Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə30/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   26   27   28   29   30   31   32   33   ...   314

  

61 


kir Şəbinin belə nəql etdiyini deyir: “Peyğəmbərin dövründə altı nəfər Quranı 

yığıb kitab halına saldı: Ubeyy ibn Kəb, Zeyd ibn Sabit, Muaz ibn Cəbəl, Əbu 

Dərda,  Səd  ibn  Ubeyd  və  Əbu  Zəyd.”  Qutadə  rəvayət  edir  ki,  Ənəs  ibn 

Malikdən  Peyğəmbərin  dövründə  kimlərin  Quranın  bir  yerə  yığdığını  soruş-

dular. O dedi: “Hamısı ənsardan olan dörd nəfər: Ubeyy ibn Kəb, Zeyd ibn Sa-

bit, Əbu Zeyd və Muaz ibn Cəbəl.” 

Bəzi mənbələrə görə Hz.Peyğəmbərin (s) vəfatından sonra Qurani-Kərimin 

va

hid  bir  kitab  şəklində  tərtibinə  ilk  dəfə  Yəmamədə  baş  verən  bir  döyüşdə 



Allah kəlamını əzbər bilən yetmişə qədər əshabə şəhid olduqdan sonra, Ömər 

ibn Xəttabın təşəbbüsü ilə Əbu Bəkrin xəlifəliyi zamanında başlanmış, sonra 

bu iş Osman ibn Əfvanın xəlifəliyi dövründə davam etdirilmişdir. Xəlifə Əbu 

Bəkr bu işi Hz.Peyğəmbərin (s) əsas vəhy katiblərindən olan Zeyd ibn Sabit ol-

maq

la,  Quranı  əzbər  bilən  bir  neçə  səhabəyə  tapşırmışdı.  Onlar  Hz.Peyğəm-



bərin (s) dövründə dəri, sümük, daş və xurma ağacınınm qabıqları üzərində ya-

zılmış, həmçinin bir çox səhabənin yaddaşına həkk olunmuş ayələrin hər birini 

Allah  kəlamını  əzbər  bilən  iki  mötəbər  şəxsin  şahidliyi  ilə  qeydə  aldıqdan 

sonra 


bunları  cild  halına  saldılar.  Tərtib  edilmiş  nüsxə  əvvəlcə  Əbu  Bəkrin, 

sonra isə Ömərin yanında saxlanıldı. Ömər vəfat edərkən həmin nüsxənin qızı 

Həfsədə qalmasını vəsiyyət etmişdi. 

Xəlifə Osmanı yenidən bu işə sövq edən hadisə isə belə olmuşdur. Hüzeyfə 

ibn əl-Yəman hicrətin 35-ci ilində suriyalı və iraqlı əsgərlərdən ibarət ordu ilə 

Azərbaycanda  döyüşən  zaman  şamlılar  Ubeyy  ibn  Kəbin,  kufəlilər  Abdullah 

ibn Məsudun, bəsrəlilər isə Əbu Musa Əl-Əşərinin tərtib etdiyi Quranı oxuyur 

və  hərə  öz  oxuduğu  nüsxənin  düz  olduğunu  iddia  edirdi.  Mədinəyə  qayıdan 

zeyfə Azərbaycanda  baş verən hadisələri Osmana çatdırdı.  Buna  görə Os-



man Hz.

Peyğəmbərin (s) yanında katiblik edən məşhur səhabələri bir yerə yı-

ğıb Əbu Bəkrin dövründə tərtib edilmiş Quranı onlara vermiş, oradakı ayələri 

ye

nidən nəzərdən keçirib dəqiq düzəlişlərlə vahid bir mətn tərtib etməyi tapşır-



mışdı. Qısa müddət sonra Zeyd ibn Sabitin başçılığı altında olan heyət Quranın 

vahid mətnini tərtib etdi. Xəlifə Osman həmin mətni dörd, yaxud altı nüsxədə 

yazdırıb, birini Mədinədə saxladı, digərlərini Şam, Kufə və Bəsrəyə göndərdi. 

Əvvəlki nüsxələr isə yandırıldı. 

Qurani-

Kərimin surələri nazil olduğu məkana görə iki yerə bölünür: 



1) 

Məkki surələr – Quranın təxminən 90 surəsi Məkkədə nazil olmuşdur. 

“Yə eyyuhənnas” (ey insanlar) ifadəsilə başlayan surələr Məkki surələr adlanır. 

Məkkədə nazil olan surələr nisbətin qısadır. Bu surələrdə Allahın birliyindən, 

cənnət və cəhənnəmdən, qiyamət günündən və olülərin dirilməsindən bəhs edi-

lir. Məkki surələr özlüyündə üç mərhələyə ayırılır: 

1) 

Birinci Məkkə dövrü (48 surə) – Burada, əsasən, Allahın vəhdaniyyətin-



dən, qiyamət günündən, ölülərin dirilməsindən bəhs edilir. Ulu tanrı çox vaxt 

Allah,  Rəbb  deyə  adlanır.  Həmin  surələrdə  fəsahət  və  bəlağət  güclü,  onların 

dili şairanədir. 

  



 

62 


2) 

İkinci Məkkə dövrü (21 surə) – Bu surələrdə də təkallahlılıqdan, qiya-

mətdən geniş bəhs olunur. 

3) 


Üçüncü Məkkə dövrü (21 surə) – Bu dövrdə ayrı-ayrı peyğəmbərlərin 

he

kayətləri mühüm yer tutur və surələrin həcmi getdikcə artır.  



2) 

Mədəni surələr – Quranın 24 surəsi Mədinədə nazil olmuşdur. “Yə ey-

yuhəlləzinə əmən” (ey iman edənlər) ifadəsilə başlayan surələrə Mədəni surələr 

de

yilir. Bu surələrdə ayrı-ayrı firqələrə, o cümlədən nadir hallarda bütpərəstlərə 



və  xaçpərəstlərə  də  müraciət  olunur,  xaçpərəstlərin  bəzi  ehkamlarına  etiraz 

edil


sə də, onlara dost mövqedən yanaşılır. Yəhudilərə və Mədinədəki münafiq-

lərə isə tez-tez etiraz edilir. Mədinə surələri müsəlman icmasının bir çox dini, 

quqi və əxlaqi ehkamlarını özündə ehtiva etdiyinə görə burada rəsmi üslub 



üs

tünlük təşkil edir. 

Qurani-

Kərimdə hökmü qalxan ayəyə “mənsux”, o ayənin hökmünü qaldı-



ran ayəyə isə “nasix” deyilir. 

Qurani-


Kərimin ayələri başa düşülmə baxımından iki yerə bölünür: 

1)  Mö


hkəm ayələr – yəni oxunub əksəriyyət tərəfindən başa düşülən ayə-

lərə deyilir. 

2) 

Mütəşabih ayələr – yəni oxunub əksəriyyət tərəfindən başa düşülməyən 



ayələrə deyilir. 

Qurani-


Kərimin surələri ayələrinin çoxluğuna görə dörd yerə bölünür: 

1) 


Əssəbi-əttüvəl – Bu surələrin ayələrinin sayı iki yüzdən yuxarıdır və bu 

surələr yeddidir: Bəqərə, Ali-imran, Maidə, Ənam, Əraf, Nisa, yeddinci surəni 

bəziləri Yunis, bəziləri isə Kəhf hesab edirlər. 

2) 


Əl-Məul – Ayələrinin sayı yüzdən yuxarı iki yüzdən aşağı olan surələrə 

de

yilir. Tövbə, Nəhl, İsra, Hud, Yusif, Ənbiya, Taha, Muminin, Saffat. 



3) 

Məsani – Ayələrinin sayı əllidən yuxarı yüzdən aşağı olan surələrdir. Bu 

surələrin sayı təqribən iyirmidir. 

4) 


Müfəssəl – Qurani-Kərimin sonundakı kiçik surələrə deyilir.  

Quran 


hafizləri bunlardır: Hz.Əli (ə), Abdullah ibn Məsud, Ubey ibn Kəb, 

Zeyd  ibn  Sabit,  Əbu  Dərda,  Əbu  Əyyub  Ənsari,  Səd  ibn  Ubeyd,  Əbu  Zeyd, 

Abdullah ibn Abbas (r.a) 

və  s. Qurani-Kərim  hicri  dördüncü  əsrin  axırlarına 

qədər  kufi,  ondan  sonra  isə  nəsx xətti  ilə  yazılmışdır.  Qurani-Kərim  ilk  dəfə 

Hz.


Əlinin  (ə)  göstərişi  ilə  şagirdi  Əbu  Əsvəd  əd-Duəli  tərəfindən  hərəkələn-

mişdir. 


  

Sünnə 

Sünnə dedikdə Hz.Peyğəmbərin (s) sözü və əməli nəzərdə tutulur. Hz.Pey-

ğəmbərin (s) Əhli-beytindən olan məsum imamlar Peyğəmbər sünnəsini müstə-

qil şəkildə nəql edənlər və onun elminin xəzinədarları hesab olunurlar. Sünnə 

üç yerə bölünür: 

1) Qavli – Hz.

Peyğəmbərin (s) sözləri; 

2) Feli – Hz.

Peyğəmbərin (s) əməlləri; 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə