Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə33/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   29   30   31   32   33   34   35   36   ...   314

  

67 


 6) 

Ümmü Sələmə – Əsl adı Hind binti Əbu Umeyyədir. Əri Əbu Sələmə 

626-

cı ildə öldükdən sonra Hz.Peyğəmbər (s) onunla evlənmişdir.



78

 

7) 



Reyhanə  binti  Zeyd  –  Bəni-Nəzir  qəzvəsində  əsir  düşüb  islamı  qəbul 

etdikdən sonra Hz.Peyğəmbər (s) 626-cı ildə onunla evlənmişdir.

79

  

8) 



Cüveyriyyə  binti  Haris  –  Bəni-Müstəliq  qəzvəsində  əsir  düşüb  islamı 

qəbul  etdikdən  sonra  Hz.Peyğəmbər  (s)  627-ci  ildə  onunla  evlənmişdir.  Bu 

evliliyə  İslam  tarixində  “xeyir-bərəkətli”  evlilikdə  deyilir.  Çünki  bu  evlilik 

sayəsində bütün Bəni-Müstəliq qəbiləsi islamı qəbul etmişdir.

80

 

 9) 



Zeynəb binti Cahş – Peyğəmbərin (s) oğulluğu Zeyd ibn Haris onu bo-

şadıqdan sonra Allahın əmri ilə (Əhzab surəsinin 4-6, 36-40-cı ayələri əsasın-

da) Hz.Pey

ğəmbər (s) 627-ci ildə onunla evlənmişdir.

81

 

10) 



Səfiyyə binti Huyeyy – Xeybər döyüşündə əsir düşüb islamı qəbul et-

dik


dən sonra 628-ci ildə Hz.Peyğəmbər (s) onunla evlənmişdir.

82

 



 11) 

Meymunə binti Haris – Hüdeybiyyə sülhündən sonra Hz.Peyğəmbər (s) 

628-

ci ildə onunla evlənmişdir.



83

 

12) 



Ümmü Həbibə binti Əbu Süfyan – Hz.Peyğəmbər (s) 629-cu ildə onun-

la evlənmişdir.

84

 

13) Mariyya 



əl-Qiptiyyə – Misir hökmdarı Müqəfqis onu cariyə kimi Peyğəm-

bərə göndərmiş, islamı qəbul etdikdən sonra Hz.Peyğəmbər (s) 629-cu ildə onunla 

evlənmiş  və  bu  evlilikdən  Hz.Peyğəmbərin  (s)  İbrahim  adlı  oğlu  dünyaya 

gəlmişdir.

85

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

78

 Həmin mənbə 



79

 Şeyx Abbas Qumi, Rəsulullah 

80

 Həmin mənbə 



81

 Həmin mənbə 

82

 Muhəmməd Həmidullah, Peyğəmbərimizin (s) həyatı 



83

 Həmin mənbə 

84

 Həmin mənbə 



85

 Salih Suruç, Peyğəmbərimizin (s) həyatı 

  

                                                           




 

68 


 

 

II FƏSİL 

 

RAŞİDİLƏR DÖVRÜ (632-661) 

 

 



 

Hz.


Peyğımbərin (s) vəfatından sonrakı dövr İslam tarixində Raşidilər döv-

rü adlanır. Bu dövr hicri tarixi ilə on birinci ildən qırxıncı ilə, miladi tarixi ilə 

632-

ci ildən 661-ci ilə qədər davam etmişdir. Raşidi xəlifələri aşağıdakılardır: 



1) 

Əbu Bəkr 632-634 

2) 

Ömər ibn Xəttab 634-644 



3) 

Osman ibn Əfvan 644-656  

4) Hz.

Əli ibn Əbu Talib 656-661 



5) 

İmam Həsən (ə) 661(altı ay). 



  

Əbu Bəkr ibn Əbu Quhafə (632-634) 

Əbu Bəkr ibn Əbu Quhafə Osman ibn Amirin oğludur. Hz.Peyğəmbərdən (s) 

iki il sonra 572-

ildə Məkkədə anadan olmuşdur. Anası Ümmül Xeyr Süləmi binti 

Səxr ibn Amirdir. Əsl adı Əbdüluzza və  ya Əbdül Kəbə olmuş, islamiyyətdən 

sonra  Hz.

Peyğəmbər  (s)  adını  dəyişərək  Abdullah  qoymuşdur.  Künyəsi  Əbu 

Bəkr, ləqəbi isə Ətiqdir. 

Hicrət  zamanı  Hz.Peyğəmbərlə  (s)  birlikdə  Məkkədən  Mədinəyə  hicrət 

etmişdir.  Bu  hadisə  ilə  əlaqədar  Tövbə  surəsinin  40-cı  ayəsi  nazil  olmuşdur. 

Ayədə  deyilir:  “(Ey mö

minlər!)  Əgər  siz  ona  (Peyğəmbərə)  kömək 

etməsəniz,  Allah  ona  kömək  göstərmiş  olar.  Necə  ki,  kafirlər  onu 

(Məkkədən) iki nəfərdən biri (ikincinin ikincisi) olaraq çıxartdıqları, hər 

ikisi  mağarada  olduğu  və  öz  dostuna  (Əbu  Bəkrə):  “Qəm  yemə,  Allah 

bizimlədir!  –  dediyi zaman (göstərmişdi).  O  vaxt  Allah  ona  arxayınlıq 

(rahatlıq)  nazil  etmiş,  onu  sizin  görmədiyiniz  (mələklərdən  ibarət) 

əsgərlərlə  dəstəkləmiş,  kafirlərin  sözünü  alçaltmışdı.  Yalnız  Allahın  sözü 

(kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” 

Təfsir kitablarında qeyd olunduğuna görə ayə Əbu Bəkrin hicrət zamanı 

müşriklərin  yaxınlaşmasından  qorxaraq  həyacan  keçirdiyi  zaman  nazil  ol-

muşdur. Hicrətdən sonra Mədinədə Hz.Peyğəmbərin (s) iştirak etdiyi bütün 

yüşlərdə iştirak etmişdir. 



Hz.

Peyğəmbərin  (s)  vəfatından  sonra  Bəni-Saidə  eyvanında  toplanan  bir 

dəstə ənsar və mühacirin iştirak etdiyi məclisdə Əbu Bəkr İslam xəlifəsi təyin 

edilmişdir. İslami hökumət məsələsilə əlaqədar olan ixtilaf Hz.Peyğəmbərin (s) 

vəfatının ilk günlərindən başlamışdır. Hz.Peyğəmbər (s) vəfatından bir az əvvəl 

Usamə  ibn  Zeydi  romalılarla  müharibə  aparmaq  üçün  orduya  sərkərdə  təyin 




  

69 


edib buyurdu ki, bütün m

ühacir və ənsar böyükləri bu orduda iştirak etsinlər. Bu 

ordu  Mədinədən  üç  mil  məsafədə  yerləşən  Cörf  məntəqəsində  düşərgə  saldı. 

Bəzi səhabələr Hz. Peyğəmbərin (s) xəstəliyinin şiddətləndiyini görüb Mədinədə 

qalmağı üstün tutdular. 

 

Səqifə hadisəsi və Əbu Bəkrin xəlifə seçilməsi 

B

ir  qrup  səhabələr  Hz.Peyğəmbərin  (s)  vəfatından  sonra  Bəni  Səqifədə 



toplanaraq 

xəlifə seçmək işi ilə məşğul oldular. Eyvan altına toplaşanların fikri 

bu idi ki, mü

səlmanların xəlifəsi ənsar və mühacirlərin arasından seçilsin. Hər 

iki  dəstə-mühacir  və  ənsar  özlərini  digərindən  üstün  hesab  edirdilər.  Məkkə 

əhalisi İslamın Məkkədə zühur etməsi, Peyğəmbərin onlardan olması, özlərinin 

Peyğəmbərin qohumu olması ilə öyünərək deyirdilər ki, müsəlmanların hakimi 

gərək  mühacirlərdən  olsun.  Ənsar  isə  belə  deyirdi:  Məkkə  bütövlikdə 

Peyğəmbərin  dəvətini  qəbul  etmədi.  Onunla  mübarizə  apardı.  Ona  olmazın 

əziyyətini  verdilər  ki,  məcbur  olub  Məkkəni  tərk  edərək  bizim  yanımıza, 

Yəsribə gəldi. Ənsar ona yardım göstərib İslama dəstək verdi. Bütün bunlara 

görə  müsəlmanların  xəlifəsi  gərək  ənsardan  seçilsin.  Bu  fikirlə  razılaşmayan 

bəzi ənsar nümayəndələri belə dedilər: “Bir nəfər sizdən, bir nəfər də bizdən 

hakim seçilsin.” Lakin bu fikir

lə razılaşmayan Əbu Bəkr dedi: “Belə bir addım 

müsəlmanların  birliyinə  ziyandır.”  Sonda  bu  hədisi  söylədi:  “İmamlar 

Qureyşdəndir.” Onun belə mühüm bir  yerdə söylənməsinin böyük təsiri  oldu 

və ənsarın iddiasına son qoydu. 

Bu h

ədisdən əlavə, bu işdə Ovs və Xəzrəc qəbilələri arasında olan keçmiş 



düşmənçilikdə  mühacirlərin  qələbə  çalmasında  az  rol  oynamamışdı.  Belə  ki, 

əgər ənsar hakimiyyətə gəlsəydi, bu iki qəbilədən heç biri digərinin hakim ol-

ma

sına razı olmayacaqdı. 



Xəzrəc  qəbiləsindən  olan  Bəşir  ibn  Sədin  Əbu  Bəkrin  sözünü  təsdiq  et-

məsi, mühacirlərin hökumətinə razılıq verməsi bu narazıçılığın ən bariz nümu-

nəsidir. Mühacirlərin hakimiyyəti aydınlaşdıqdan sonra hakim olacaq şəxs ba-

rədə söhbət ortaya çıxdı. Məclisi idarə edən iki-üç nəfər bu işi bir-birinin üzəri-

nə qoydular. Lakin sonda Ömər ibn Xəttab və Əbu Ubeydə əl-Cərrah Əbu Bək-

rin hakimliyini qəbul edib onunla beyət etdilər. Məclisdə iştirak edənlərin əksə-

riy

yəti onların gördüyü işi təkrar etdilər. 



Növbəti  gün  onlar  Peyğəmbər  məscidinə  gəldikdən  sonra  Ömər  Əbu 

Bəkrin fəzilətli olması haqda, İslamı ilk vaxtlar qəbul etməsi, dinə yardımçı ol-

ması və Peyğəmbəri Məkkədən Mədinəyə gələn zaman müşayiət etməsi haqda 

xüt


bə oxuyaraq xalqın onunla beyət etməsini istədi. Məsciddə iştirak edənlər-

dən Hz.Peyğəmbərin (s) yaxın qohumlarını və ənsarın kiçik bir hissəsini çıx-

maq şərti ilə qalanlar Əbu Bəkrlə beyət etdilər. Beləliklə, Əbu Bəkr İslamın ilk 

xəlifəsi seçildi. 

Həmin məclisdə çıxış edən Əbu Bəkr belə dedi: “Məni hakim təyin etmə-

yi

nizə baxmayaraq, sizin içərinizdə ən yaxşısı deyiləm, bu məsuliyyəti öhdəm-



  


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə