



Ziya Pa

şa və Kapilyon adlı bir erməni tərəfindən də massonluğa qoşulmaq tək-

lif olun

muşdur. Türkiyəyə qayıdan Murad əfəndi bir müddətdən sonra Edvard-

dan  bir  məktub  alır.  İngilis  şahzadəsi  məktubunda  aşağıdakıları  yazmışdır: 

«Bura

dakı görüşümüz zamanı sizə gizli bir əhəmiyyətdən bəhs etmişdim. Mən 

bu əhəmiyyət haqqında bəzi məlumatları vermiş və hətta sizdən də bu əhəmiy-

yətə daxil olmağınızı xahiş etmişdim. O zaman yalnız bir tövsiyədən ibarət olan 

bu  təklifimi  indi  sizə  yenə  də  tövsiyə  edirəm.  Bu  barədə  sizə  müraciət  edilə-

cəkdir. Rədd etməməyinizi xahiş edirəm”. Bu məktubdan qısa bir müddətdən 

sonra Mu


rad əfəndinin yanına loja ustadı gələrək Böyük Lojadan aldığı məktu-

bu gös


tərir və ona xüsusi bir mərasimlə 18-ci dərəcənin veriləcəyini söyləyir. 

Əvvəldən  hər  növ  təkliflərlə  bu  vəziyyətə  öyrədilmiş  olan  vəliəhd  Murad 

əfəndi bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirir. Ona verilən dəvətdən 

bir neçə gün sonra Murad əfəndi Beşikdaş Sarayının tənha bir otağında ətrafı 

qeyri-mü

səlman dörd massonla dövrələnmiş olduğu halda massonluğa rəsmən 

qəbul edilmiş  oldu.  Kim  olmuşdur  bu  qeyri-müsəlman  massonlar? Bunlar  – 

loja ustadı Kleanti İskaliyeri və massonlardan Kiritli d-r. masson Volonaki, d-r. 

Yakis və Eyamonda Eşamelos qardaşları olmuşdur. Məhz bu qeyri-müsəlman-

lar Böyük Türk-

İslam dövlətinin vəliəhdinin döşünə haşiyə və önlük taxdılar 

(massonluq sim

volları  və  rəmzləri).  Bu  barədə  bir  iddia  da  var  ki,  vəliəhdin 

masson


luğa qəbul edilməsi mərasimi şair Ziya paşa tərəfindən hazırlanmışdır. 

Bu  iddianı  masson  şair  Ziya  paşanın  nəvəsi  ustad  massonlardan olan doktor 

Fəxrəddin İşıq irəli sürmüşdür. Torpaqları dünyanın üç qitəsinə  yayılmış Os-

manlı imperiyası sarayının o günlərdə necə xəyanətlərlə əhatə olunmuş olduğu-

nu başqa heç bir misal bu qədər gözəl anlada bilməz. Padşahlığa hazırlanan bir 

türk vəliəhdi daxili və xarici düşmənlərin işbirliyi ilə o dövrdə tam bir xəyanət 

şəbəkəsi halında çalışan massonluğa daxil edilir və ilk başlanğıcda 18-ci dərəcə 

verilir. Ancaq nəinki Türk dünyasının, həm də İslam aləminin ən böyük şəxsiy-

yətlərindən  sayılan Sultan  II  Əbdülhəmidin  hakimiyyətə  gəlişi  müəyyən  bir 

dövr bu xəyanətlərin qarşısının alınmasına imkan yaradır. 

  



 

612 


O  dövrlərdə  qeyri-müsəlmanlar  tərəfindən  yaradılmış  bu  masson  lojaları 

Türk dünyasının o zamankı məşhur şəxslərindən olan Böyük Rəşid paşanı (o, 

əvvəl Londonda səfir, sonra sədriəzəm olmuşdur. İngiltərənin İstanbuldakı səfi-

ri  olan  Lord  Radinqin  Qalata  ətrafında  qurduğu  masson  lojasının  üzvü  idi), 

Fuad Pa

şanı (fransızların İstanbulun Bəyoğlu deyilən yerində qurduqları mas-



son  loja

sının üzvü), Midhət paşanı (ingilislər Midhət paşaya daha çox diqqət 

yetirmiş və ondan böyük faydalar ummuşdular. Bu paşa öz hərəkətləri ilə döv-

lətə çox böyük ziyan vurmuşdur. Ancaq Sultan II Əbdülhəmidin sayıqlığı nəti-

cəsində  onun  bu  zərərli  fəaliyyətinin  qarşısı  alınmış  və  sürgünə  göndəril-

mişdir), Əhməd Vefik Paşanı, Namiq Kamalı, şairlərdən Ziya Paşa və Şinasini 

də cəlb edə bilmişdilər. 

İstanbulda çoxlu masson lojalarının açılmasına baxmayaraq İngiltərə, Fran-

sa, İtaliya və Yunanıstan massonları daha çox Selanikdə fəaliyyət göstərməyə 

üs

tünlük verirdilər. O dövrlərdə Osmanlı dövlətinə qarşı qeyri-müsəlmanların 



xain əməllərinin planları Selanikdə cızılırdı. Bunu hiss edən Sultan II Əbdülhə-

mid  Selanikdəki  massonlara  qarşı  müəyyən  tədbirlər  həyata  keçirərkən  onlar 

İstanbula sığınmışdılar. Sarayın təzyiqi və gördüyü tədbirlər nəticəsində İstan-

bulda da masson

luq fəaliyyətləri iflic vəziyyətinə salınmışdır. Ancaq, Rumeli 

və Makedoniyada, xüsusilə Selanik və ətrafında masson lojaları qızğın fəaliy-

yətdə idilər. Sarayın İstanbuldakı nəzarəti Selanik, Kosova və Manastır vilayət-

lərində o qədərdə güclü deyildi, çünki burada güclü əcnəbi nəzarəti var idi. 

Avropa dövlətləri və Rusiya tərəfindən həmişə (XIX əsrin axırı—XX əsrin 

əvvəlləri) hərbi, siyasi və iqtisadi təzyiqlərə, təcavüzlərə məruz qalan Osmanlı 

döv

ləti  özünü  qorumağa  çalışdığı  bir  vaxtda  bu  masson  əfəndilər  xarici  düş-



mənlərlə  işbirliyi  yaradaraq  birgə  fəaliyyət  göstərmişdilər.  Bu  bölgədə  açılan 

lojalar


dan  «Makedoniya»,  «Makedoniya  Rizorta»  və  «Veritas»  Türkiyə  əley-

hinə o qədər qatı fəaliyyət göstərirdi ki, bəzi Türk massonları onların bu işlə-

rin

dən  bağlı  olduqları  Böyük  lojalara  şikayət  etmək  məcburiyyətində  olmuş-



dular. Bütün bu lo

jalar Yunan Komitəçilərinin nəzarəti və əmrləri ilə fəaliyyət 

gös

tərirdi. Bunlardan Afina Böyük Lojasına bağlı «Makedoniya» lojasının us-



tadı bir yunan idi. Bu Lojaya Osmanlı dövlətinin o zamankı maliyyə naziri Re-

şid Ərər də daxil olmuşdur. Bu zaman qarşıya belə bir sual çıxır. Ustadı yunan 

özü  isə  Afina Böyük Lojasına  bağlı  olan  bir  loja  mənsubu  nazir  Rəşid  Ərər 

hansı fəaliyyəti ilə dövlətin hər zaman məruz qaldığı maliyyə böhranlarını ara-

dan qal

dırmağa çalışar? Bildiyimiz kimi, Yunanıstan bütün tarix boyu həmişə 



Os

manlı dövlətinin həm hərbi, həm də iqtisadi qüdrətini sarsıtmağa çalışmışdır. 

Ha

mıya aydındır ki, maliyyə iqtisadiyyatın şah damarıdır. Buradan bizə hər şey 



aydın olur, yeni mənsub olduğu lojanın ustadı yunan olan və daima onun əmri 

ilə işləyən maliyyə nazirindən Osmanlı dövləti üçün bir əməli iş gözləmək sa-

dəlövhlük olar. 

Masson


ların əleyhinə ilk və ciddi təqib, təzyiq Sultan II Əbdülhəmid xan 

döv


ründə  edilmişdir.  Bu  zaman  İstanbuldakı  masson  dərnəklərinin  hamısı  və 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə